Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-852/2023 15.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Maraqlı şəxs qarşı məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 10 oktyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, o, Maraqlı şəxs ilə qeyri-rəsmi nikahda olmuşdur. Onların ailə münasibətlərindən 30 iyun 2022-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Maraqlı şəxs ilə ilk dövrlərdən münasibətləri normal olsa da, sonradan aralarında olan münasibətləri pozulmuşdur. O, hamiləlik dövründən cavabdehdən ayrı yaşamışdır. Hal-hazırda faktiki olaraq ata evində yaşayır. Maraqlı şəxs uşaq anadan olduğu vaxt və ondan sonra uşağa baxmadığı və onunla maraqlanmadığı üçün uşağa baxmaqda maddi cəhətdən çətinlik çəkir. Bildirmişdir ki, uşağın maddi tələbatları artığından aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosesində onunla Maraqlı şəxs arasında 10 oktyabr 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən 30 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tərəfindən ona ödənilməsi barədə razılıq əldə etmişlər. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs uşağın saxlanılması üçün bu günə kimi cəmi 400 manat pul göndərmişdir. Maraqlı şəxs dekabr ayında 100 manat aliment ödəmişdir. Sonradan uşaq xəstələndiyi üçün cavabdehin anasında 50 manat ödəməsini xahiş etmiş, onlarda onun kartına 50 manat pul köçürmüşlər. Bundan başqa uşağa 250 manat məbləğində xərc çəkmişlər. Bundan başqa Maraqlı şəxs uşağın saxlanılması üçün ona hər hansı köməklik göstərməmişdir. Bununlada Maraqlı şəxs barışıq sazişinin tələblərini pozur və barışıq sazişinin könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək göstərmişdir ki, o, Ərizəçi ilə qeyrirəsmi qaydada ailə qurmuşdur. Onların ailə münasibətlərindən 30 iyun 2022-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Əvvəllər Ərizəçi ilə münasibətləri normal olsa da, sonradan aralarında olan münasibətləri pozulmuş və ayrılmışlar. Buna görə də, aralarında rəsmi nikah bağlanmamışdır. Hal-hazırda onlar ayrı yaşayırlar. Ərizəçi ondan ayrıldıqdan sonra Bakı şəhərinə getmişdir, ərizəçi onların ailə münasibətlərindən dünyaya gələn uşaqları 30 iyun 2022-ci il təvəllüdlü X4 da özü ilə Bakı şəhərinə aparmışdır. Bildirmişdir ki, bir müddət sonra ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və 10 oktyabr 2022-ci il tarixdə keçirilən mediasiya prosesi zamanı onunla Ərizəçi arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən 30 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə onun tərəfindən Ərizəçi ödənilməlidir. O, təxminən 400 manat aliment ödəmişdir. Bir müddət sonra kreditə avtomobil almışdır. Həmin avtomobillə qəza keçirdiyi üçün, kredit borclarını ödəyə bilməmişdir. Buna görə də, alimentin qalan hissəsini ödəməyə maddi imkanı çatmamışdır. Onun aliment ödəməyə etirazı yoxdur. Onun banka olan kredit borcu və avtomobilin kredit borcu nəzərə alınmaqla aliment hissə-hissə onun aylıq əmək haqqısından tutulsun. Ərizənin təmin edilməsinə etirazı olmamışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 sentyabr 2022-ci il tarixli AZ-İV 776569 seriya nömrəli X1 görünür ki, 30 iyun 2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 10 oktyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 30 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürmüşdür və buna hər iki tərəf razı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. X3 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Göründüyü kimi tərəflər arasında 10 oktyabr 2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin şərtləri könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi 10 oktyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 30 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-852/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-852/2023
15.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver