Məhkəmə qərarları › İş №e-2(075)-794/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-794/2024

12.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-794/2024 12.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: Ərizəçi Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M- 00165 nömrəsi ilə qeydiyyatdan keçmiş, mediator X1 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 03 oktyabr 2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.3-cü və 2.7-ci bəndlərinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.3-cü və 2.7-ci bəndlərinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onunla, keçmiş əri Maraqlı şəxs arasında nikahın pozulması, uşaqların himayədə saxlanılmaları, aliment barədə tələblər üzrə mediasiya prosesi zamanı 03 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 2.3. Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumi olaraq 300 (üç yüz) manat alimentin, növbəti ayın ilk beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. 2.7. Maraqlı şəxs - yataq mebeli dəstini (1 ədəd ikinəfərlik çarpayı 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd termo), qonaq mebeli dəstini (1 ədəd Tvaltı, ədəd güzgülü dolab, ədəd aynalıdolab), 1 ədəd divan və 2 ədəd kreslonu 01 dekabr 2023-cü il tarixədək X3 təhvil verməyi, Ərizəçi da həmin tarixə kimi təhvil almağa qarşılıqlı olaraq razıdırlar. Maraqlı şəxs barışıq sazişinin 2.3-cü və 2.7-ci bəndinin şərtlərinə riayət etməmişdir. Belə ki, bu günədək barışıq sazişi ilə müəyyən edilmiş alimentdən heç bir ödəniş etməmişdir. Həmçinin Maraqlı şəxs barışıq sazişinin 2.7ci bəndində qeyd edilmiş əşyaları vermir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi və mraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 03 oktyabr 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02092 nömrəli barışıq sazişinin 2.3cü bəndindən görünür ki, Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumi olaraq 300 (üç yüz) manat alimentin, növbəti ayın ilk beşgünlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. - Həmin sazişin 2.7-ci bəndinə əsasən Maraqlı şəxs - yataq mebeli dəstini (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd termo), qonaq mebeli dəstini (1 ədəd Tvaltı, ədəd güzgülü dolab, ədəd aynalıdolab), 1 ədəd divan və 2 ədəd kreslonu 01 dekabr 2023-cü il tarixədək X4 təhvil verməyi, X6 da həmin tarixə kimi təhvil almağa qarşılıqlı olaraq razıdırlar. - 05 fevral 2024-cü il tarixli MMŞ/MT018/2024-02092 saylı Arayışda qeyd edilmişdir ki, Maraqlı şəxs Ərizəçi qarşı MŞŞ/MT-018/2023-02092 nömrəli müraciətinə mediasiyada baxılaraq müvafiq iş üzrə yekun sənəd olaraq xx.xx.2023-cü il tarixli “Barışıq sazişi” verilmişdir. Həmin “Barışıq sazişi” tərəfə təqdim edildikdən sonra müəyyən edilmişdir ki, sazişin 2.7. bəndində texniki yanlışlığa yol verilmiş və həmin hissəyə izah verilməsinə ehtiyac yaranmışdır. Belə ki, “Barışıq sazişi”nin 2.7. bəndində iki yerdə yazılmış “X6” sözü, “Ərizəçi” kimi oxunması nəzərdə tutulmuşdur. - 16 aprel 2017-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X8 arasında 16 aprel 2017-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Salamova soyadı verilmişdir. - 10 avqust 2023-cü il tarixli AZ-T 249106 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. - 10 avqust 2023-cü il tarixli AZ-T 249105 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. - ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100.40 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissələri Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.3-cü və 2.7-ci bəndlərinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən Maraqlı şəxs 100.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X7 ilə Maraqlı şəxs arasında bağlanmış 03 oktyabr 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02092 nömrəli barışıq sazişinin 2.3-cü və 2.7-ci bəndləri təsdiq edilsin. 2.3. Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumi olaraq 300 (üç yüz) manat alimentin, növbəti ayın ilk beşgünlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. 2.7. Maraqlı şəxs - yataq mebeli dəstini (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd termo), qonaq mebeli dəstini (1 ədəd Tvaltı, ədəd güzgülü dolab, ədəd aynalıdolab), 1 ədəd divan və 2 ədəd kreslonu 01 dekabr 2023-cü il tarixədək Ərizəçi təhvil verməyi, Ərizəçi da həmin tarixə kimi təhvil almağa qarşılıqlı olaraq razıdırlar. Maraqlı şəxs 100.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar