Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2058/2024 29.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah müddətində əldə edilmiş əmlakdan payın məyyən olunması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 ilə birgə nikah müddətində əldə etmiş olduğu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun mülkiyyət hüququnun müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o mərhum həyat yoldaşı X10 ilə 1978-ci ildə faktiki ailə qurmuşdur. Nikahı 31 yanvar 1979-cu ildə rəsmi qeydə alınıb. Birgə nikahlarından xx.xx.1979-cu il təvəllüdlü X6 və xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh adlı iki uşaqları olmuşdur. X3 11 iyul 2015-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan qalan miras əmlakı faktiki olaraq qəbul edib, idarə edirdi. Hazırda da həmin mülkdə oğlu Elnurla birlikdə yaşayır. Mərhum arvadı ilə birgə nikah müddətində Şəmkir şəhəri, Səttarxan küçəsi, 124 ünvanda yerləşən, 0.07 ha həyətyanı torpaq sahəsini əldə etmiş və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini inşa etmişlər. Həm yaşayış evi və həm də evin yerləşdiyi həyətyanı torpaq sahəsi mərhum arvadı X4 adına qeydə alınmış və həmin əmlaka görə mərhum arvadının adına Şəmkir 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hesab edir ki, həm fərdi yaşayış evinin, həm də evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun mülkiyyət hüququ müəyyən olunmalıdır. O da ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsini mərhum arvadı Nəzirə Hacıyeva ilə birgə nikah müddətində əldə etdiyindən, əmlakın ½ hissəsinə onun mülkiyyət payı müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 1764 nömrəli X8 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası X10 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1764 nömrəli X8 tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.1979-cu ildə anadan olmuşdur. Atası İddiaçı, anası X10 qeyd edilmişdir. İş materiallarında olan **********77-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəmkir şəhəri, Səttərxan küç, ev-124 ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi X5 tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AZ-İ seriyalı 730570 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Şəmkir şəhərində Durğunluq Pnevmaniya səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair qərardan görünür ki, mərhum Nəzirə Hacıyevadan miras qalmış əmlaka dair vərəsələrinin dairəsi müəyyənləşdirilmişdir. Belə ki, ilkin olaraq mərhumun əri İddiaçı və övladları Cavabdeh, X6 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 maddəsinin tələbinə uyğun olaraq birinci növbəli vərəsələr sayılırlar və hər biri mirasdan bərabər pay hüququna malikdirlər. Mərhumun əri, birinci növbəli vərəsə olaraq ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı notariat ofisinə xx.xx.2024-cü il tarixdə 81-7707 saylı ərizə ilə müraciət etmiş və bildirmişdir ki, miras şəriki olduğu miras əmlakın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulan qaydada bərabər payda bölünməsinə razı deyildir və bununla əlaqədar məhkəməyə müraciət etmək niyyəti vardır. İş materiallarında olan İİ-ЖГ seriyalı 280151 nömrəli xx.xx.1979-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X10 ilə xx.xx.1979-cü ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Süleymanov”, arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan 3-21-3-40/2-3474/24 nömrəli xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli, 113 saylı qərarı ilə "Torpaq sahəsinin planı və ölçüsü❞ sənədi əsasında və xx.xx.1991-ci il tarixli, 5K-73 reyestr nömrəli Şəmkir rayon 2 nömrəli notariusun alqı-satqı müqaviləsi əsasında İddiaçı adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (**********69-10301) reyestrdən çıxarış verilmişdir. İddiaçı xx.xx.2014cü il tarixli, 40-1063 reyestr nömrəli Şəmkir rayon 1 saylı notariat konturunun bağışlanma müqaviləsinə əsasən Cavabdeh adında xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli (**********69-10301) reyestrdən çıxarış verilmişdir. Cavabdeh Şəmkir rayon 1 saylı notariat konturunun xx.xx.2020-ci il tarixli, 81-1675 reyetr nömrəli Ərizəsi əsasında **********69-10301 reyestr nömrəli tikili məhv edilmişdir və torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (**********69) reyestrdən çıxarış verilmişdir. X2 "xxxx" MMC-nin razılaşdırılmış layihəsinə əsasən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (**********69-10302) reyestrdən çıxarış verilmişdir. X2 və Cavabdeh xx.xx.2022-ci il tarixli 4Ə-625 reyestr nömrəli Şəmkir Rayon 1 saylı Notariat Ofisinin Bağışlanma müqaviləsinə əsasən X1 adına xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli (**********69-10302) reyestrdən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, N. Nərimanov adına Kolxozun xx.xx.1978ci il tarixli qərarı ilə X7 0.07 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində 1985-ci il tarixdə fərdi yaşayış evi tikilmiş, xx.xx.2011-ci il tarixdə X5 adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə tam mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvan 5 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi X10 ilə İddiaçı arasında olan nikahdan əvvəl, yəni xx.xx.1978-ci il tarixli qərarı ilə X7 ayrılmış, X10 ilə İddiaçı arasında nikah xx.xx.1979-cu il tarixdə qeyd edildikdən sonra, yəni 1985-ci il tarixdə torpaq sahəsi üzərində hazırda X5 adına qeyd edilmiş fərdi yaşayış evi tikilmiş, xx.xx.2011-ci il tarixdə isə X5 adına fərdi yaşayış evinə və torpaq sahəsinə tam mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq, birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi prezumpsiyası qüvvədədir. Bu zaman əmlakın birgə qazanc hesabına əldə edilmədiyini, beləliklə də birgə əmlak hesab edilmədiyini irəli sürən tərəf bunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. İddiaçı ünvan 6 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinin nikah dövründə əldə olunmuş əmlak olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavabdeh olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvan 5 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi nikahdan əvvəl, yəni xx.xx.1978-ci il tarixli qərarı ilə X7 ayrılmışdır. Məhkəmə, iddia tələbinin ünvan 5 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin nikah dövründə əldə olunmuş əmlak hesab edilməklə iddiaçının həmin əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınmasına aid hissədə qeyd edir ki, X10 ilə İddiaçı arasında nikah xx.xx.1979-cu il tarixdə qeyd edildikdən sonra, yəni 1985-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində hazırda X5 adına qeyd edilmiş fərdi yaşayış evi tikilmiş, xx.xx.2011-ci il tarixdə isə X5 adına fərdi yaşayış evinə və torpaq sahəsinə tam mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin birgə mülkiyyəti hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mülkiyyət hüququ ilə X5 adına qeydə alınmış, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2058/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2058/2024
29.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver