Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2686/2024 10.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i̇ : İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 vəfatına görə ödənilmiş 5000 (beş min manat) pulun və ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxardılması xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Forma 4 arayışına əsasən, xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21214” markalı ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 vəfat etmiş, X1 yüngül xəsarət almışdır. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, sözügedən “VAZ 21214” markalı ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, "xxxx" ASC X3 vəfatına görə 5000 manat (beş min manat) sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli 1(088)-73/2018 saylı Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmündən aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur. Həmçinin hökümdən görünür ki, xx.xx.2017ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, hadisə yerindən qaçdığına görə CMnin 264-cü maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edir ki, 5000 manat (beş min manat) pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC–nin nümayəndəsi X2 məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, mülki iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, işdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018–ci il tarixli 1(088)–73/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM–nin 263–1.3–cü və 264-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2018–ci il tarixli 052054 nömrəli aktdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 ölümünə görə atası X4 5.000 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən subroqasiya qaydasında 5000 manat pulun ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə “Vaz 21214” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 vəfat etmiş, X1 yüngül xəsarət almışdır. Zərərçəkmiş şəxsin atasına İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 vəfatına görə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018–ci il tarixli 1(088)– 73/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM–nin 263– 1.3–cü və 264-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 5000 (beş min manat) pulun və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC– nə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC–nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2686/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2686/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver