Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2298/2024 10.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan 2500 (iki min beş yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının, 5176 (beş min bir yüz yetmiş altı) manat dəyərində, 65 adda cehiz əşyalarının, 610 (altı yüz on) manat dəyərində 8 adda uşaq əşyalarının, 160 (bir yüz atmış) manat dəyərində 6 adda geyim əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin –8446 (səkkiz min dörd yüz qırx altı) manat pulun, 49+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 onun keçmiş qayınatası, Cavabdeh2 isə keçmiş qaynanasıdır. Cavabdehlərin oğlu X6 ilə 2017-ci ildə öz istəyilə ailə qurmuşdur. Toyları olan gün cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumları qızıl-ziynət əşyaları hədiyyə etmişlər. Eyni zamanda valideynləri ona cehiz əşyaları hədiyyə etmişlər. Sabiq əri Malik Ramazan oğlu ilə aralarında olan nikah rəsmi qaydada 2023-cü ilin oktyabr ayında Şəmkir Rayon Məhkəməsində pozulmuşdur. Cavabdehlər qızıl-zinət və cehiz əşyalarını qaytarmaqdan imtina edirlər. Buna görə də məcbur olub, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərdə qalan qızıl-zinət əşyaları cəmi 2500 (iki min beş yüz) manat dəyərində toyunda anası hədiyyə etdiyi bir ədəd qızıl sep, paxlava formalı, 8 qramlıq, 583 əyarlıdəyəri 500 manat, anası hədiyyə etdiyi bir ədəd qızıl klon, kitab formalı, 4 qramlıq, 583 əyarlı, dəyəri 350 manat, bir cüt qızıl sırğa-üzük dəsti, abadok formalı, sadə ağ qaşlı, 583 əyarlı, 6 qramlıq- dəyəri 500 manat, 1 ədəd qızıl sep, tros formalı, 583 əyarlı, 12 qramlıq – dəyəri 1000 manat,anası tərəfindən qızına hədiyyə alınmış bir cüt qızıl sırğa uşaq üçün, dairə formalı, balaca sadə ağ qaşlarla, 583 əyarlı -dəyəri 150 manat olan qızıl-zniət əşyalarından ibarətdir. Həmçinin ona məxsus bir ədəd iki nəfərlik çarpayı, şabalıd rəngli, naxışlı-cəmi 300 manat, bir ədəd stol altı nəfərlik və altı ədəd stul, şabalıd rəngli, oturacaqları parçalı, naxışlı-450 manat, bir dəst divan-kreslo və jurnal üçün stol, sarı rəngli, güllü, dairəvi-cəmi 500 manat, iki ədəd taxta tumbuçka, şabalıd rəngli, cəmi 160 manat, bir ədəd sandıq, qarışıq rəngli, güllü - 80 manat, bir ədəd çilçıraq, üç gözlü, naxışlı, qarışıq rəngli-50 manat, dörd ədəd pərdə, qarışıq rəngli, zərli, bəzəkli-cəmi 150 manat, bir ədəd Gəlincik pakrıval, qarışıq rəngli, zərli, bəzəkli-200 manat, bir ədəd odeyal, qarışıq rəngli, qalın-60 manat, bir ədəd odeyal, qırmızı rəngli, qalın-50 manat, bir ədəd iki nəfərlik yun döşək, qırmızı rəngli, zərli saplarla toxunub, naxışlı- 200 manat, bir ədəd iki nəfərlik yun yorğan, qızılı saplarla işlənmiş - 80 manat, üç ədəd təknəfərlik yun yorğan, çəhrayı rəngli, naxışlı, sarı saplarla işlənib cəmi-180 manat, üç ədəd balınc, qaz tükündən, müxtəlif rəngli, güllü - cəmi 90 manat, üç ədəd balınc, uzun formalı, sadə –60 manat, bir çexol, bir ədəd divan və iki kreslo üçün, qırmızı rəngli, Naxışlı-cəmi 50 manat, altı ədəd döşəkçə, divan üçün, dördkünc, bəzəkli, qarışıq rəngli-cəmi 60 manat, bir ədəd süfrə, gümüşü rəngli, naxışlı - 50 manat, bir dəst süfrə, altı nəfərlik stol üçün, altı ədəd əl dəsmalı ilə birlikdə, krem rəngli, naxışlı - 30 manat, bir ədəd xalça, böyük, krem rəngli, güllü, dördkünc, 3.5 X 5 ölçülü – 110 manat, iki ədəd xalça, balaca, krem rəngli, güllü, dördkünc, 1X 0.5 ölçülü – cəmi 40 manat, üç ədəd əl-üz dəsmalı, qarışıq rəngli, sadə, işlənməmiş cəmi 30 manat, iki ədəd daroşka, qarışıq rəngli, sadə, dördkünc, 6 metrlik-cəmi 50 manat, bir ədəd paltaryuyan maşın, “Samsung” markalı, 6 kq, gümüşü rəngli-600 manat, bir ədəd çörək peçi,İtimat firmadan dördkünc formalı, qırmızı rəngli, orta boylu-80 manat, bir ədəd saj, elektriklə işləyən, qırmızı rəngli, orta böyüklükdə, sadə 50 manat, bir ədəd tozsoran, qırmızı rəngli, Ayşa firmadan -150 manat, bir ədəd ət çəkən maşın, “Of” markalı, Alman istehsalı, qırmızı rəngli, sadə-200 manat, bir ədəd ütü, “Of” markalı, Alman istehsalı, ağ rəngli-40 manat, bir ədəd blender, sadə, soğan çəkmək üçün-12 manat, bir ədəd blender, ləpə çəkmək üçün, sadə-20 manat, bir ədəd zibil qabı, orta böyüklükdə, bəzəkli-5 manat, bir ədəd zibil qabı, böyük, bəzəkli-10 manat, bir ədəd çörək qabı, sadə, kapron, ağ rəngli-7 manat, bir ədəd sini, qızılı rəngli, güllü-8 manat, bir ədəd çaynik, nikel, orta böyüklükdə, gümüşü rəngli – 50 manat, bir ədəd tava, tuj, nikel, sadə-50 manat, ”Qalaksi” firmadan qazan, tava, çaydan dəsti, qırmızı rəngli, güllücəmi 250 manat, bir dəst qazan, tavaaşsüzən ilə birlikdə, “Arşa” markalı firmadan, nikel- cəmi 60 manat, bir ədəd qazan, alüminium, orta böyüklükdə, qapaqlı - 30 manat; bir ədəd qazan, aliminium, ağzı qatlamalı, orta böyüklükdə, qapaqsız- 30 manat; bir ədəd aşsüzən, qulplu, böyük – 20 manat, bir ədəd aşsüzən, sadə, orta böyüklükdə - 10 manat, bir ədəd ləyən, alüminium, orta böyüklükdə -20 manat, bir ədəd vedrə, alüminium , orta böyüklükdə - 10 manat, bir ədəd ləpə qabı, sadə, şüşədən – 10 manat, bir ədəd meyvə üçün vaz, sadə, orta böyüklükdə -30 manat, şirniyyat üçün qab, 2 ədəd, gəmi formasında, sadə şüşədən, cəmi 20 manat, şirniyyat üçün qab, 2 ədəd, dördkünc formalı, sadə şüşədən, cəmi – 20 manat, sok üçün stəkan, 6 ədəd, adi şüşədən- 20 manat, sok üçün stəkan 6 ədəd, qara rəngli, adi şüşədən- 20 manat, nəlbəki, 6+6 ədəd bəzəkli, şəkilli - 12 manat, qənd qabı, 4 ədəd, sadə, şüşə, qapaqlı, orta böyüklükdə, ayaqlı cəmi 20 manat, xrustal rumka, 6 ədəd, araq üçün- cəmi 30 manat, boşqab, oval formalı, çiçəkli, müxtəlif ölçülü, 12 ədəd- cəmi 20 manat, kompot qabı, bir ədəd qrafin və 6 ədəd stəkanla birlikdə, üzərində yaşıl rəngli bəzəkləri olan, adi şüşədən - cəmi dəyəri 30 manat, qaşıq, çəngəl, bıçaq dəsti, nikel, qızılı rəngli bəzəkli, 24 ədəd - cəmi 50 manat, şüşə banka, 22 ədəd, 3 litrlik - cəmi dəyəri 44 manat, şüşə qazan, 1 ədəd, qapaqlı, orta böyüklükdə- 16 manat, şirəli cəm, 2 ədəd, ağ rəngli, orta böyüklükdə- cəmi dəyəri 10 manat, şirəli quyruqlu fincan, cəmi dəyəri – 10 manat, aliminium ləyən, 1 ədəd, orta böyüklükdə - 20 manat, kauçuk vanna, 3 ədəd, müxtəlif ölçülü- cəmi dəyəri 20 manat, dəmir şiş, 6 ədəd – cəmi 12 manat, bir ədəd gecə lampası, qızılı rəngli - 20 manat, cəmi: 5176 ( beş min bir yüz yetmiş altı) manat olan cehiz əşyaları, uşaq üçün yun yorğan, 2 ədəd- cəmi 40 manat, uşaq üçün yun odeyal, 2 ədəd cəmi 40 manat, balınc 2 ədəd - cəmi 20 manat, uşaq üçün yun döşək, 1 ədəd – 40 manat, bir ədəd yorğan, sintifon - 30 manat, uşaq üçün çarpayı, 1 ədəd, ağ rəngli, qızılı bəzəkli – 300 manat, uşaq paltarları yay və qış üçün—cəmi dəyəri 100 manat, bir ədəd plastmas tumbuçka, üzərində Maşanın şəkili olan, dörd bölməli– 40 manat cəmi dəyəri 610 ( altı yüz on) manat olan, 1 ədəd şalvar, klassik, qara rəngli – 20 manat, şalvar, 1 ədəd, vilyur, qara rəngli – 10 manat, bir ədəd jaket, papaqlı, qara rəngli, sadə - 30 manat, bir ədəd pencək, yaşıl rəngli, sinəsi qaşlı – 30 manat, kofta, üç ədəd, müxtəlif rəngli – cəmi 40 manat, bir cüt tufli, qara rəngli, dik daban - 30 manat, cəmi dəyəri 160 (bir yüz atmış) manat olan geyim əşyaları cavabdehlərdə qalmışdır. Eyni zamanda hesab edir ki, cavabdehlər ona vurduğu maddi ziyanı da ödəməlidir. Belə ki, cavabdehlər onun qızıl-ziynət əşyalarını könüllü olaraq ona qaytarsaydı, o vəkil xidmət haqqı və dövlət rüsumları ödəməzdi. Hesab edir ki, o cavabdehlərin təqsiri ucbatından maddi ziyan çəkmiş və onlar ona vurmuş olduğu maddi ziyanı ödəməlidir. Ona görə də, ona məxsus olan, iddia ərizəsində qeyd olunan 2500 (iki min beş yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının, 5176 (beş min bir yüz yetmiş altı) manat dəyərində, 65 adda cehiz əşyalarının, 610 (altı yüz on) manat dəyərində 8 adda uşaq əşyalarının, 160 (bir yüz atmış) manat dəyərində 6 adda geyimlərinin naturada, bu mümkün olmadıqda onların dəyərinin –8446 (səkkiz min dörd yüz qırx dörd) manat pulun, 49+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı ilə oğlu Malik Sadıqov 2017-ci ildə toy edərək ailə qurmuşlar. İddiaçı onların evinə gəlin gələn zaman cehiz əşyalarından bir ədəd iki nəfərlik çarpayı, bir ədəd Gəlincik yataq örtüyü, bir ədəd iki nəfərlik yun döşək, bir ədəd iki nəfərlik yun yorğan, üç ədəd tək nəfərlik yun yorğan, üç ədəd güllü balınc, üç ədəd balınc uzun formalı, uşaq üçün çarpayı, bir ədəd plastmas tumbuçka gətirmişdir. İddia ərizəsində göstərilən paltar yuyan maşını onların özləri almışdır. Toy vaxtı qeyd edilən qızıl hədiyyə verilməmiş və onlardan xəbəri olmamışdır. Ona görə də iddianın sadalanan cehiz əşyalarından başqa hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, Cavabdeh2 izahatına uyğun izahat verərək, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinbin xx.xx.2023-cü il tarixli, 2(076)-1412/2023 saylı qətnaməsindən görünür ki, X9 ilə X6 arasında bağlanmış 11 avqust 2017-ci il tarixli nikah pozulmuş və xx.xx.2019-cu il təvəllüdlü Ruhanə və xx.xx.2020-ci il təvəllüdlü Ramazan adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin X3 tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-00719 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan görünür ki, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh1 xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilmiş mediasiya sessiyasında iştirak etmiş, İMS-də müzakirə edilən mübahisə predmeti qızıl-ziynət və cehiz əşyalarının qaytarılması tələbinə baxılmışdır. Mediasiya prosesini davam etdirməyə razılıq verməyən Cavabdeh1 olmuşdur. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan 31 may 2024-cü il tarixli aktın sürətindən görünür ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X10 və X1 Rayon Məhkəməsinin 16(076)-60/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların iştirakı ilə Şəmkir rayon, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evində olarkən əşyalardan 1 ədəd uşaq çarpayısı, 1 ədəd plastmas siyirmə, 1 ədəd üç gözlü çılçıraq və “Samsung” markalı paltaryuyan maşın aşkar olunaraq üzərinə həbs qoyulmuşdur. Baxış iclasında iştirak edən şahid X4 öz izahatında bildirmişdir ki, İddiaçı onun qızıdır. Onların toyunda qızına bir ədəd qızıl sep, bir ədəd qızıl klon hədiyyə etmişdir. Nəvəsinə bir cüt qızıl sırğa hədiyyə etmişdir. Qızı onların evinə gəlin getdiyi vaxt cehiz əşyaları vermişdir. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər 2017-ci ildə faktiki evlənməklə nikahlarını xx.xx.2017-ci ildə rəsmiləşdirmişlər. Toyları olandan sonra İddiaçı və X2 rayonu, Dəllər-Cəyir kəndində birgə yaşamışlar. Lakin, tərəflər aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz, qızıl-zinət əşyaları, uşaq əşyaları və geyim əşyaları, həmçinin çəkdiyi xərclərinin əvəzi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əşyaların cavabdehlərdə qaldığını göstərmişdir. Cavabdehlər isə məhkəmə iclasında iddiaçıya toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları verilmədiyini və həmin əşyalar barədə məlumatları olmadıqlarını bildirmişlər. Məhkəmə iclasında araşdırılmış sübutlarla (tərəflərin izahatı) iddiaçıya məxsus bir ədəd iki nəfərlik çarpayı, bir ədəd Gəlincik yataq örtüyü, bir ədəd iki nəfərlik yun döşək, bir ədəd iki nəfərlik yun yorğan, üç ədəd tək nəfərlik yun yorğan, üç ədəd güllü balınc, üç ədəd balınc uzun formalı, uşaq üçün çarpayı, bir ədəd plastmas tumbuçkadan ibarət cehiz əşyaları cavabdehlərin yaşadığı evdə yerləşir. Məhkəmə iddia tələbinin cehiz əşyaları, uşaqlara məxsus əşyalar və geyim əşyalarına dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cehiz əşyalarından, uşaqlara məxsus əşyalardan və geyim əşyalarından yalnız cehiz əşyalarının bir qismi, yəni cavabdehlərin məhkəmə iclasında qeyd etdiyi əşyalar onlarda qalmışdır. İddiaçı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən cavabdehlərin yaşadığı evə Rayon Məhkəməsinin 16(076)-60/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə baxış keçirilərkən müəyyən edilmiş əşyalardan 1 ədəd üç gözlü çılçıraq və “Samsung” markalı paltaryuyan maşının həqiqətən iddiaçıya məxsus olması və ona toy hədiyyəsi olaraq verilməsi ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, İddiaçı iddiasının əsası kimi istinad etdiyi göstərilən cehiz, uşaq və geyim əşyalarının ona məxsus olması və ona hədiyyə şəklində verilməsi, lakin həmin əşyaların yalnız bir qisminin cavabdeh tərəfdə olması məhkəmə iclasında cavabdeh tərəfin qismən etirafedici ifadəsi ilə sübut olunduğundan, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Buna görə də iddianın cehiz, uşaq və geyim əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi qismən təmin edilərək, cavabdeh tərəfin etiraf etdiyi hissədə göstərilən cehiz əşyaları cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddianın qızıl-zinət əşyalarına aid olan hissəsini işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbində göstərdiyi qızıl-zinət əşyalarının cavabdehlərin oğlu X6 ilə toy mərasimləri olan zaman və sonradan ona hədiyyə olunmasını göstərmiş olsa da, cavabdehlər məhkəmə iclası zamanı iddiaçıya ümumiyyətlə qızıl-zinət əşyaları hədiyyə olunmadığını göstərmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehlərdə olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə cavabdehlərdə olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 50 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən 25 manat xərc cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bir ədəd 300 manat dəyərində iki nəfərlik çarpayı, bir ədəd 200 manat dəyərində Gəlincik yataq örtüyü, bir ədəd 200 manat dəyərində iki nəfərlik yun döşək, bir ədəd 80 manat dəyərində iki nəfərlik yun yorğan, üç ədəd 180 manat dəyərində təknəfərlik yun yorğan, üç ədəd 90 manat dəyərində qaz tükündən balınc, üç ədəd 60 manat dəyərində uzun formalı balınc, 1 ədəd 300 manat dəyərində uşaq üçün çarpayı, bir ədəd 40 manat dəyərində plastik çəkməcədən ibarət əşyaların natura şəklində, naturada mövcud olmadıqda əşyaların cəmi dəyəri 1450 (bir min dörd yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2298/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2298/2024
10.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver