Məhkəmə qərarları › İş №e-2(075)-710/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-710/2022

04.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-710/2022 04.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı məhkəməyə ərizə ilə müraciət edərək mediasiya reyestrində M-00165 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesisi nəticəsində mediator, o, Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən könüllü icra edilməyən 2.1.2-ci bəndinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, onun Maraqlı şəxs1 qarşı aralarında bağlanmış nikahın pozulması, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı isə əmlakın qaytarılması barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 04 noyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin 2.1.1ci bəndinə əsasən onunla Maraqlı şəxs1 arasında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına hər ikisi razı olması, həmin sazişin 2.1.2-ci bəndinə əsasən isə ona məxsus olan əmlakların və sənədlərin Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən ona qaytarılması (yəni ona təhvil verilməsi) razılaşdırılmışdır. Lakin, Maraqlı şəxs1 və Maraqlı şəxs2 barışıq sazişinin şərtlərinə riayət etməmişlər. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-cimaddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən onunla maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında 04 noyabr 2021-ci il tarixdə bağlanmış M-00165 saylı barışıq sazişinin 2.1.2-ci bəndinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 oktyabr 2021-ci il tarixli AZ-İ 030231 seriya nömrəli X1 surətindən görünür ki, Maraqlı şəxs1 ilə X3 arasında 12 oktyabr 2019-cu il tarixdə bağlanmış nikah, nakahın bağlanması haqqında akt qeydlər kitabında 520 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədli soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 noyabr 2021-ci il tarixli, 2021-005766 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokolun surətindən görünür ki, Maraqlı şəxs1 mediasiya sessiyalarının keçirilməsi üçün 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 04 noyabr 2021-ci il tarixli, M-00165 nömrəli barışıq sazişinin 2.1.2-ci bəndindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Ərizəçi məxsus olan 1 ədəd tozsoran, 1 ədəd elektrik sobası, 1 ədəd ətçəkən, 1 ədəd kiçik çaynik, 1 ədəd böyük çaynik, 1 ədəd tefal tava, 1 ədəd qranit qazan, 1 ədəd balaca qazan, 3 ədəd şirli qazan, 1 karobka 6 nəfərlik boşqab və 6 nəfərlik kasa dəsti, 2 karobka stəkan dəsti nəlbəkiləri ilə birlikdə, 1 ədəd çamadanda qaşıq dəsti, 3 ədəd sini, 1 pol vedrəsi (paspas), 2 ədəd döşək, 2 ədəd yastıq, 3 ədəd yorğan, aynaya vurulan pərdə tülü ilə birlikdə, plasmas qaşıq dəsti, 1 ədəd sandıq, 1 ədyal, 1 pakrıval, 1 ədəd sintifon yorğan, gündəlik işlədilən pakrıval, mürəbbə qənddanları, 2 ədəd qənddan, 1 ədəd şamdan, 1 ədəd lüstür, 1 ədəd divar saatı, 1 ədəd divara asılmış portret, 1 ədəd kukla, 1 ədəd hündür güldan (gül ilə birlikdə), 1 ədəd gecə lampası, 1 ədəd balaca ləmpə, 1 ədəd balaca güldan, 1 ədəd radiatorlu elektrik atapleniyası, 1 ədəd sok çəkən maşın, 1 ədəd mərtəbəli şirniyyat qabı, 1 dəst pastel, dəsmal və süfrələr, 1 ədəd xalı, 1 ədəd xalça, 1 ədəd ütü, 1 ədəd ütü stolundan ibarət əmlakları, həmçinin, Ərizəçi məxsus olan 1 ədəd atestatı, 1 ədəd şəhadətnaməni və qiymətləndirmə şəhadətnaməsini Ərizəçi qaytarmağı, yəni həmin əmlakları və sənədləri Ərizəçi təhvil verməyi öhdələrinə götürülər. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X4 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında 04 noyabr 2021ci il tarixdə bağlanmış M-00165 nömrəli barışıq sazişinin 2.1.2-ci bəndi təsdiq edilsin. 2.1.2. Maraqlı şəxs1 və Maraqlı şəxs2 1 ədəd tozsoran, 1 ədəd elektrik sobası, 1 ədəd ətçəkən, 1 ədəd kiçik çaynik, 1 ədəd böyük çaynik, 1 ədəd tefal tava, 1 ədəd qranit qazan, 1 ədəd balaca qazan, 3 ədəd şirli qazan, 1 karobka 6 nəfərlik boşqab və 6 nəfərlik kasa dəsti, 2 karobka stəkan dəsti nəlbəkiləri ilə birlikdə, 1 ədəd çamadanda qaşıq dəsti, 3 ədəd sini, 1 pol vedrəsi (paspas), 2 ədəd döşək, 2 ədəd yastıq, 3 ədəd yorğan, aynaya vurulan pərdə tülü ilə birlikdə, plasmas qaşıq dəsti, 1 ədəd sandıq, 1 ədyal, 1 pakrıval, 1 ədəd sintifon yorğan, gündəlik işlədilən pakrıval, mürəbbə qənddanları, 2 ədəd qənddan, 1 ədəd şamdan, 1 ədəd lüstür, 1 ədəd divar saatı, 1 ədəd divara asılmış portret, 1 ədəd kukla, 1 ədəd hündür güldan (gül ilə birlikdə), 1 ədəd gecə lampası, 1 ədəd balaca ləmpə, 1 ədəd balaca güldan, 1 ədəd radiatorlu elektrik atapleniyası, 1 ədəd sok çəkən maşın, 1 ədəd mərtəbəli şirniyyat qabı, 1 dəst pastel, dəsmal və süfrələr, 1 ədəd xalı, 1 ədəd xalça, 1 ədəd ütü, 1 ədəd ütü stolundan ibarət əmlaklar, həmçinin, Ərizəçi məxsus olan 1 ədəd atestat, 1 ədəd şəhadətnamən və qiymətləndirmə şəhadətnaməsi alınaraq Ərizəçi verilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar