Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-1915/2024 03.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, cavabdehi nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan “MERCEDES BENZ 280” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin, 500 manat vəkil xidmət haqqının, 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunun və 100+1 manat dövlət rüsumunun cəmi 618 (altı yüz on səkkiz) manat maddi zərərin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınındı iddiaçının vəkili iddia tələbəni azaldaraq, 500 manat vəkil xidmət haqqının, 17 manat etibarnamə üçün ödənilmiş notariat rüsumunun və 100+1 manat dövlət rüsumunun cəmi 618 (altı yüz on səkkiz) manat maddi zərərin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahat verərək bildirdi ki, avtomobil artıq onun oğlunda deyil. Bu səbəbdən də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən Ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Həmin Məcəllənin 261.04-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək yalnız məhkəmə məsrəflərini tələb etmişdir ki, iş üzrə icraata xitam verildiyi zaman məhkəmə məsrəfləri həll edilməli olduğundan iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini tələbdən imtina etməsi kimi qiymətləndirərək iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə məsrəflərinə daxil olan dövlət rüsumu Azərbaycan Respublikası MPM-in 114-cü maddəsinin tələbinə əsasən ödənilmiş dövlət rüsumu 100 manat iddiaçıya qaytarılmalıdır. Məhkəmə məsrəflərinə daxil olan vəkil xərci və etibarnamə üçün ödənilmiş rüsumla bağlı məhkəmə qeyd edir ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 160 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmış, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödənilmişdir. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Cavabdeh vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu 100 manat İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1915/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-1915/2024
03.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver