Məhkəmə qərarları › İş №e-2(075)-637/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-637/2023

11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-637/2023 11.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7400 (yeddi min dörd yüz) manat məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsmunun hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat vəkil xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə tələbin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh 4488 manat pul vəsaitinin, ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsmunun hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat vəkil xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh təqribən 1 ildən artıq müddətdir ki, tanıyır. Belə ki, cavabdehin atası Bərdə şəhəri Elçin Əsədov küçəsində onunla qonşu binada yaşmışdır. O, cavabdehin ailəsini 1981-ci ildən tanıyır, cavabdehlə isə “Sosial Şəbəkə” vasitəsilə tanış olmuşdur. 2022-ci ilin mart ayında Cavabdeh ona təklif etmişdir ki, “Forver” firmasının kimyəvi qatqısız məhsullarının satışı ilə məşğul olmaqla yaxşı gəlir əldə etmək olar, həmin işin təşkili üçün 6500 manat məbləğində pul tələb olunur. Cavabdeh sözlərinə inanaraq ona ümumilkdə kart vasitəsilə 7400 manat borc pu göndərmişdir. Cavabdeh ona bildidi ki, pulları qızı Fidan Qasımovaya məxsus kart nömrəsi ilə göndərsin. 15 mart 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə Fidan Qasımovaya məxsus kart nömrəsinə 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 4400 (dörd min dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə isə 1000 (bir min) manat pul göndərmişdir. Axırıncı göndərdiyi 1000 manat pulu Cavabdeh Şəki şəhərində götürdüyü sələm pulu ödəmişdir. Həmin pullardan 6500 manat məbləğini "xxxx" ASC-nin Bərdə filialından kredit götürmüşdür, 1000 (bir min) manatını isə başqa şəxsdən faizə (sələm) götürmüşdür. Cavabdeh ona bildirdi ki, bankdan kreditə götürülmüş 6500 manat pulu və faizə (sələmə) götürülmüş 1000 manat pulu faizi ilə birlikdə hər ay ödəyəcəkdir. Lakin kredit ödənişi vaxtı Cavabdeh gəlir əldə etməməsini bəhanə gətirərək ödəniş etməkdən boyun qaçırmışdır. Dəfələrlə Cavabdeh borclu olduğu pulları ödəməsini tələb etmiş, lakin bir nəticəsi olmamışdır. Bundan sonra məcbur olub, Cavabdeh barəsində Bərdə rayon polis şöbəsinə şikayət etmişdir. Bərdə rayon Polis Şöbəsində izahatı alınmış, Cavabdeh göstərmişdir ki, Şəki rayonunda yerləşən “Forver” kimyəvi qatqısız məhsullarının satışı firmasının əməkdaşıdır. İlkin olaraq həmin iş üçün tərəfindən ona 7400 manat məbləğində pul göndərilmişdir. Daha sonra Vüqar ilə birlikdə Ağcabədi rayonunda yaşayan, Vüqarın tanışı Yaqub adlı şəxsə firmaya məxsus 2912 manat məbləğində malları nisiyə şəkilində satmışdır. Bundan başqa ayrı-ayrı şəxslərə firmaya məxsus məhsulları nisiyə satmışdır. Həmin şəxslərdən pulunu alacağı təqdirdə Vüqarın pulunu geri qaytarcaqdır. Göstərmişdir ki, Cavabdeh ondan borc aldığı 7400 manat məbləğində pulu etiraf etmişdir. Həmin pulların kart vasitəsilə ona göndərilməsi barədə qəbzlər vardır. Cavabdeh firmaya məxsus malları özü nisiyə şəkildə paylamışdır. Həmin məhsulların satışı ilə, özü məşğul olmuşdur. Cavabdeh ona aldadaraq aldığı borc pula görə hazırda kredit və sələm ödəyir. Cavabdeh tərəfindən ona xeyli məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehlə qonşu olmuşdur. Bərdə şəhərində cavabdehin atasını yaxşı tanımışdır. Sonradan sosial şəbəkədə onunla Cavabdeh arasında tanışlıü münasibətləri yaranmışdır. Cavabdeh ona “Forver” kimyəvi qatqısız məhsullarının satışı firmasının əməkdaşı olmasını, onunla birlikdə işləsələr, yaxşı gəlir əldə edəcəklərini bildirmişdir. Buna görə də o, Cavabdeh inanmış, ona borca pul vermişdir. O, cavabdehə vermiş olduğu borc məbləğlərini bank götürərək vermişdir. Onun məqsədi “Forver” firmasının məhsullarından satıb, gəlir əldə etmək olmuşdur. Bildirmişdir ki, o, cavabdehə “Forver” firmasının mallarının satışı üçün 15 mart 2022-ci il tarixdə 2000 manat və 19 aprel 2022-ci il tarixdə 4400 manat olmaqla, ümumilikdə 6400 manat məbləğində pulu bankdan kredit götürərək vermişdir. Bundan başqa cavabdehin Şəki şəhərində səlim borcu mövcud olmuş, həmin borcu bağlatmaq üçün 29 aprel 2022-ci il tarixdə 1000 manat borc vermişdir. Həmin 1000 manatla cavabdeh sələm borcunu ödəmişdir. Ümumilikdə isə o, cavabdehə 7400 manat məbləğdə borc vermişdir. Göstərmişdir ki, o, cavabdehə göndərdiyi pulları cavabdehin qızının adına olan karta vurmuşdur. O, dəfələrlə Cavabdeh ondan götürdüyü pulları qaytarmasını bildirsə də, cavabdeh qazanc olmadığını bəhanə gətirərək, pulları qaytarmamışdır. Cavabdeh ondan götürdüyü pulun 2912 manatına firmadan mallar almışdır. Hal-hazırda həmin mallar ondadır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin ona 4488 manat borcunun olmasını qəbul edir. İddianın tələbin azaldılması barədə ərizəyə münasibətdə təmin edilməsini məhkəmədən xahişı etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın tələbin azaldılması barədə ərizəyə münasibətdə təmin edilməsini xahişı etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, Şəki şəhərində 3 saylı Musiqi Məktəbində müəllimə işləyir. Bundan əlavə gəlir əldə etmək məqsədilə “Forver” kimyəvi qatqısız məhsullarının satışı firmasında işləyir. O, biznesini artırmaq məqsədilə sosial şəbəkələrdə onunla birlikdə işləməyə digər şəxslər axtarmışdır. Sosial şəbəkədə İddiaçı ilə tanış olmuş, onunla birlikdə şərikli işləməyə razı olmuşlar. Lakin maddi imkanı aşağı olduğundan onun firmadan mal almağa pulu olmamışdır. O, İddiaçı firmayla iş qurmaq üçün onun pul verməsini xahiş etmiş və aralarında əldə etdikləri gəliri şərikli bölmələri barədə razılıq əldə olunmuşdur. İş qurmaları üçün iddiaçı ona 7400 manat məbləğində pul göndərmişdir. Onun özünün kartı olmadığı üçün iddiaçı həmin pulları onun qızının kartına vurmuşdur. Həmin pulun 700 manatını iddiaçının adından firmaya köçürmüşdülər ki, işlədikcə iddiaçıya aylıq əmək haqqı hesablansın. Bundan sonra o, iddiaçı ilə birlikdə Tərtər rayonuna iddiaçının tanışı olan Atabəy adlı şəxsin yanına getmişlər. Atabəy onlarla işləməyə razı olmuşdur. Lakin səhərisi günü iddiaçı ona zəng edərək Atabəyin onlarla işləməyə razı olmadığını bildirmişdir. Bundan sonra onlar İddiaçı Ağcabədi rayonunda tanışı olan Yaqub adlı şəxsin yanına getmişlər. Yaqub onlarla işləməyə razı olmuş, onlar da Yaqubgilə 2912 manat dəyərində məhsullar vermişlər. Lakin İddiaçı onun xəbəri olmadan Yaqubdan həmin məhsulları bir neçə ay əvvəl götürmüşdür. Bildirmişdir ki, onlar bir müddət ortaq fəaliyyət göstərmişlər. Bu fəaliyyət bir müddət çəksə də, daha sonra ortaq kimi fəaliyyətdən imtina etmişdir. Buna səbəb kimi iddiaçının davamlı şəkildə onu qısnamaya məruz qoyması, biədəb təkliflər etməsi və nəticədə bütün həyatını alt üst etməsidir. İddiaçının özünün bildirdiyi kimi, o, bu borcun mövcud olduğunu etiraf etmiş və borcun bağlanılması üçün müvafiq addımları atır. Lakin iddiaçı borcun qaytarılması üçün lazım olan məhsulları ona verməkdən imtina edir və məhkəmə yolu ilə onu şantaj etməyə çalışır. İddiaçı dəfələrlə onun özünün, onun anasının barəsində təhqiredici, şərəf və ləyaqət alçaldan ifadələr işlətmişdir. Onun anasına zəng vurub onu tutduracağı barədə şantaj eləmişdir. İddiaçı onların evinə gələrək basqın etmişdir. Göstərmişdir ki, iddiaçının ona verdiyi pul 7400 manat təşkil edir. Həmin pulun 700 manatını iddiaçının adından şirkətə verilmişdir. Qalan pula isə 2912 manatlı məhsul alınaraq Yaqub adlı şəxsə satılmışdır. O, iddiaçıya olan 4488 manat məbləğdə borcunu qəbul edir. Borcu qaytarmamağına səbəb maddi imkanının olmaması olmuşdur. O, iddiaçının ona qarşı olan hərəkətləri səbəbli insult keçirmiş, bir müddət yataq xəstəsi olmuşdur. Buna görə də, işləyə bilməmişdir. Həmçinin o, iddiaçı təklif etmişdir ki, 2912 manatlıq məhsulları geri qaytarsın, həmin məhsulların satışından əldə ediləcək gəlir hesabına borcunu qaytarsın, lakin iddiaçı onunla razılaşmamışdır. Onun borcu tam olaraq qaytarmağa maddi imkanı yoxdur. Məhkəmə qətnamə çıxdıqdan sonra borcunu hissəhissə qaytaracaqdır. İddiaçıya olan 4488 manat borcunu qəbul edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1-2018 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, İddiaçı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün həmin xüsusatlar üzrə onun məhkəmə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 mart 2022-ci il tarixli, qəbzlərdən görünür ki, İddiaçı bank vasitəsilə qəbzlər əsasında 2000 manat məbləğdə pul vəsaiti köçürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı bank vasitəsilə X1 hesabına 4400 manat məbləğdə pul vəsaiti göndərmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı bank vasitəsilə 1000 manat məbləğdə pul vəsaiti göndərmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4488 manat məbləğində pul vəsaiti, ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsmu, hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat vəkil xərci alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 4488 manat məbləğində pul vəsaiti, ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsmu, hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat vəkil xərci alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar