Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-819/2023 10.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mediasiya prosesləri nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 1.1-ci bəndlərinin təsdiq edilməsi və ödədiyi dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 25 iyul 2019-cu il tarixdə Sumqayıt “Asan xidmət” Mərkəzində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 21 may 2020-ci il tarixdə Damla adlı uşağı anadan olmuşdur. Cavabdehlə əvvəllər səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. O, artıq azyaşlı uşağı ilə birlikdə cavabdeh Maraqlı şəxs ayrı yaşayır. Həmçinin aralarda bağlanmış nikahın pozulması və digər tələblərlə bağlı Mediasiya Şurasına müraciət etmiş və mediasiya prosesində 13 sentyabr 2022-ci il tarixdə iştirak etmişlər. Uşağın onun yanında saxlanılmasına razılaşmışlar. Lakin aralarında razılaşma olsa da, mübahisənin nikahın pozulması hissəsinin mediasiya prosessində həll edilməsi mümkün olmamışdır. Belə ki, onunla Maraqlı şəxs arasında arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşağın himayədə saxlanılması, aliment, uşaqla görüş və əmlak barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 13 sentyabr 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmiş, uşağın onun yanında saxlanılmasına süni maneçiliklər yaratmışdır. Artıq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 25 iyul 2019-cu il tarixdə Sumqayıt “Asan xidmət” Mərkəzində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 21 may 2020-ci il tarixdə Damla adlı uşaqları anadan olmuşdur. Tərəflər əvvəllər səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. Aralarda bağlanmış nikahın pozulması və digər tələblərlə bağlı Mediasiya Şurasına müraciət etmiş və 13 sentyabr 2022-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən tərəflərin birgə nikahlarından 21 may 2020-ci il tarixdə anadan olmuş uşağı X1, iddiaçı Ərizəçi himayəsinə verilmişdir. Hazırda iddiaçı, cavabdehin barışıq sazişinin şərtlərinə əməl etmədiyini, uşağın onun yanında qalmasına maneçilik yaratdığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış 13 sentyabr 2022ci il tarixli barışıq sazişinin şərtləri hazırda Şəki Rayon Məhkəməsinin icraataında olan Ərizəçi Maraqlı şəxs qarşı nigahın pozulmasına dair mülki işdə Maraqlı şəxs tərəfindən mübahisələndirilmişdir. Göründüyü kimi, tərəflərin arasında övladlarının hansı valideyinin yanında saxlanılması ilə bağlı mübahisə vardır və nigahın pozulması ilə bağlı işə baxılarkən qeyd olunan məsələyə qiymət verilməlidir. Ona görə də, hazırkı iş üzrə tələbin təmin edilərək barışıq sazişinin təsdiqlənməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi mediasiya prosesləri nəticəsində onunla cavabdeh Maraqlı şəxs arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 1.1-ci bəndlərinin təsdiq edilməsi tələbinə dair iddiasə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi mediasiya prosesləri nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 1.1-ci bəndlərinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-819/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-819/2023
10.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver