Məhkəmə qərarları › İş №e-2(075)-907/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-907/2025

03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-907/2025 03.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, X2 06 may 2015-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 16 yanvar 1981-ci il tarixdə X7 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onun əri X7 06 may 2015-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. X2 vəfatından sonra ondan miras olaraq əmlakı adıma rəsmiəşdirmək istədikdə ərinin ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Belə ki, əri X7 06 may 2015-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Qeyd edilən hadisədən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən mərhum ərinə vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra əmlakla bağlı lazımi sənədlərini hazırlayarkən ərinin ölüm haqqında şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Ərinin ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, onun ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də X2 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Təcili tibbi yardım stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, 6 may 2025-ci il tarixdə n/həkim Məmməd Hacıağayev çağırış ünvanına getmiş, xəstədə zorakı ölüm nişanələri aşkar edilməmişdir. X3 vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetnə Birliyi” X13 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 21 aprel 2025-ci il tarixli, 18-1-71/2-B- 241-42-139/2025 saylı məktubundan görünür ki, X7 2015-ci il tarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Buna görə də ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” X4 ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki rayon Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 ölümü haqqında akt qeydi aşkar edilmədi. Şəki Regional “ASAN Xidmət” X1 ölümünün qeydə alınması mümkün deyildir. Məhkəmə qeyd edir ki, hazırkı halda X6 hansı tarixdə, harada vəfat etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə olan halda “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunduğundan ərizəçi həmin şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ona görə də, Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xitam verilməli, ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xitam verilsin. Ərizəçiyə izah edilsin ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 90,60 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar