Məhkəmə qərarları › İş №e-2(076)-164/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-164/2025

14.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-164/2025 14.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh: X1 və onun nümayəndəsi (vəkil) X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul, əmlak və maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul, əmlak və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə yuxarda qeyd edilan ünvanda yaşayır. Cavabdehlə 2010-cu ildə faktiki evlənməklə nikahlarını xx.xx.2014-cü ildə Şəmkir rayonu Kür qəsəbə icra nümayəndəliyində rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. O, 2023-cü ildən 2024-cü ilə kimi Rusiya Federasiyasında işləmişdir. Hər ay öz adından Cavabdeh adına "xxxx" ASC-dən 1800 manat pul göndərmişdir. Ümumilikdə bir il ərzində 22000 (iyirmi iki min) manat məbləğində pul göndərmişdir. İndi isə o, Qarabağda Xocalı rayonunda fəhlə işləyir. Qarabağda işləyərkən isə 4700 manat pul göndərmişdir. Həmin pulları istədikdə isə cavabdeh onları evin tikintisinə xərclədiyini bildirmişdir. Valideynlərindən onların evə pul xərcləyib-xərcləmədiklərini soruşduqda, onlar bütün qazanclarını evə xərclədiklərini, cavabdehin evə çox az pul xərclədiyini bildirmişlər. Atası hər ay 310 manat qocalıq pensiyası, anası isə hər ay 220 manat sosial pensiya alır. Yəni, hər ay evə onun göndərdikləri ilə bərabər 2500 manat pul gəlir. Daha sonra onlar mübahisə etmişlər, cavabdeh evdən gedərkən pulları və ona aldığı bütün qızılları özü ilə aparmışdır. Eyni zamanda ona məxsus olan bir ədəd qızıl üzüyü də özü ilə aparmışdır. Ümumilikdə, cavabdeh 30000 manat pul, özünə aid qızıl əşyalarını və ona məxsus olan bir ədəd kişi üzüyünü aparmışdır. Buna görə də o, Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və cavabdehdən 15000 manat pulun alınmasında ona köməklik edilməsini xahiş etmişdir. Polis şöbəsində ona tələbinin mülki xarakterli olması və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, Cavabdeh hesabından onun nəfinə 15000 (on beş min) manat pulun, bir ədəd 700 manat dəyərində qızıl kişi üzüyünün, 50 manat mediasiya xərcinin, 88+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2023-cü ildən 2024-cü ilə kimi Rusiya Federasiyasında olduğu müddətdə hər ay Cavabdeh pul göndərmişdir. Ümumilikdə, Cavabdeh 22000 manat pul göndərmişdir. Rusiyadan qayıtdıqdan sonra isə Qarabağda işləmişdir. Qarabağda işləyərkən də, cavabdehə 4700 manat pul göndərmişdir. Lakin, cavabdehin həmin pulları nəyə xərcləməsi barədə məlumatı yoxdur. Cavabdeh aralarında baş vermiş narazılıqlara görə 2024-cü ilin iyun ayında ayırlmışlar. Belə ki, o Qarabağda işləyərkən cavabdeh onun valideynləri ilə mübahisə etmiş və çıxıb getmişdir. Həmin vaxta kimi cavabdehlə aralarında ona göndərdiyi pullarla bağlı hər hansı mübahisə olmamış, cavabdehin pulu nəyə xərcləməsi barədə maraqlanmamışdır. Cavabdehlə ayrıldıqdan sonra isə ona göndərdiyi pullarla maraqlanmışdır. Cavabdeh həmin pulları evin təmirinə və ailənin digər xərclərinə xərclədiyini demişdir. Lakin, cavabdeh tərəfindən yalnız hörgü işi aparılmışdır. Onun da pulunu atası ödəmişdir. Ondan başqa həyətlərində tikinti işləri aparılmamışdır. Cavabdeh evdən gedərkən təxminən 15000 manat məbləğində pul, özünə məxsus qızıl əşyalarını və ona məxsus qızıl kişi üzüyünü aparmış və ona maddi ziyan vurmuşdur. Hazırda Cavabdeh 15000 manat pulu və ona məxsus qızıl kişi üzüyünü tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə faktiki evlənməklə, nikahlarını 22 fevral 2014-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. İddiaçı ilə aralarında baş vermiş narazılıqlara görə 2024-cü ilin iyun ayından ayrılmışlar. Belə ki, İddiaçı atası heç bir səbəb olmadan onunla mübahisə edərək, onu evdən qovmuşdur. İddiaçıla birgə ailə şəraitində yaşadıqları müddətdə o Rusiya Federasiyasında işləmiş və oradan ailə xərcləri üçün pul göndərmişdir. O həmin pulları yaşadıqları evin təmirinə və digər ailə xərcləri üçün xərcləmişdir. Hətta iddiaçı ilə birgə nikah dövründə bir neçə dəfə onun adına kredit götürmüşlər. Birgə yaşadıqları müddətdə həmin kredit borclarını da tam ödəmişlər. İddiaçı Rusiyadan gəldikdən sonra 2024-cü ilin iyun ayına kimi birlikdə yaşamışlar, birgə təsərrüfat idarə etmişlər. İddiaçı Rusiyadan qayıtdıqdan sonra bir müddət Qarabağda işləmişdir. İddiaçı birgə yaşadıqları müddətdə onların arasında pulla bağlı hər hansı mübahisə olmamışdır. İddiaçı ilə ayrıldıqdan sonra o qərəzli olaraq həm polis şöbəsinə, həm də məhkəməyə müraciət edərək, ondan pul tələb edir. O evdən gedərkən 30000 manat pul və iddiaçıya məxsus qızıl kişi üzüyünü aparmamışdır. Onların evində ümumiyyətlə həmin məbləğdə pul olmamışdır. Hətta evdən gedərkən ona məxsus qızıl-zinət əşyaları da iddiaçının yaşadığı evdə qalmışdır. Ona görə də iddia tələbini tam əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X6 iddia tələbini qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı oğlu, Cavabdeh keçmiş gəlinidir. Oğlu İddiaçı Rusiyada olarkən, oradan arvadı Cavabdeh pul göndərmişdir. Lakin, hansı məbləğdə pul göndərməsi barədə məlumatı olmamışdır. Həmin pulları Lamiyyə iki dəfə də onun X10la birlikdə bankdan götürmüş və evə bazarlıq etmişdir. Oğlu Rusiyada olduğu müddətdə əri Səlahəddin Ələkbərov da, o özü də işləmişdir. O istilikxanada fəhlə kimi işləyərək, günə 35-40 manat pul qazanmışdır. Həmçinin, sosial müavinət də alır. X10 isə işləyərək, 15 günə evə 700-800 manat qazanc gətirmişdir. Cavabdeh yaşadıqları kənddə ən yaxşı paltarları geyinmişdir. Sonuncu dəfə Cavabdeh onların evindən anası və qardaşı gəlib aparmışdır. Həmin vaxt Lamiyyə paltarlarını və qızıllarını da aparmışdır. O, gəlini Lamiyyəyə getməməsini bildirsə də, o, anası ilə getmişdir. Cavabdeh sonradan qızıllarını satdığını eşitmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı oğlu, Cavabdeh isə keçmiş gəlinidir. Oğlu İddiaçı Rusiya Federasiyasında olarkən Cavabdeh pul göndərmişdir. Oğlunun hansı məbləğdə pul göndərməsini və gəlinin həmin pulları hara xərcləməsini bilməmişdir. Hələ oğlu Vüsal Rusiyaya getməmişdən əvvəl kredit götürmüşlər, həmin krediti gəlini Lamiyyə ödəmişdir. Oğlu Vüsal 2024-cü ilin yanvar ayında Rusiyadan gəldikdən sonra 3-4 ay müddətində Cavabdeh ilə birlikdə yaşamışlar, onlar arasında pulla bağlı heç bir mübahisə olmamışdır. Həmin müddətdə oğlu Vüsal Qarabağda işləmişdir. 2024-cü ilin yayında Cavabdeh aralarında baş vermiş narazılıqlara görə əşyalarını da yığıb onların yaşadığı evdən getmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, İddiaçı atası, Cavabdeh isə anasıdır. Anası Cavabdeh atası ilə ayrıldıqdan sonra kirayədə yaşamışlar. Anası həmin vaxt qızıl əşyalarını qohumu Məlahətlə telefonla danışıb aparmışdır. Sonradan qızıl əşyalarını qaytarmamışdır. Anasının qızıl əşyalarını satdığını hesab etmişdir. Anası Lamiyyə atası Vüsala məxsus qızıl üzüyü də satmışdır. Həmin üzük qaşsız olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmış və arvada Ələkbərova soyadı verilmişdir. İşdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2011-ci ildə Əli, xx.xx.2014-cü ildə Aydan və xx.xx.2019-cu ildə Aylin adlı uşaqları doğulmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr ərzində Cavabdeh “Zolotoya Korona” və “Contact” pul köçürmələri vasitəsilə xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 79207 RUR, xx.xx.2023-cü ildə Faiq Nuriyev tərəfindən 800 ABŞ dolları, xx.xx.2024-cü ildə İddiaçı tərəfindən 6000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 80000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 113000 Rusiya rublu, 110 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 85000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 15000 Rusiya rublu, xx.xx.2023-cü ildə 160000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 10000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 40000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 30000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 20000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 80000 Rusiya rublu, xx.xx.2023-cü ildə Faiq Nuriyev tərəfindən 50000 Rusiya rublu, xx.xx.2023-cü ildə Faiq Nuriyev tərəfindən 35000 Rusiya rublu və xx.xx.2024-cü ildə 103000 Rusiya rublu pul göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 50000 (əlli min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 35000 (otuz beş min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 80000 (səksən min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 20000 (iyirmi min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 30000 (otuz min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 40000 (qırx min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 15000 (on beş min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 160000 (bir yüz altmış min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 85000 (səksən beş min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 113000 (bir yüz on üç min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 110 (bir yüz on) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 80000 (səksən min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 6000 (altı min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 103000 (bir yüz üç min) Rusiya rublunu nəğd şəkildə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 4700 (dörd min yeddi yüz) manat pul müştəri Ə****** L*****N***** qızının 416973*******2973 kart hesabına ödənilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 585 əyarlı, 4 qram çəkidə brilyant qaşlı kişi üzüyünün dəyəri 700-800 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 yaşa görə 220 manat sosial müavinət alır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 yaşa görə ömürlük 311.36 manat əmək pensiyası alır. İşdə olan BOKT "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə 14.5 qram qızıl əşyası girov qoyaraq 24010/2 saylı müqavilə üzrə təşkilatdan 800 AZN kredit götürmüş və borcunu xx.xx.2023-cü ildə bağlayaraq, girov qoyulmuş qızıl-zinət əşyalarını xx.xx.2023-cü ildə özünün iştirakı ilə təhvil almışdır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən 30000 manat pulun iddiaçının yaşadığı evdə olmasını, cavabdehin evdən gedərkən həmin məbləğdə pulu və iddiaçıya məxsus qızıl kişi üzüyünü özü ilə aparmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclası zamanı iddiaçı onun tərəfindən Rusiyadan göndərilmiş pulun və ona məxsus qızıl kişi üzüyünün cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq gedərkən evdən aparılmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddiaçının bildirdiklərini təkzib etmişdir. Beləliklə, məhkəmə yalnız tərəflərin izahatlarının və şahid ifadələrinin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh faktiki evlənməklə xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Tərəflərin birgə nikahlarından 3 nəfər uşaqları doğulmuşdur. Ailədaxili narazılığa görə tərəflər 2024-cü ilin iyun ayından faktiki olaraq ayrılmışlar. Tərəflər birgə rəsmi nikah dövründə, yəni xx.xx.2014-cü il tarixdən 2024-cü ilin iyul ayına qədər birgə yaşadıqları müddət ərzində ailə olaraq birgə təsərrüfatı idarə etmişlər. Tərəflərin ailə münasibətləri pozulduğuna görə ayrılmışlar. İddiaçıya toy zamanı cavabdeh tərəfindən qızıl kişi üzüyü hədiyyə edilmişdir. Məhkəmə iclası zamanı hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus evdən gedərkən 30000 manat pul və ona məxsus olan bir ədəd kişi üzüyünü apardığını, həmin pulun yarısı olan 15000 manat pulu və qızıl kişi üzüyünü tələb etmişdir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi birgə nikah dövründə qazanılmış 30000 manat pulun yarısı olan 15000 manatın və iddiaçıya məxsus qızıl kişi üzüyünün cavabdehin evdən gedərkən özü ilə apardığı və başqa şəxslərə xərclədiyini bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməmişdir. İddiaçı məhkəmə iclası zamanı 2023-cü ildən 2024-cü ilin yanvar ayına kimi Rusiya Federasiyasından cavabdehə göndərdiyi pulları cavabdehin ailə təsərrüfatına xərcləmədiyini, hətta həyətlərində aparılmış təmir işlərinin valideynlərinin vəsaiti hesabına aparıldığını, cavabdehin isə evdən gedərkən onun göndərdiyi pulu və ona məxsus qızıl kişi üzüyünü özü ilə apardığını bildirmişdir. Cavabdeh tərəf isə iddiaçının bildirdiklərinin əsassız olduğunu, iddiaçının onların birgə ailə təsərrüfatını idarə etdikləri müddətdə Rusiya Federasiyasında işləyərkən göndərdiyi pulların isə birgə ailə təsərrüfatına xərcləndiyini, o evdən gedərkən pul və iddiaçıya məxsus qızıl kişi üzüyünü aparmadığını göstərməklə təkzib etmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə iclasında iddiaçının bildirdikləri onun özünün izahatından başqa heç bir mötəbər mənbədən əldə edilmiş sübutlarla təsdiq olunmamışdır. Ona görə də məhkəmə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidlərin ifadələrinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı dindirilmiş şahidlər iddiaçının valideynləri və himayəsində yaşayan oğlu olmaqla işdə maraqlı olmuşlar. Lakin məhkəmə onların yalnız qohum olmalarına görə ifadələrini bötövlükdə şübhə altına almasa da, şahidlər Cavabdeh evdən gedərkən İddiaçı Rusiyadan göndərdiyin pulları və ona məxsus qızıl kişi üzüyünü apardığını bildirməklə yalnız formal mülahizələr əsasında ifadə verməklə kifayətlənmişlər. X17 isə anası- Cavabdeh atası İddiaçı məxsus qızıl üzüyü satdığını, həmin qızıl üzüyün qaşsız olduğunu göstərmiş olsa da, iddiaçı iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə ona məxsus qızıl kişi üzüyünün brilyant qaşlı oldğunu göstərmişdir. Bu hal isə məhkəməyə yekun və inamlı nəticəyə gəlməyə imkan vermir. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul etmir və iddianın düzgün həll edilməsi zamanı nəzərə almır. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyini və bildirdiklərini tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, məhkəmə araşdırması zamanı tərəflərin özünün izahatı və şahid ifadələri ilə iddiaçının 2023-cü ildən 2024-cü ilin yanvar ayına kimi Rusiya Federasiyasında işlədiyi müddətdə, həmçinin Rusiyadan qayıtdıqdan sonra da bir neçə ay cavabdehlə birgə ailə şəraitində yaşamaqla birgə təsərrüfat idarə etməkləri, həmin müddətdə birgə nikah dövründə əldə edilmiş gəlirlə bağlı aralarında heç bir mübahisə olmadığı müəyyən edildiyindən, məhkəmə iddiaçının cavabdehlə ayrıldıqdan sonra onun Rusiyada olarkən və qayıtdıqdan sonra işləyib əldə etdiyi gəliri cavabdehin ailəsü üçün deyil başqa şəxslər üçün xərcləməsi və evdən gedərkən özü ilə aparması barədə bildirdiklərini işin həqiqi hallarına uyğun olmadığı üçün inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ər-arvadın ümumi birgə mülkiyyəti və əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Ona görə də həmin mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin həmin hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər– arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatları və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən birgə nikah dövründə əldə edilmiş pulun və qızıl kişi üzüyünün iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyində qalması məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığına görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olması üçün iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə qənaətə gəlir ki, İddiaçıla Cavabdeh xx.xx.2014-cü il tarixdən 2024-cü ilin iyul ayına qədər birgə ailə şəraitində yaşayaraq birgə təsərrüfat idarə etdiklərindən həmin müddət ərzində onlar tərəfindən əldə edilmiş gəlirlər də onların ümumi birgə mülkiyyəti sayılır və iddiaçı birgə nikah dövründə əldə edilmiş gəlirlərin cavabdeh tərəfindən birgə ailə təsərrüfatını idarə etmək üçün xərclənmədiyini təsdiqləyəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia tələbində kişi üzüyünə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbində həmin şərtlər məcmu halında mövcud deyildir. Belə ki, mübahisəli qızıl kişi üzüyünün iddiaçının iradəsinə zidd olaraq hazırda cavabdehin sahibliyində olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddianın pul və qızıl əşyası ilə bağlı hissəsi təmin edilmədiyindən, iddia tələbinin digər hissələrinin də təmin edilməsi əsaslı sayıla bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul, əmlak və maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar