Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4145/2025 21.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı və Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiası üzrə Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu X1 ilə 2024-cü ilin noyabr ayında faktiki evlənmişlər. Nikahlarını rəsmi qeyd etdirməmişdilər, Onların birgə faktiki nikahlarından bir uşaqları olmuşdur. Onlar çox az müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar. “Cavabdeh onun evinə gəlin köçmüş və bir neçə ay onun evində yaşamışdır. Cavabdeh onun evinə) köçərkən aşağıda qeyd olunan cehiz əşyalarını özü ilə gətirmişdir. Cavabdeh oğlundan ayrıldığından artıq ailəsinin bir üzvü sayılmır. Cavabdeh 2025-ci ilin əvvəllərindən ona məxsus olan evdə yaşamır. Onun cehiz əşyalarının xarab olma və məhv olma təhlükəsi vardır. Cavabdehə dəfələrlə müraciət edib, cehiz əşyalarını aparmasını təklif etsə də, Cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də o, hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, cavabdeh ona məxsus olan 9, aşağıda qeyd olunan cehiz əşyalarını onun evindən çıxarsın. Çünki o, onun əşyalarına nəzarət edə bilmir. Həmin əşyaların məhv olmaq və oğurlanmaq təhlükəsi vardır. Çünki o İşləyən qadındır. Günün çox hissəsini evdə olmur, Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan bir ədəd iki nəfərlik döşək, bir ədəd iki nəfərik yorğan. bir ədəd iki nəfərlik pakrval, iki ədəd bir nəfərlik çarpayı. iki ədəd bir nəfərlik döşək. dörd ədəd balınc, bir ədəd bir nəfərlik yorğan, bir ədəd “Samsung” markalı soyuducu. bir ədəd “Samsung” markalı paltaryuyan maşını, bir ədəd televizor “Samsung” mərkalı bir dəst veşilka, iki ədəd gecə lampası, Bir ədəd ayaqqabı üçün rəf, bir dəst nahar servisi, bir ədəd skater, bir ədəd güldan, bir ədəd meyvə qabı, bir ədəd konfet qabı, iki ədəd şirəli vedrə, iki ədəd kapron vedrə, iki ədəd kapron vanna, bir dəst bakal, Altı ədəd çay dəsmalı,Bir ədəd məhraba, Bir ədəd lampa, Bir ədəd güzgü və Bir ədəd zibil vedrəsini geri qaytarmaq istəyir. Cavabdehə məxsus cehiz əşyalarının ona məxsus olan evdə qalması üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən o, cavabdehdən dəfələrlə əşyalarını ona məxsus olan evdən çıxarmasını xahiş etmişdir. Lakin o, könüllü olaraq cehiz əşyalarını çıxarmaqdan imtina edir. Buna görə də hazrkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etdiyini və ona məxsus cehiz əşyalarının iddiaçı tərəfindən onun ünvanına göndərilməsini tələb eydi. Məhkəmə iclasınd şahid qismində iştirak etmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh cehiz əşyaları İddiaçı ünvanında saxlanıldığını bildirdi. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə.159 Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə.161 Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə. 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının, nümayəndənin (vəkili) və şahidin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 50 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 559 №-li “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”dən görünür ki, iddiaçı və vəkil Nümayəndə ilə arasında hüquqi yardıma görə 500 manat ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Şəmkir Rayon Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş etmişdir. İşdə olan foto şəkillərdən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları mövcuddur. Beləliklə, məhkəmə iddiaçının izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh 2024-cü il tarixdə iddiaçının oğlu Elqani Əmiraslanov ilə faktiki olaraq evlənmiş, toy günü iddiaçıya məxsus olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Sonradan ailə münasibətlərinin pozulması səbəbindən cavabdeh həmin evdən çıxmışdır. Buna baxmayaraq, ona məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə qalmaqda davam edir. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 200 manat pulun müştərək qaydada alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 50 manat mediasiya xidmət haqqı müştərək qaydada cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5– ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 50 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçıya ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh İddiaçı ilə birlikdə yaşamasada, lakin cehiz əşyaları iddiaçının mülkiyyətində olan evdə qalmaqda davam edir. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh cehiz əşyaları ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus olan - bir ədəd iki nəfərlik döşək, bir ədəd iki nəfərlik yorğan, bir ədəd iki nəfərlik pakrıval, iki ədəd bir nəfərlik çarpayı, iki ədəd bir nəfərlik döşək, dörd ədəd balınc, bir ədəd bir nəfərlik yorğan, bir ədəd “Samsung” markalı soyuducu, bir ədəd “Samsung” markalı paltaryuyan maşını, bir ədəd televizor “Samsung” markalı, bir dəst veşilka, iki ədəd gecə lampası, bir ədəd ayaqqabı üçün rəf, bir dəst nahar servisi, bir ədəd skater, bir ədəd güldan, bir ədəd meyvə qabı, bir ədəd konfet qabı, iki ədəd şirəli vedrə, iki ədəd kapron vedrə, iki ədəd kapron vanna, bir dəst bakal, altı ədəd çay dəsmalı, bir ədəd məhraba, bir ədəd lampa, bir ədəd güzgü, bir ədəd zibil vedrəsi iddiacı İddiaçı məxsus olan, Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın,iş üzrə ödənilmiş 50 manat mediasiya xərci, dövlət rümunun əvəzi olaraq 50 manat və 200 manat vəkil xidmət haqqı cavabdehdən Cavabdeh alınıb iddiacı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsir qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №e-2(076)-4145/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4145/2025
21.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver