Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-966/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş X2 26 avqust 2022-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X7 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuşdur. O, 26 avqust 2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmişdir. Belə ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Cəyirli kəndindəki nümayəndəsinin 09 sentyabr 2022-ci il tarixli, 227 nömrəli arayışında da qeyd edilmişdir ki, X7 həqiqətən 26 avqust 2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmişdir. 14 yanvar 2023-cü il tarixdə Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edərək mərhum qardaşı X3 ölümünün qeydə alınmasım xahiş etmişdir. Lakin Şəki rayon Qeydiyyat şöbəsinin 14 yanvar 2023-cü il tarixli 05/Q-76/15 nömrəli məktubunda Şəki rayon Qeydiyyat şöbəsinin arxivində 06 iyun 1972-ci il təvəllüdlü qardaşı X3 ölümü haqqında akt qeydinin aşkar edilmədiyi qeyd edilmişdir. 13 yanvar 2023-cü il tarixdə Şəki rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə müraciət edilərək qardaşı X6 ölüm haqqında şəhadətnamənin verilməsinə köməklik edilməsini xahiş etmiş, lakin xəstəxananın 16 yanvar 2023-cü il tarixli, 16/2 nömrəli məktubu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli, 5 saylı kollegiyasının qərarının 4.2-t yarımbəndinə əsasən vəfat edənin şəxsiyyətini təsdiq edən sənədin əsli olduqdan sonra ölüm haqqında tibbi şəhadətnamənin tərtib edilməsi qeyd edilmişdir. Mərhum qardaşı X3 adına Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi olmamışdır. Yanlız onun adına Azərbaycan SSRİ dövrünə aid sovet pasportu olmuşdur. Bununla bağlı Şəki şəhər-rayon Polis Şöbəsinə müraciət edərək mərhun qardaşı X3 adına Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi olub olmamasını xahiş etmiş, Şəki şəhər-rayon Polis Şöbəsinin 04 mart 2023-cü il tarixli cavab məktubu ilə X3 Şəki ŞRPŞ-nin QMQ-dan 28 aprel 1989-cu il tarixdə XX1İİ-JQ-722926 nömrəli pasport aldığı və 13 yanvar 1991-ci il tarixdə hərbi xidmətə qeydiyyatdan çıxarıldığı qeyd edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi məhkəmənin hazırkı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla qonşudurlar. İlhamı tanıyırdı. Təbiətcə sakit adam idi. Onun həyat yoldaşı Nəzakəti də, qızı Rəyhanı da tanıyır. İlham, 26 avqust 2022-ci il tarixdə qəfildən vəfat etmişdir. O, yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı İlhamı da tanıyırdı. 2022-ci ilin avqust ayında vəfat etmişdir. İlhamın Reyhan adlı bir qızı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. İlham Cəyirli kəndində yaşayıb. Təsərrüfatla məşğul olurdu. Avqust ayında vəfat etmişdir. Yas mərasimində də iştirak etmişdir. Mərhum Cəyirli kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 1996-cı ildən Cəyirli kəndinin həkimidir. 2022-ci ilin avqust ayının axırlarında gecə saatlarında İlhamı müayinə etmək onu çağırmışlar. Lakin o, xəstənin yanına gələn zaman artıq dünyasını dəyişmişdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 iyun 1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli arayışın surətindən görünür ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 227 nömrəli arayışdan görünür ki, X9 26 avqust 2022-ci il tarixdə Şəki rayon Cəyirli kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəkillərindən görünür ki, X2 1972-ci ildə anadan olması və 2022-ci ildə vəfat etməsi qeyd edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X7 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuşdur. O, 26 avqust 2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmişdir. Həmin vaxt X2 ölümü barədə şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oğlu X2 ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı bildirilmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş X2 26 avqust 2022-ci il tarixdə ölməsi hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş X2 26 avqust 2022-ci il tarixdə ölməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-966/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-966/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver