Məhkəmə qərarları › İş №e-2(075)-738/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-738/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-738/2023 11.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X11 və maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum körpə qızı X6 15 dekabr 1992-ci il tarixdə Şəki rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, mərhum körpə qızı X6 xx.xx.1996-cı il tarixdə Şəki rayonunda vəfat etməsi faktınını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi X14 ilə xx.xx.1991-ci il tarixdə nikahlarını Şəki rayon qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Bu nikahdan onların X12, X9, X20 və X7 adlı övladları anadan olmuşdur. X1 xx.xx.1992-ci ildə Şəki rayonunda anadan olmuş və 11 aylıq olarkən 15 dekabr 1992- ci il tarixdə anidən xəstələnərək körpə uşaq ikən vəfat etmişdir. Həmin vaxt 1992-ci ildə körpə uşaqlarının ölümü barədə səənədləşmə işləri apara bilməmişlər, bir yandan Qarabağ müharibəsi ərəfəsi olduğundan hamının başı vətənin müdafiəsinə qarışdığı bir vaxtda savadsızlıqdan körpənin ölümünün rəsmiləşdirilməsinin lazım olmayacağını düşünmüşlər. Sonralar isə aradan xeyli müddət keçmiş və bu məsələ yaddan çıxmışdır. Bu yaxınlarda onlar ev və torpaq işləri ilə əlaqədar sənədləşmə işlərini həll edərkən mərhum körpə X6 adının təsərrüfatda qeyd edilməsi və onun ölüm şəhadətnaməsinin olmaması onlara sənədləşmə işlərində çətinlik yaratmışdır. Bu səbəblə ona ölüm haqqında şəhadətnamə almaq üçün əvvəl Şəki Rayon Mərkəzi Xəstəxanası Publik hüququi şəxsinə, daha sonra isə Şəkı̇ regional "ASAN xı̇ dmət mərkəzində fəaliyyət göstərən Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişlər. Həmin orqanlar onlara cavab verərək köhnə illərə aid sənədlərin məhv edildiyini, körpə qızları Gülnarın ölümü ilə əlaqədar məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Ölüm faktı ancaq məhkəmə qaydasında təsdiq edildikdən sonra onlara ölüm haqqında şəhadətnamə verə bilərlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat verən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X23 tələbi müdafiə edərək izahatında göstərdi ki, X9 onun bacısıdır. O 30 yanvar 1996-cı il tarixdə anadan olmuşdur. xx.xx.1996-cı il tarixdə Şəki rayonunda vəfat etmişdir. Lakin qanunu bilmədiklərindən onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni bu günədək almamışlar. Hazırda məhhum bacısı X6 ölüm haqqında şəhadətnaməsi zəruri olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X5 bildirdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X6 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X15 bildirdi ki, Ərizəçi qonşusudur. Yaxşı münasibətləri olmaqla sıx gediş gəlişləri var. Buna görə də, Ərizəçi qızı Gülnarın anadan olması və vəfat etməsini dəqiq xatırlamaqla onun 30 yanvar 1996-cı il tarixdə anadan olmuş, noyabr ayının 28-də isə xəstəlikdən vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X21 bildirdi ki, Ərizəçi onun qonşusudur. X2 1996-cı il tarixdə anadan olmuşdur. Xatırladığına görə noyabr ayında vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X19 göstərdi ki, Ərizəçi onun qonşusudur. Xatırladığına görə Mkayılın qızı Gülnar 30 yanvar 1996-cı il tarixdə anadan olmuş, 28 noyabr 1996-cı il tarixdə isə vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X6 xx.xx.1996-cı il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Şəki Regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 22 noyabr 2022-ci il tarixli, 05/Q/3608/15 nömrəli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X6 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 33 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X9 30 yanvar 1996-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası isə X13r. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 102 nömrəli arayışdan görünür ki, mərhum X9 xx.xx.1996-cı ildə Şəki rayonu, Qayabaşı kəndində anadan olmuşdur. 1996-cı ilin noyabr ayının 28-də vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X34 “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi X4 ünvanlanmış 16 fevral 2023-cü il tarixli, 70/2 nömrəli məktubundan görünür ki, qüvvədə olan qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X34 fəaliyyəti nəticəsində yaranmış köhnə illər o, cümlədən 1996-cı ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti 25 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, X9 barəsində ölüm haqqında sənədin verilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli, 353 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatdadır, hal-hazırda Qayabaşı kəndində yaşayır və onun X14 (arvadı), X12 (qızı), X9 (qızı), X20 (oğlu), X7 (qızı) adlı ailə üzvləri vardır. İşdə olan Şəki Reigonal Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli, 05/Q-1854/69 nömrəli arayışdan görünür ki, X9 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, vətəndaşlq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeyd kitabları 1993-2000-ci illər üzrə, bərpa akt qeydi kitabları isə 1997-2022-ci illər üzrə yoxlanılmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi X6 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qızı 30 yanvar 1996-cı il tarixdə Şəki rayonu, Qayabaşı kəndində anadan olmuş X6 28 noyabr 1996-cı il tarixdə Şəki rayonu, Qayabaşı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızı 30 yanvar 1996-cı il tarixdə Şəki rayonu, Qayabaşı kəndində anadan olmuş X6 28 noyabr 1996-cı il tarixdə Şəki rayonu, Qayabaşı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar