Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1761/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21013” markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə, X2, X1, X6 vəfatına görə ödənilmiş 17500 AZN (on yeddi min beş yüz manat), sığorta ödənişi məbləği və 142,50 (bir yüz qırx iki manat əlli qəpik) dövlət rüsumu, Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxardılması xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mitsubishi Pajero” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Vaz 21013” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə X14, X11, X12, X13 və X15 vəfat etmişdir. xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-125/2020 saylı hökmündə öz əksini tapmışdır. Həmin hökmdə göstərildiyi kimi yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə təqsirli bilinmişdir. Bu səbəbdən ona qarşı subroqasiya hüququ yaranmışdır. PAT********** saylı sığorta müqaviləsinin 106307 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC X7 ölümünə görə 5000 (beş min) manat məbləğində və PAT********** saylı sığorta müqaviləsinin 109084 saylı sığorta aktına əsasən X3 ölümünə görə 5000 (beş min) sığorta ödənişi həyata keçirilmişdir. Bu ödənişlərin subroqasiya tələbi ilə əlaqədar "xxxx" ASC Şəmkir rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, müvafiq məhkəmədə xx.xx.2024-cü il tarixli 2(076)-111/2024 saylı qətnamə qəbul edilərək, "xxxx" ASC-nin iddia tələbi təmin edilmişdir. Lakin mövcud hadisə ilə əlaqədar “Atəşgah Sığorta Şirkəti “ASC subroqasiya qaydasında bəzi ödənişlər etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı 124898 saylı sığorta aktına əsasən “VAZ 21013” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2500 AZN (iki min beş yüz manat), X2 vəfatına görə 5000 AZN (beş min manat), X1 vəfatına görə 5000 AZN (beş min manat), X6 vəfatına görə 5000 AZN (beş min manat) sığorta ödənişi həyat keçirilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2024-cü il tarixli, 2(076)- 111/2024 saylı qətnamədə nəzərdə tutulmayan və "xxxx" ASC tərəfindən ödənilmiş 17500 AZN (on yeddi min beş yüz) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq idiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC–nin nümayəndəsi X4 məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, mülki iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, işdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020–ci il tarixli 1(100)–125/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM– nin 263–1.4–cü maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-111/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 10.000 (on min) manat məbləğində pulun və 120,40 (bir yüz iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı Sığorta Şirkəti ASC–nə verilməsi qət edilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2023–cü il tarixli 124898 nömrəli aktdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərər qiymətləndimə barədə hesabata uyğun olaraq 2500 manat X5 ödənilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2023–cü il tarixli 116305 nömrəli aktdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ölümünə görə hüquqi varisi X8 5.000 manat pul ödənilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2023–cü il tarixli 116309 nömrəli aktdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 ölümünə görə hüquqi varisi X8 5.000 manat pul ödənilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2023–cü il tarixli 116307 nömrəli aktdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 ölümünə görə hüquqi varisi X9 5.000 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən subroqasiya qaydasında 17.500 manat pulun ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, 182935 VAZ 57BE946 zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 2500.00 manat həcmində olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mitsubishi Pajero” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Vaz 21013” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə X14 və X11, X12, X13, X15 vəfat etmişlər. Zərərçəkmiş şəxslərin hüquqi varisinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “VAZ 21013” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2500 manat, X2 vəfatına görə 5000 manat, X1 vəfatına görə 5000 manat, X6 vəfatına görə 5000 manat, cəmi 17.500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Gəcə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020–ci il tarixli 1(100)–125/2020 saylı hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM–nin 263–1.4–cü maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 17.500 9on yeddi min beş yüz) manat pul və 142,50 (bir yüz qırx iki manat əlli qəpik) manat dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 17.500 (on yeddi min beş üz) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC–nə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 142,50 (bir yüz qırx iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC–nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1761/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1761/2024
16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver