Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-620/2024 23.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 05 dekabr 2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.2-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla arvadı Maraqlı şəxs arasında uşaqların saxlanılması üçün alimentin ödənilməsi və uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə tələblər üzrə mediasiya prosesi zamanı 05 dekabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1-ci bəndinə əsasən 27 sentyabr 2012-ci il təvəllüdlü X4nın və 27 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 dekabr 2023rcü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs ödəməsini Ərizəçi öhdəsinə götürmüş və buna hər iki tərəf razılaşmışdır, 2.2-ci bəndinə əsasən 27 sentyabr 2012-ci il təvəllüdlü X4 və 27 fevral 2015-ci il təvəllüdlü X5 ilə atası Ərizəçi hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına Maraqlı şəxs və Ərizəçi razılaşmışlar, 2.3 bəndinə əsasən Ərizəçi hər həftənin bazar günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşaqlarını həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda Maraqlı şəxs qaytarıb təhvil verməyi öz öhdəsinə götürmüşdür. Əks, tədqirdə Ərizəçi həmin uşağının məcburi qaydada ondan alınıb Maraqlı şəxs verilməsinə razıdır, 2.4-cü bəndinə əsasən bu saziş imzalandıqdan sonra tərəflərin təqdim etdikləri sənədlərin əsilləri mediator tərəfindən həmin sənədləri təqdim etmiş tərəfə qaytarılmış və mediatorda yalnız təqdim edilmiş zəruri sənədlərin surətləri və mediasiya prosesi ilə bağlı tərtib edilmiş sənədlər qalır. Lakin Maraqlı şəxs barışıq sazişinin 2.2-cü bəndinin şərtlərinə riayət etmir. Belə ki, Maraqlı şəxs barışıq sazişində qeyd edilən müəddətlərlə birgə nikahdan olan uşaqları ilə görüşməyinə və ünsiyyətdə olmağına imkan verməmişdir. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 05 dekabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, 27 sentyabr 2012-ci il təvəllüdlü X4 və 27 fevral 2015-ci il təvəllüdlü X5 ilə atası Ərizəçi hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına Maraqlı şəxsn Məhyəddin qızı və Ərizəçi razı olmuşlar. İş materiallarında olan Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2024-cü il tarixli arayışlardan görünür ki, 27 sentyabr 2012-ci il təvəllüdlü X4 və 27 fevral 2015-ci il təvəllüdlü X3 ataları Ərizəçi, anaları isə Maraqlı şəxsn Məhyəddin qızıdır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X1 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı alınaraq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 05 dekabr 2023-cü il tarixli barışıq sazişinin 2.2-ci bəndi təsdiq edilsin. 2.2. 27 sentyabr 2012-ci il təvəllüdlü X4 və 27 fevral 2015-ci il təvəllüdlü X5 ilə atası Ərizəçi hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradılsın. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı alınaraq Ərizəçi verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-620/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-620/2024
23.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver