Məhkəmə qərarları › İş №e-2(075)-671/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-671/2022

24.02.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-671/2022 24.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesisi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli, 2021- 000013 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.1.3-cü bəndinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1.3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşağın himayəsində saxlanılması, aliment və uşağın saxlanılması üçün alimentin ödənilməsi barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 06 sentyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişdə aşağıdakılar razılaşdırılmışdır: “2.1.1. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 06 mart 2013-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində və yanında saxlanılmasına Ərizəçi və Maraqlı şəxs razıdırlar. 2.1.2. Ərizəçi ilə Maraqlı şəxs arasında 19 iyun 2011-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına hər iki tərəf razıdır. 2.1.3. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 06 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci yeddi günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır”. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 19 iyun 2011-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 156 nömrə ilə qeyd edilmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 06 aprel 2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 06 mart 2013-cü il təvəllüdlü Abubəkirov Akif Vüqar oğlunun atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Ərizəçi ilə Maraqlı şəxs arasında 06 sentyabr 2021-ci il tarixdə mediasiya qaydasında imzalanmış DY-2021-000013 nömrəli barışıq sazişinin “Barışığın şərtləri” adlanan 2-ci maddəsindən görünür ki; 2.1.1. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 06 mart 2013cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində və yanında saxlanılmasına Ərizəçi və Maraqlı şəxs razıdırlar. 2.1.2. Ərizəçi ilə Maraqlı şəxs arasında 19 iyun 2011-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına hər iki tərəf razıdır. 2.1.3. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 06 mart 2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2021ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci yeddi günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı ver, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu ver üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında qanun”un 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göründüyü kimi tərəflər arasında 06 sentyabr 2021-ci il tarixdə mediasiya qaydasında bağlanmış DY-2021-000013 saylı barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin alimentlə bağlı 2.1.3-cü bəndinin şərtləri könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi 06 sentyabr 2021-ci il tarixdə bağlanmış DY-2021-000013 saylı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin 2.1.3-cü maddəsinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 06 sentyabr 2021-ci il tarixdə bağlanmış DY-2021- 000013 saylı barışıq sazişinin aşağıdakı məzmunda 2.1.3-cü bəndi təsdiq edilsin: “2.1.3. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 06 mart 2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2021ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci yeddi günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır”. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar