Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2953/2025 03.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və maddi ziyan tələbinə dair mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, iddia ərizəsində qeyd olunan 1600 manat dəyərində sonsuzluq formasında, ortada sadə ağ qaşı olan, İtalya istehsalı, 585 əyarlı, 12 qramlıq bir cüt qızi srgaüzük və klon dəstinin (ərim 21 yaşımda hədiyyə vermişdir), 1200 manat dəyərində Reket formalı, 583 əyarlı, 10 qramlıq, Reket tərmaldi bit ədədi qızıl sepin (xına mərasimdə hədiyyə olunub), 600 manat dəyərində oval formalı, ətrafı bəzəkli, üzərində sadə ağ qaşları ok 583 əyarlı, 4 qramlıq. Qiz bürcü fiquru olan, qızıl klonunun ( xına mərasimində hədiyyə olunub), 600 manat dəyərində halqa formalı, İtalya istehsalı, 4 qramlıq, 585 əyarlı, bir cüt qızıl sırğanın (ərim Novruz Bayramında hədiyyə etmişdir), 400 manat dəyərində iri mirvari qaşlı, İtaliya istehsalı 2 qramlıq, 585 əyarlı, bir ədəd qızıl üzüyün, 1200 manat dəyərində buruq formalı, 21 yaşımda ərim hədiyyə vermişdir, İtalya istehsalı, 8 qramlıq, 585 əyarlı bir ədəd qızıl sepin, 500 manat dəyərində gül formalı, sadə ağ qaşlı, 583 əyarlı, Rusiya istehsalı, 3.5 qramlıq, qızıl üzüyün (toyda qohumum hədiyyə edib) natura formasında, bu mümkün olmadkıda onların dəyəri olan 6100(altı min bir yüz) manat pulun, Cavabdeh2 qonaq və yataq mebellərinin alınması üçün vermiş olduğum 2200 (iki min iki yüz) manat pulun Mediasiya üçün ödəmiş olduğum 60 manat və 43.1 manat dövlət rüsumunun, 500 manat vəkil xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmsını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 qayınanası, Cavabdeh1 isə əridir. Cavabdeh Nadir Ərəstün oğlu ilə 2021-ci ilin iyul ayının 3-də faktiki ailə qurmuş, Nikahları 17 sentyabr 2021-ci ildə Şəmkir rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə alınıb. Birgə nikahlarından 23 may 2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Toyları olan gün o, Cavabdeh1 və Cavabdeh2 məxsus olan və hazırda cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumları qızıl-ziynət əşyaları hədiyyə etmişlər. 2025-ci ilin yanvar ayına kimi cavabdehlərlə bir ailədə mübahisəsiz yaşamış, 2024cü ilin payızında həyat yoldaşı Rusiya Federasiyasına getmişdir. Cavabdeh qayınanası ilə bir evdə qalmışdır. 2025-ci ilin yanvar ayının 5-də qayınanası ona bildirib ki, o Bakı şəhərinə qızı evinə gedir. Bu səbəbdən də onun ata evinə getməsini istəmişdir. O da gəlmişdir. Sonradan ona məlum, oldu ki, qayınanası Rusiya Federasiyasına onun həyat yoldaşının yanına gedib. Həmin vaxtdan sonra cavabdehlər mənimlə maraqlanmadılar və evə getməyə icazə vermədilər. Hazırda ona və uşağına məxsus olan bütün əşyalar cavabdehlərin evindədir. Ona məxsus olan qızıl-ziynət əşyaları Cavabdeh1 tərəfindən lombarda girov qoyulmuş və həmin qızıl ziynət əşyaları digər digər cavabdeh Ərkinaz Şamil qızı tərəfindən geri götürlmüşdür. O, hər iki cavabdehə mediasiya prosesində iştiraka dair müraciət göndərib onun qızili-ziynət əşyalarını geri qaytarmalarını xahiş etmişdir. Lakin onlar həmin qızıl-ziynət əşyalarını könülü olaraq qaytarmaqdan imtina edirlər. Buna görə də məcbur olub, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərdən qalan qızıl -zinət əşyalarını bir cüt qızıl sırğa — üzük dəsti, klon, sonsuzluq formasında, ortada sadə ağ qaşı olan, əri 21 yaşında hədiyyə almışdır, İtalya istehsalı, 585 əyarlı, 12 qramlıq - 1600 manat, Bir ədəd qızıl sep, Reket formalı, 583 əyarlı, 10 qramlıq, Xına mərasimdə hədiyyə olunub - 1200 manat Bir ədəd qızıl klon, oval formalı, ətrafı bəzəkli, üzərində sadə ağ qaşları olan, 583 əyarlı, 4 qramlıq, Qız bürcü fiquru olan, Xına mərəsimində hədiyyə olunub – 600 manat Bir cüt qızi sırğa , halqa formalı, İtaliya istehsalı, 4 qramlıq, 585 əyarlı, əri Novruz Bayramında hədiyyə etmişdir, 600 manat Bir ədəd qızıl üzük, iri mirvari qaşlı, İtaliya istehsalı, 2 qramlıq, 585 əyarlı - 400 manat , Bir ədəd qızıl sep, buruq formalı, 21 yaşımda ərim hədiyyə vermişdir, İtalya istehsalı, 8 qramlıq, 585 əyarlı 1200 manat Bir ədəd qızıl üzük, gül formalı, sadə ağ qaşlı, 583 əyarlı, Rusiya istehsalı, 3.5 qramlıq, toyda qohumum hədiyyə edib — 500 manat cəmi 6100 ( altı bir min yüz) manat dəyərində qızıl-ziynət əşyaları. eyni zamanda mən olanda qonaq və yataq dəstinin alınması üçün qayınanam, cavabdeh Ərkinaz Şamil qızına 2200 manat pul verdiyini hazırda həmin pulu qayınanasından tələb edir. Eyni zamanda cavabdehin ona vurduğu maddi ziyanı da ödəməlidir. Belə ki, cavabdehlər onun - 6100 (altı min yüz) manat dəyərində qızıl-ziynət əşyalarımnı və mebelin alınması üçün vermiş olduğum 2200 (iki min iki yüz) manat pulu könüllü olaraq ona qaytarsaydı, o, vəkil xidmət haqqı, mediasiya və dövlət rüsumu ödəməzdi.
3. İddiaçı məhkəmə baxış iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia ərizəsinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək iddainın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlərdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə tərəflərin izahatını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki,qızıl zinyət əşyalarına dair iddiacının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
7. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2953/2025 saylı sorğusuna cavab olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sorğuda adı çəkilən Cavabdeh1 adlı şəxs barədə məlumat tələb olunmuş, lakin “Referans” lombardında sorğuda göstərilən şəxsin heç bir müraciəti və ya əməliyyatı qeydə alınmamışdır. Həmin şəxs onların müştərisi olmamış və barəsində təqdim ediləcək məlumat mövcud deyil.
8. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 126 saylı mütəxəssis rəyindən görünür ki, qızıl-zinyət mübahisələndirilən qızıl zinyət əşyalarının bazar dəyəri 6100 ( altı min bir yüz) manatdır.
9. İş materiallarına əlavə edilmiş fləş kartda olan video yazıdan görünür ki,Cavabdeh2 ilə danışan zaman İddiaçı qeyd etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını qəbul etmişdir.
10. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirakı zamanı Cavabdeh2 iddia ərizısində göstərilən qızıl zinyət əşyalarının hər birinin mövcud olduğunu təsdiq etmiş, əlavə olaraq o izahatında bildirmişdir ki, sözügedən qızılların bir qismi onun vəfat etmiş ərinə məxsus olmuş lakin həmin qızılları o İddiaçı istifadə üçün vermişdir, eyni zamanda olaraq o izahatında qeyd etmişdir ki,sözügedən qızıl zinyət əşyaları onların yaşadığı evdə özünün xüsusi saxlanc yerində olmuş həmin saxlanc yerinin açarı bir tək onda olmuş o evdə olan zaman İddiaçı saxlancı və saxlancın açarını taparaq həmin qızılları oradan götürməklə özüylə aparmışdır.
11. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə qızıl-zinət əşyalarının iddiaçının qayınanası tərəfindən götürüldüyünü, geri qaytarmadığını, Cavabdeh1 tərəfindən girov qoyulduğunu, daha sonra isə Cavabdeh2 tərəfindən girovdan götürdüyünü, v\ iddiaçıya vermək istəmədiyini bildirmişdir.
12. İlk növbədə qeyd edilməlidir ki,Cavabdeh2 qızıl zinyət əşyalarının onun xüsusi saxlanc yerindən İddiaçı tərəfindən gizli formada götürməsinə dair izahatını məhkəmə inandırıcı hesab etmir belə ki,sözügedən izahat onu təsdiq edir ki,qızıl zinyət əşyaları onda olmaqla həmin əşyalara maddi nəzarəti o həyata keçirmiş, habelə o evdə olarkən iddiaçının saxlanc yerinin açarını götürməsi daha sonra saxlanc yerini evdə axtarması və bu müddətdə cavabdehin evdə sözügedən hərəkətliliyə hər hansı reaksiya verməməsi və ya bunu hiss etməməsi həyatın adi axarına ziddir çünki belə olan halda Cavabdeh2 İddiaçı tərəfindən qızıl zinyət əşyalarını saxlancdan götürən zaman onun buna müdaxilə etməsi onun imkanları daxilində olmuşdur.Qeyd olunan hal belə bir prezumpsiya yaradır ki,əşyanın itməsinə və ya saxlanc yerindən götürülməsinə dair mötəbər sübutlar cavabdeh tərəfindən təqdim edilməlidir, lakin hazırki halda sözügedən halları təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir
13. İş materiallarında olan Referans Lombard MMC-nin məktubundan görünür ki,hazırki iş üzrə cavabdehlər tərəfindən lombarda hər hansı qızıl zinyət əşyası girov qoyulmamış və onlar arasında hər hansı müqavilə bağlanmamışdır,qeyd olunan məktub maddi hüquq baxımından absentia sübut hesab edilir yəni həmin qızıl zinyət əşyalarının başqa üçüncü şəxslərdə olmamasını təsdiq edir.
14. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əşyaların dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, bu səbəbdən mülki iş üzrə iddiaçı tərəfin qızıl zinyət əşyalarının dəyəri barədə təqdim olunmuş mütəxəssis rəyini məhkəmə kifayət hesab etmişdir .
15. Odur ki, məhkəmə belə hesab edir ki,tərəflər arasında qızıl zinyət əşyalarının dəyəri barədə mübahisə olmadığından göstərilən qızıl-zinyət əşyalarının dəyəri iddiaçının təqdim etdiyi mütəxəssis rəyində göstərilən qiymətlərə uyğun hesablanmalıdır.
16. İddiacının digər tələbinə yəni mebel yataq dəstinin alınması ilə bağlı verilmiş 2200 (iki min iki yüz) manat pulun qaytarılmasına münasibətdə isə məhkəmə hesab edir ki,qeyd olunan tələb əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki,İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki,İddiaçı tərəfindən Cavabdeh2 mebel yataq dəstinin alınması üçün 2200 (iki min iki yüz) manat pul verilmiş həmin yataq dəsti iddiaçının istədiyi keyfiyyətdə olmaması ilə bağlı həmin mebelə verilən pulun qaytarılmasını tələb etdiklərini bildirmişdir.
18. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 isə ona həqiqətən yataq mebelinin alınması üçün İddiaçı tərəfindən ona 2200 manat pulun verildiyini həmin mebel dəstinin onun tərəfindən alındığını lakin mebeli iddiacının istədiyi vaxt gəlib apara biləcəklərini bildirmişdir.
19. Məhkəmə hesab edir ki,tərəflər arasında qeyd olunan hüquqi fakt tapşırıq münasibətlərindən irəli gələn hüquq münasibətləridir və tərəflər arasında mebel yataq dəstinin alınması barədə aralarında şifahi tapşırıq müqaviləsi bağlanmışdır, lakin tərəflər mebel dəstinin alınması barədə razılaşarkən tapşıran tərəfindən tapşırıq alana konkret olaraq hansı keyfiyyətdə (marka,model,istehsal tarixi və.s) mebel dəstinin alınmalı olması barədə tapşırıq verməsini və bu barədə razılaşmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir Bu halda Cavabdeh2 öhdəliyi ancaq “pul məbləğinə uyğun yataq dəsti almaqdan” ibarət olmuşdur ki, həmin dəyərdə mebel dəstinin alınması və İddiaçı mülkiyyətinə verilməsinə dair öhdəliyini icra etmiş habelə hazırki işin halları onu deməyə əsas verir ki Cavabdeh2 alınan mebel dəstini gizlətmək və ya mınimsəmək niyyəti olmadığından o öz öhdəliyini vicdanla icra etmişdir.
20. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1–ci maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1–ci maddəyə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir 106.1–ci maddəyə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1–ci maddəyə tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 222.1–ci maddəyə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 157.2–ci maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.1–ci maddəyə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 152.1–ci maddəyə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəyə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəyə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 181.1-ci maddəyə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 225.1-ci maddəyə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəyə əasasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1–ci maddəyə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.3–cü maddəyə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır. 777.1-ci maddəyə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəyə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəyə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəyə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəyə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 34.1-ci maddəyə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
23. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada bir cüt qızıl sırğa – üzük dəsti, klon, sonsuzluq formasında, ortada sadə ağ qaşı olan, İtalya istehsalı, 585 əyarlı, 12 qramlıq, bir ədəd qızıl sep, reket formalı, 583 əyarlı, 10 qramlıq, bir ədəd qızıl klon, oval formalı, ətrafı bəzəkli, üzərində sadə ağ qaşları olan, 583 əyarlı, 4 qramlıq, qız bürcü fiquru olan, bir cüt qızıl sırğa halqa formalı, İtaliya istehsalı, 4 qramlıq, 585 əyarlı, bir ədəd qızıl üzük, iri mirvari qaşlı, İtaliya istehsalı, 2 qramlıq, 585 əyarlı bir ədəd qızıl sep, buruq formalı İtalya istehsalı, 8 qramlıq, 585 əyarlı bir ədəd qızıl üzük, gül formalı, sadə ağ qaşlı, 583 əyarlı, Rusiya istehsalı, 3.5 qramlıq qızıl zinyət əşyalarının natura formasında, bu mümkün olmadıqda onların dəyəri olan 6100 (altı min bir yüz) manat pul, alınıb İddiaçı verilsin. Mediasiya üçün ödəmiş olduğu 50 manat və 43 manat dövlət rüsumunun, 300 manat vəkilə ödənilən xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Seymur Yusifli