Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3276/2025 17.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah müddətində əldə etmiş olduğu, Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınmış, Şəmkir rayonunun Xuluf kəndində yerləşən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli 0.1972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli 0.3148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2017-ci tarixli ********** qeydiyyat nömrəli 0.08 ha həyətyanı torpaq sahəsinin, Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən 0.1972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 1.7628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.3148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə onun payının müəyyən olunmasına; mediasiya xərci olaraq 60 manat pulun, 100 +1 manat dövlət rüsumunun, 17 manat etibarnamə üçün ödəmiş olduğu rüsumun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə1988-ci ilin iyun ayında faktiki evlənməklə, nikahını xx.xx.1989-cu ildə Şəmkir rayon Keçili kənd İƏD üzrə Nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.1989-cü il təvəllüdlü X6, xx.xx.1993-cü il təvəllüdlü X2, xx.xx.1996-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 dörd nəfər uşaq doğulmuşdur. 2023-cü ilə kimi cavabdehlə eyni ailədə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Aralarında olan narazılığa görə 2023-cü ildə aralarında olan nikahın pozulması üçün məhkəmədə iddia qaldırmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-142/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Cavabdehlə birgə nikah müddətində daşınmaz əmlaklar əldə etmişlər. Həmin əmlakın ½ hissəsinə onun mülkiyyət hüququ müəyyən olunmalıdır. Buna görə cavabdehə mediasiya müraciəti göndərdi və birgə nikah müddətində əldə etmiş olduğu əmlakların öz aralarında bölünməsini xahiş etdi. Lakin cavabdeh həmin əmlakların könüllü olaraq bölünməsinə razı deyildir. Buna gör də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə Şəmkir rayonunun Xuluf kəndi ərazisində olan 0.1972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.3148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.08 ha həyətyanı torpaq sahəsinin, Şəmkir rayonunun Keçili kəndi ərazisndə yerləşən 0.1972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 1.7628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 03148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəsinə payının müəyyən olunmasına dair qətnamə qəbul etsin. Məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirmə barədə ərizəni təqdim edərək, cavabdehlə birgə nikah dövründə əldə etmiş olduğu xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli 0.08 ha həyətyanı torpaq sahəsinin bölünməsi xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi, Şəmkir rayonunun Xuluf kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin (xx.xx.2017-ci tarixli ********** qeydiyyat nömrəli çıxarış) 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3-21-3-40/2-3169/2025 nömrəli 03 iyul 2025-ci il tarixli Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh adına: 1) Şəmkir rayonunun Xuluf kəndində yerləşən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli 0.1972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 2) Şəmkir rayonunun Xuluf kəndində yerləşən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli 0.3148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 3) Şəmkir rayonunun Xuluf kəndində yerləşən xx.xx.2017-ci tarixli ********** qeydiyyat nömrəli 0.08 ha həyətyanı torpaq sahəsi; 4) Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən **********08 qeydiyyat nömrəli 0.1972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 5) Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən **********09 qeydiyyat nömrəli 1.7628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 6) Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən **********0 qeydiyyat nömrəli 0.3148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsin; 7) 22.11.2014-cü il tarixli ********** qeydiyyat nömrəli ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞŞƏM/1/MT052/2025-00124 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan AZ-İ 476235 nömrəli xx.xx.2024-cü il tarixli nikah pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X1 arasında olan nikah Şəmkir rayon məhkəməsinin 2(076)-142/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasında pozulmuş, nikah pozulduqdan arvada Əmrahova soyadı verilmşdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-142/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı X1 ilə Cavabdeh arasında xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu Keçili kənd İcra nümayəndəliyində 27 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materialında olan xx.xx.2004-cü il tarixli 26 nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şəmkir rayon, Xuluf kəndinin bələdiyyəsi tərəfindən Cavabdeh 0,08 ha torpaq sahəsi 376 manata satılmışdır. İş materiallarında olan xx.xx.2017-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, **********28 reyestr nömrəli Şəmkir rayon, Xuluf kəndində yerləşən 0.08 ha yaşayış məntəqələri torpaq Cavabdeh tam mülkiyyətindədir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx.xx.1989-ci rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan nikahlarından xx.xx.1989-cü il təvəllüdlü X6, xx.xx.1993-cü il təvəllüdlü X2, xx.xx.1996-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 dörd nəfər uşaqları doğulmuşdur. Sonra tərəflərin arasında olan narazılığa görə, Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-142/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tərəflərin nikahı dövründə, xx.xx.2004-cü il tarixdə sahəsi 0,08 hektar olan, Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı mübahisə predmetini təşkil edən həmin torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq, birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi prezumpsiyası qüvvədədir. Bu zaman əmlakın birgə qazanc hesabına əldə edilmədiyini, beləliklə də birgə əmlak hesab edilmədiyini irəli sürən tərəf bunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbi — Cavabdeh ilə nikah müddətində birgə əldə edilmiş, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış, sahəsi 0,08 hektar olan Şəmkir rayonu, Xuluf kəndində yerləşən əmlakın 1/2 hissəsinin onun payı kimi müəyyən edilməsi tələbinə dair hissədə əsaslı hesab edilir və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur " “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd olunan normaların tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci, 100 manat dövlət rüsumu və 17 manat etibarnamə üçün ödənilmiş rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış Şəmkir rayon, Xuluf kəndinə yerləşən 0.08 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinin (**********28 reyestr nömrəli) ½ hissəsi İddiaçı payı kimi müəyyən edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat mediasiya xərci, 100 manat dövlət rüsumu və 17 manat etibarnamə üçün ödənilmiş rüsum alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-3276/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3276/2025
17.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver