Məhkəmə qərarları › İş №e-2(076)-2991/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2991/2025

03.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2991/2025 03.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və maddi ziyan tələbinə dair mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində qeyd olunan, 1200 manat dəyərində badam formalı, Rusiya istehsalı, sadə qaşlı, 583 əyarlı, 9 qramlıq, qızıl, bir cüt sırğa üzük dəstinin (cavabdeh özü hədiyyə almışdır); 1000 manat dəyərində qızıl, brilyant qaşlı, gül formalı, 583 əyarlı, 6 qramlıq, Rusiya istehsalı, bir ədəd nişan üzüyünün; 2700 manat dəyərində, Reket formalı, 583 əyarlı, 25 qramlıq, Rusiya istehsalı, bir ədəd qızıl qolbağının; 3500 manat dəyərində Reket formalı qızıl, Rusiya istehsalı, 30 qramlıq, 583 əyarlı, bir ədəd qızıl sepin (cavabdeh hədiyyə almışdır); 1500 manat dəyərində Reket formalı, Rusiya istehsalı, 13 qramlıq, 583 əyarlı, bir ədəd qızıl sepin (özünə məxsus idi); 1500 manat dəyərində Reket formalı, Türkiyə istehsalı, 10 qramlıq, 585 əyarlı, qızıl qolbağının (anası ad günündə hədiyyə almışdır); 700 manat dəyərində, dairəvi formalı, 583 əyarlı, Rusiya istehsalı bir ədəd beşlik qızıl klonunun (özünə məxsus idi); 6600 manat dəyərində Reket formalı, Rusiya istehsalı, 60 qramlıq, 583 əyarlı, bir ədəd qızl sepin (birinci eviliyindən ona qalmışdı); 5000 manat dəyərində ağ qızıldan, gül formalı, fantaziya formalı, brilyant qaşlı, 583 əyarlı, 9 qramlıq bir cüt sırğa-üzük dəstinin (birinci evliliyi zamanı ona hədiyyə verilmişdir) natura formasında, bu mümkün olmadıqda onların dəyəri olan 23700 (iyirmi üç min yeddi yüz) manat pulun, mediasiya xərci olaraq 60 manat pulun, 162+1 manat dövlət rüsumunun, Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ilin dekabr ayında faktiki evlənməklə, nikahlarını xx.xx.2019-cu ildə Şəmkir rayon Aşağı Seyfəli kənd İƏD üzrə Nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Qeyd olan gün o Cavabdeh məxsus evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdeh və qohumları qızıl-ziynət əşyaları hədiyyə etmişlər. 2024-cü ilin may ayına kimi cavabdehlə mübahisəsiz olaraq, ona məxsus fərdi yaşayış evində yaşamışlar. Sonradan Cavabdeh ilə aralarında narazılıq oldu və o, onu azyaşlı uşaqlarıla birlikdə evdən qovdu. Həmin vaxtdan onlar faktiki olaraq ayrı yaşayırlar. Ona məxsus olan qızıl-ziynət əşyaları cavabdehdə qalmışdır. Hazırda qızıl-ziynət əşyalarını Cavabdeh qaytarmaqdan imtina etmişdir. Buna görə də məcbur olub, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehdə qalan qızıl-ziynət əşyaları aşağıdakılardır: Bir cüt qızıl sırğa-üzük dəsti, cavabeh hədiyyə almışdır, badam formalı, Rusiya istehsalı, sadə qaşlı, 583 əyarlı, 9 qramlıq - 1200 manat; Bir ədəd nişan üzüyü, qızıl, brilyant qaşlı, gül formalı, 583 əyarlı, 6 qramlıq, Rusiya istehsalı - 1000 manat; Bir ədəd qızıl qolbağı, Reket formalı, 583 əyarlı, 25 qramlıq, Rusiya istehsalı - 2700 manat; Bir ədəd sep, qızıl, cavabdeh hədiyyə almışdır, Reket formalı, Rusiya istehsalı, 30 qramlıq, 583 əyarlı - 3500 manat; Bir ədəd sep, qızıl, Reket formalı, Rusiya istehsalı, 13 qramlıq, 583 əyarlı, özünə məxsus idi - 1500 manat; Bir ədəd qızıl qolbağı, anası ad günündə hədiyyə almışdır, Reket formalı, Türkiyə istehsalı, 10 qramlıq, 585 əyarlı - 1500 manat; Bir ədəd klon, beşlik, dairəvi formalı, 583 əyarlı,Rusiya istehsalı özünə məxsus idi -- 700 manat; Bir ədəd sep, qızıl, reket formalı, Rusiya istehsalı, 60 qramlıq, 583 əyarlı, birinci eviliyindən ona qalmışdı - 6600 manat; Bir cüt sırğa-üzük dəsti, ağ qızıldan, gül formalı, fantaziya, brilyant qaşlı, 583 əyarlı, 9 qramlıq, birinci evliliyi zamanı ona hədiyyə verilmişdir - 5000 manat cəmi: 23700 (iyirmi üç min yeddi yüz) manat dəyərində qızıl-ziynət əşyaları. Eyni zamanda hesab edir ki, cavabdeh ona vurduğu maddi ziyanı da ödəməlidir. Belə ki, cavabdeh onun 23700 (iyirmi üç min yeddi yüz) manat dəyərində qızıl-ziynət əşyalarını könüllü olaraq ona qaytarsaydı, o mediasiya və dövlət rüsumu ödəməzdi. Hesab edir ki, o cavabdehin təqsiri ucbatından maddi ziyan çəkmiş və Cavabdeh ona vurmuş olduğu maddi ziyanı ödəməlidir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, “6600 manat dəyərində Reket formalı, Rusiya istehsalı, 60 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağının” dəyəri və qramının “5530 manat dəyərində Reket formalı, Rusiya istehsalı, 39.5 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı” kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Həmçinin bildirdi ki, İddiaçı aid olan qızıl zinyət əşyaları Cavabdeh qalmış, daha sonra Cavabdeh həmin qızılları Nazpəridən xəbərsiz lombarda girov qoyaraq pul götürmüşdür. Həmin pulları Nicat öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. Daha sonra isə lombarddan götürdüyü krediti ödəmədiyindən həmin qızıllar lombard tərəfindən özkəninkiləşdirilmişdir. Hazırda Nicat nə qızılları qaytarır nə də ki, onların əvəzi olaraq pul vermir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü Eyyub, xx.xx.2020-ci il təvəllüdlü Fatimə adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş HƏBİBLİ-1 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunan qızıl-ziynət əşyalarının bazar dəyəri badam formalı, Rusiya istehsalı, sadə qaşlı, 583 əyarlı, 9 qramlıq, qızıl, bir cüt sırğa üzük dəsti 1200 manat; qızıl, brilyant qaşlı, gül formalı, 583 əyarlı, 6 qramlıq, Rusiya istehsalı, bir ədəd nişan üzük 1000 manat; Reket formalı, 583 əyarlı, 25 qramlıq, Rusiya istehsalı, bir ədəd qızıl qolbağı 2700 manat; Reket formalı qızıl, Rusiya istehsalı, 30 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 3500 manat; Reket formalı, Rusiya istehsalı, 13 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 1500 manat; Reket formalı, Türkiyə istehsalı, 10 qramlıq, 585 əyarlı, qızıl qolbağı 1500 manat; dairəvi formalı, 583 əyarlı, Rusiya istehsalı bir ədəd beşlik qızıl klon 700 manat; Reket formalı, Rusiya istehsalı, 60 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 6600 manat; ağ qızıldan, gül formalı, fantaziya formalı, brilyant qaşlı, 583 əyarlı, 9 qramlıq bir cüt sırğa-üzük dəsti 5000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" BOKT ASC-yə badam formalı, Rusiya istehsalı, sadə qaşlı, 583 əyarlı, 9 qramlıq, qızıl, bir cüt sırğa üzük dəstini; qızıl, brilyant qaşlı, gül formalı, 583 əyarlı, 6 qramlıq, Rusiya istehsalı, bir ədəd nişan üzüyü; Reket formalı, 583 əyarlı, 25 qramlıq, Rusiya istehsalı, bir ədəd qızıl qolbağı; Reket formalı qızıl, Rusiya istehsalı, 30 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağını; Reket formalı, Rusiya istehsalı, 13 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağını; Reket formalı, Türkiyə istehsalı, 10 qramlıq, 585 əyarlı, qızıl qolbağını; dairəvi formalı, 583 əyarlı, Rusiya istehsalı bir ədəd beşlik qızıl klonu; Reket formalı, Rusiya istehsalı, 39.5 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağını; ağ qızıldan, gül formalı, fantaziya formalı, brilyant qaşlı, 583 əyarlı, 9 qramlıq bir cüt sırğa-üzük dəstini girov qoyaraq pul götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" BOKT ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ilə BOKT "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixində bağlanmış Kredit (Borc) və Girov Müqaviləsinə əsasən ona 12 ay müddətinə 15,765 manat məbləğində kredit verilmiş və kreditin təminatı olaraq girov yüklənmişdir. Lakin Cavabdeh ödəniş cədvəlinə əsasən dövrü olaraq ödəməli olduğu kredit məbləğini vaxtında və lazımi qaydada icra etmədiyindən, kreditin təminatı borcun ödənilməsinə yönəldilmişdir. Cavabdeh BOKT qarşısında icra edilməmiş hər hansı borcu qalmamışdır. Cavabdeh məhkəməyə etiraz göndərərək bildirmişdir ki, İddiaçı ona qarşı qızıl-ziynət və maddi ziyan tələbinə dair iddia ərizəsini qismən əsassız hesab edib qəbul etmir. Belə ki, iddia ərizəsində qeyd olunan qızıl-ziynət hissəsini qismən qəbul etmir. İddia ərizəsinin qızıl-ziynət hissəsinə aid onu bildirir ki, iddiaçıya el adəti ilə toy etməmişlər. İddiaçı onlara gələndə iddiaçının ata evində olan ailə üzvləri tərəfindən 583 əyarlı 9 qramlıq (dəyərini bilmədiyi) sep hədiyə olunmuşdur. Sonradan 2019-cu ilin oktyabr ayının sonlarında oğlu Eyubun birinci yaşına təşkil etdiyi şənlikdən hədiyyə kimi yığılan 430 (dörd yüz otuz) manat pula anasıla birlikdə Gəncə şəhərindən 583 əyarlı təqribən 6 (altı) qram çəkidə sırğa-üzük dəsti alınmışdır. Bundan başqa iddiaçı birinci evliyindən olan əşyalarından onlara evə heç nə gətirməmişdir. Belə ki, iddiaçı birinci evliliyindən qalan hər hansı bir əşyasının onların evə gətirməsini qoymamışdır. Bu halları məhkəmə baxış prosesinə təqdim etdiyi şahidlər təsdiq edə bilərlər. Yuxarıda göstərdiyi hallardan başqa iddia ərizəsində göstərilən halları əsassız yalana əsaslanmaqla yazılmışdır. İddia ərizəsinin iddiaçı onlara gələndə 9 qramlıq 583 əyarlı (dəyərini bilmədiyi) reket toxunuşlu sep və 2019-cu ilin oktyabr ayının sonlarında oğlu Eyubun birinci yaşına təşkil etdiyi şənlikdən hədiyyə kimi yığılan 430 (dörd yüz otuz) manat pula anasıla birlikdə Gəncə şəhərindən 583 əyarlı təqribən 6 (altı) qram çəkidə sırğa-üzük dəsti təmin etməklə, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən əşyaların hədiyyə şəklində verilməsini və hazırda da həmin əşyaların cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Mübahisəli əşyaların iddiaçıda olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə tərəfin izahatını, tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Cavabdeh ilə 2017-ci ilin dekabr ayında faktiki evlənməklə, nikahlarını xx.xx.2019-cu ildə Şəmkir rayon Aşağı Seyfəli kənd İƏD üzrə Nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Toyları olan gün iddiaçı cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Onlar aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar və aralarında olan nikah pozulmuşdur. İddiaçıya toy zamanı hədiyyə edilmiş qızıl-zinət əşyaları Cavabdeh qalmışdır. Hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarından yalnız 9 qramlıq 583 əyarlı reket toxunuşlu boyunbağının və 583 əyarlı 6 qramlıq sırğa-üzük dəstinin mövcud olduğunu bildirmişdir. Məhkəmə bu halı da işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. İddiaçıya məxsus qızıl-zinət əşyalarının girov qoyulması ilə bağlı tərəflərin izahat və etirazı ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iş materiallarında olan fotoşəkillərdən və digər sənədlərə əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının mövcud olduğu, həmin qızıl-zinyət əşyalarının Cavabdeh tərəfindən girov qoyularaq lombarddan pul götürüldüyü öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əşyaların dəyəri barədə iddiaçının bildirdikləri daha inandırıcıdır və cavabdeh tərəf həmin qiymətləri mübahisələndirməmişdir. Məhkəmə belə hesab edir ki, göstərilən qızıl-zinyət əşyalarının dəyəri iddiaçının qeyd etdiyi qiymətlərə uyğun hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən Rusiya istehsalı, sadə qaşlı, 583 əyarlı, 9 qramlıq, qızıl, bir cüt sırğa üzük dəsti 1200 manat; qızıl, brilyant qaşlı, gül formalı, 583 əyarlı, 6 qramlıq, Rusiya istehsalı, bir ədəd nişan üzük 1000 manat; Reket formalı, 583 əyarlı, 25 qramlıq, Rusiya istehsalı, bir ədəd qızıl qolbağı 2700 manat; Reket formalı qızıl, Rusiya istehsalı, 30 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 3500 manat; Reket formalı, Rusiya istehsalı, 13 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 1500 manat; Reket formalı, Türkiyə istehsalı, 10 qramlıq, 585 əyarlı, qızıl qolbağı 1500 manat; dairəvi formalı, 583 əyarlı, Rusiya istehsalı bir ədəd beşlik qızıl klon 700 manat; Reket formalı, Rusiya istehsalı, 39.5 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 5530 manat; ağ qızıldan, gül formalı, fantaziya formalı, brilyant qaşlı, 583 əyarlı, 9 qramlıq bir cüt sırğa-üzük dəsti 5000 manat olan qızıl-zinət əşyaları Cavabdeh qalmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zaman tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, mübahisəli qızıl-zinət əşyaları iddiaçıya toy zamanı hədiyyə verilmiş, hədiyyə verənlər həmin əşyaların mülkiyyətçisi olmuş, həmin əşyalar hazırda cavabdehdə qalmışdır. Qeyd olunan hallar məhkəmə iclasında tam sübuta yetirildiyindən, iddiaçı mübahisəli daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli qızıl-zinət əşyaları həqiqi hüquq əsasında iddiaçıya hədiyyə verilmişdir. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq Cavabdeh sahibliyindədir. Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının Cavabdeh qarşı qızıl-zinət əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 666.1–ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3–cü maddəsinə əsaən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Rusiya istehsalı, sadə qaşlı, 583 əyarlı, 9 qramlıq, qızıl, bir cüt sırğa üzük dəsti 1200 manat; qızıl, brilyant qaşlı, gül formalı, 583 əyarlı, 6 qramlıq, Rusiya istehsalı, bir ədəd nişan üzük 1000 manat; Reket formalı, 583 əyarlı, 25 qramlıq, Rusiya istehsalı, bir ədəd qızıl qolbağı 2700 manat; Reket formalı qızıl, Rusiya istehsalı, 30 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 3500 manat; Reket formalı, Rusiya istehsalı, 13 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 1500 manat; Reket formalı, Türkiyə istehsalı, 10 qramlıq, 585 əyarlı, qızıl qolbağı 1500 manat; dairəvi formalı, 583 əyarlı, Rusiya istehsalı bir ədəd beşlik qızıl klon 700 manat; Reket formalı, Rusiya istehsalı, 39.5 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 5530 manat; ağ qızıldan, gül formalı, fantaziya formalı, brilyant qaşlı, 583 əyarlı, 9 qramlıq bir cüt sırğa-üzük dəsti 5000 manat olmaqla cəmi 22630 (iyirmi iki min altı yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Ödənilmiş 60 manat mediasiya xərci və 163 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Rusiya istehsalı, sadə qaşlı, 583 əyarlı, 9 qramlıq, qızıl, bir cüt sırğa üzük dəsti 1200 manat; qızıl, brilyant qaşlı, gül formalı, 583 əyarlı, 6 qramlıq, Rusiya istehsalı, bir ədəd nişan üzük 1000 manat; Reket formalı, 583 əyarlı, 25 qramlıq, Rusiya istehsalı, bir ədəd qızıl qolbağı 2700 manat; Reket formalı qızıl, Rusiya istehsalı, 30 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 3500 manat; Reket formalı, Rusiya istehsalı, 13 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 1500 manat; Reket formalı, Türkiyə istehsalı, 10 qramlıq, 585 əyarlı, qızıl qolbağı 1500 manat; dairəvi formalı, 583 əyarlı, Rusiya istehsalı bir ədəd beşlik qızıl klon 700 manat; Reket formalı, Rusiya istehsalı, 39.5 qramlıq, 583 əyarlı, bir ədəd qızıl boyunbağı 5530 manat; ağ qızıldan, gül formalı, fantaziya formalı, brilyant qaşlı, 583 əyarlı, 9 qramlıq bir cüt sırğa-üzük dəsti 5000 manat olmaqla cəmi 22630 (iyirmi iki min altı yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb İddiaçı verilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 163 (bir yüz altmış üç) manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar