Məhkəmə qərarları › İş №e-2(075)-965/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-965/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-965/2023 06.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Şəki rayonunda anadan olmuş və 22 dekabr 1996-cı il tarixdə ölmüş mərhum X2nın ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X2 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Belə ki, mərhum övladı 22 dekabr 1996-cı il tarixdə xəstəlik səbəbindən vəfat etmiş və Şəki rayonu Bolludərə kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin müddətdə övladına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda torpağa dair çıxarış almaq üçün adiyyatı üzrə 12 saylı Şəki ərazi idarəsinə müraciət etmişlər. Həmin vaxtı onlara mərhum övladının adına ölüm haqqında şəhadətnamə tərtib edilmədiyi bildirilmişdir. Bundan sonra biz 20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək mərhum X2nın ölümünün qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin 20 dekabr 2022-ci il tarixli 05/Q-3894/15 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1993-cü il təvəllüdlü övladları X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin Şəki rayon qeydiyyat şöbəsinə onun ölümünün qeydə alınması mümkün deyildir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də X3 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi qızı tələbini müdafiə edərək izahatında göstərdi ki, X7 onun qızıdır. O xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. 22 dekabr 1996cı il tarixdə Şəki rayonu, Bolludərə kəndində vəfat etmişdir. Lakin çətin günlər keçirdiklərindən onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni bu günədək almamışlar. Hazırda mərhum qızı X3 ölüm haqqında şəhadətnaməsi zəruri olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X10 bildirdi ki, Ərizəçi onun qohumudur. X2 xx.xx.1993-cü il tarixdə anadan olmuş və 22 dekabr 1996-cı il tarixdə vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 bildirdi ki, Ərizəçi onun həm qohumu həmdə qonşusudur. X2 1993-cü ilin yay ayında anadan olmuş, 1996-cı il tarixdə xəstəlikdən vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4 bildirdi ki, Ərizəçi onun qonşusudur. X7 1993-cü il tarixdə anadan olmuşdur. Xəstəlik səbəbindən 1996-cı il tarixdə vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X3 22 dekabr 1996-cı il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işdə olan 23 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Ərizəçi, İbrahimova Hicran Səfər qızı, X10, X6, X1 rayonu, Bolludərə kənd sakini Ərizəçi 27 iyun 1993-cü il tarixdə doğulmuş Səkinə adlı qızının, 22 dekabr 1996-cı il tarixdə xəstəlik səbəbli vəfat etməsinin və Bolludərə kənd qəbirstanlığında dəfn olunmasına şahid olmuşlar. Həmin şəxslər aktın doğruluğunu və düzgünlüyünü öz şəxsi imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Şəki Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli, 05/Q-3894/15 nömrəli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1993-cü il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2019-cu il tarixli, 05/Q-1956/70 nömrəli arayışdan görünür ki, X7 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları 1993-1999-cu illər üzrə Şəki rayonu üzrə yoxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X3 xx.xx.1993-cü il tarixli, 137 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X7 27 iyun 1993-cü il tarixdə Şəki rayonu, Bolludərə kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası isə İbrahimova Hicran Səfər qızıdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi X3 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qızı 27 iyun 1993-cü il tarixdə anadan olmuş X3 22 dekabr 1996-cı il tarixdə Şəki rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi qızı 27 iyun 1993-cü il tarixdə anadan olmuş X3 22 dekabr 1996-cı il tarixdə Şəki rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar