Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-725/2025 19.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 2400 (iki min dörd yüz) manat məbləğində maddi zərərin, onun barəsində şər və böhtan xarakterli məlumatlar yayması və əsassız şikayət etdiyinə görə şərəf və ləyaqətinin alçalması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi olaraq 2600 manatın və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdehn alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma dayısı qızının əridir. Ehtiram əvvəllər “Xırdalan Şərab” şirkətində satış nümayəndəsi işləmiş, 2020-ci ildən Ehtiram işdən çıxdığı üçün Ehtiramın yerinə o işə girmişdir. 2022-ci ilədək həmin şirkətdə satış nümayəndəsi işləmişdir, 2022-ci ildə ona şirkətdən pul yediyini bildirmişlər. Bununla bağlı Şəki Rayon Prokurorluğunda araşdırılma aparılmış və toplanmış material Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsində onun təqsirsiz olmağı sübut olunmuşdur. O həmin vaxt Ehtiramın yerinə 2700 manat pul ödəmişdir. Ehtiram 2022-ci ilin yay aylarında həmin borcdan 300 manatı ona ödəmiş, lakin o 2022-ci ilin noyabr ayında işdən çıxandan sonra həmin pulun qalan hisəssini ödəməmişdir. Buna görə də hal-hazırda Ehtiramın ona 2400 manat borcu vardır. Cavabdeh ona 2400 manat pul ödəməli olmasını təsdiq edəcək şahidləri də mövcuddur. Belə ki, “Xırdalan Şərab” şirkətinin Şəki filialının müdiri X6, satış müdirləri Elnur Həşimov, Zürab Şahməliyev və digərləri bunu təsdiq edə bilərlər. Lakin Cavabdeh həmin borcu ödəməkdən yayınmaq üçün onun barəsində əsassız, şər və böhtan xarakterli, ləkələyici məlumatla Şəki Şəhər- Rayon Polis Şöbəsinə müraciət edərək guya onun onu öldürməklə hədələdiyini bildirmişdir. Lakin Cavabdeh şikayəti Azərbaycan Respublikası DİN-in Şəki ŞRPŞ-nin TBnin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən araşdırılmış və şikayətin əsassız, şər və böhtan olması öz təsdiqini tapmışdır. Lakin Cavabdeh şər və böhtan xarakterli şikayətinin araşdırılması müddətində onu 24 saat Şəki ŞRPŞ-də saxlamışlar. Bu müddət ərzində onun azadlığı məhdudlaşdırılmış və o, balaca dar otaqda 24 saat qalmışdır. Bu müddət ərzində də onun şəkər xəstəsi atası, anası, arvadı və uşağı mənəvi sarsıntı keçirmişlər. Göründüyü kimi Cavabdeh ona olan 2400 manat borcunu ödəməkdən yayınmaqdan ötrü onun şərəf və ləyaqətini alçaldaraq, şər və böhtan ataraq, onun barəsində ləkələyici məlumatlar yayaraq ona mənəvi ziyan vurmuşdur. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 iddia ərizəsində qeyd etdiklərinə nəzər saldıqda bunun tamamilə şər və böhtan xarakterli məlumatlardır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı ondan guya onun daha öncə “Xırdalan Şərab” şirkətində satış nümayəndəsi işlədiyi dövrdə işdən çıxan zaman kəsirinin olmasını və guya həmin 2700 manat kəsirin İddiaçı tərəfindən ödənilməsini bildirmişdir. Halbuki, o, “Xırdalan Şərab” şirkətində işlədiyi dövrdə heç bir ödənilməmiş qalığı qalmamış və o, həmin şirkətdən işdən ayrılarkən tam şəkildə təhvil və təslim aparılmış və onun şirkətə heç bir borcu qalmamışdır. Əgər həmin vaxt onun kəsiri olsa idi, o, “Xırdalan Şərab” şirkəti tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilərdi. Halbuki, o, öz ərizəsi ilə işdən azad edilmişdir. Halbuki, əksinə İddiaçı “Xırdalan Şərab” şirkətinin pullarını mənimsədiyinə görə şirkət onun barəsində şikayət ərizəsi ilə Şəki Rayon Prokurorluğuna müraciət etmiş və həmin araşdırmanın nəticəsində İddiaçı təqsiri tam sübut edilmiş və barəsində AR CM-nin 179-cu maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmış, ibtidai istintaqın gedişində İddiaçı təqsirli olduğundan etiraf etmiş və buna görə də, şirkətə vurduğu ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödəmişdir. Bundan sonra İddiaçı bəraətverici əsaslar olmadan, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilmişdir. Şəki Rayon Prokurorluğunda saxlanılan İddiaçı barəsində CM-nin 179-cu maddəsi ilə ibtidai istintaqı aparılmış cinayət işinin materialları ilə iddiaçının hazırki iddiasının tamamilə yalan olması tam sübut edilir. İddiaçı iddia ərizəsində guya onun ona 2400 manat pul ödəməli olmağını təsdiq edəcək şahidlər “Xırdalan Şərab” şirkətinin Şəki filialının müdiri X6, satış müdirləri Elnur Həşimov, Zürab Şahməliyev və digərləri bunu təsdiq edə bilmələri barədə onu deyə bilər ki, həmin şəxslərin özləri də “Xırdalan Şərab” şirkətindən pul vəsaitini mənimsəyərək ona maddi ziyan vurmuş şəxslərdir və həmin şəxslər “Xırdalan Şərab” şirkətindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilmişlər. Həmin şəxslər iddiaçının dostları olmaqla onunla əlbir olaraq onun barəsində hazırki saxta iddia ərizəsini qaldırmaq və saxta şahidlik etməklə ondan qanunsuz və əsassız pul alaraq əsassız olaraq varlanmaq istəyirlər. Daha sonra iddiaçı iddia ərizəsində şər və böhtanlarına davam edərək qeyd etmişdir ki, Cavabdeh şər və böhtan xarakterli şikayətinin araşdırlması müddətində onu 24 saat Şəki ŞRPŞ-də saxlamışlar. Bu müddət ərzində onun azadlığı məhdudlaşdırılmış və o balaca dar otaqda 24 saat qalmışdır. Bu müddət ərzində də, onun şəkər xəstəsi atası, anası, arvadı və uşağı mənəvi sarsıntı keçirmişlər. Halbuki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da bunu tam təkzib etməkdədir. Belə ki, iddiaçı onun barəsində qeyd edilən material üzrə araşdırma aparan təhqiqatçı tərəfindən hər hansı tutulma prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Onun şikayət ərizəsi ilə iddiaçıya cinayət işi başlanılmamış və buna görə də heç bir prosessual məcburiyyət tədbirləri tətbiq edilməmişdir. İddiaçı sadəcə olaraq bir dəfə Şəki ŞRPŞ-yə dəvət edilərək izahatı alınmışdır. Əgər təhqiqatçı tərəfindən o qanunsuz olaraq 24 saat Şəki ŞRPŞ-də saxlanılmışdırsa, nəyə görə İddiaçı Azərbaycan Respublikası DİN-in Şəki ŞRPŞ-nın TB-nin təhqiqatçısı, polis kapitanı X1 Şəki rayon prokurorluğuna şikayət etməmişdir. Cavabdeh etiraza əlavə ilə müraciət etmişdir. Əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı şahidlərin dindirilməsi barədə vəsatəti ilə tanış olmuşdur. İddiaçı həmin vəsatətdə qeyd etmişdir ki, “ona cavabdeh tərəfindən maddi zərərin vurulmasını təsdiq edəcək şahidlər də mövcuddur”. Həmin şahidlər İddiaçı tərəfindən öyrədilmiş, yalançı şahidlərdir. Belə ki, İddiaçı “Xırdalan Şərab” şirkətinin pullarını mənimsədiyinə görə şirkət onun barəsində şikayət ərizəsi ilə Şəki rayon prokurorluğuna müraciət etmiş və həmin araşdırmanın nəticəsində İddiaçı təqsiri tam sübut edilmiş və barəsində AR CM-nin 179-cu maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, ibtidai istintaqın gedişində İddiaçı təqsirli olduğunu etiraf etmiş və buna görə də şirkətə vurduğu ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödəmişdir. Bundan sonra İddiaçı bəraətverici əsaslar olmadan yəni Azərabycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən yəni zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilmişdir. Şəki Rayon Prokurorluğunda saxlanılan İddiaçı barəsində CM-nin 179-cu maddəsi ilə ibtidai istintaq aparılmış cinayət işinin materialları ilə iddiaçının hazırki iddiasının tamamilə yalan olması tam sübut edilir. Həmin cinayət işi üzrə ibtidai istintaq aparılarkən iddiaçının qeyd etdiyi şahidlərdən X6 və X5 ifadələri alınmışdır. X3 ifadəsi Şəki rayon prokurorluğunun böyük müstəntiqi Abbas Qarayev tərəfindən tərtib edilən ittiham aktının 33-cü səhifəsində qeyd edilməklə həmin ifadədə tərtib edilən iddia ərizəsində qeyd etdiyi şər və böhtan xarakterli məlumatı təsdiq edəcək heç bir ifadə mövcud deyil. Belə ki, X6 ifadəsində qeyd etmişdir ki, “həmin yoxlamadan sonra Elmir ona zəng edərək “Maqnit” market və “Eldəniz” market adlı müştərilərdə əskik məbləğlər çıxdığını bildirmişdir. O isə həmin məbləğlərin Elmirə aid olmadığını, onun filial müdiri işlədiyi dövrdə həmin müştərilərdə yaranmış problemlə bağlı həmin əskik məbləğlərin ortaya çıxdığını bildirmişdir. Belə ki, “Maqnit” market barədə İddiaçıla ondan əvvəlki satış təmsilçisi Cavabdeh arasında təhvil-təslim olunan zaman müştərinin təxminən 1200 manat borcu olduğu təsdiqlənmiş, həmin borc Ehtiramdan Elmirə keçmişdir. Sonradan Elmir həmin müştəri ilə işləmiş, yoxlama aparılan zaman “Maqnit” marketi işlədən Zakir Umarov həmin 1200 manat borcu olmasına dair sənədi imzalamışdır. X19 1200 manat məbləğində pul ödəmiş olsa idi Ehtiramla Elmir arasında təhvil-təslim zamanı borcu almadığını bildirər, 1200 manat pulu şirkətə ödəməmək üçün bu cür demişdir. Emirin fəaliyyəti barədə yoxlama aparılan zaman ortaya çıxan həmin 1200 manat fərq “Maqnit” marketin öz borcudur. Göründüyü kimi, X3 ifadəsində qeyd edilənlər İddiaçı iddiasının tamamilə əsassız olmasını tam sübut edir. Bundan əlavə şahid qismində dindirilmələri xahiş edilmiş X8, X4 və X11 həmin cinayət işi üzrə şahid qismində dindirilməmişlər və onların ifadələri həmin ittiham aktında mövcud deyil. Əgər həmin şəxslər tərəfindən onun hansısa kəsirinin İddiaçı keçməsi barədə məlumatları olsaydı həmin dövrdə İddiaçı tərəfindən vəsatətlər ibtidai istintaq orqanına müraciət edilər və qeyd edilən şəxslərin ifadələrinin alınması təmin edilərdi. Buradan da görünür ki, hazırda İddiaçı həmin şəxsləri öyrədərək onun əleyhinə yalançı şahidlik etdirmək istəyir. İddiaçı ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlamışdır. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd etdiklərinə nəzər saldıqda görünür ki, bu tamamilə şər və böhtan xarakterli məlumatlardır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı ondan guya onun daha öncə “Xırdalan Şərab” şirkətində satış nümayəndəsi işlədiyi dövrdə işdən çıxan zaman kəsirinin olmasını və guya həmn 2700 manat kəsirin İddiaçı tərəfindən ödənilməsini bildirmişdir. Halbuki, o, “Xırdalan Şərab” şirkətində işlədiyi dövrdə heç bir ödənilməmiş qalığı qalmamış və o, həmin şirkətdən işdən ayrılarkən tam şəkildə təhvil və təslim aparılmış və onun şirkətə heç bir borcu olmamışdır. Əgər həmin vaxt onun kəsiri olsaydı o, “Xırdalan Şərab” şirkəti tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilərdi. Halbuki, o öz ərizəsi ilə işdən azad edilmişdir. Halbuki, əksinə İddiaçı “Xırdalan Şərab” şirkətinin pullarını mənimsədiyinə görə şirkət onun barəsində şikayət ərizəsi ilə Şəki rayon prokurorluğuna müraciət etmiş və həmin araşdırmanın nəticəsində İddiaçı təqsiri tam sübut edilmiş və barəsində AR CM-nin 179-cu maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmış, ibtidai istintaqın gedişində İddiaçı təqsirli olduğunu etiraf etmiş və buna görə də şirkətə vurduğu ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vədaiti dövlət büdcəsinə ödəmişdir. Bundan sonra İddiaçı bəraətverici əsaslar olmadan yəni AR CM-nın 73-1.2-ci maddəsinə əsasən yəni zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilmişdir. İddia ərizəsindən də göründüyü kimi o, 2020-ci ildə “Xırdalan Şərab” şirkətindən öz ərizəsi ilə azad edilmişdir və həmin vaxtdan bu günədək şirkətin ona qarşı heç bir iddiası olmamışdır. Əgər onun tərəfindən şirkətin pulu mənimsənilsəydi, şirkət İddiaçı etdiyi qaydada ona qarşı şikayət ərizəsi ilə Şəki rayon prokurorluğuna müraciət edərdi. Lakin, hazırki işdən göründüyü kimi onun işdən çıxmağından 5 il sonra İddiaçı ona qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Əgər həqiqətən də iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi onun əvəzinə pul ödəmişdirsə, nəyə görə 5 il sonra ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirdi. Ona görə də, hazırki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq İddiaçı ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının iddia müddətin ötürüldüyündən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, HK-1/56 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Cinayət təqibinə xitam verilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraata və İddiaçı barəsində cinayət təqibinə xitam verilməsi, İddiaçı cinayət məsuliyyətindən azad edilməsi, İddiaçı qismən etirafedici ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları, audit aktı, mühasibatlıq sənədləri, məhkəməmühasibatlıq ekspertizasının rəyi və cinayət işinin digər materialları ittiham tərəfinin əldə etdiyi mötəbər dəlilləri təşkil etdiyindən sübut növü kimi qiymətləndirilərək toplanmış sübutların kifayət hesab edilməsi və cinayət işi materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-95/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmə iclasında baxılmasın xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X6 izahatında bildirmişdir ki, iddiaçı satış nümayəndəsi olmuş və təxminən 2 il işləmişdir. Cavabdeh satış təmsilçisi işləmişdir. Cavabdeh özü kiosk götürmüşdü işləmək üçün. Ehtiram çıxandan sonra onun yerinə Elmir gəlmiş və Ehtiram qol çəkmişdir ki, borcu qəbul edir. Ehtiram kiosku bağlamış və borcu ödəməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X9 izahatında bildirmişdir ki, Elmir satış nümayəndəsi olmuşdur. Ehtiramın kiosku olmuşdur. Ehtiram çıxandan sonra onun yerinə Elmir gəlmiş və Ehtiram qol çəkmişdir ki, borcu qəbul edir. Ehtiram kiosku bağlamış və borcu ödəməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X11 izahatında bildirmişdir ki, Ehtiramın kiosku olmuşdur. Ehtiram çıxandan sonra onun yerinə Elmir gəlmiş və Ehtiram qol çəkmişdir ki, borcu qəbul edir. Ehtiram kiosku bağlamış və borcu ödəməmiş və borc da hər ay Elmirdən tutulduğunu bildirmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbini belə əsaslandırır ki, Cavabdeh onun doğma dayısı qızının əridir. Ehtiram əvvəllər “Xırdalan Şərab” şirkətində satış nümayəndəsi işləmiş, 2020-ci ildən Ehtiram işdən çıxdığı üçün Ehtiramın yerinə o işə girmişdir. 2022-ci ilədək həmin şirkətdə satış nümayəndəsi işləmişdir, 2022-ci ildə ona şirkətdən pul yediyini bildirmişlər. Bununla bağlı Şəki Rayon Prokurorluğunda araşdırılma aparılmış və toplanmış material Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsində onun təqsirsiz olmağı sübut olunmuşdur. O həmin vaxt Ehtiramın yerinə 2700 manat pul ödəmişdir. Ehtiram 2022-ci ilin yay aylarında həmin borcdan 300 manatı ona ödəmiş, lakin o 2022-ci ilin noyabr ayında işdən çıxandan sonra həmin pulun qalan hisəssini ödəməmişdir. Buna görə də hal-hazırda Ehtiramın ona 2400 manat borcu vardır. Cavabdeh tərəfindən isə iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək 5 il əvvəl işdən öz ərizəsi ilə azad edildiyini və şirkətə heç bir borcunun olmadığını və şirkətlə onun arasında təhvil və təslim aparıldığını bildirmişdir. İddiaçı ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının iddia müddəti ötürülmüşdür və bundan əlavə hesab edir ki, iddiaçının ona qarşı olan iddia tələbinin əsassızdır. Məhkəmə qeyd edir ki, sübutların aidiyyəti dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Başqa sözlə, sübutun aidliyi onun baxılan iş üzrə sübutetmə predmeti ilə bağlılığının olması deməkdir. Sübutların aid edilməsi isə məhkəmənin həyata keçirdiyi fəaliyyət olub, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasına xidmət edən sübutların qəbul edilməsinə, işə aid olmayan (sübutetmə predmeti ilə heç bir bağlılığı olmayan) sübutların kənar edilməsinə (qəbul edilməməsinə) yönəlmişdir. İddiaçı, iddia tələbinin əsaslığına dair şahidlərin ifadələrini təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə qohum olmaq, dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz. İş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş yazılı mülahizələrdən də görünür ki, cavabdeh göstərilən şahidlərin ifadələrinə şübhə ilə yanaşılmışdır. Hər nə qədər şahid ifadələrinin mötəbərliyini şübhə altına alacaq hal müəyyən edilməmiş olsa belə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli pul məbləğinin yalnız şahid ifadəsinə istinad edilərək tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olmaması səbəbindən təmin edilmədiyindən iddia tələbinin tətbiq edilməsi barədə ərizəyə baxılmasına da zərurət aradan qalxmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev