Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-655/2025 06.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında 20 sentyabr 2024-cü ildə təsdiq edilmiş MŞŞ/MT018/2024-01746 nömrəli barışıq sazişinin 2.4-cü bəndinin ikinci yarımbəndi (ana Ərizəçi himayəsində və yanında qalan bigə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X4 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beşgünlüyündə Ərizəçi ödənməsini Maraqlı şəxs öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf Maraqlı şəxs və Ərizəçi razıdırlar hissəsinin) və 2.5-ci bəndinin (hal-hazırda Ərizəçi "xxxx" ASC-də adına olan 7600 manatlıq kreditin bağlananadək hər ay gecikmədən ödənişinin edilməsini Maraqlı şəxs öz öhdəsinə götürür hissəsinin) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Maraqlı şəxs ilə nikahlarını 22 oktyabr 2007-ci ildə Şəki şəhər VVADQ şöbəsində 442 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 22 sentyabr 2009-cu il təvəllüdlü X6, 01 fevral 2011-ci il təvəllüdlü X5 və 04 noyabr 2018-ci il təvəllüdlü X9 adlı 3 uşaqları dünyaya gəlmişdir. İlk başda ailə münasibətləri yaxşı getsə də, sonralar cavabdehlə aralarında müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də cavabdehlə faktiki olaraq ayrılmışdır. X1 20 sentyabr 2024-cü ildə təsdiq etdiyi MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişi ilə razılaşdırılmışdır. 2.4. Ana Ərizəçi himayəsində və yanında qalan bigə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X4 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beşgünlüyündə Ərizəçi ödənməsini Maraqlı şəxs öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf Maraqlı şəxs və Ərizəçi razıdırlar. 2.5. Halhazırda Ərizəçi "xxxx" ASC-də adına olan 7600 manatlıq kreditin bağlananadək hər ay gecikmədən ödənişinin edilməsini Maraqlı şəxs öz öhdəsinə götürür. Bundan sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə 22 oktyabr 2007ci ildə Şəki şəhər VVADQ şöbəsində 442 nömrə ilə qeydə alınmış nikahın pozulması, həmçinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin və ödənilmiş 100.40 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxsndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Şəki Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(075)-2592/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 22 oktyabr 2007-ci ildə Şəki şəhər VVADQ şöbəsində 442 nömrəli nikahın pozulması, mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01746 nömrəli barışıq sazişinə əsasən 22 sentyabr 2009-cu il təvəllüdlü X3 atası Maraqlı şəxs himayəsində və yanında saxlanılmasına, 01 fevral 2011-ci il təvəllüdlü X2 və 04 noyabr 2018-ci il təvəllüdlü X4 isə anası Ərizəçi himayəsində və yanında saxlanılmasına, birgə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X4 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beş günlüyündə Ərizəçi ödənməsinə dair razılaşmalarının nəzərə alınması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat xərcin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxsndən tutularaq iddiaçı Ərizəçi ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs ona yazılı qəbz verərək sazişin 2.6-cı bəndində göstərilən “hal-hazırda Maraqlı şəxs aid olan 3500 manat məbləğində borcdan 3000 manatının ödənişinin edilməsini Ərizəçi öz öhdəsinə götürür” hissəsindən imtina etmiş, həmin pul məbləğini tələb etmədiyini bildirmişdir. Lakin mediasiya sazişinin bağlanmasından tarixdən təxminən 4 aydan çox keçməsinə baxmayaraq Maraqlı şəxs alimentlə və bank kreditinin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Dəfələrlə sonuncudan üzərinə götürdüyü öhdəliyi icra etməsini xahiş etsə də, hər-hansı bir müsbət nəticə əldə etməyi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi məhkəmə iclasında ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirdi ki, alimentin 100 manat təyin olunmasında razılıqlarının səbəbi o idi ki Maraqlı şəxs onun adına olan kredit borcuna hər ay ödəniş edilməsində köməklik göstərəcəkdi. Lakin aliment məbləğini ödəsə də kredit borcunu ödəmir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəflə razılaşdığı aliment məbləğini hər ay vaxtlı-vaxtında ödəyir. Kredit borcunun ödənilməsi hissəsində isə özünün əməliyyatı üçün xərclədiyindən qarşı tərəflə razılaşmır. Qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. İşin halları İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.4-cü bəndinin ikinci hissəsindən görünür ki, ana Ərizəçi himayəsində və yanında qalan birgə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (yüz) manat alimentin hər ayın ilk beş günlüyündə Maraqlı şəxs tutularaq ona ödənilməsinə hər iki tərəf razıdır. Həmçinin 2.5-ci bəndinə əsasən hal-hazırda Ərizəçi "xxxx" ASC-də adına olan 7600 manatlıq kredit bağlananadək hər ay gecikmədən ödənişinin edilməsini Maraqlı şəxs öz öhdəsinə götürür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. X8 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Məhkəmənin mövqeyi; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.4-cü bəndinin ikinci hissəsinə əsasən Ərizəçi himayəsində və yanında qalan birgə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (yüz) manat alimentin hər ayın ilk beş günlüyündə Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi Maraqlı şəxs tərəfindən vaxtlı-vaxtında icra edilir. Bu səbəbdən də ərizə həmin hissədə təmin edilməməlidir. Lakin barışıq sazişinin 2.5-ci bəndində göstərilən Maraqlı şəxs tərəfindən hal-hazırda Ərizəçi "xxxx" ASC-də adına olan 7600 manatlıq kredit bağlananadək hər ay gecikmədən ödənişi edilməsi hissəsində təsdiq edilməlidir. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.5-ci bəndi təsdiq edilsin. 2.5 Maraqlı şəxs tərəfindən hal-hazırda Ərizəçi "xxxx" ASC-də adına olan 7600 manatlıq kredit bağlananadək hər ay gecikmədən ödəniş edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-655/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-655/2025
06.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver