Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1629/2025 18.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehlərin Cavabdeh2 və Cavabdeh3 və onların nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1ov Novruz oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh İddiaçı oğluna qarşı “qızıl-zinət və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan: 1) iki adda bir ədəd qızıl sep, yarpaq formalı, 22 qramlıq -2200 manat, bir ədəd qızıl bilərzik, yarpaq formalı, 11 qramlıq- 1100 manat - cəmi dəyəri 3300 manat olan qızıl ziynət əşyalarının Cavabdeh3 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin alınıb ona verilməsinə; 2) uşaqlarına məxsus olan iki adda qızıl zinət əşyalarının bir ədəd qızıl qolbağı, 8 qramlıq – 900 manat, bir ədəd qızıl sep, 8 qramlıq 900 manat – cəmi 1800 (bir min səkkiz yüz) manat dəyərində qızıl-ziynət əşyalarının Cavabdeh3 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin alınıb ona verilməsinə; 3) bir yüz əlli iki adda cehiz əşyalarının - bir dəst yataq mebeli, qəhvəyi rəngli – bir ədəd iki nəfərlik çarpayı bir ədəd paltar şkafı, bir ədəd termo güzgü, iki ədəd tumbuçka, bir ədəd termo stolu – 2000 manat, bir ədəd Qorka mebel qəhvəyi rəngli üç bölməli içərisi güzgülü – 500 manat, bir ədəd kamot qəhvəyi rəngli – 500 manat, bir ədəd dəmir sandıq üzərində maral şəkili və Xoşbəxt olun yazısı olan - 50 manat, bir ədəd xalça qırmızı bəzəkli 2X3 ölçülü – 100 manat, iki ədəd xalça zal otaq üçün qarşıq rəngli ortasında zanbaq gülü olan 4X5 ölçülü - cəmi dəyəri 500 manat, bir ədəd pərdə yataq otağının pəncərəsi üçün qızılı rəngli tül və dekorativ ipək parçadan - 100 manat bir ədəd pərdə, yataq otağının qapısı üçün ipək parçadan qızılı rəngli- 50 manat, dörd ədəd pərdə zal otağın pəncərəsi üçün tül və ipək dekorativ parçadan ağ rəngli, qara rəngli güllərlə - 200 manat, bir ədəd pərdə zal otağın qapısı üçün qızılı rəngli ipək parçadan –50 manat, bir ədəd tül və atlas pərdə qaynanasının otağı üçün qızılı rəngli- 50 manat bir ədəd örtük, bir divan və iki kreslo üçün tünd qırmızı rəngli – 200 manat, bir dəst Gəlincik pakrıval qızılı rəngli iki ədəd balınc iki ədəd mütəkkə və bir ədəd ürək formalı döşəkcəsi və bir ədəd adyalı ilə birlikdə - 300 manat, bir ədəd adyal nazik boz rəngli yun tək nəfərlik – 20 manat, bir ədəd adyal qalın xovlu şabalıdı rəngli güllü iki nəfərlik – 50 manat, bir ədəd adyal qalın xovlu qırmızı rəngli güllü iki nəfərlik- 50 manat, tək ədəd yun tək nəfərlik yorğan – cəmi 100 manat, altı ədəd yun yorğan iki nəfərlik cəmi dəyəri 600 manat, bir ədəd iki nəfərlik yun döşək 15 kq-lıq – 200 manat, dörd ədəd tək nəfərlik yun döşək hər 13 kq-lıq cəmi dəyir 400 manat, altı ədəd balınc qaz tükündən hər biri 3 kq- lıq- cəmi dəyir 300 manat, altı ədəd yun döşəkçə - cəmi dəyəri 60 manat beş ədəd ağ ipək pərdə, pəncərinin içi üçün – 50 manat, bir ədəd çılçıraq oval formalı musiqili rəngli işıqlı- 100 manat, iki ədəd çilçiraq 6 şamlı, qonaq otağı üçün – cəmi dəyəri 200 manat, iki ədəd gecə lampası güldan formalı tül örtüklü qəhvəyi rəngli- cəmi dəyəri – 100 manat, bir ədəd gecə lampası balaca, göy və ağ rəngli – 10 manat, yeddi ədəd lambirin karniz öç xətli – 30 manat, bir ədəd paltaryuyan maşın mexaniki ağ rəngli – 100 manat, bir ədəd ət çəkən maşın elektrikli gümüşü rəngli – 100 manat, bir ədəd meyvə şirəsi çəkən maşın qara və gümüşü rəngli – 50 manat, bir ədəd blender elektriklə işləyən Eurolux firmadan ağ rəngli -20 manat, bir ədəd blender mexaniki ağ rəngli – 10 manat, bir ədəd soba qırmızı rəngli elektrikli 100 manat bir ədəd mikser elektrikli, ağ rəngli – 30 manat, bir ədəd mikser gümüşü rəngli-30 manat, bir ədəd tozsoran gümüşü rəngli elektrikli – 100 manat, altı ədəd rozetka sadə şüşədən qızılı rəngli – 10 manat, altı ədəd rozetka sadə şüşədən göy rəngli – 10 manat, on səkkiz ədəd paltar veşilkası 8 manat, bir dəst su krafinkası 6 ədəd hündür bakalla birlikdə, sadə şüşə mor rəngli - 10 manat bir dəst su krafinkası, 6 ədəd hündür bakalla birlikdə sadə şüşə yaşıl rəngli – 10 manat, bir dəst kampot qabı 6 ədəd stəkanı ilə birlikdə -10 manat, altı ədəd bakal qaşlı hündür halqa formasında qara rəngli bəzəkli – 50 manat, altı ədəd bakal çəhrayı rəngli orta böyüklükdə bəzəkli – 50 manat, altı ədəd bakal hündür yaşıl rəngli bəzəkli – 50 manat, yemək dəsti ağ rəngli dörd künc formalı 12 nəfərlik qabların artasında baz rəngli gül şəkili olan -100 manat, kofe dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gül şəkili olan– 100 manat, çay dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gülü olan – 100 manat, boşqab dəsti 48 ədəd, müxtəlif ölçülü ağ rəngli qara güllü – 50 manat, boşqab dəsti 48 ədəd müxtəlif ölçülü ağ rəngli qırmızı güllü -50 manat, on iki ədəd balaca kasa ağ rəngli qara güllü – 12 manat, on iki ədəd kasa böyük ağ rəngli qara güllü – 20 manat, çörək qabı böyük ağzı qapaqlı- 5 manat, iki ədəd çörək qabı balaca kənarları tül parçalı – cəmi dəyəri 5 manat, iki ədəd meyvə qabı orta böyüklükdə adi şüşədən – cəmi dəyəri 15 manat, iki ədəd meyvə qabı xrustal, orta böyüklükdə - 40 manat, iki ədəd ləpə qabı üç mərtəbəli göy rəngli bəzəkli – cəmi dəyəri 20 manat, bir ədəd divar saatı dörd künc formalı qızılı rəngli qaşlı – 20 manat, iki ədəd güldan sünii gülləri ilə birlikdə qara rəngli böyük – cəmi dəyəri 50 manat, dörd ədəd meyvə qabı Bagema firmadan qırmızı rəngli – 60 manat, altı ədəd duz qabı adi sadə şüşə - 5 manat, on iki ədəd duz qabı xrustal -15 manat, iki ədəd salfetk qabı adi şüşə göy rəngli -cəmi dəyəri 5 manat, iki ədəd kül qabı xrustal orta böyüklükdə - cəmi dəyəri 10 manat, on iki ədəd xrustal çay stəkanı – 25 manat, on iki ədəd nəlbəki göy rəngli – 20 manat, iki ədəd qənd qabı xrustal orta böyüklükdə ayaqlı – cəmi dəyəri 20 manat, dörd ədəd qənd qabı xrustal gəmi formasında balaca – cəmi dəyəri 20 manat, iki ədəd qənd qabı xrustal ayaqsız- cəmi 20 manat, iki ədəd bıçaq dəstəyi qara rəngli – cəmi dəyəri 4 manat, altı ədəd bıçaq çörək kəsmək üçün ağzı dilikli – cəmi dəyəri 10 manat, on iki ədəd bıçaq dəstəyi sarı rəngli meyvə üçün – 12 manat, on iki ədəd bıçaq dəstəyi qırmızı rəngli meyvə üçün – 12 manat, altı ədəd dovğa çömçəsi kapron materialdan – 6 manat, on iki ədəd çəngəl on ikə ədəd bıçaq on iki ədəd xörək qaşığı və on iki ədəd çay qaşığı dəsti iki ədəd deşikli qaşıq göy bəzəkli – cəmi dəyəri 50 manat, bir dəst mətbəx naboru çömçə qaşıq kökür katlet çevirən kartof əzən asılqanlı nejaveka materialdan – 20 manat, bir ədəd çaydan Tefal firmadan elektikli iki litirlik -15 manat, bir ədəd dəm çayniki ağ rəngli şüşə qırmızı güllü - 5 manat, bir ədəd çaydan və dəm çayniki şirəli ağ rəngli qırmızı rəngli güllü –25 manat, bir ədəd termos göy rəngli 3 litirlik, üstü bəzəkli – 10 manat, üç müxtəlif ölçülü dəst qazan şirəli sarı rəngli – 30 manat, üç müxtəlif ölçülü qazan dəsti bir ədəd tava bir ədəd qulplu kruşkası ilə birlikdə gümüşü rəngli – 50 manat, bir ədəd qazan qırmızı rəngli şüşə qapaqlı – 10 manat, bir ədəd qazan ilan qabığı bəzəkli qapaqlı – 10 manat, tava dəsti yeddi ədəd müxtəlif ölçülü gümüşü rəngli – 50 manat, bir ədəd ütü buxarlı Texnalux firmadan yaşıl rəngli – 20 manat, bir ədəd ütü qara rəngli sadə buxarsız – 10 manat, bir ədəd qənd qıran bıçaq kimi altı dəmirli-10 manat, bir ədəd şirə çəkən elektrikli Eurolux firmadan- 20 manat, bir ədəd qaşıq qabı ağ rəngli plasmas materiladan – 2 manat, bir ədəd ventilyator hündür – 50 manat, iki ədəd tyorka – cəmi 5 manat, on iki ədəd dəmir şiş böyük ölçülü – 12 manat, bir ədəd qənd qıran dəmir qayçı formasında – 2 manat, bir ədəd pol ağacı bir ədəd oxlov pərdə çəkənlə birlikdə - 20 manat, iki ədəd aş süzən – 10 manat, bir ədəd fen saç qurutmaq üçün qara rəngli – 40 manat, bir ədəd fen saç qurutmaq üçün daraqlı, narıncı rəngli – 40 manat, bir ədəd fen ukladka üçün qara rəngli – 40 manat, üç ədəd ləyən aliminium müxtəlif ölçülü – cəmi dəyəri 30 manat, bir ədəd ləyən şirəli 16 litlik sarı rəngli -15 manat, dörd ədəd kapron ləyən müxtəlif ölçülü – cəmi dəyəri 10 manat, iki ədəd vedrə sarı rəngli şirəli – cəmi dəyəri 25 manat, bir ədəd mavi rəngli vanna bir ədəd kruşqası bir ədəd axtafası sabun qabı ilə bitlikdə - 20 manat, iki ədəd vanna qırmızı rəngli böyük və orta böyüklükdə - cəmi dəyəri 15 manat, bir ədəd qulplu dəmir kruşqa və bir ədəd kapron kruşka – cəmi dəyəri 5 manat, altı ədəd şüşə kruşka bürc və buta şəkilli – cəmi dəyəri 10 manat, bir ədəd şirəli cəm bir ədəd şirəli sini göy rəngli – cəmi dəyəri 10 manat, iki ədəd padnus 555 yazısı olan müxtəlif ölçülü - 10 manat, üç ədəd padnus ortası bəzəkli qızılı qulplu müxtəlif ölçülü- 30 manat, bir ədəd elektrikli soba iki listli qırmızı rəngli – 50 manat, bir ədəd su baçoku ağ rəngli 5 litirlik - 5 manat, iki ədəd vanna qırmızı rəngli böyük ölçülü- 25 manat, bir ədəd soğan çəkən -5 manat, bir ədəd qazanaltı dəmirdən- 2 manat, bir ədəd çaydan altı taxtadan- 2 manat, bir ədəd taxta tərəvəz doğramaq üçün-2 manat, bir ədəd düşbərə kəsən dəmirdən -10 manat, bir ədəd kətə kəsən-1 manat, bir ədəd nakkas şirin çörək üçün – 2 manat, altı ədəd toz dəsmalı- 5 manat, on iki ədəd xrustal bakal, hündür – 80 manat, on iki ədəd çay qaşığı - cəmi 5 manat, on iki ədəd əl-üz dəsmalı ağ rəngli künc tərəfində çiçək şəkili var işlənməməmiş – 50 manat, üç ədəd hamam dəsmalı, müxtəlif formalı müxtəlif rəngli təzə işlənməmiş - cəmi dəyəri 40 manat, beş ədəd hamam dəsmalı müxtəlif ölçülü müxtəlif rəngli işlənmiş- cəmi dəyəri 40 manat, on iki ədəd çay dəsmalı işlənməmiş müxtəlif ölçülü müxtəlif rəngli – cəmi dəyəri 40 manat, altı ədəd əl-üz dəsmalı işlənmiş müxtəlif ölçülü müxtəlif rəngli – cəmi 30 manat, bir ədəd qızılı rəngli süfrə 12 nəfərlik stol üçün – 20 manat, bir ədəd ağ-qara rəngli süfrə 12 nəfərlik stol üçün – 20 manat, bir ədəd süfrə jurnal stolu üçün tül materialdan – 10 manat, bir ədəd şüşə materialdan jurnal stolu – 50 manat, iki ədəd ağ rəngli 12 nəfərlik süfrə parçadan – cəmi 30 manat, üç dəst pastel üzü istifadə olunmjuş müxtəlif rəngl, müxtəlif formalı – cəmi dəyəri 60 manat, iki dəst tək nəfərlik pastel üzü təzə müxtəlif rəngli – cəmi dəyəri 60 manat, iki dəst iki nəfərlik pastel üzü təzə müxtəlif rəngli - cəmi dəyəri 80 manat, on iki ədəd fincan qırmızı rəngli sadə hündür meyvə şirəsi üçün - 20 manat, on iki ədəd fincan sarı rəngli sadə hündür meyvə şirəsi üçün -20 manat, bir ədəd güldan xrustal paxlava formalı bəzəyi ilə hündür- 40 manat, bir ədəd tort qabı on iki ədəd boşqabı ilə birlikdə özü ağ rəngli gülləri boz rəngli, dördbucaqlı- 30 manat, cəmi 9929 (doqquz min doqquz yüz iyirmi doqquz) manat dəyərində cehiz əşyalarının cavabdehlər -Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin müştərək qaydada alınıb ona verilməsinə; 4) Uşaqlarına məxsus əşyaların - bir ədəd uşaq üçün çarpayı mebeldən tumbuçkalı yaşıl və ağ rəngli – 300 manat, bir ədəd uşaq üçün yun yorğan üstündə ayı şəkili olan göy rəngli – 20 manat, bir ədəd uşaq üçün döşək yaşıl rəngdə üzərində Maşa və Ayı şəkili olan – 20 manat, dörd ədəd uşaq üçün adyal ağ rəngli qırmızı güllü – cəmi dəyəri 40 manat, bir ədəd uşaq üçün adyal boz rəngli sadə nazik parçadan – 15 manat, bir ədəd uşaq üçün adyal şabalıd rəngli sadə nazik parçadan- 15 manat, bir ədəd uşaq üçün adyal mor rəngli sadə nazik parçadan – 15 manat, iki ədəd uşaq üçün çarpayı şabalıdı rəngli baş tərəfində ağ xətti olan taxta materialdan- cəmi dəyəri 350 manat, iki dəst pastel üzü uşaq üçün ağ rəngli qızılı bəzəkli təzə – cəmi dəyəri 60 manat, iki dəst pastel üzü uşaq üçün istifadə olunmuş müxtəlif rəngli - cəmi dəyəri – 40 manat, iki ədəd sintifon balınc birində it birində pişik şəkili olan – cəmi dəyəri 20 manat dərində olan əşya. Cəmi: 895 (səkkiz yüz doxsan beş) manat dəyərində əmlakın cavabdehlər – Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin alınıb ona verilməsinə; 5) qırx altı baş ana qoyun, hər biri – 400 manat- cəmi dəyəri 18.400 manat, dörd baş erkək hər biri – 500 manat olmaqla – cəmi dəyəri-2000 manat, qırx altı baş quzu hər biri - 300 manat olmaqla, cəmi dəyəri – 13.800 manat olmaqla; cəmi 34.200 manat dəyərində heyvanın ½ hissəsinin naturada, bu mümkün olmadıqda onların dəyəri olan 17.100 (on yeddi min bir yüz) manat dəyərində əmlakın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 alınıb ona verilməsinə; 6) 140+1 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin, 1000 manat vəkil xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlundan müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının həyat yoldaşı, Cavabdeh1 qayınatası, Cavabdeh3 isə qayınanasıdır. İddiaçı 2014-cü ildə Cavabdeh2 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Elnur oğlu, xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X13 adlı azyaşlı övladlar dünyaya gəlmişdir. Toy günündə iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt cavabdehlər tərəfindən iddiaçıya qızıl-zinət əşyaları, iddiaçının valideynləri tərəfindən isə cehiz əşyaları hədiyyə edilmişdir. İddiaçı 10 noyabr 2024-cü il tarixinədək cavabdehlərlə birgə həmin evdə yaşamışdır. Lakin həmin tarixdə ailə daxili mübahisə səbəbindən cavabdeh Elnur İsmayıl oğlu tərəfindən döyülərək üç azyaşlı övladı ilə birlikdə evdən çıxmağa məcbur edilmiş və ata evinə sığınmışdır. Hadisədən sonra iddiaçıya və övladlarına məxsus olan qızıl-zinət, geyim və cehiz əşyaları cavabdehlərdə qalmış, onların könüllü qaytarılmasından imtina olunmuşdur. Bu səbəbdən iddiaçı məcbur olaraq məhkəməyə müraciət edir. Bundan əlavə, birgə nikah dövründə 46 baş ana qoyun, 4 baş erkək və 46 baş quzu əldə edilmişdir. Bu heyvanlar iddiaçının satdığı torpaq sahəsindən əldə edilmiş və alınan vəsaitlə əldə olunmuşdur. İddiaçı bu faktı sübut edən sənədləri məhkəməyə təqdim edəcəyini bildirir. Cavabdehlərdən tələb edilən cehiz əşyaları 152 adda olmaqla ümumilikdə 9929 manat dəyərindədir və aşağıdakılardan ibarətdir: 1 ədəd yataq mebeli dəsti – çarpayı, şkaf, termo güzgü, 2 tumbuçka və termo stol (2000 manat), 1 ədəd qəhvəyi Qorka mebel (500 manat), 1 ədəd kamot (500 manat), 1 ədəd dəmir sandıq, üzərində “Xoşbəxt olun” yazısı ilə (50 manat), 1 ədəd 2x3 ölçülü qırmızı xalça (100 manat), 2 ədəd zal otağı üçün 4x5 ölçülü xalça (500 manat), yataq və zal otağı üçün 9 ədəd müxtəlif pərdə (550 manat), 1 ədəd divan-kreslo örtüyü (200 manat), 1 dəst Gəlincik pakrıval (300 manat), 4 ədəd adyal (140 manat), 8 ədəd yun yorğan (700 manat), 5 ədəd yun döşək (600 manat), 6 ədəd qaz tükü balınc (300 manat), 6 ədəd yun döşəkçə (60 manat), 5 ədəd ağ ipək pərdə (50 manat), 3 ədəd çilçıraq (1-i musiqili) (300 manat), 3 ədəd gecə lampası (110 manat), 7 ədəd lambirin karnizi (30 manat), 1 ədəd mexaniki paltaryuyan (100 manat), 1 ədəd elektrikli ət çəkən (100 manat), 1 ədəd meyvə şirəsi çəkən (50 manat), 2 ədəd blender (elektrikli və mexaniki) (30 manat), 1 ədəd elektrikli soba (100 manat), 2 ədəd mikser (60 manat), 1 ədəd elektrikli tozsoran (100 manat), 12 ədəd rozetka (20 manat), 18 ədəd paltar veşilkası (8 manat), 2 dəst su krafinkası və 1 dəst kampot qabı (30 manat), 18 ədəd müxtəlif bakal (150 manat), yemək, kofe və çay dəstləri (hər biri 12 nəfərlik) – cəmi 300 manat, 2 dəst boşqab (48 ədəd) (100 manat), 24 ədəd kasa (32 manat), çörək və meyvə qabları (10 ədəd müxtəlif) (125 manat), 2 ədəd ləpə qabı (20 manat), 1 divar saatı (20 manat), 2 güldan (50 manat), 4 meyvə qabı, Bagema (60 manat), 18 duz qabı (20 manat), 2 salfetk qabı (5 manat), 2 kül qabı (10 manat), 12 xrustal çay stəkanı (25 manat), 12 nəlbəki (20 manat), 8 qənd qabı (60 manat), 32 bıçaq (meyvə, çörək, qara, qırmızı dəstəklə) (38 manat), 6 dovğa çömçəsi (6 manat), 48 ədəd çəngəl, bıçaq, qaşıq, çay qaşığı və 2 deşikli qaşıq (50 manat), 1 dəst mətbəx naboru (20 manat), 3 çaydan (elektrikli və dəm) (45 manat), 1 termos (10 manat), 6 qazan, 1 tava, 1 kruşka (80 manat), 2 qazan (qapaqlı) və 1 tava dəsti (70 manat), 2 ütü (30 manat), 1 qənd qıran (10 manat), 1 elektrikli şirə çəkən (20 manat), 1 qaşıq qabı (2 manat), 1 ventilyator (50 manat), 2 tyorka (5 manat), 12 dəmir şiş (12 manat), 1 pol ağacı, 1 oxlov (20 manat), 2 aş süzən (10 manat), 3 fen (120 manat), 8 ləyən (40 manat), 2 vedrə (25 manat), 3 vanna dəsti (60 manat), 2 kruşka (5 manat), 6 şüşə kruşka (10 manat), 2 padnus dəsti (40 manat), 1 elektrikli soba, iki listli (50 manat), 1 su baçoku (5 manat), 1 soğan çəkən (5 manat), 1 qazanaltı, 1 çaydan altı, 1 doğrama taxtası (6 manat), 1 düşbərə kəsən (10 manat), 1 kətə kəsən (1 manat), 1 nakkas (2 manat), 6 toz dəsmalı (5 manat), 12 xrustal bakal (80 manat), 12 çay qaşığı (5 manat), 12 əl-üz dəsmalı (50 manat), 8 hamam dəsmalı (80 manat), 12 çay dəsmalı (40 manat), 6 əl dəsmalı (30 manat), 4 süfrə (12 nəfərlik və jurnal stolu üçün) (80 manat), 7 dəst pastel üzü (200 manat), 24 fincan (meyvə şirəsi üçün) (40 manat), 1 xrustal güldan (40 manat), 1 tort qabı və 12 boşqabı (30 manat). Uşaqlara məxsus əşyalar ümumilikdə 895 (səkkiz yüz doxsan beş) manat dəyərindədir və aşağıdakılardan ibarətdir: 1 ədəd tumbuçkalı, yaşıl və ağ rəngli uşaq çarpayısı (300 manat), 1 ədəd yun yorğan, göy rəngli, üzərində ayı şəkili ilə (20 manat), 1 ədəd döşək, yaşıl rəngli, üzərində “Maşa və Ayı” şəkili ilə (20 manat), 4 ədəd adyal, ağ rəngli, qırmızı güllü (40 manat), 3 ədəd sadə, nazik parçadan uşaq adyalları — boz, şabalıdı və mor rəngli olmaqla (hər biri 15 manat, cəmi 45 manat), 2 ədəd şabalıdı rəngli taxta uşaq çarpayısı (350 manat), 2 dəst yeni, ağ və qızılı bəzəkli pastel üzü (60 manat), 2 dəst istifadə olunmuş, müxtəlif rəngli pastel üzü (40 manat) və 2 ədəd sintifon balınc – birində it, birində pişik şəkili olmaqla (20 manat). İddiaçıya məxsus qızıl-zinət əşyaları ümumilikdə 3300 (üç min üç yüz) manat dəyərindədir və bunlardan ibarətdir: 1 ədəd yarpaq formalı qızıl sep, 22 qramlıq (2200 manat) və 1 ədəd yarpaq formalı qızıl bilərzik, 11 qramlıq (1100 manat). Uşaqlara məxsus qızıl-zinət əşyaları isə ümumilikdə 1800 (bir min səkkiz yüz) manat dəyərindədir və bunlardan ibarətdir: 1 ədəd qızıl qolbaq, 8 qramlıq (900 manat) və 1 ədəd qızıl sep, 8 qramlıq (900 manat). Bu əşyalar ailə üzvləri tərəfindən hədiyyə edilmiş və hal-hazırda cavabdehlərdə qalmışdır. Cavabdehlərdə qalan heyvanlar ümumilikdə 34.200 (otuz dörd min iki yüz) manat dəyərindədir və aşağıdakılardan ibarətdir: 46 baş ana qoyun, hər biri 400 manat olmaqla (18.400 manat), 4 baş erkək qoyun, hər biri 500 manat olmaqla (2000 manat) və 46 baş quzu, hər biri 300 manat olmaqla (13.800 manat). Bu heyvanlar birgə nikah dövründə alınmış və onların əldə olunmasında iddiaçıya məxsus torpaq sahəsinin satışından əldə edilən vəsait istifadə olunmuşdur. İddiaçı bu heyvanların ½ hissəsinin, natura formasında, bu mümkün olmadıqda isə 17.100 (on yeddi min yüz) manat pul ekvivalentinin cavabdehlərdən alınaraq özünə verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbəni etiraz edərək bildirdirlər ki, İddiaçı məhkəməyə onlara qarşı “əmlak” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbini qismən qəbul edirlər. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş cehiz əşyalarından bəziləri onların evində yoxdur. İddia ərizəsində 17-ci və 18-ci sırada göstərilmiş tək nəfərlik yorğan 7 ədəd, ikinəfərlik yun yorğan isə 1 ədəddir. 47-ci, 48-ci, 49-cu sırada tək-tək göstərilmiş nahar, kofe və çay dəsti ayrı-ayrı göstərilsə də bir dəstdən ibarətdir. 66-cı sırada göstərilmiş 12 ədəd stəkan xrustal deyil, adi stəkan olmaqla 11 ədəddir. 67-ci sırada 12 ədəd göstərilmiş göy nəlbəki 4 ədəddir. 88-ci sırada göstərilmiş 1 ədəd tefal markalı iki litrlik elektik çaydan ümumiyyətlə olmamışdır. 90-cı sırada göstərilmiş 1 ədəd dəm çayniki, ağ rəngli, qırmızı güllü, 92-ci sırada göstərilmiş 1 ədəd göy rəngli termos ümumiyyətlə olmamışdır. 104-cü sırada göstərilmiş 2 ədəd tyorkadan biri vardır. 112-ci sırada göstərilmiş ləyən dəsti 3 deyil 2 ədəddir. 114-cü sırada göstərilmiş kapron ləyən 4 ədəd deyil 2 ədəddir. 116-cı sırada göstərilmiş 1 ədəd axtafa, 1 ədəd kruşqa, 1 ədəd sabun qabı vardır. Vanna yoxdur. 117-ci sırada göstərilmiş vanna 2 ədəd deyil 1 ədəddir. 119-cu sırada göstərilmiş fincan dəsti ümumiyyətlə olmamışdır. 125-cı sırada göstərilmiş 2 ədəd qırmızı vanna ümumiyyətlə olmamışdır. 131, 132, 133, 134, 136 və 138-ci sırada göstərilmiş əşyalar ümumiyyətlə yoxdur. Əl-üz dəsmalı işlənmiş 3 ədəd və işlənməmiş 3 ədəddir. 139-cu sırada göstərilmiş çay dəsmalı 5 ədəddir. 147 və 148-ci sırada göstərilmiş pastel dəsti işlənmişdir. 149 və 150-ci sırada göstərilmiş əşyalara mövcud deyildir. İddia ərizəsinə göstərilmiş qalan cehiz əşyaları onların evindədir və iddiaçı tərəfindən götürülməsinə heç vaxt etiraz etməmişlər. Hazırda da məhkəmədən kənar qaydada gəlib götürməsinə razıdırlar. İddia ərizəsində göstərilmiş uşaqlara məxsus əşyalardan isə 2 ədəd taxta materialdan olan çarpayını ona Cavabdeh2 almışdır. Hazırda oğlu İsmayıl onunla yaşayır və həmin çarpayıda yatır. Ona görə də həmin taxta çarpayının birinin iddiaçıya verilməsinə razıdır. İddia ərizəsində göstərilmiş qızıl əşyaları isə ümumiyyətlə onlarda yoxdur. Həmçinin, həmin qızıl əşyalarının dəyəri və çəkisi iddiaçı tərəfindən şişirdilmişdir. Belə ki, 1-ci sırada göstərilmiş yarpaq formalı qızıl sepi ona Cavabdeh3 2008-ci ildə özü üçün almışdır. 2014-cü ildə oğlu Elnur ailə qurarkən gəlinə hədiyyə vermişdir. Həmin qızıl sep 10 qram olmaqla 350 manata almışdır. 2-ci sırada göstərilmiş 1 ədəd qızıl bilərzik zəncir formalı olmaqla 2.5 qram olmuşdur. Dəyəri isə 300 manat olub. Həmin qızıl qolbağını uşaqların kirvəsi Fariz almışdır. 3- cü sırada göstərilmiş 1 ədəd qızıl qolbağı 4-cü sırada göstərilmiş 1 ədəd qızıl sep 3 qram olmaqla 350 manat olmuşdur. X2 tərəfindən nəvələrinin sünnət toyunda hədiyyə edilmişdir. İddia ərizəsində göstərilmiş heyvanlar isə 5 baş ana qoyun olmaqla ona Cavabdeh1 məxsusdur. Cavabdeh1 18 ildir ki, heyvan saxlayır. Həmin heyvanları da öz qazancı ilə almışdır. İddiaçı 2014-cü ildə onlara gəlin gələrkən onun heyvanları var idi. Hazırda onun təsərrüfatında 5 baş ana qoyun vardır. İddia ərizəsində göstərilmiş qızıl əşyaları daim iddiaçının özündə və istifadəsində olmuşdur. 2-ci sırada göstərilmiş qızıl bilərzik iddiaçının özü tərəfindən satılmışdır. İddiaçı evdən gedərkən qalan qızıl əşyalarını, geyim əşyalarını, hətta özünə və uşaqlara məxsus sənədləri özü ilə aparmışdır. İddiaçı onların evdən 11 noyabr 2024-cü ildə getmişdir. O evdən gedərkən evdə heç kim olmamışdır. Ümumiyyətlə iddiaçı evdən getməmişdən əvvəl onların aralarında heç bir narazılıq, dava olmamışdır. Onlar evə gəlib məktubu görəndə iddiaçının evdən getdiyini bilmişlər. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin qismən, yəni onların evdə olan iddiaçıya məxsus cehiz əşyaları və uşaqlara məxsus əşyalar (bir ədəd taxta çarpayı istisna olmaqla) hissəsində təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında izahat vermiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndənin izahatına uyğun izahat verərək iddia tələbinin qismən təmin edilməsinə etirazı olmadığını bildirdilər. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2025-ci il tarixli 242 nömrəli Şəmkir Rayon Qeydiyyat şöbəsinin tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2ov oğlunun və X4 ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar, nikah bağlanan sonra ərə “Alıyev”, arvada “Alıyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00196 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2025-ci il tarixə saat 14:00-da keçirilmiş mediasiya sessiyasında iştirak etmiş, İMS-də müzakirə edilən mübahisə qızıl-zinət və cehiz əşyalarının qaytarılması, birgə nikah müddətində əldə edilmiş 46 baş ana qoyun, 4 baş ərkak qoyun və 46 baş quzunun 1⁄2 hissəsinin natura formasında və ya onların dəyərinin 2 hissəsi tələbi üzrə mübahisə tələbinə baxılmışdır. Mediasiya prosesini davam etdirməyə razılıq verməyən Cavabdeh1ov Novruz oğlu, Cavabdeh2 və Cavabdeh3 olmuşdur. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materialında olan AZ-İV 856845 nömrəli xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə anadan olmuş, atası Cavabdeh2ov oğlu, anası İddiaçı qeyd edilmişdir. İş materialında olan AZ-İİİ 694503 nömrəli xx.xx.2016-Cİ il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh1 Elnur oğlu xx.xx.2016-cü il tarixdə anadan olmuş, atası Cavabdeh2ov oğlu, anası İddiaçı qeyd edilmişdir. İş materialında olan AZ-İV 068404 nömrəli xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh2ov oğlu, anası İddiaçı qeyd edilmişdir. İş materialında olan xx.xx.2018-ci il tarixli AN-İ-059431 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı və X1 Loğman Famil oğluna Şəmkir rayon, Qaracəmirli kəndinin ərazisində yerləsən 0.96 ha torpaq sahəsinin 5000 manata satmışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 16(076)-29/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsini icra edilməsi üçün Şəmkir rayon, Qaracəmirli kəndə, cavabdehlərə məxsus evinə baxış keçirilmiş, 3 ədəd sok bakalı, 2 ədəd çay stəkan, 1 ədəd termos, 1 ədəd ventilyator, 8 ədəd boşqab, 11 ədəd orta boşqab, 7 ədəd böyük boşqab, 3 ədəd düz boşqab, 1 ədəd ləyən, 1 ədəd padnos, 15 ədəd kasa, 5 ədəd fincan, 1 ədəd güldan və 1 ədəd döşəkcə aşkar olnunmamış, digər icra vərəqəsində göstərilən aşkar edilmiş və onların üzərinə həbs qoyulmuşdur. Qızıl-zinyət əşyaları heç biri aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. Qızı Sevinc Cavabdeh2lə ailə quraraq 11 ildir ki, birgə yaşamışlar. Bu müddət ərzində ona yaxşı baxılmamış, ailədə tez-tez mübahisələr baş vermişdir. Əsas mübahisə səbəblərindən biri cavabdehlərin iddiaçı Sevincin adına onların – yəni onun və həyat yoldaşının – evini və avtomobilini ələ keçirmək tələbi olmuşdur. Torpaq sahəsi ilə bağlı bildirir ki, həmin torpaq satıldıqdan sonra əldə edilən pulla təxminən 50 baş qoyun və quzu alınmışdır. Toy mərasimində Sevincə qızıl sep və boyunbağı hədiyyə edilmişdir. Həmçinin sünnət mərasimində bir sep, qolbaq və pul hədiyyə olunmuş, lakin toy mərasimindən sonra cavabdehlərdən Esmirə həmin zinət əşyalarını Sevincin əlindən almışdır. Bundan sonra tərəflər arasında yenidən mübahisə yaranmış, nəticədə Sevinc ata evinə qayıtmışdır. O, evə qayıdarkən zinət əşyalarını özü ilə götürməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. Torpaq satıldıqdan sonra əldə olunan pullardan 2500 manat kürəkənə verilmiş və həmin pulla qoyun-quzu alınmışdır. Sevinc evdən çıxana qədər çoxlu sayda qoyun-quzu olmuş, təxminən 50-60 baş heyvan alınmışdır. Sevinc həmin heyvanlara qulluq etmişdir. Sünnət mərasimində bir sep və bir bilərzik hədiyyə olunmuşdur. Sonradan onların arasında yenidən mübahisə baş vermiş və Sevinc evinə qayıtmışdır. Qayıdarkən isə qızılları özü ilə götürməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 məhkəmə iclasında izahatında bildirmişdir ki, Cavabdeh2 onun qardaşıdır. O, Elnur və Sevincin keçirdiyi sünnət mərasimində iştirak etmişdir. Həmin mərasimdə kirvə olmuşdur. Sünnətdə hədiyyə olunan sepin çəkisi 3 qram, qiyməti isə 350 manat olmuşdur. Təxminən evdə 10-15 baş qoyun olmuşdur. Sünnət ərəfəsində bir neçə baş qoyun kəsilmişdir. Sünnətdə hədiyyə olunan qızıllar barədə dəqiq məlumatı yoxdur. Sevinc evdən çıxanda isə o, evdə olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı onun bibisinin qızıdır. Təxminən 5 il əvvəl torpaq satılmış və həmin alqı-satqıdan əldə olunmuş pulla qoyunlar alınmışdır. O, sünnət toyunda iştirak etmişdir. Həmin mərasimdə Sevincə qızıl sep və bilərzik hədiyyə olunmuşdur. Sevinc evdən çıxanda qızıllar və cehiz əşyaları Elnurun evində qalmışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 məhkəmə iclasında izahatında bildirmişdir ki, Sevinc atası evinə qayıdanda o həmin vaxt Pünhanın evində olmuşdur. Sevinc qayıdarkən uşalarla piyada qəlmiş, bir çanta olmuşdur. Anası soruşdu ki, nə baş vermişdir. Eşidiyinə görə torpağı 2500 manata satmışlar və həmin pullu ilə heyvən alınmışdır. Torpaq 50 sot olmuşdur. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 2014-cü ildə ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Elnur oğlu, xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X13 adlı azyaşlı övladlar dünyaya gəlmişdir. Toy günündə iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt cavabdehlər tərəfindən iddiaçıya qızıl-zinət əşyaları, iddiaçının valideynləri tərəfindən isə cehiz əşyaları hədiyyə edilmişdir. İddiaçı 10 noyabr 2024-cü il tarixinədək cavabdehlərlə birgə həmin evdə yaşamışdır. Lakin həmin tarixdə ailədaxili mübahisə səbəbindən iddiaçı üç azyaşlı övladı ilə birlikdə evdən çıxmış və ata evinə qayıtmışdır. Məhkəmə iddia tələbinin 1-ci və 2-ci bəndlərini, yəni qızıl-zinyət tələblərinə dair əsassız hesab edir və onların rədd edilməli olduğuna qənaətinə gəlir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddia ərizəsində göstərilən bir ədəd qızıl sep yarpaq formalı 22 qramlıq, bir ədəd qızıl bilərzik yarpaq formalı 11 qramlıq, bir ədəd qızıl qolbağı 8 qramlıq, bir ədəd qızıl sep 8 qramlıq qızıl toy mərasimi və sünnət toyu zamanı iddiaçıya və onun övladlarına hədiyyə edilmişdir. Bu fakt fotoşəkillərdən, tərəflərin və şahidlərin ifadələrindən aydın olur. Lakin iddiaçı bildirir ki, qeyd olunan qızıl zinət əşyaları atasının evinə qayıdarkən onun qayınanası – Cavabdeh3 qalmışdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən Cavabdeh3 olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə Cavabdeh3 və digər cavabdehlərdə olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclası zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən evi tərk edərkən yazmış olduğu məktubdan da görünür ki, iddiaçı cavabdehlərin yaşadığı mənzili tərk edərkən cavabdehlər evdə olmamış, onun evi tərk etməsinə maneçilik yaradılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin 3-cü və 4-cü bəndlərini, yəni cehiz əşyaları tələblərinə dair qismən əsaslı hesab edir və onların qismən təmin edilməli olduğuna qənaətinə gəlir. Belə ki, cavabdehlər tərəfin təqdim etdiyi etiraz ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatlarında cehiz və geyim əşyalarının bir hissəsinin onların yaşadığı evdə qaldığını etiraf etmişlər. Eyni zamanda Şəmkir Rayon Məhkəməsinin 16(076)- 29/2025 nömrəli xx.xx.2025-ci il tarixli Şəmkir Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş aktdan müəyyən edilir ki, 3 ədəd tək bakal, 2 ədəd çay stəkan, 1 ədəd termos, 1 ədəd ventilyator, 8 ədəd boşqab, 11 ədəd orta boşqab, 7 ədəd böyük boşqab, 3 ədəd boş boşqab, 7 ədəd böyük boşqab, 3 ədəd düz boşqab, 1 ədəd ləyən, 1 ədəd padnus, 15 ədəd kasa, 5 ədəd fincan, 1 ədəd güldan və 1 ədəd döşəkcə aşkar olnunmamış, digər icra vərəqəsində göstərilən aşkar edilmiş və onların üzərinə həbs qoyulmuşdur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cehiz və geyim əşyalarından yalnız bir qismi, yəni Şəmkir İcra və Probasiya şöbəsində tərəfindən tərtib olunmuş etiraz ərizəsində qeyd edilmiş cehiz əşyalrından digər cehiz, iddiaçı və uşaqlarına məxsus əşyalar cavabdehlərin yaşadığı fərdi yaşayış evində qalmışdır. Belə ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi göstərilən cehiz əmlaklarının ona məxsus olması və ona gəlin köçərkən hədiyyə şəklində verilməsi, lakin həmin əşyaların yalnız bir qisminin cavabdeh tərəfdə olması məhkəmə iclasında iddiaçının izahatı, cavabdeh tərəfin qismən etirafedici ifadəsi və məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunduğundan, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Buna görə də iddianın cehiz və geyim əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi qismən təmin edilərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli aktında qeyd edilən hissədə cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 6-cı bəndində, yəni qırx altı baş ana qoyun, hər biri – 400 manat- cəmi dəyəri 18.400 manat, dörd baş erkək hər biri – 500 manat olmaqla – cəmi dəyəri-2000 manat, qırx altı baş quzu hər biri - 300 manat olmaqla, cəmi dəyəri – 13.800 manat olmaqla; cəmi 34.200 manat dəyərində heyvanın ½ hissəsinin naturada, bu mümkün olmadıqda onların dəyəri olan 17.100 (on yeddi min bir yüz) manat dəyərində əmlakın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 alınıb ona verilməsi tələbinə dair hissəsində də əsassız hesab edir və iddia tələbinin rədd edilməli olduğu qənaətinə gəlir. Belə ki, iddiaçı tərəfindən birgə nikah dövründə əldə olunduğu iddia edilən qırx altı baş ana qoyun, hər biri – 400 manat- cəmi dəyəri 18.400 manat, dörd baş erkək hər biri – 500 manat olmaqla – cəmi dəyəri-2000 manat, qırx altı baş quzu hər biri - 300 manat olmaqla, cəmi dəyəri – 13.800 manat olmaqla; cəmi 34.200 manat dəyərində heyvanın cavabdehlərə məxsus evdə olmasına, heyvanların onların birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmasına dair sübutlarını iddiaçı məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından qırx altı baş ana qoyun, hər biri – 400 manat- cəmi dəyəri 18.400 manat, dörd baş erkək hər biri – 500 manat olmaqla – cəmi dəyəri-2000 manat, qırx altı baş quzu hər biri - 300 manat olmaqla, cəmi dəyəri – 13.800 manat olmaqla; cəmi 34.200 manat dəyərində heyvanın iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilməsinin, həmin heyvanların ümumiyyətlə cavabdehlərin yaşadığı fərdi yaşayış evində olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən heyvanların həqiqətən də iş üzrə cavabdehlərdə olmasına, birgə nikah dövründə əldə edilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclası zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin 5-ci bəndində, yəni dövlət rusum, 50 manat mediasiya xərcinin və 1000 manat vəkil xidmət əvəzinin cavabdehlərdən alınması tələblərinə dair qismən əsaslı hesab edir və onların qismən təmin edilməli olduğuna qənaətinə gəlir. Məhkəmə, həmçinin iddianın "1000 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması" hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 30 nömrəli xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 hesabına 1000 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehlərdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 500 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 140 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1ov Novruz oğlu, Cavabdeh2 və Cavabdeh3 qızından müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən 25 manat xərc cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehdə olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə cavabdehdə olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bir dəst yataq mebeli, qəhvəyi rəngli – bir ədəd iki nəfərlik çarpayı bir ədəd paltar şkafı, bir ədəd termo güzgü, iki ədəd tumbuçka, bir ədəd termo stolu – 2000 manat, bir ədəd Qorka mebel qəhvəyi rəngli üç bölməli içərisi güzgülü – 500 manat, bir ədəd kamot qəhvəyi rəngli – 500 manat, bir ədəd dəmir sandıq üzərində maral şəkili və Xoşbəxt olun yazısı olan - 50 manat, bir ədəd xalça qırmızı bəzəkli 2X3 ölçülü – 100 manat, iki ədəd xalça zal otaq üçün qarşıq rəngli ortasında zanbaq gülü olan 4X5 ölçülü - cəmi dəyəri 500 manat, bir ədəd pərdə yataq otağının pəncərəsi üçün qızılı rəngli tül və dekorativ ipək parçadan - 100 manat bir ədəd pərdə, yataq otağının qapısı üçün ipək parçadan qızılı rəngli- 50 manat, dörd ədəd pərdə zal otağın pəncərəsi üçün tül və ipək dekorativ parçadan ağ rəngli, qara rəngli güllərlə - 200 manat, bir ədəd pərdə zal otağın qapısı üçün qızılı rəngli ipək parçadan –50 manat, bir ədəd tül və atlas pərdə qaynanasının otağı üçün qızılı rəngli- 50 manat bir ədəd örtük, bir divan və iki kreslo üçün tünd qırmızı rəngli – 200 manat, bir dəst Gəlincik pakrıval qızılı rəngli iki ədəd balınc iki ədəd mütəkkə və bir ədəd ürək formalı döşəkcəsi və bir ədəd adyalı ilə birlikdə - 300 manat, bir ədəd adyal nazik boz rəngli yun tək nəfərlik – 20 manat, bir ədəd adyal qalın xovlu şabalıdı rəngli güllü iki nəfərlik – 50 manat, bir ədəd adyal qalın xovlu qırmızı rəngli güllü iki nəfərlik- 50 manat, tək ədəd yun tək nəfərlik yorğan – cəmi 100 manat, altı ədəd yun yorğan iki nəfərlik cəmi dəyəri 600 manat, bir ədəd iki nəfərlik yun döşək 15 kq-lıq – 200 manat, dörd ədəd tək nəfərlik yun döşək hər 13 kq-lıq cəmi dəyir 400 manat, altı ədəd balınc qaz tükündən hər biri 3 kq- lıq- cəmi dəyir 300 manat, 05 ədəd yun döşəkçə - cəmi dəyəri 50 manat, beş ədəd ağ ipək pərdə, pəncərinin içi üçün – 50 manat, bir ədəd çılçıraq oval formalı musiqili rəngli işıqlı- 100 manat, iki ədəd çilçiraq 6 şamlı, qonaq otağı üçün – cəmi dəyəri 200 manat, iki ədəd gecə lampası güldan formalı tül örtüklü qəhvəyi rəngli- cəmi dəyəri – 100 manat, bir ədəd gecə lampası balaca, göy və ağ rəngli – 10 manat, yeddi ədəd lambirin karniz öç xətli – 30 manat, bir ədəd paltaryuyan maşın mexaniki ağ rəngli – 100 manat, bir ədəd ət çəkən maşın elektrikli gümüşü rəngli – 100 manat, bir ədəd meyvə şirəsi çəkən maşın qara və gümüşü rəngli – 50 manat, bir ədəd blender elektriklə işləyən Eurolux firmadan ağ rəngli -20 manat, bir ədəd blender mexaniki ağ rəngli – 10 manat, bir ədəd soba qırmızı rəngli elektrikli 100 manat bir ədəd mikser elektrikli, ağ rəngli – 30 manat, bir ədəd mikser gümüşü rəngli-30 manat, bir ədəd tozsoran gümüşü rəngli elektrikli – 100 manat, altı ədəd rozetka sadə şüşədən qızılı rəngli – 10 manat, altı ədəd rozetka sadə şüşədən göy rəngli – 10 manat, on səkkiz ədəd paltar veşilkası 8 manat, bir dəst su krafinkası 3 ədəd hündür bakalla birlikdə, sadə şüşə mor rəngli - 10 manat bir dəst su krafinkası, 6 ədəd hündür bakalla birlikdə sadə şüşə yaşıl rəngli – 10 manat, bir dəst kampot qabı 6 ədəd stəkanı ilə birlikdə -10 manat, altı ədəd bakal qaşlı hündür halqa formasında qara rəngli bəzəkli – 50 manat, altı ədəd bakal çəhrayı rəngli orta böyüklükdə bəzəkli – 50 manat, altı ədəd bakal hündür yaşıl rəngli bəzəkli – 50 manat, yemək dəsti ağ rəngli dörd künc formalı 12 nəfərlik qabların artasında baz rəngli gül şəkili olan -100 manat, kofe dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gül şəkili olan– 100 manat, çay dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gülü olan – 100 manat, boşqab dəsti 67 ədəd boşqab müxtəlif ölçülü, müxtəlif ölçülü 9 ədəd kasa, çörək qabı böyük ağzı qapaqlı- 5 manat, iki ədəd çörək qabı balaca kənarları tül parçalı – cəmi dəyəri 5 manat, iki ədəd meyvə qabı orta böyüklükdə adi şüşədən – cəmi dəyəri 15 manat, iki ədəd meyvə qabı xrustal, orta böyüklükdə - 40 manat, iki ədəd ləpə qabı üç mərtəbəli göy rəngli bəzəkli – cəmi dəyəri 20 manat, bir ədəd divar saatı dörd künc formalı qızılı rəngli qaşlı – 20 manat, bir ədəd güldan sünii gülləri ilə birlikdə qara rəngli böyük – cəmi dəyəri 50 manat, dörd ədəd meyvə qabı Bagema firmadan qırmızı rəngli – 60 manat, altı ədəd duz qabı adi sadə şüşə - 5 manat, on iki ədəd duz qabı xrustal -15 manat, iki ədəd salfetk qabı adi şüşə göy rəngli -cəmi dəyəri 5 manat, iki ədəd kül qabı xrustal orta böyüklükdə - cəmi dəyəri 10 manat, on ədəd xrustal çay stəkanı – 25 manat, on iki ədəd nəlbəki göy rəngli – 20 manat, iki ədəd qənd qabı xrustal orta böyüklükdə ayaqlı – cəmi dəyəri 20 manat, dörd ədəd qənd qabı xrustal gəmi formasında balaca – cəmi dəyəri 20 manat, iki ədəd qənd qabı xrustal ayaqsız- cəmi 20 manat, iki ədəd bıçaq dəstəyi qara rəngli – cəmi dəyəri 4 manat, altı ədəd bıçaq çörək kəsmək üçün ağzı dilikli – cəmi dəyəri 10 manat, on iki ədəd bıçaq dəstəyi sarı rəngli meyvə üçün – 12 manat, on iki ədəd bıçaq dəstəyi qırmızı rəngli meyvə üçün – 12 manat, altı ədəd dovğa çömçəsi kapron materialdan – 6 manat, on iki ədəd çəngəl on ikə ədəd bıçaq on iki ədəd xörək qaşığı və on iki ədəd çay qaşığı dəsti iki ədəd deşikli qaşıq göy bəzəkli – cəmi dəyəri 50 manat, bir dəst mətbəx naboru çömçə qaşıq kökür katlet çevirən kartof əzən asılqanlı nejaveka materialdan – 20 manat, bir ədəd çaydan Tefal firmadan elektikli iki litirlik -15 manat, bir ədəd dəm çayniki ağ rəngli şüşə qırmızı güllü - 5 manat, bir ədəd çaydan və dəm çayniki şirəli ağ rəngli qırmızı rəngli güllü –25 manat, üç müxtəlif ölçülü dəst qazan şirəli sarı rəngli – 30 manat, üç müxtəlif ölçülü qazan dəsti bir ədəd tava bir ədəd qulplu kruşkası ilə birlikdə gümüşü rəngli – 50 manat, bir ədəd qazan qırmızı rəngli şüşə qapaqlı – 10 manat, bir ədəd qazan ilan qabığı bəzəkli qapaqlı – 10 manat, tava dəsti yeddi ədəd müxtəlif ölçülü gümüşü rəngli – 50 manat, bir ədəd ütü buxarlı Texnalux firmadan yaşıl rəngli – 20 manat, bir ədəd ütü qara rəngli sadə buxarsız – 10 manat, bir ədəd qənd qıran bıçaq kimi altı dəmirli-10 manat, bir ədəd şirə çəkən elektrikli Eurolux firmadan- 20 manat, bir ədəd qaşıq qabı ağ rəngli plasmas materiladan – 2 manat, iki ədəd tyorka – cəmi 5 manat, on iki ədəd dəmir şiş böyük ölçülü – 12 manat, bir ədəd qənd qıran dəmir qayçı formasında – 2 manat, bir ədəd pol ağacı bir ədəd oxlov pərdə çəkənlə birlikdə - 20 manat, iki ədəd aş süzən – 10 manat, bir ədəd fen saç qurutmaq üçün qara rəngli – 40 manat, bir ədəd fen saç qurutmaq üçün daraqlı, narıncı rəngli – 40 manat, bir ədəd fen ukladka üçün qara rəngli – 40 manat, üç ədəd ləyən aliminium müxtəlif ölçülü – cəmi dəyəri 30 manat, bir ədəd ləyən şirəli 16 litlik sarı rəngli - 15 manat, 03 ədəd kapron ləyən müxtəlif ölçülü – cəmi dəyəri 10 manat, iki ədəd vedrə sarı rəngli şirəli – cəmi dəyəri 25 manat, bir ədəd mavi rəngli vanna bir ədəd kruşqası bir ədəd axtafası sabun qabı ilə bitlikdə - 20 manat, iki ədəd vanna qırmızı rəngli böyük və orta böyüklükdə - cəmi dəyəri 15 manat, bir ədəd qulplu dəmir kruşqa və bir ədəd kapron kruşka – cəmi dəyəri 5 manat, altı ədəd şüşə kruşka bürc və buta şəkilli – cəmi dəyəri 10 manat, bir ədəd şirəli cəm bir ədəd şirəli sini göy rəngli – cəmi dəyəri 10 manat, iki ədəd padnus 555 yazısı olan müxtəlif ölçülü - 10 manat, iki ədəd padnus ortası bəzəkli qızılı qulplu müxtəlif ölçülü- 30 manat, bir ədəd elektrikli soba iki listli qırmızı rəngli – 50 manat, bir ədəd su baçoku ağ rəngli 5 litirlik - 5 manat, iki ədəd vanna qırmızı rəngli böyük ölçülü- 25 manat, bir ədəd soğan çəkən -5 manat, bir ədəd qazanaltı dəmirdən- 2 manat, bir ədəd çaydan altı taxtadan- 2 manat, bir ədəd taxta tərəvəz doğramaq üçün-2 manat, bir ədəd düşbərə kəsən dəmirdən -10 manat, bir ədəd kətə kəsən-1 manat, bir ədəd nakkas şirin çörək üçün – 2 manat, altı ədəd toz dəsmalı- 5 manat, on iki ədəd xrustal bakal, hündür – 80 manat, on iki ədəd çay qaşığı - cəmi 5 manat, on iki ədəd əl-üz dəsmalı ağ rəngli künc tərəfində çiçək şəkili var işlənməməmiş – 50 manat, üç ədəd hamam dəsmalı, müxtəlif formalı müxtəlif rəngli təzə işlənməmiş - cəmi dəyəri 40 manat, beş ədəd hamam dəsmalı müxtəlif ölçülü müxtəlif rəngli işlənmiş- cəmi dəyəri 40 manat, on iki ədəd çay dəsmalı işlənməmiş müxtəlif ölçülü müxtəlif rəngli – cəmi dəyəri 40 manat, altı ədəd əl-üz dəsmalı işlənmiş müxtəlif ölçülü müxtəlif rəngli – cəmi 30 manat, bir ədəd qızılı rəngli süfrə 12 nəfərlik stol üçün – 20 manat, bir ədəd ağ-qara rəngli süfrə 12 nəfərlik stol üçün – 20 manat, bir ədəd süfrə jurnal stolu üçün tül materialdan – 10 manat, bir ədəd şüşə materialdan jurnal stolu – 50 manat, iki ədəd ağ rəngli 12 nəfərlik süfrə parçadan – cəmi 30 manat, üç dəst pastel üzü istifadə olunmjuş müxtəlif rəngli, müxtəlif formalı – cəmi dəyəri 60 manat, iki dəst tək nəfərlik pastel üzü təzə müxtəlif rəngli – cəmi dəyəri 60 manat, iki dəst iki nəfərlik pastel üzü təzə müxtəlif rəngli - cəmi dəyəri 80 manat, meyvə şirəsi üçün müxtəlif rəngli 19 ədəd fincan, bir ədəd güldan xrustal paxlava formalı bəzəyi ilə hündür- 40 manat, bir ədəd tort qabı on iki ədəd boşqabı ilə birlikdə özü ağ rəngli gülləri boz rəngli, dördbucaqlı- 30 manat; Uşaqlarına məxsus əşyaların - bir ədəd uşaq üçün çarpayı mebeldən tumbuçkalı yaşıl və ağ rəngli – 300 manat, bir ədəd uşaq üçün yun yorğan üstündə ayı şəkili olan göy rəngli – 20 manat, bir ədəd uşaq üçün döşək yaşıl rəngdə üzərində Maşa və Ayı şəkili olan – 20 manat, dörd ədəd uşaq üçün adyal ağ rəngli qırmızı güllü – cəmi dəyəri 40 manat, bir ədəd uşaq üçün adyal boz rəngli sadə nazik parçadan – 15 manat, bir ədəd uşaq üçün adyal şabalıd rəngli sadə nazik parçadan- 15 manat, bir ədəd uşaq üçün adyal mor rəngli sadə nazik parçadan – 15 manat, iki ədəd uşaq üçün çarpayı şabalıdı rəngli baş tərəfində ağ xətti olan taxta materialdan- cəmi dəyəri 350 manat, iki dəst pastel üzü uşaq üçün ağ rəngli qızılı bəzəkli təzə – cəmi dəyəri 60 manat, iki dəst pastel üzü uşaq üçün istifadə olunmuş müxtəlif rəngli - cəmi dəyəri – 40 manat, iki ədəd sintifon balınc birində it birində pişik şəkili olan – cəmi dəyəri 20 manat dərində olan əşya xalça ibarət əşyaların natura şəklində, naturada mövcud olmadıqda əşyaların dəyəri cavabdehlər Cavabdeh1ov Novruz oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdeh1ov Novruz oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 500 (beş yüz) manat pul alınıb İddiaçı ödənilsin. Cavabdeh1ov Novruz oğlu, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 (bir yüz qırx) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1629/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1629/2025
18.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver