Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-691/2023 13.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 may 1996-cı il tarixdə Azərbaycan Respublikası Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, mərhum oğlu X6 17 mart 1997-ci il tarixdə Şəki Rayonu Baş Göynük kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırmışdır ki, o, X5 ilə 18 avqust 1994-cü il tarixdə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından Şəki rayonu Baş Göynük kəndində 10 iyun 1994-cü il tarixdə X16, 30 may 1996-cı il tarixdə X17 və 03 fevral 1998-ci il tarixdə X21 adlı uşaqları anadan olmuşdur. 30 may 1996-cı il tarixdə anadan olmuş oğlu Ceyhun Mustafayev 17 mart 1997-ci il tarixdə xəstəliyi səbəbli dünyasını dəyişmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Oğlunun dəfnindən sonra ölümünün qeydə alınması üçün kənd icra nümayəndəliyinə məlumat verilsə də, onun ölümü haqqında şəhadətnaməni zamanında almamışdır. Bu yaxınlarda torpaq sahələri üçün sənədlərinin bərpası üçün müraciət etdikdə 17 mart 1997-ci il tarixdə vəfat etmiş oğlu Ceyhun Mustafayevin ölümünə dair şəhadətnamə tələb olunsa da, onun ölümü haqqında şəhadətnaməni əldə edə bilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də, Şəki Rayon Qeydiyyat Şöbəsinin 10 avqust 2022-ci il tarixli, 05/p-2672/15 nömrəli məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müfaviq sənədi ilə ölüm haqqında tibbi şəhadətnamə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də X6 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edə bilmək hüququ izah edilmişdir. Bundan sonra mərhum oğlu X6 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, mərhum oğlu X17 30 may 1996-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. 30 may 1996-cı il təvəllüdlü X17 17 mart 1997-ci il tarixdə Şəki Rayonu Baş Göynük kəndində xəstəlik səbəbli vəfat etmişdir. Oğlunu müalicə etdirsələr də, faydası olmamış və o, vəfat etmişdir. Mərhum oğlunu Şəki Rayonu Baş Göynük kəndinin baş tərəfindən yerləşən qəbiristanlıqda dəfn etmişlər. Bu zamanlar ağır dövr yaşadıqları üçün maddi imkanları aşağı olmuş, mərhum oğluna baş daşı qoydurmamışlar. Həmin dövr gərgin olduğu üçün, həm də hüquqi cəhətdən qaydaları bilmədikləri üçün oğluna ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda torpaq sahəsi ilə bağlı sənədləşmə işi aparmaq istəyirlər. Bunun üçün onlardan mərhum oğlu X6 ölüm haqqında şəhadətnaməsi tələb edilir. Lakin həmin şəhadətnaməni əldə edə bilməmişlər. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. X3 onun ikinci övladıdır. Mərhum oğlu X17 30 may 1996cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. X17 anadan olanda travmalı olmuşdur. O, 17 mart 1997-ci il tarixdə xəstəlik səbəbli Şəki rayonu, Baş Göynük kəndində vəfat etmişdir. Oğlu vəfat edən zaman on bir aylıq olmuşdur. Həmin dövrdə maddi imkanları aşağı olduğu üçün, məlumatları olmadığı üçün oğlunun ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum oğluna bir gün, yəni ölən günü yas mərasimi keçirmişlər. Yas mərasimində yaxın qonşular, yaxın qohumlar iştirak etmişlər. Onlar mərhum X33 rayonu Baş Göynük qəbiristalığında dəfn etmişlər. Həmin qəbiristanlıq Kor Hümmətin qoruğu adlanır. Bildirmişdir ki, onun üç övladı olmuşdur. Ceyhundan başqa onun Toğrul və Rəvan adlı övladları da vardır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X36 göstərmişdir ki, Ərizəçi onun anasının dayısı oğludur. Bildirmişdir ki, ərizəçinin mərhum oğlu 17 mart 1997-ci il tarixdə xəstəlik səbəbli Şəki rayonu, Baş Göynük kəndində vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Yas mərasimi bir gün olmuşdur. Yas mərasimində yaxın qohumları iştirak etmişdir. Onu Şəki rayonu Baş Göynük kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X22 göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Bildirmişdir ki, Ərizəçi mərhum oğlu 1997-ci ilin mart ayında vəfat etmişdir. Ölümündən sonra onlar mərhumu aparıb Şəki rayonu, Baş Göynük kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. O, mərhumun dəfnində iştirak etmişdir. Ərizəçinin mərhum oğlundan başqa daha iki oğluda vardır. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 avqust 1999-cu il tarixli, Vİ-ЖГ 411561 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X12 arasında 18 avqust 1994-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 avqust 1994-cü il tarixli, XVİİİ-ЖГ 408921 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 10 iyul 1994-cü il təvəllüdlü X7 atası Ərizəçi, anası X1r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 mart 1998-ci il tarixli, XXİ-ЖГ 257874 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 03 fevral 1998-ci il təvəllüdlü X13 atası Ərizəçi, anası X1r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 oktyabr 2022-ci il tarixli, 05/Q-1082/70 nömrəli doğum haqqında arayışdan görünür ki, 30 may 1996-cı il təvəllüdlü X6 atası Ərizəçi, anası X1r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli, 05/Q-2672/15 nömrəli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1996-cı il təvəllüdlü X6 ölümü haqqında alt qeydi aşkar edilmədi. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünü qeydə alınması mümkün deyildir. X6 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, 1793 nömrəli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi həyat yoldaşı X5, oğlu X16 və X8 ibarətdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli, 915 nömrəli arxiv arayışından görünür ki, Şəki İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitabına əsasən X4 təsərrüfatda ailə başçısıdır və onun ailə tərkibi həyat yoldaşı X9, qızı X10, oğlu Ərizəçi, gəlini X5, nəvəsi X18, nəvəsi X17 və nəvəsi X8 ibarətdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 fevral 2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi ilə X2 birgə nikahlarından 10 iyul 1994-cü il tarixdə X16, 30 may 1996-cı il tarixdə X17 və 03 fevral 1998-ci il tarixdə X21 anadan olmuşdur. 30 may 1996-cı il təvəllüdlü X17 17 mart 1997-ci il tarixdə xəstəlikdən dünyasını dəyişmiş və yuxarı kənd qəbiristalığında dəfn olunmuşdur. Aktın doğruluğunu Şəki rayonu Baş Göynük kənd sakinləri X27, X36, X28, X22, X19, X11 və X23 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Şəki RMX X40 23 fevral 2023-cü il tarixli, 168/1 nömrəli məktubunda qeyd edilmişdir ki, “Şəki RMX” X43 fəaliyyəti nəticəsində yaranmış köhnə illər o, cümlədən 1997-ci illə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edildiyindən X17 barəsində ölüm haqda sənədin verilməsi mümkün deyildir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X17 Ərizəçi oğlu olmuşdur. O, 30 may 1996-cı ildə anadan olmuşdur. Ərizəçinin oğlu X17 17 mart 1997-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 30 may 1996-cı il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş X6 17 mart 1997ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 30 may 1996-cı il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş X6 17 mart 1997-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-691/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-691/2023
13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver