Məhkəmə qərarları › İş №e-2(076)-1931/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1931/2024

21.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1931/2024 21.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan 10220 (on min iki yüz iyirmi) manat dəyərində, 11 adda qızıl-ziynət əşyalarının, 5640 (beş min altı yüz qırx) manat dəyərində, 29 adda cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyəri –15860 (on beş min səkkiz yüz atmış) manat pulun, 89+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin, 500 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 onun əri, Cavabdeh1 isə qaynanasıdır. Cavabdeh2 ilə öz istəyi ailə qurmuşdur. Toy olan gün cavabdeh qayınanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar qızıl-ziynət əşyaları hədiyyə etmişlər. Cavabdehlər qızıl-zinət və cehiz əşyalarını qaytarmaqdan imtina edirlər. Buna görə də məcbur olub, hazırkı iddianı qaldırmışdır. Cavabdehlərdə bir ədəd nişan üzüyü çoxlu sayda xırda dörd ədəd iri brilyant qaşlı çəp formalı 583 əyarlı 8 qramlıq -1500 manat, bir ədəd sırğa-üzük dəsti sırğa mirvari ilə sal qızıl üzük böyük mirvari ilə 583 əyarlı birlikdə 5 qramlıq - 600 manat, toydan sonra anası hədiyyə etdiyi bir ədəd klon qızıl sünbül formalı qaşsız 583 əyarlı 4 qramlıq -300 manat, bir ədəd üzük beş ədəd sadə ağ qaşlı nazik 583 əyarlı 3 qramlıq -200 manat, bir ədəd üzük nazik sadə setka toxunuşlu qaşsız gül formalı 583 əyarlı 2 qramlıq -200 manat, bir ədəd sep Reket formalı sıx toxunuşlu 583 əyarlı 30 qramlıq -2400 manat, bir dəst sırğa-üzük dəsti badam formalı ortasında üç ədəd böyük brilyant qaş kənarlarında çoxlu sayda xırda qaşlar olan 583 əyarlıq 12 qramlıq -3500 manat, nişanlı vaxtı əri hədiyyə etdiyi bir ədəd qolbağı tros formalı sıx toxunuşlu 583 əyarlı 4 qramlıq – 360 manat, bir ədəd qolbağı sıx toxunuşlu naxışlı 583 əyarlı 6 qramlıq – 500 manat, bir ədəd üzük paxlava formalı nazik ortası qaşlı 583 əyarlı 2 qramlıq - 160 manat, bir ədəd kale və qolbağı dəsti mirvari ilə mirvarilərin arasında xırda qızıl muncuqlar, ortasında qızıl bəzək olan- 500 manat, cəmi: 10220 manat dəyərində olan qızılziynət əşyaları qalmışdır. Həmçinin, cavabdehlərdə bir ədəd yataq dəsti mebeli şabalıd rəngli - iki ədəd üç sürməli çarpayı masası, bir ədəd termo və bir ədəd termo masa, bir ədəd üç qapılı paltar şkafı, bir ədəd iki nəfərlik çarpayı- 1000 manat, bir ədəd masa və səkkiz ədəd oturacaq dəsti krem rəngli naxışlı-500 manat, bir ədəd qorka 6 qapılı sadə böyük şabalıd rəngli güzgülü – 1000 manat, bir ədəd üç nəfərlik divan və iki ədəd kreslo dəst krem rəngli- 500 manat, bir ədəd jurnal masa şüşədən balaca dörd künc formalı – 100 manat, bir ədəd televizor altı qara rəngli çarpayı masası formalı və qabağı şüşəli- 100 manat, bir ədəd masa 6ədəd oturacaq dəmirli sadə cəmi dəyəri - 300 manat, bir ədəd köz samovarı böyük, nikkelli – 200 manat, altı ədəd balınc dörd künc qırmızı rəngli sadə böyük qaz tükündən – 300 manat, iki ədəd bir nəfərlik yun döşək qırmızı rəngli dördkünc formalı – cəmi dəyəri 200 manat, üç ədəd yun yorğan bir nəfərlik qırmızı rəngli sadə - cəmi dəyəri 200 manat, bir ədəd iki nəfərlik yun döşək-çəhrayı rəngli sadə - 150 manat, bir ədəd iki nəfərlik yun yorğan sadə qırmızı üzlü – 100 manat, altı ədəd yun döşəkçə dördkünc formalı şabalıd rəngli sadə- cəmi dəyəri 50 manat, bir ədəd pakrıval iki çarpayılıq krem rəngli bəzəkli – 50 manat, iki ədəd xalça çarpayının qabağı üçün balaca krem rəngli cəmi dəyəri – 120 manat, bir ədəd xalça krem rəngli 3X2 ölçülü Kaşmir firmadan – 150 manat, bir ədəd xalça krem rəngli 7X4 ölçülü Kaşmir firmadan - 200 manat, bir ədəd televizor 82 düyüm ekran olan LG firmadan köhnə model – 300 manat, bir ədəd ət çəkən ağ rəngli elektrikli – 50 manat, yemək və çay dəsti on iki nəfərlik mavi rəngli fincan və nəlbəkisi 36 ədəd boşqabla birlikdə - 500 manat, altı ədəd bakal qaşlı qızıl rəngli- 50 manat, bir dəst kompot dəsti altı nəfərlik qaşlı qızıl rəngli bakalla – cəmi dəyəri 50 manat, altı ədəd çapa xrustal – 50 manat, iki ədəd şirəli ləyən orta böyüklükdə mavi rəngli – 30 manat, iki ədəd şirəli vedrə mavi rəngli – cəmi dəyəri 40 manat, bir ədəd şirəli ləyən iri sarı rəngli – 30 manat, cəmi: 5640 manat dəyərində cehiz əşyaları qalmışdır. Eyni zamanda hesab edir ki, cavabdehlər ona vurduğu maddi ziyanı da ödəməlidir. Belə ki, cavabdehlər onun qızıl-ziynət əşyalarını könüllü olaraq ona qaytarsaydılar, o vəkil xidmət haqqı və dövlət rüsumları ödəməzdi. Hesab edir ki, o cavabdehlərin təqsiri ucbatından maddi ziyan çəkmiş və onlar ona vurmuş olduğu maddi ziyanı ödəməlidilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərdi ki, cavabdehlər Cavabdeh2 onun əri, Cavabdeh1 isə qaynanasıdır. Cavabdeh2 ilə öz istəyi ailə qurmuşdur. Toy olan gün cavabdeh qayınanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar tərəfindən bir ədəd nişan üzüyü çoxlu sayda xırda dörd ədəd iri brilyant qaşlı çəp formalı 583 əyarlı 8 qramlıq -1500 manat, bir ədəd sırğa-üzük dəsti sırğa mirvari ilə sal qızıl üzük böyük mirvari ilə 583 əyarlı birlikdə 5 qramlıq - 600 manat, toydan sonra anası hədiyyə etdiyi bir ədəd klon qızıl sünbül formalı qaşsız 583 əyarlı 4 qramlıq -300 manat, bir ədəd üzük beş ədəd sadə ağ qaşlı nazik 583 əyarlı 3 qramlıq -200 manat, bir ədəd üzük nazik sadə setka toxunuşlu qaşsız gül formalı 583 əyarlı 2 qramlıq -200 manat, bir ədəd sep Reket formalı sıx toxunuşlu 583 əyarlı 30 qramlıq -2400 manat, bir dəst sırğa-üzük dəsti badam formalı ortasında üç ədəd böyük brilyant qaş kənarlarında çoxlu sayda xırda qaşlar olan 583 əyarlıq 12 qramlıq -3500 manat, nişanlı vaxtı əri hədiyyə etdiyi bir ədəd qolbağı tros formalı sıx toxunuşlu 583 əyarlı 4 qramlıq – 360 manat, bir ədəd qolbağı sıx toxunuşlu naxışlı 583 əyarlı 6 qramlıq – 500 manat, bir ədəd üzük paxlava formalı nazik ortası qaşlı 583 əyarlı 2 qramlıq -160 manat, bir ədəd kale və qolbağı dəsti mirvari ilə mirvarilərin arasında xırda qızıl muncuqlar, ortasında qızıl bəzək olan- 500 manat, cəmi: 10220 manat dəyərində olan qızıl-ziynət əşyaları verilmişdir. Hazırda ona məxsus cehiz əşyaları cavabdehlərin yaşadığı evdə yerləşir. Cavabdeh2 ilə birgə ailə şəraitində yaşadıqları müddətdə övladları olmadığı üçün İran İslam Respublikasında, Gürcüstan Respublikasında və Bakı şəhərində uzun müddətli müalicədə olmuş, eyni zamanda 3 dəfə müxtəlif vaxtlarda süni mayalanma etdirmişdir. Müalicə üçün xeyli pul xərcləmişlər. Ona toy və nişan hədiyyəsi olaraq alınmış qızıl əşyalarının bir qismi-4, 5, 6, 7, 8, 9 və 10-cu adda olan qızıllar nikah dövründə cavabdehlər tərəfindən lombarda girov qoyulmuş və pul götürülmüşdür. Lombarda olan borc ödənilə bilmədiyinə görə qızllar satılıb borc bağlanılmışdır. Bir ailə olduqlarından qızıl əşyalarının satılmasına etiraz etməmişdir. Ona məxsus qızıl əşyaları satılıb onun müalicəsinə xərclənməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərdi ki, oğlu Bəxtiyar və gəlini Zülfiyyə 2013-cü ildə evlənmişlər. Lakin, onların uşaqları olmamışdır. Sonra məlum oldu ki, Zülfiyyə xəstədir, hamilə ola bilmir. Onlar Zülfiyyəni uzun müddət müalicə etmişlər, lakin nəticəsi olmamışdır. Ona görə oğlu Bəxtiyarla gəlini Zülfiyyə ayrılmışlar. İddia ərizəsində göstərilən cehiz əşyaları onların tərəfindən evlərinin boş otağına yığılmış və iddia ərizəsində göstərilən bütün cehiz əşyaları həmin otaqdadır. İddiaçı nə vaxt istəsə siyahı ilə gəlib cehiz əşyalarını apara bilər. Qızıl-zinyət əşyalarına gəldikdə isə göstərilən iddia ərizəsində 1, 3 və 11-ci adda olan qızıl-zinyət əşyaları onlardadır. Həmin qızıl əşyalarını məhkəmədə qəbzlə təqdim edə bilərlər. İddia ərizəsində 2-ci adda olan qızıl-zinət əşyası onun özünə məxsusdur, cavabdehə hədiyyə olunmayıb. Qalan siyahıda olan qızılzinyət əşyaları iddiaçının müalicəsi üçün lombarda qoyulmuş, həmin pulla iddiaçını İran İslam Respublikasında, Gürcüstan Respublikasında və Bakı şəhərində müalicə etdirmişlər. Sonradan kredit borcunu ödəyə bilmədikləri üçün qızllar iddiaçının razılığı ilə lombardda satıldı. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək, Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 427 nömrəli X2 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 və İddiaçı ilə xx.xx.2016-ci ildə nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Vəlizadə” və arvada “ Vəlizadə” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-00489 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan 114 nömrəli, xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, hüquq yardım göstərilən İddiaçı vəkil Nümayəndə ilə müqavilə bağlamışlar. Müqavilənin 2.1 bəndində hüquq yardıma görə məbləğ 500 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 16(076)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh1 və Cavabdeh2 evinə baxış keçirtmişlər. Həmin baxış zamanı bir ədəd çoxlu sayda xırda dörd ədəd iri brilyant qaşlı çəp formalı 583 əyarlı 8 qramlıq nişan üzüyü və bir ədəd qızıl sünbül formalı qaşsız 583 əyarlı 4 qramlıq klon aşkar olunmuş və onun üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 61 nömrəli mütəxəssis rəyindən görünür ki, bir ədəd nişan üzüyü çoxlu sayda xırda dörd ədəd iri brilyant qaşlı çəp formalı 583 əyarlı 8 qramlıq -1500 manat, bir ədəd sırğa-üzük dəsti sırğa mirvari ilə sal qızıl üzük böyük mirvari ilə 583 əyarlı birlikdə 5 qramlıq - 600 manat, bir ədəd klon qızıl sünbül formalı qaşsız toydan sonra anası hədiyyə edib 583 əyarlı 4 qramlıq 300 manat, bir ədəd üzük beş ədəd sadə ağ qaşlı nazik 583 əyarlı 3 qramlıq -200 manat, bir ədəd üzük nazik sadə setka toxunuşlu qaşsız gül formalı 583 əyarlı 2 qramlıq -200 manat, bir ədəd sep Rekert formalı sıx toxunuşlu 583 əyarlı 30 qramlıq -2400 manat, bir dəst sırğa-üzük dəsti badam formalı ortasında üç ədəd böyük brilyant qaş kənarlarında çoxlu sayda xırda qaşlar olan 583 əyarlıq 12 qramlıq -3500 manat, bir ədəd qolbağı tros formalı sıx toxunuşlu 583 əyarlı 4 qramlıq – 360 manat, bir ədəd qolbağı sıx toxunuşlu naxışlı 583 əyarlı 6 qramlıq – 500 manat, bir ədəd üzük paxlava formalı nazik ortası qaşlı 583 əyarlı 2 qramlıq -160 manat, bir ədəd kale və qolbağı dəsti mirvari ilə mirvarilərin arasında xırda qızıl muncuqlar, ortasında qızıl bəzək olan- 500 manata orta bazar qiyməti müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında nişan və toy mərasimi olmuşdur. Onlar nikahlarını xx.xx.2016-ci ildə rəsmi qeyd etdirmişlər. Həmin mərasim zaman iddiaçıya bir sıra qızıl-zinət hədiyyə olunmuş, həmin faktı fotoşəkillərlə və tərəflərinin izahatlarında öz əksini tapır. Toyları olandan sonra İddiaçı cavabdehlərə məxsus evə gəlin köçmüş və ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır. Lakin tərəflər arasında narazılıq baş verdiyindən, onlar ayırlmışlar. İddiaçının tələbinə görə, ona hədiyyə edilən qızıl-zinət əşyaları və cehiz əşyaları hazırda cavabdehlərdədir və o, iddia ərizəsində sayı və dəyəri göstərilən həmin əşyaları özü ilə aparmamışdır. Cavabdehlər isə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, iddiaçıya məxsus cehiz əşyalarının onların evində olduğunu, qaytarmağa etirazları olmadığını, iddiaçıya məxsus qızıl əşyalarından bir ədəd çoxlu sayda xırda, dörd ədəd iri brilyant qaşlı çəp formalı 583 əyarlı 8 qramlıq 1500 manat dəyərində nişan üzüyünün, toydan sonra anası hədiyyə etdiyi bir ədəd klon qızıl sünbül formalı qaşsız 583 əyarlı 4 qramlıq -300 manat dəyərində və bir ədəd mirvari ilə mirvarilərin arasında xırda qızıl muncuqlar ortasında qızıl bəzək olan 500 manat dəyərində qızıl kale və qolbağı dəstinin onlarda olduğunu, iddia ərizəsində göstərilmiş 2-ci adda olan bir ədəd sırğa-üzük dəsti sırğa mirvari ilə sal qızıl üzük böyük mirvari ilə 583 əyarlı birlikdə 5 qramlıq - 600 manat dəyərində qızıl zinət əşyası Cavabdeh1 məxsus olmasını, digər qızıl əşyalarının iddiaçının razılığı ilə iddiaçının müalicəsi üçün satıldığını bildirmişlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə, iddianın qızıl-zinət aid olan hissəsini işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 evlənərkən iddiaçıya toy və nişan hədiyyəsi olaraq qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. İddiaçı iddia edir ki, ailə münasibətləri pozulduqdan sonra iddia ərizəsində göstərilən toy və nişan zamanı hədiyyə olunmuş ona məxsus qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehlərdə olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki iş üzrə cavabdehlər tərəfindən təqdim edilmiş etiraz ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatlarında qızıl-zinət əşyalarının bir hissəsinin onlarda qaldığını etiraf etmişlər ki, həmin əşyalar bir ədəd çoxlu sayda xırda, dörd ədəd iri brilyant qaşlı çəp formalı 583 əyarlı 8 qramlıq 1500 manat dəyərində nişan üzüyünün, toydan sonra anası hədiyyə etdiyi bir ədəd klon qızıl sünbül formalı qaşsız 583 əyarlı 4 qramlıq -300 manat dəyərində və bir ədəd mirvari ilə mirvarilərin arasında xırda qızıl muncuqlar ortasında qızıl bəzək olan 500 manat dəyərində qızıl kale və qolbağı dəstinin qızıl-zinət əşyalarından ibarətdir. Eyni zamanda siyahıda ikinci adda olan bir ədəd sırğa-üzük dəsti sırğa mirvari ilə sal qızıl üzük böyük mirvari ilə 583 əyarlı birlikdə 5 qramlıq - 600 manat dəyərində qızıl zinət əşyasının isə iddiaçı cavabdehlər tərəfindən ona hədiyyə olunmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehlər iddiaçının tələb etdiyi digər qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə sonuncunun müalicəsi üçün lombarda qoyulduğunu, sonra isə onun razılığı ilə satıldığını göstərmişlər, İddiaçı isə cavabdehlərlə birgə ailə şəraitində yaşadığı müddətdə ona məxsus qızıl əşyalarının bir qisminin onun razılığı ilə cavabdehlər tərəfindən satılaraq öz ehtiyacları üçün xərcləndiyini ona görə də qızıl-zinət əşyalarını hazırda cavabdehlərdən tələb etdiyini göstərmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələb etdiyi qızılzinət əşyalarından bir ədəd üzük beş ədəd sadə ağ qaşlı nazik 583 əyarlı 3 qramlıq -200 manat, bir ədəd üzük nazik sadə setka toxunuşlu qaşsız gül formalı 583 əyarlı 2 qramlıq -200 manat, bir ədəd sep Rekert formalı sıx toxunuşlu 583 əyarlı 30 qramlıq -2400 manat, bir dəst sırğa-üzük dəsti badam formalı ortasında üç ədəd böyük brilyant qaş kənarlarında çoxlu sayda xırda qaşlar olan 583 əyarlıq 12 qramlıq -3500 manat, bir ədəd qolbağı tros formalı sıx toxunuşlu 583 əyarlı 4 qramlıq – 360 manat, bir ədəd qolbağı sıx toxunuşlu naxışlı 583 əyarlı 6 qramlıq – 500 manat, bir ədəd üzük paxlava formalı nazik ortası qaşlı 583 əyarlı 2 qramlıq - 160 manat olan qızıl əşyaları iddiaçı ilə cavabdehlər birgə yaşadıqları müddətdə ailə xərcləri üçün satıldığından, məhkəmə həmin halı iddiaçıya məxsus qızıl əşyaların onun iradəsi ziddinə cavabdehlər tərəfindən əlindən alınaraq sahibliyindən çıxarılması kimi qəbul etmir və iddiaçının izahatı fonunda cavabdehlərin izahatını daha inandırıcı hesab edir. Məhkəmə iddia tələbinin cehiz əşyalarına dair hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, cavabdehlər tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazda, eləcə də cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddiaçıya məxsus cehiz əşyalarının onların yaşadığı evdə qaldığını etiraf etmişlər. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cehiz əşyaları cavabdehlərdə qalmışdır. Məhkəmə, həmçinin iddianın "500 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması" hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 114 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehlərdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 89 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən 50 manat xərc cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bir ədəd çoxlu sayda xırda, dörd ədəd iri brilyant qaşlı çəp formalı 583 əyarlı 8 qramlıq 1500 manat dəyərində nişan üzüyü, bir ədəd qızıl sünbül formalı qaşsız 583 əyarlı 4 qramlıq 300 manat dəyərində olan klon, bir ədəd mirvari ilə mirvarilərin arasında xırda qızıl muncuqlar var ortasında qızıl bəzək olan 500 manat dəyərində olan kale və qolbağı dəstindən ibarət qızıl-zinət əşyaları, bir ədəd yataq dəsti - iki ədəd üç sürməli çarpayı masası bir ədəd termo və bir ədəd termo masa bir ədəd üç qapılı paltar şkafı bir ədəd iki nəfərlik çarpayı- 1000 manat dəyərində, bir ədəd masa və səkkiz ədəd oturacaq dəsti krem rəngli naxışlı-500 manat dəyərində, bir ədəd qorka 6 qapılı sadə böyük şabalıd rəngli güzgülü – 1000 manat dəyərində, bir ədəd üç nəfərlik divan və iki ədəd kreslo dəst krem rəngdə-500 manat dəyərində, bir ədəd jurnal masası şüşədən balaca dörd künc formalı – 100 manat dəyərində, bir ədəd televizor altı qara rəngli çarpayı masası formalı və qabağı şüşəli- 100 manat dəyərində, bir ədəd masa altı ədəd oturacaq dəmirli sadə cəmi dəyəri - 300 manat dəyərində, bir ədəd köz samovarı böyük, nikeldən – 200 manat dəyərində, altı ədəd balınc dörd künc qırmızı rəngli sadə böyük qaz tükündən – 300 manat dəyərində, iki ədəd bir nəfərlik yun döşək qırmızı rəngli dördkünc formalı – cəmi dəyəri 200 manat dəyərində, üç ədəd yun yorğan bir nəfərlik qırmızı rəngli sadə - cəmi dəyəri 200 manat dəyərində, bir ədəd iki nəfərlik yun döşək-çəhrayı rəngli sadə - 150 manat dəyərində, bir ədəd iki nəfərlik yun yorğan sadə qırmızı üzlü – 100 manat dəyərində, altı ədəd yun döşəkcə dördkünc formalı şabalıd rəngli sadə- dəyəri 50 manat dəyərində, bir ədəd pakrıval iki çarpayılıq krem rəngli bəzəkli – 50 manat dəyərində, iki ədəd xalça çarpayının qabağı üçün balaca krem rəngli cəmi dəyəri – 120 manat dəyərində, bir ədəd xalça krem rəngli 3X2 ölçülü Kaşmir firmadan – 150 manat dəyərində, bir ədəd xalça krem rəngli 7X4 ölçülü Kaşmir firmadan - 200 manat dəyərində, bir ədəd televizor 82 düym ekran olan LG firmadan köhnə model – 300 manat dəyərində, bir ədəd ət çəkən ağ rəngli elektrikli – 50 manat dəyərində, yemək və çay dəsti on iki nəfərlik mavi rəngli fincan və nəlbəkisi otuz altı ədəd boşqabla birlikdə ilə - 500 manat dəyərində, altı ədəd bakal, qaşlı qızıl rəngli- 50 manat dəyərində, bir dəst kompot dəsti altı nəfərlik qaşlı qızıl rəngli bakalla – cəmi dəyəri 50 manat dəyərində, altı ədəd çapa xrustal – 50 manat dəyərində, iki ədəd şirəli ləyən orta böyüklükdə mavi rəngli – 30 manat dəyərində, iki ədəd şirəli vedrə mavi rəngli – cəmi dəyəri 40 manat dəyərində, bir ədəd şirəli ləyən iri sarı rəngli – 30 manat dəyərində olan cehiz əşyaları natura şəklində, naturada mövcud olmazsa əmlakların cəmi dəyəri 8620 (səkkiz min altı yüz iyirmi) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul alınıb İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89 (səksən doqquz) manat və mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar