Məhkəmə qərarları › İş №e-2(075)-823/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-823/2022

23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-823/2022 23.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X7 06 mart 2003-cü il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, o, Hüseyn Loğmanovla ailə qurmuşdur. Onların birgə nikahlarından iki övladları anadan olmuşdur. Lakin, hər iki oğlu vaxtsız vəfat etmişdir. Bildirmişdir ki, birinci oğlu Ceyhun Loğmanov 06 mart 2003-cü il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndinin ətrafında olan dağda başına ağac düşərək aldığı xəsarətlərdən vəfat etmişdir. Həmin hadisə ilə bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılmışdır. Hadisə ilə bağlı bütün sənədlər həmin materialda vardır. Qeyd edilən bədbəxt hadisədən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən ona vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra oğlundan miras qalmış əmlakla, həmçinin onun pensiyaya çıxması bağlı lazımi sənədləri hazırlayarkən oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Bildirmişdir ki, oğlu Ceyhunun ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, oğlu X7 ölümü barədə Maraqlı şəxsndə qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də oğlu X7 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətndə qalmışdır. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Şəki regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 göstərmişdir ki, o, bir çox sahələrdə, son dövrlərdə isə bələdiyyədə işləmişdir. Bildirmişdir ki, Ərizəçi ilə qohumluğu yoxdur, lakin onunla eyni kənddəndirlər. X4 odun kəsmək üçün Baş Şabalıd kəndinin yaxınlığındakı dağa getmişdir. Həmin vaxt ağac kəsərkən ehtiyyatsızlıqdan kəsilmiş ağac başına düşmüş və hadisə nəticəsində ağır xəsarət almışdir. Dindən anlayışı olduğu üçün, həm də o vaxtlar kənddə molla tapılmadığı üçün mərhumun yas mərasimlərini də o özü aparmışdır. Mərhum 06 mart 2003-cü il tarixdə Şəki rayonu, Baş Şabalıd kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 göstərmişdir ki, o, Şəki rayonu Baş Şabalıd kəndində yaşayır. X4 ilə yaxın qonşu olmuş, qohumluq əlaqələri olmamışdır. Bildirmişdir ki, 06 mart 2003-cü il tarixdə mərhum X3 yaxınlığındakı dağa odun qırmağa getmişdir. Dağda odun qıran zaman başına ağac düşüb ağır xəsarət almışdır. Yaralı vəziyyətdə evlərinə gətirilmiş, hadisəni eşidib o da gəlmişdir. Həmin vaxt həkim də çağrılmış, lakin həkim gələnə kimi artıq vəfat etmişdir. Mərhumun meyidini görmüşdür. Bildirmişdir ki, mərhumun yas mərasimlərində iştirak etmişdir. Loğmanov Ceyhun 06 mart 2003-cü il tarixdə Şəki rayonu, Baş Şabalıd kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 göstərmişdir ki, X4 onun həmkəndlisi olmuşdur. Bildirmişdir ki, X11 06 mart 2003-cü il kəndin yaxınlığındakı dağda odun qıran zaman, başına ağac düşmüş və almış olduğu ağır xəsarətdən vəfat etmişdir. Onun yas mərasimlərində iştirak etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 01 dekabr 1987-ci il tarixli, X-ЖГ 370359 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 01 noyabr 1984-cü il təvəllüdlü X7 atası X13, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 may 1970-ci il tarixli, АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1961-ci il təvəllüdlü X1 atası X2, anası X9r. İşdə olan Şəki Rayon Prokurorluğu tərəfindən məhkəmə sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış 16 mart 2021-ci il tarixli, 74xid-22 nömrəli məktubdan görünür ki, Şəki rayonu Baş Şabalıd kənd sakini X7 06 mart 2003-cü il tarixdə ölməsi faktı əsasında Şəki Rayon Prokurorluğunda toplanmış 34c-03 nömrəli material saxlama müddəti keçdiyinə görə 16 noyabr 2017-ci il tarixli akta əsasən məhv edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən ünvanlanmış, 03 fevral 2022-ci il tarixli, 05/Q-418/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs arxivində X7 ölümü haqqında akt qeydi aşkar edilmədiyi üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 05 may 2022-ci il tarixli, 1020 nömrəli arayışdan görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini X11 2003-cü ilin mart ayında vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X11 Ərizəçi oğludur. Ərizəçinin oğlu X11 06 mart 2003-cü il tarixdə Şəki rayonu Baş Şabalıd kənd ərazisində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 01 noyabr 1984-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş X7 06 mart 2003-cü il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 01 noyabr 1984-cü il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş X7 06 mart 2003-cü il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndi ərazisində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar