Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-681/2023 18.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3nun 27 mart 1993-cü il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 122 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 20 iyul 1985-ci il tarixdə X5 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.1987-ci il tarixdə Rizvan, xx.xx.1988-ci il tarixdə Cahan, xx.xx.1993-cü il tarixdə Rəhman, xx.xx.1994-cü il tarixdə isə Müzəffər adlı uşaqları anadan olmuşdur. X3 doğulandan 3 gün sonra, yəni xx.xx.1993cü il tarixdə vəfat etmişdir. Çətin günlər yaşadıqlarından və çox gərgin vəziyyət keçirdiklərindən ona vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra Şəki Rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 25 mart tarixli 03 saylı qərarı ilə verilmiş Dövlət aktı ilə bağlı sənədlərini hazırlayarkən oğlunun ölüm haqqında şəhadətnaməsinin olmadığı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9 ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə ölüm haqqında tibbi şəhadətnaməni, sonra isə Şəki Rayon Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnaməni almaq istəsə də, hər iki orqan tərəfindən rəsmi olaraq məhkəməyə müraciət etməyi barədə imtina məktubu verilmişdir. Ona görə də xx.xx.1993-cü il tarixdə vəfat etmiş X3nun ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclasında izahat verən Ərizəçi tələbini müdafiə edərək izahatında göstərdi ki, X10 onun oğludur. O xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. xx.xx.1993-cü il tarixdə Şəki rayonunda vəfat etmişdir. Lakin çətin günlər küçirdiklərindən onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni bu günədək almamışlar. Hazırda mərhum X3nun ölüm haqqında şəhadətnaməsi zəruri olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X17 bildirdi ki, Ərizəçi həm qohumu həm də qonşusudur. Rəhman anadan olduqdan 3 gün sonra xəstəlikdən vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X6 bildirdi ki, Ərizəçi onun baldızıdır. Yaxın qohum olduqlarından X4 xx.xx.1993-cü il tarixdə anadan olduqdan 3 gün sonra yaşadıqları Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 122 ünvanında vəfat etməsi tam olaraq yadındadır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X4 xx.xx.1993-cü il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Şəki Regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 11 noyabr 2022-ci il tarixli, 05/Q-3546/15 nömrəli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli, 97 nömrəli arayışdan görünür ki, mərhum X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 122 saylı ünvanda yaşamış, 24 iyul 2010-cu il tarixdə vəfat etmiş və Ərizəçi, X20 oölu, X7, X10, X8 adlı ailə üzvləri vardır. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi X2 ünvanlanmış 16 yanvar 2023-cü il tarixli, 17/2 nömrəli məktubundan görünür ki, qüvvədə olan qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X26 fəaliyyəti nəticəsində yaranmış 1994-cü illərə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, 1994-cü ilə aid hər-hansı sənədin verilməsi mümkün olmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 mart 1993-cü il tarixdə, Şəki şəhərində anadan olmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi X4 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi oğlu 24 mart 1993-cü il tarixdə anadan olmuş X4 27 mart 1993-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu 24 mart 1993-cü il tarixdə anadan olmuş X4 27 mart 1993-cü il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 122 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-681/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-681/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver