Məhkəmə qərarları › İş №e-2(075)-703/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-703/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-703/2022 27.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 noyabr 2013-cü il tarixli, 034CASA13315003 nömrəli kredit müqaviləsinə əsasən tərəfindən kreditor "xxxx" ASC-yə ödənilmiş 1470 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 35 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 14 may 2015-ci il tarixli, 2(075)-1424/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh ilə aralarında bağlanmış 07 noyabr 2013cü il tarixli 034CASA13315003 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, ondan və Cavabdeh müştərək qaydada 3081.78 manat məbləğində kredit borcu, 342.89 manat mənləğində kreditə görə faiz borcu və 665.53 manat məbləğində penya borcu olmaqla, cəmi 4090.3 manat məbləğində vəsaitin, həmçinin ərizə üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən tələb onun əmək haqqına yönəldilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)- 1424/2015 saylı icra vərəqəsinə əsasən 2020-ci ilin aprel-dekabr ayları üzrə cəmi 642 manat və 2021-ci ilin yanvar-dekabr ayları üzrə cəmi 828 manat olmaqla, ümumilikdə 1470 manat əmək haqqından tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Dəfələrlə əmək haqqımdan tutulmuş pulların qaytarılması üçün cavabdehə müraciətlər etsə də, nəticəsi olmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli, 2(075)-1424/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 3081.78 manat əsas, 342.89 manat faiz və 665.63 manat cərimə borcu və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin 18 yanvar 2022-ci il tarixli, 30 nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1424/2015 saylı icra vərəqəsinə əsasən 2020-ci ilin aprel-dekabr ayları üzrə cəmi 642.00 manat və 2021-ci ilin yanvar-dekabr ayları üzrə cəmi 828 manat olmaqla, ümumilikdə 1470 manat İddiaçı əmək haqqından tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC İddiaçı zaminliyi ilə kredit və zaminlik müqavilələrinə əsasən 07 noyabr 2013-cü il tarixdə kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh kredit versə də, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borcunu ödəməmişdir. Buna görə də bank məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli, 2(075)-1424/2015 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada 3081.78 manat əsas, 342.89 manat faiz və 665.63 manat cərimə borcu və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Mövcud borc məbləğindən cəmi 1470.00 manat tibb bacısı İddiaçı əmək haqqından hər ay tutmalar hesabına icra edilmişdir. Hal-hazıradək cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi Cavabdeh "xxxx" ASC-yə ödəməli olduğu borc məbləğindən 1470.00 manat İddiaçı əmək haqqından tutulmaqla icra edilmişdir. Cavabdeh həmin puldan iddiaçıya heç bir ödəniş etməmişdir. Beləliklə də, "xxxx" ASC-nin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə Cavabdeh öhdəliyi icra etmiş zamini olan İddiaçı keçmişdir. Buna görə də İddiaçı Cavabdeh 1470.00 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1470.00 manat borc və 35.00 manat dövlət rüsumu olmaqla, cəmi 1505.00 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1470.00 manat borc və 35.00 manat dövlət rüsumu olmaqla, cəmi 1505.00 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar