Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-78/2025 17.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan 9200 (doqquz min iki yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh qayınanası Cavabdeh1, 65 adda 2405 (iki min dörd yüz beş) manat dəyərində geyim əşyalarının naturada mümkün olmadıqda dəyərinin, 138 adda 22765 (iyirmi iki min yeddi yüz atmış beş) manat dəyərində cehiz əşyalarının, mümkün olmadıqda dəyərinin, 1278 manat dəyərində maddi ziyanın buraya daxildir-1000 manat vəkil xidmət haqqı, 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunun və 174 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin, ümumilikdə 26448 (iyirmi iki min dörd yüz qırx səkkiz) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə, dəyəri 4000 manat olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin, yəni 2667 (iki min altı yüz altmış yeddi) manat pulun Cavabdeh2 alınıb ona verilməsinə, 19 aprel 2022-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankından götürmüş olduğu 8468 (səkkiz min dörd yüz atmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsinə, eyni zamanda cavabdehlərə məxsus fərdi yaşayış evinin həyətində yerləşən navesin tikintisinə sərf olunmuş 4000 (dörd min) manat pulun 2/3 hissəsinin yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 onun keçmiş əri, Cavabdeh1 isə keçmiş qaynanasıdır. 2022-ci ilin aprel ayında faktiki ailə qurmuşdur. Nikahları 04 may 2022-ci ildə rəsmi qeydə alınmışdır. 2023-cü ilin mart ayının 7-nə kimi həmin ailədə yaşamışdır. Uşaqları olmamışdır. Aralarında olan narazılığa görə ayrılmışlar. Ona məxsus olan qızıl-zinət, geyim və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Onlar ona həmin əmlakları könüllü olaraq qaytarmaqdan imtina etmişlər. Qızıl–ziynət əşyaları həmişə qaynanasında olmuşdur. Eyni zamanda cavabdehlərin təhriki ilə Azərbaycan Beynəlxalq Bankı ASC-dən 5600 manat dəyərində kredit götürmüşdür. Cavabdeh əri həmin kreditlə 4000 manat ödəməklə avtomaşın almış və yaşadığı evə naves düzəltdirmişlər. Həmin navesə 4000 manatdan çox pul xərclənmiş, belə ki, 1600 manat kredit pulundan və 800 manat toyda əlinə yığılan pul və əmək haqqından xərclənmişdir. Cavabdeh2 ilə öz istəyi ilə ailə qurmuşdur. Toyu olan gün cavabdeh qayınanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar qızıl-zinət əşyaları hədiyyə etmişlər. Cavabdeh qaynanasında qalan bir ədəd 1400 manat dəyərində romb formalı çoxlu sayda xırda və 10 ədəd iri brilyant qaşı olan 583 əyarlı 5 qramlıq nişan üzüyü, bir dəst 5000 manat dəyərində badam formalı, brilyant qaşlı, 583 əyarlı, 18 qramlıq qızıl sırğaüzük dəsti, bir ədəd 1000 manat dəyərində 583 əyarlı brilyant qaşlı 6 qramlıq badam formalı qızıl klon, bir ədəd 1200 manat dəyərində olan brilyant qaşlı ortada zümrüd qaşları olan, 583 əyarlı, 8 qramlıq, qızıl qolbağı, bir ədəd 600 manat dəyərində olan 583 əyarlı ilan qabığı formasında olan 6 qramlıq qızıl sep, cəmi dəyəri 9200 (doqquz min iki yüz) manat olan qızıl-zinət əşyalarından ibarətdir. Cavabdehlərdə qalan geyim əşyaları 50 manat dəyərində olan – yaşıl rəngli, gödək, valanlı, sinəsi qırmızı güllü toy donu, 50 manat dəyərində olan -çəhrayı rəngli, gödək, arxası kəpənək formalı kəmərli toy donundan, 50 manat dəyərində olan -ağ rəngli, sinəsi və ətəyi tüllü toy donundan, 50 manat dəyərində olan çəhrayı rəngli, göy rəngli küpür parça ilə kombinə olunmuş, kəmərli toy donundan, 80 manat dəyərində olan xamelon parçadan, uzun, üstü zərli toy donundan, 25 manat dəyərində olan qadın üçün, tünd yaşıl rəngli, dərili əl çantası, 35 manat dəyərində olan qadın üçün, qarışıq rəngli, dərili əl çantası, 40 manat dəyərində olan qadın üçün əl çantası, qara rəngli, balaca, 40 manat dəyərində olan qadın üçün əl çantası, ağ rəngli, böyük, 40 manat dəyərində olan bir ədəd pencək, tünd yaşıl rəngli, papaqlı, 25 manat dəyərində olan şalvar-kofta yay paltarı- qara və ağlı, şalvar-kofta yay paltarı – krem rəngli- 25 manat, şalvar-kofta yay paltarı – ağ rəngli – 25 manat şalvar-kofta yay paltarı – mavi rəngli – 25 manat, şalvar-kofta yay paltarı – göy rəngli–25 manat, şalvar-kofta yay paltarı – qırmızı rərngli- 25 manat, şalvar-kofta yay paltarı- sarı rəngli- 25 manat, şalvar-kofta yay paltarı – yaşıl rəngli – 25 manat; rəngli qolu uzun kofta – qolu və ətəyi büzməli, krem rəngli – 40 manat, rəngli qolu uzun kofta- qara rəngli – 20 manat, rəngli qolu uzun kofta- ağlı-qaralı-20 manat, rəngli qolu uzun kofta – kül rəngli jiletlə birlikdə - 30 manat, rəngli qolu uzun kofta – tünd göy rəngli, qolu və sinəsi güpürlü- 30 manat, rəngli qolu uzun kofta - mor rəngli – 20 manat, rəngli qolu uzun kofta –ağ rəngli – 20 manat, nazik vilvet cins şalvar, tünd göy rəngli – 25 manat, nazik cins şalvar, şabalıd rəngli, ayaq hissəsi yazılı- 25 manat, nazik cins şalvar, açıq mavi rəngli, muncuqlu- 25 manat, cins şalvar, şabalıd rəngli, sadə - 25 manat, qara rəngli, ayağı büzməli şalvar – 40 manat, bir ədəd havalı fen-50 manat, bir ədəd ütü fen, Braun firmadan- 40 manat, qalın idman dəst, yaşıl rəngli, papaqlı- 50 manat, qalın idman dəst, qarışıq rəngli, papaqlı- 50 manat, qalın idman dəsti, qara və şabalıd rəngli, sinəsi sepli- 50 manat, qalın idman dəsti, kül rəngli, papaqsız, sinəsi sepli -40 manat, qalın idman dəsti, qolları qara rəngli, papaqlı – 50 manat, qalın idman dəsti, krem rəngli, sinəsi və ayaqları yazılı -50 manat, bir ədəd uzun çəkmə, qara rəngli – dəri – 70 manat, qısa çəkmə, şabalıd rəngli-40 manat, qısa çəkmə, qara rəngli-20 manat, bir ədəd havalı fen, daraqlı-40 manat, bir ədəd fen, burmaq üçün-50 manat, krasovka, ağ rəngli, kəndirli-30 manat, krasovka, yay üçün, sadə, ağ-20 manat, krasovka, krem rəngli-20 manat, toy ayaqqabısı, ağ rəngli, üstlü qaşlı-50 manat, toy ayaqqabısı, açıq çəhrayı rəngli, dikdaban- 35 manat, toy ayaqqabısı, qara rəngli, zamuş parçadan-40 manat, toy ayaqqabısı, qara rəngli, laklı, dikdaban-40 manat; toy ayaqqabısı, şabalıd rəngli, ipli, dikdaban-40 manat; toy ayaqqabısı, krem rəngli, üstlü qaşlı-30 manat, bir ədəd fen ukladka üçün-40 manat, bir dəst yubka-kofta, krem rəngli-50 manat, pasanoşka, qara və çəhrayı rəngli-25 manat, pasanoşka, krem rəngli, alçaq daban-25 manat, pasanoşka, qarışıq rəngli, dik daban-25 manat, qafri yubka, qara rəngli-30 manat, qafri yubka, küll rəngli-25 manat; bir ədəd vitrovka, qara rəngli-50 manat, bir ədəd palto, qara rəngli, uzun, varatnikli, mexli-100 manat, bir ədəd jaket şabalıd rəngli, düyməli, uzun-60 manat, bir ədəd jilet qara rəngli, uzun – 30 manat, bir ədəd jilet, şabalıd rəngli, uzun – 30 manat, bir ədəd pencək, qara rəngli, papaqlı –40 manat, cəmi: 2405 (iki min dörd yüz beş) manat təşkil edir. Cehiz əşyaları dörd bölməli kül rəngli qorka-1000 manat, dörd bölməli mavi rəngli künc divan mebeli -1000 manat, bir ədəd güzgülü iki tumbuçkalı kamot-500 manat, bir ədəd stol 6 ədəd stul üstü döşəkçəli-500 manat, yataq mebel dəsti-çarpayı iki nəfərlik bir ədəd sandıq, iki tumbuçka, bir ədəd termo bir ədəd şkaf, altı qapılı iki güzgülü bir ədəd termo stolu 3000 manat, on altı dəst müxtəlif ölçülü, müxtəlif formalı pastel dəsti-500 manat; bir ədəd xrustal meyvə qabı, böyük, TOM firmadan-500 manat, bir ədəd güldan, xrustal, böyük, TOM firmadan-300 manat; iki ədəd ləpə qabı, xrustal, sadə-cəmi 70 manat, on iki ədəd (böyükkiçik) TOM firmadan rumka, xrustal-200 manat, əlli dörd ədəd müxtəlif ölçülü, müxtəlif bəzəkli rumka-300 manat, bir ədəd kampot qabı, gümüşü rəngli, BAGEMA firmadan-300 manat, on iki ədəd naxışlı stəkanlar, üstü ceyran şəkilli-60 manat, bir ədəd yaşıl nahar servisi-500 manat, bir ədəd madonna çay servisi-500 manat, dörd dəst çay servisi altı nəfərlik-200 manat, dörd ədəd xrustal meyvə qabı-cəmi 100 manat, dörd ədəd xrustal konfet qabı-cəmi 100 manat, dörd ədəd xrustal tort qabı-cəmi 100 manat, iki ədəd xrustal dairəvi tort qabı-cəmi 60 manat, yeddi ədəd sadə tort boşqab dəsti-100 manat, müxtəlif ölçülü, müxtəlif naxışlı meyvə qabları 8 ədəd xrustal-cəmi 160 manat, müxtəlif ölçülü, müxtəlif naxışlı konfet qabları, 8 ədəd xrustal- cəmi 160 manat, dörd ədəd ləpə qabı, xrustal-cəmi 60 manat, bir ədəd xrustal ləpə qabı, TOM firmadan-200 manat, on iki ədəd duz qabı, xrustal-40 manat, on iki ədəd rozetka, mürəbbə üçün-40 manat, on iki ədəd limon qabı, xrustal-40 manat, altı ədəd şəkər qabları-cəmi 20 manat, mətbəx dəstləri (çay,şəkər,qənd,düyü qabları)-cəmi 60 manat, on iki ədəd ədviyyat qabları-cəmi dəyəri 100 manat, üç ədəd bıçaq dəsti, müxtəlif formalı, müxtəlif ölçülü-cəmi 80 manat, mətbəx dəsti (balta var)-80 manat, iki ədəd orta Rusiya qazanları, nikel-cəmi 170 manat, iki ədəd balaca tuj tava-cəmi 20 manat, üç ədəd (böyük-kiçik) tava-cəmi 60 manat, bir ədəd böyük aliminium qazan-40 manat, dörd ədəd (böyük-kiçik) vanna-cəmi 40 manat, paltar setkası- 10 manat, iki ədəd şirəli vedrə, mavi rəngli-cəmi 40 manat, iki ədəd şirəli qufluca, mavi rəngli-cəmi 20 manat, aşsüzən, aliminium-10 manat, əlavə (böyük-kiçik) ləyənlər, altı ədəd, şirəli-cəmi 150 manat, altı ədəd aliminium ləyən-cəmi 100 manat; üç ədəd dəmir (böyükkiçik) vedrələr-cəmi 50 manat; üç ədəd bahalı nikkel padnus-50 manat; dairəvi nikel padnus, üç ədəd-cəmi dəyəri 60 manat; dörd ədəd salfetka qabı, şüşə, sadə-cəmi dəyəri 40 manat; iki ədəd TOMfirmadan, xrustal, konfet qabı-cəmi 400 manat; iki ədəd böyük xrustal gülqabı, sadə-cəmi 160 manat; üç ədəd eyni ölçülü yaşıl bagema gülqabı-cəmi 300 manat; iki ədəd yaşıl meyvə qabı, BAGEMA firmadan-cəmi dəyəri 200 manat; bir ədəd qırmızı böyük gülqabı, BAGEMA firmadan-100 manat; bir ədəd göy bagema meyvə qabı, tünd göy rəngli-100 manat; altı ədəd meyvə qabı, xrustal-140 manat; iki ədəd balaca ləpə qabı, xrustal, üçkünc formalı-cəmi dəyəri 30 manat; iki ədəd su krafinkası, xrustal-cəmi dəyəri 60 manat; on iki ədəd güllü (böyük-kiçik) bulud-cəmi 100 manat; iki ədəd su krafinkası, xrustal-cəmi 100 manat; iyirmi dörd ədəd dovğa kasası və çömçəsi-cəmi 60 manat; qırmızı güllü boşqab dəsti, on iki nəfərlik-cəmi 60 manat; on iki ədəd qırmızı dovğa kasası-cəmi 30 manat; iyirmi dörd ədəd stalişni kasası-cəmi 30 manat; on iki ədəd yaşıl rəngli kasa, sadə-cəmi 30 manat; iyirmi dörd ədəd bahalı xrustal çay stəkanı-250 manat; iyirmi dörd ədəd bahalı ağ və gümüşü rəngli nəlbəki-cəmi 100 manat; bir ədəd xrustal külqabı, sadə-20 manat; on iki ədəd kompot üçün rumka, sadə, şüşə, ağ rəngli-50 manat; dörd cür (otuz ədəd) gümüşü bəzəkli ağ boşqab dəsti, ona uyğun iyirmi dörd ədəd ağ rumkalar-cəmi 240 manat; iyirmi dörd ədəd xörək qaşığı, qırx səkkiz ədəd çəngəl, qırx səkkiz ədəd çay qaşığı, qırx səkkiz ədəd bıçaq-cəmi qiyməti - 50 manat; çamadan formalı qabda olan çəngəl, qaşıq, bıçaq dəsti iyirmi dörd nəfərlik-cəmi dəyəri 150 manat; altı ədəd balaca dəm çayniki, bir ədəd balaca şirəli çaynik-cəmi dəyəri 60 manat; tefal samovar və çaynik dəsti-60 manat; iyirmi dörd ədəd sadə çay stəkanı, iyirmi dörd ədəd yaşıl rəngdə nəlbəki ilə-cəmi dəyəri 30 manat; keramika qazan dəsti, krem rəngli, şüşə qapaqlı, beş ədəd müxtəlif ölçülü-450 manat; rusiya istehsalı qazan dəsti, nikel, müxtəlif ölçülü beş ədəd-200 manat; güllü qazan və çaynik dəsti, şirəli-140 manat; bir dəst göy rəngli, şirəli, qazan dəsti, müxtəlif ölçülü-30 manat; bir dəst qırmızı rəngli qazan dəsti şirəli, müxtəlif ölçülü-30 manat; nikkel qazan dəsti, müxtəlif ölçülü dörd ədəd-30 manat; iki ədəd şamdan şüşə-cəmi qiyməti 10 manat; qırmızı rəngli ağzı qapaqlı şəkər qabları-cəmi qiyməti 10 manat; iki ədəd böyük xrustal lotqa konfet qabı-cəmi dəyəri 60 manat; bir ədəd qapalı su qabı,sadə-5 manat; iki ədəd tort bıçaqları və enli çəngəllər-cəmi qiyməti 10 manat; iki ədəd xrustal meyvə qabı ayaqlı-cəmi qiyməti 60 manat; bir ədəd divar saatı oval formalı-60 manat; bir ədəd ütü stolu böyük-30 manat; bir ədəd televizor Samsung markalı plazma ekran-dəyəri 800 manat; bir ədəd paltaryuyan maşını Samsung markalı avtomat 6 kqdəyəri 600 manat; bir ədəd sok çəkən maşın-dəyəri 40 manat; bir ədəd ət çəkən elektrikli maşın-qiymət 120 manat; bir ədəd kofemolka-30 manat; bir ədəd blender-20 manat; bir ədəd ləpə çəkən-30 manat; bir ədəd soğan doğrayan-10 manat; bir ədəd mikser-30 manat; iki ədəd gecə lampası oval formada-cəmi qiyməti 50 manat; iki ədəd xalça, mavi rəngli 3X5 ölçülü-cəmi qiyməti 800 manat; bir ədəd xalça 2X3 ölçülü iki ədəd balaca xalça ilə yataq otağı üçün cəmi dəyəri 300 manat; bir ədəd belgiya istehsalı qırmızı rəngdə xalça 2X3 ölçülü-300 manat; bir ədəd tozsoran qırmızı rəngli-70 manat; iki cüt xrustal, səkkiz şamlı çılçıraq-cəmi dəyəri 300 manat; bir ədəd beş şamlı çılçıraq-150 manat; bir ədəd pələng rəmgli pakrıval-40 manat; bir dəst villur pakrıval-60 manat; bir ədəd pakrıval, gəlincik formalı-300 manat; iki ədəd yun pakrıval-cəmi dəyəri 80 manat; bir ədəd süfrə bəzəkli-70 manat; bir süfrə villur jurnal stolu üçün-70 manat; bir dəst iki nəfərlik krem rəngli postel üzü- 130 manat; iyirmi dörd ədəd müxtəlif ölçülü, müxtəlif rəngli əl-üz məhrəbası- cəmi qiyməti 100 manat; on iki ədəd müxtəlif rəngli, müxtəlif ölçülü hamam dəsmalı - cəmi qiyməti 100 manat; iyirmi dörd ədəd müxtüəlif ölçülü, müxtəlif rəngli çay dəsmalı - cəmi qiyməti 100 manat; iki ədəd iyirmi dörd nəfərlik süfrə müxtəlif rəngli, müxtəlif bəzəkli - 50 manat; on ədəd müxtəlif rəngli, müxtəlif ölçülü süfrə-cəmi dəyəri 100 manat; bir ədəd iki nəfərlik yun yorğan-150 manat; dörd ədəd tək nəfərlik yun yoğan-200 manat; altı ədəd balınc böyük- 180 manat; iki ədəd balınc balaca-20 manat; bir ədəd iki nəfərlik yun döşək-160 manat; iki ədəd tək nəfərlik yun döşək-200 manat; bir ədəd künc divanı üçün örtük-30 manat; iki ədəd tək divan-cəmi dəyəri 300 manat; bir ədəd kreslo üstü-30 manat; iki ədəd qırmızı çomadan- 40 manat; bir ədəd təkərlikli çamodan-30 manat; bir ədəd mətbəx naboru (çömçə,qaşıq,bıçaq və s.)-60 manat; bir ədəd mətbəx taxtası, tyorka-cəmi 10 manat; üç ədəd qulplu aşsüzən-15 manat; sarımsaq əzən, banka ağzı açan, qozqıran-cəmi dəyəri 10 manat; bir ədəd vedrə pas pas-20 manat; bir ədəd dəsmal şotku-10 manat; bir dəst pol ağacı-10 manat; bir ədəd yayqı və oxlov-10 manat; bir ədəd şotku süpürgə, bir ədəd zibil qabı-cəmi 20 manat; bir ədəd elektrikli qırmızı rəngli isitici-20 manat; bir ədəd elektrikli ventelyator-20 manat, cəmi 22765 (iyirmi iki min yeddi yüz atmış beş) manat təşkil edir. Bundan başqa cavabdehlə birgə nikah müddətində VAZ-21074 markalı ** CJ *** qeydiyyat nişanlı avtomaşın əldə etmişlər. Həmin avtomaşın mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Hesab edir ki, həmin avtomaşının 1/2 hissəsinə onun mülkiyyət hüququ tanınmalıdır. Həmin avtomaşın müvafiq qaydada qiymətləndirilməli və həmin avtomaşın açıq hərracdan satılaraq 1/2 hissəsi ona ödənilməlidir. Çünki cavabdeh onun işləməyini nəzərə alıb ABB-dan onun adına 5600 manat kredit götürmüş və mübahisə predmeti olan avtomaşını həmin kredit pulundan 4000 manat ödəməklə almışdır. Eyni zamanda o işlədiyi üçün cavabdeh Sərxan Sahib oğlunun təkidi ilə öz adına 5600 manat kredit götürmüşdür. Həmin krediti 22% hesablanmaqla geri qaytarmalıdır. Bu isə 8467 manat edir. Eyni zamanda həmin kreditlə bağlı onun adına verilmiş tam kart hazırda Cavabdeh2 istifadəsindədir. Hesab edir ki, cavabdeh həmin kreditin ½ hissəsini ödəməlidir. Kreditdən qalan 1600 manat pul həmçinin toyda əlinə yığılmış 800 manat pul və onun əmək haqqı gəlin köçdüyü və hazırda cavabdehlərin yaşadığı fərdi yaşayış evinin həyətində inşa edilmiş navesin tikintisinə sərf edilmişdir. Qeyd edilənlərə əsasən ona məxsus olan, iddia ərizəsində qeyd olunan 9200 (doqquz min iki yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh qayınanası Cavabdeh1, 65 adda 2405 (iki min dörd yüz beş) manat dəyərində geyim əşyaları naturada mümkün olmadıqda dəyərinin, 138 adda 22765 (iyirmi iki min yeddi yüz atmış beş) manat dəyərində cehiz əşyalarının, mümkün olmadıqda dəyərinin, 1278 manat dəyərində maddi ziyanın buraya daxildir-1000 manat vəkil xidmət haqqı, 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunun və 174 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin, ümumilikdə 26448 (iyirmi iki min dörd yüz qırx səkkiz) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə, dəyəri 4000 manat olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin, yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pulun Cavabdeh2 alınıb ona verilməsinə, 19 aprel 2022-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankından götürmüş olduğu 8468 (səkkiz min dörd yüz atmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsinə, eyni zamanda cavabdehlərə məxsus fərdi yaşayış evinin həyətində yerləşən navesin tikintisinə sərf olunmuş 4000 (dörd min) manat pulun 2/3 hissəsinin yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh2 ilə faktiki olaraq 2022-ci ilin aprel ayında evlənmişlər, lakin nikahlarını isə 04 may 2022-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlərin Şəmkir rayonu, Yeni-Yol kəndində yaşadıqları evə gəlin getmişdir. Sözü gedən cehiz əşyalarını həmin evə aparmışdır. Evdən çıxdığı zaman ona məxsus olan cehiz və geyim əşyalarını götürə bilməmişdir. Hər gün işdə olduğu üçün ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını Cavabdeh1 vermişdir. Dəfələrlə qızıl-zinət əşyalarını istəməsinə baxmayaraq ona qaytarmamışdır. Cavabdehlərin yaşadığı evin navesinin təmirtikintisinə maddi köməklik göstərmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi göndərərək, göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinə iddiaçı Əliyeva Səburǝ Sahib qızı ona qarşı "əmlak və ziyan" tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda o həmin iddia ilə razı deyildir və rədd edilməsini istəyir. Belə ki, o iddiaçı ilə 2022-ci ilin aprel ayında faktiki ailə qurmuş və xx.xx.2022-ci ildə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ilə məhkəmə qaydasında nikah pozulmuşdur. İddiaçının onda heç bir qızıl-zinət əşyası yoxdur, valideynlərinə məxsus evə gedəndə hamısını özü ilə aparmışdır. Həmçinin geyim əşyalarını da özü ilə aparmışdır. Kreditə gəldikdə isə iddiaçı ümumiyyətlə onunla ailəli olanda kredit götürməmişdir. 2022-ci ilin aprel ayında özü üçün kredit götürüb xərcləmiş, onunla nikahda olanda kredit götürülməmişdir. İddiaçı ilə onun nikahı xx.xx.2022-ci il tarxidə olmuşdur. Avtomobilini isə özü işləyib pul qazanıb almışdır. Çardağa gəldikdə isə mərhum atası özünə məxsus fərdi yaşayış evinə özü öz hesabına çardaq düzəltdirmişdir. İddiaçının tələb etdiyi cehiz əşyalarından bir neçəsi mərhum valideyninə məxsus fərdi yaşayış evindədir. İddiaçının ödədiyi hüquqi xidmətə görə məbləği ödəməkdən də imtina edir. İddiaçı vəkil tutub ona qarşı ağlasığmaz iddia qaldırdığı üçün xidmət haqqını və dövlət rüsumunu da özü ödəməlidir. Mediasiya məktubu gəldikdən sonra mərhum atası Sahib Məmmədov ürəktutmasından vəfat etmişdir. İddiaçı özü ona həm maddi, həm mənəvi zərər vurmuşdur. Əliyeva Səburǝ Sahib qızı ona qarşı "əmlak və ziyan" tələbi barədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək, göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinə iddiaçı Əliyeva Səburǝ Sahib qızı ona qarşı “əmlak və ziyan" tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda o həmin iddia ilə razı deyildir və rədd edilməsini istəyir. Belə ki, iddiaçı oğlu Sərxanla 2022-ci ilin aprel ayında faktiki ailə qurmuşlar. İddiaçı ilə oğlu arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçının onlarda heç bir qızıl-zinət əşyası yoxdur, valideynlərinə məxsus evə gedəndə hamısını özü ilə aparmışdır. Həmçinin, geyim əşyalarını da özü ilə aparmışdır. Çardağa gəldikdə isə mərhum əri Sahib Məmmədov özünə məxsus fərdi yaşayış evinə özü öz hesabına çardaq düzəltdirmişdir. İddiaçının tələb etdiyi cehiz əşyalarından bir neçəsi mərhum ərinə məxsus fərdi yaşayış evindədir. İddiaçının ödədiyi hüquqi xidmətə görə və rüsuma görə ödədiyi məbləği ödəməkdən də imtina edir. Mərhum əri X7 Əliyevaya qarşı "cehiz əşyalarının çıxarılması" barədə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş də halhazırda icraatdadır. Məhkəmədən məktub gəldikdən sonra mərhum əri Sahib Məmmədov ürəktutmasından vəfat etmişdir. İddiaçı özü onlara həm maddi, həm mənəvi zərər vurmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı Əliyeva Səburǝ Sahib qızının ona qarşı "əmlak və ziyan" tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, İddiaçı onun qızıdır. Cavabdeh2 qızı İddiaçı ilə evləndikdən sonra qızının adına kredit götürülmüşdür. Həmin krediti hal-hazırda qızı İddiaçı ödəyir. Toy hədiyyəsi olaraq qızına qızıl-zinət əşyaları verilmişdir. Qızı ər evindən qayıtdıqda qızıl-zinət əşyaları qayınanası Cavabdeh1 qalmışdır. Qızına məxsus cehiz, geyim və qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, İddiaçı bibisidir. Onların toyunda iştirak etmişdir. Səburə Əlievaya hədiyyə olunmuş qızılları qaytarmamışlar. İddiaçı adına bankdan kredit götürülmüşdür. İddiaçı qızılları saxlaması üçün qayınanası Cavabdeh1 vermişdir. İddiaçı Cavabdeh2 ayrılanda qızılları və cehiz əşyalarını gətirməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, İddiaçı onun qaynının nəvəsidir. Cavabdeh2la toyları olduqdan sonra Səburənin adına kredit götürülmüşdür. Səburə atası evinə gələndə qızılları və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Səburə işlədiyi üçün qızılları qayınanası Cavabdeh1 vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 iyun 2023-cü il tarixli, 016-802 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin məktubundan görünür ki, VAZ-21074 markalı 57CJ352 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayon, Təzəkənd kəndində qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyatına alınmışdır. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli, BPM**********01 nömrəli kedit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5600 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi "xxxx" ASC-nə hər ay 176,44 manat, sonuncu ay isə 175,86 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli, 82 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Şəmkir rayon Vəkil Bürosunun vəkili Nümayəndə 1000 (bir min) manat məbləğində vəkil xidmət haqqı ödənilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(076)-23/2024 nömrəli qərardadına əsasən İddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi qismən təmin edilərək, dörd bölməli kül rəngli qorka, dörd bölməli mavi rəngli künc divan mebeli, bir ədəd güzgülü iki tumbuçkalı kamot, bir ədəd stol 6 ədəd stul üstü döşəkçəli, yataq mebel dəsti-çarpayı iki nəfərlik bir ədəd sandıq, iki tumbuçka, bir ədəd termo bir ədəd şkaf, altı qapılı iki güzgülü bir ədəd termo stolu; on altı dəst müxtəlif ölçülü, müxtəlif formalı pastel dəsti; bir ədəd xrustal meyvə qabı, böyük, TOMfirmadan; bir ədəd güldan, xrustal, böyük, TOMfirmadan; iki ədəd ləpə qabı, xrustal, sadə; on iki ədəd (böyük-kiçik) TOM firmadan rumka, xrustal; əlli dörd ədəd müxtəlif ölçülü, müxtəlif bəzəkli rumka; bir ədəd kampot qabı, gümüşü rəngli, BAGEMA firmadan; on iki ədəd naxışlı stəkanlar, üstü ceyran şəkilli; bir ədəd yaşıl nahar servisi; bir ədəd madonna çay servisi; dörd dəst çay servisi altı nəfərlik; Dörd ədəd xrustal meyvə qabı; dörd ədəd xrustal konfet qabı; Dörd ədəd xrustal tort qabı; iki ədəd xrustal dairəvi tort qabı; yeddi ədəd sadə tort boşqab dəsti; müxtəlif ölçülü, müxtəlif naxışlı meyvə qabları 8 ədəd xrustal; müxtəlif ölçülü, müxtəlif naxışlı konfet qabları, 8 ədəd xrustal; dörd ədəd ləpə qabı, xrustal; bir ədəd xrustal ləpə qabı, TOMfirmadan; On iki ədəd duz qabı, xrustal; On iki ədəd rozetka, mürəbbə üçün; On iki ədəd limon qabı, xrustal; Altı ədəd şəkər qabları; Mətbəx dəstləri (çay,şəkər,qənd,düyü qabları); On iki ədəd ədviyyat qabları; Üç ədəd bıçaq dəsti, müxtəlif formalı, müxtəlif ölçülü; Mətbəx dəsti (balta var); iki ədəd orta Rusiya qazanları, nikel; İki ədəd balaca tuj tava; Üç ədəd (böyük-kiçik) tava; Bir ədəd böyük aliminium qazan; Dörd ədəd (böyük-kiçik) vanna; Paltar setkası; iki ədəd şirəli vedrə, mavi rəngli; iki ədəd şirəli qufluca, mavi; Aşsüzən, aliminium; Əlavə (böyük-kiçik) ləyənlər, altı ədəd, şirəli; Altı ədəd aliminium ləyən; Üç ədəd dəmir (böyük-kiçik) vedrələr; Üç ədəd bahalı nikkel padnus; Dairəvi nikel padnus, üç ədəd; Dörd ədəd salfetka qabı, şüşə, sadə; iki ədəd TOM firmadan, xrustal, konfet qabı; İki ədəd böyük xrustal gülqabı, sadə; üç ədəd eyni ölçülü yaşıl bagema gülqabı; iki ədəd yaşıl meyvə qabı, BAGEMA firmadan; bir ədəd qırmızı böyük gülqabı, BAGEMA firmadan; Bir ədəd göy bagema meyvə qabı, tünd göy rəngli; altı ədəd meyvə qabı, xrustal; iki ədəd balaca ləpə qabı, xrustal, üçkünc formalı; İki ədəd su krafinkası, xrustal; On iki ədəd güllü (böyük-kiçik) bulud; İki ədəd su krafinkası, xrustal; İyirmi dörd ədəd dovğa kasası və çömçəsi; Qırmızı güllü boşqab dəsti, on iki nəfərlik; On iki ədəd qırmızı dovğa kasası; İyirmi dörd ədəd stalişni kasası; On iki ədəd yaşıl rəngli kasa, sadə; İyirmi dörd ədəd bahalı xrustal çay stəkanı; İyirmi dörd ədəd bahalı ağ və gümüşü rəngli nəlbəki; Bir ədəd xrustal külqabı, sadə; On iki ədəd kompot üçün rumka, sadə, şüşə, ağ rəngli; Dörd cür (otuz ədəd) gümüşü bəzəkli ağ boşqab dəsti, ona uyğun iyirmi dörd ədəd ağ rumkalar; İyirmi dörd ədəd xörək qaşığı, qırx səkkiz ədəd çəngəl, qırx səkkiz ədəd çay qaşığı, qırx səkkiz ədəd bıçaq-cəmi qiyməti; Çamadan formalı qabda olan çəngəl, qaşıq, bıçaq dəsti iyirmi dörd nəfərlik; Altı ədəd balaca dəm çayniki, bir ədəd balaca şirəli çaynik; Tefal samovar və çaynik dəsti; İyirmi dörd ədəd sadə çay stəkanı, iyirmi dörd ədəd yaşıl rəngdə nəlbəki ilə; Keramika qazan dəsti, krem rəngli, şüşə qapaqlı, beş ədəd müxtəlif ölçülü; Rusiya istehsalı qazan dəsti, nikel, müxtəlif ölçülü beş ədəd; Güllü qazan və çaynik dəsti, şirəli; Bir dəst göy rəngli, şirəli, qazan dəsti, müxtəlif ölçülü; Bir dəst qırmızı rəngli qazan dəsti şirəli, müxtəlif ölçülü; Nikkel qazan dəsti, müxtəlif ölçülü dörd ədəd; İki ədəd şamdan şüşə; Qırmızı rəngli ağzı qapaqlı şəkər qabları; İki ədəd böyük xrustal lotqa konfet qabı; Bir ədəd qapalı su qabı,sadə; İki ədəd tort bıçaqları və enli çəngəllər; İki ədəd xrustal meyvə qabı ayaqlı; Bir ədəd divar saatı oval formalı; Bir ədəd ütü stolu böyük; Bir ədəd televizor Samsung markalı plazma ekran; Bir ədəd paltaryuyan maşını Samsung markalı avtomat 6 kq; Bir ədəd sok çəkən maşın; Bir ədəd ət çəkən elektrikli maşın; Bir ədəd kofemolka; Bir ədəd blender; Bir ədəd ləpə çəkən; Bir ədəd soğan doğrayan; Bir ədəd mikser; İki ədəd gecə lampası oval formada; İki ədəd xalça, mavi rəngli 3X5 ölçülü; Bir ədəd xalça 2X3 ölçülü iki ədəd balaca xalça ilə yataq otağı üçün; Bir ədəd belgiya istehsalı qırmızı rəngdə xalça 2X3 ölçülü; Bir ədəd tozsoran qırmızı rəngli; İki cüt xrustal, səkkiz şamlı çılçıraq; Bir ədəd beş şamlı çılçıraq; Bir ədəd pələng rəmgli pakrıval; Bir dəst villur pakrıval; Bir ədəd pakrıval, gəlincik formalı; İki ədəd yun pakrıval; Bir ədəd süfrə bəzəkli; Bir süfrə villur jurnal stolu üçün; Bir dəst iki nəfərlik krem rəngli postel üzü; İyirmi dörd ədəd müxtəlif ölçülü, müxtəlif rəngli əl-üz məhrəbası; On iki ədəd müxtəlif rəngli, müxtəlif ölçülü hamam dəsmalı; İyirmi dörd ədəd müxtüəlif ölçülü, müxtəlif rəngli çay; İki ədəd iyirmi dörd nəfərlik süfrə müxtəlif rəngli, müxtəlif bəzəkli; On ədəd müxtəlif rəngli, müxtəlif ölçülü süfrə; Bir ədəd iki nəfərlik yun yorğan; Dörd ədəd tək nəfərlik yun yoğan; Altı ədəd balınc böyük; İki ədəd balınc balaca; Bir ədəd iki nəfərlik yun döşək; İki ədəd tək nəfərlik yun döşək; Bir ədəd künc divanı üçün örtük; İki ədəd tək divan; Bir ədəd kreslo üstü; İki ədəd qırmızı çomadan; Bir ədəd təkərlikli çamodan; Bir ədəd mətbəx naboru (çömçə,qaşıq,bıçaq və s.) ; Bir ədəd mətbəx taxtası, tyorka; Üç ədəd qulplu aşsüzən; Sarışsaq əzən, banka ağzı açan, qozqıran; Bir ədəd vedrə pas pas; Bir ədəd dəsmal şotku; Bir dəst pol ağacı; Bir ədəd yayqı və oxlov; Bir ədəd şotku süpürgə, bir ədəd zibil qabı; Bir ədəd elektrikli qırmızı rəngli isitici; Bir ədəd elektrikli ventelyatordan ibarət cehiz əşyalarının üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinə və cavabdehlər tərəfindən istifadəsinə qadağa qoyulmuşdur. Göstərilən qərardadın icrası ilə bağlı verilmiş icra sənədi icra edilməsi üçün Şəmkir rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli aktın surətindən görünür ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 16(076)-23/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbkar və borcluların iştirakı ilə Şəmkir rayonu, Yeni-Yol kəndində yerləşən fərdi yaşayış evində olarkən icra sənədində qeyd edilən cehiz əşyaları aşkar olunaraq üzərinə həbs qoyulmuşdur. İş materillarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2560/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə Məmmədova (Əliyeva) Səburə Sahib qızı arasında xx.xx.2022-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 1146 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 63 nömrəli arayışdan görünür ki, bir ədəd romb formalı çoxlu sayda xırda və 10 ədəd iri brilyant qaşı olan 583 əyarlı 5 qramlıq nişan üzüyün dəyəri 1400 manat, bir dəst badam formalı, brilyant qaşlı, 583 əyarlı, 18 qramlıq qızıl sırğa-üzük dəstinin dəyəri 5000 manat, bir ədəd 583 əyarlı brilyant qaşlı 6 qramlıq badam formalı qızıl klonun dəyəri 1000 manat, bir ədəd brilyant qaşlı ortada zümrüd qaşları olan, 583 əyarlı, 8 qramlıq qızıl qolbağının dəyəri 1200 manat, bir ədəd 583 əyarlı ilan qabığı formasında olan 6 qramlıq qızıl sepin dəyəri 600 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 9/7472 saylı ekspert rəyindən görünür ki, 01 ədəd 583 əyarlı ilan qabığı formasında olan 6 qramlıq qızıl sepin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540.00 manat müəyyən edilmiş, 01 ədəd romb formalı çoxlu sayda xırda və 10 ədəd iri brilyant qaşı olan 583 əyarlı 5 qramlıq nişan üzüyü, 01 dəst badam formalı brilyant qaşlı qızıl 583 əyarlı 18 qramlıq sırğa-üzük dəsti, 01 ədəd 583 əyarlı brilyant qaşlı 6 qramlıq badam formalı qızıl klon, 01 ədəd brilyant qaşlı ortada zümrüd qaşları olan 583 əyarlı 8 qramlıq qızıl qolbağının üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, ölçüsü məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-00348 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində pulu tam ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflər aralarında baş vermiş narazılığa görə ayrılmışlar və onlar arasındakı ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2560/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 1146 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Toy zamanı iddiaçıya bir sıra qızıl-zinət əşyaları hədiyyə olunmuş, həmin faktı fotoşəkildə və iddiaçının izahatı, cavabdehlərin etiraz ərizəsi ilə öz təsdiqini tapır. Bundan başqa İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüşdür. Eyni zamanda VAZ-21074 markalı 57CJ352 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayon, Təzəkənd kəndində qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyatına alınmışdır. Hazırda İddiaçı həm keçmiş əri – Cavabdeh2, həmçinin onun anası– digər Cavabdeh1 qarşı cehiz, geyim, qızıl-zinət əşyaları, pul, birgə nikah dövründə əldə edilmiş əmlak kimi qeyd etdiyi nəqliyyat vasitəsinin dəyərinin 2/3 hissəsi, həmçinin çəkdiyi xərclərinin əvəzi tələbləri barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cehiz və geyim əşyalarına dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 14 iyun 2024-cü il tarixli aktında qeyd edilən əşyaların cavabdehlərə məxsus evdə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə, iddia tələbinin qızıl-zinət əşyaralarına aid olan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, iddiaçının izahatı, cavabdehlərin etiraz ərizələri və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 ilə ailə quran zaman iddiaçıya qızılzinət əşyaları hədiyyə olunmuşdur. İddiaçı iddia edir ki, iddia ərizəsində göstərilən toy zamanı hədiyyə olunmuş qızıl-zinət əşyaları daim qayınanası olan Cavabdeh1 olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddia ərizəsində göstərilən 5 adda qızıl-zinət əşyaları iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən Cavabdeh1 olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə Cavabdeh1 olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclası zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin, iddia tələbinin cavabdehlərə məxsus fərdi yaşayış evinin həyətində yerləşən navesin tikintisinə sərf olunmuş 4000 (dörd min) manat pulun 2/3 hissəsinin yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pul hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdehlər etiraz ərizələrində onların yaşadığı fərdi yaşayış evinin mərhum Sahib Məmmədova məxsus olduğunu və çardağın onun öz vəsaiti hesabına inşa edildiyini qeyd etmişlər. İddiaçı öz adına götürüdüyü kreditdən qalan 1600 manat pulun həmçinin toyda əlinə yığılmış 800 manat pulun və onun əmək haqqının gəlin köçdüyü və hazırda cavabdehlərin yaşadığı fərdi yaşayış evinin həyətində inşa edilmiş çardağın tikintisinə sərf edildiyini göstərmiş olsa da, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa məhkəmə iddia tələbinin dəyəri 4000 manat olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin, yəni 2667 (iki min altı yüz altmış yeddi) manat pulun Cavabdeh2 alınıb ona verilməsinə, 19 aprel 2022-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankından götürmüş olduğu 8468 (səkkiz min dörd yüz atmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsi barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsində qeyd olunmuşdur ki, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. İddiaçı, birgə nikah dövründə əldə edildiyinə istinad edərək VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin və 19 aprel 2022-ci il tarixdə "xxxx" ASC-dən götürmüş olduğu 8468 (səkkiz min dörd yüz altmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsini xahiş etsə də, məhkəmə VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşında iddiaçının 2/3 hissədə payının müəyyən edilməsi və iddiaçı tərəfindən 19 aprel 2022-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 aid edilməsi üçün heç bir əsas müəyyən etməmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarında qeyd olunan əsaslarla əmlakda payın müəyyən edilməsi və ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olması üçün həmin əmlakın birgə nikah dövründə əldə edilməsi və öhdəliklərin birgə nikah dövründə götürülməsi şərtləndirilmişdir. Lakin, iş materiallarından görünür ki, tərəflər arasında nikah xx.xx.2022-ci il tarixdə bağlanmış, mübahisə premeti olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşın isə Cavabdeh2 tərəfindən xx.xx.2022ci il tarixdə alqı-satqı müqaviləsi əsasında alınmış və həmin tarixdə onun mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, İddiaçı tərəfindən "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5600 manat kredit götürülmüşdür. Göründüyü kimi, iddiaçının payının müəyyən edilməsini tələb etdiyi əmlak və Cavabdeh2 tərəfindən 1/2 hissəsinin ona ödənilməsini tələb etdiyi kredit müqaviləsi üzrə öhdəlik tərəflərin birgə nikahda olduqları müddətdə deyil, onlara rəsmi nikaha daxil olmamışdan əvvəl əldə edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə premeti olan əmlak və kredit müqaviləsi üzrə iddiaçının üzərinə götürdüyü öhdəlik tərəflərin birgə nikahları dövründə əldə edilmədiyindən, cavabdehin adına olan əmlakda iddiaçının payı müəyyən edilə bilməz və İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi Cavabdeh2 üçün hər hansı vəzifələr yarada bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın "1000 manat vəkil xidmət haqqının cavabdehlərdǝn alınması" hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 82 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 1000 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehlərdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 350 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 174 manat ödənilmiş dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən 50 manat xərc cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat dəyərində olan yaşıl rəngli, gödək, valanlı, sinəsi qırmızı güllü toy donu, 50 manat dəyərində olan çəhrayı rəngli, gödək, arxası kəpənək formalı kəmərli toy donundan, 50 manat dəyərində olan ağ rəngli, sinəsi və ətəyi tüllü toy donundan, 50 manat dəyərində olan çəhrayı rəngli, göy rəngli küpür parça ilə kombinə olunmuş, kəmərli toy donundan, 80 manat dəyərində olan xamelon parçadan, uzun, üstü zərli toy donundan, 25 manat dəyərində olan qadın üçün, tünd yaşıl rəngli, dərili əl çantası, 35 manat dəyərində olan qadın üçün, qarışıq rəngli, dərili əl çantası, 40 manat dəyərində olan qadın üçün əl çantası, qara rəngli, balaca, 40 manat dəyərində olan qadın üçün əl çantası, ağ rəngli, böyük, 40 manat dəyərində olan bir ədəd pencək, tünd yaşıl rəngli, papaqlı, 25 manat dəyərində olan şalvar-kofta yay paltarı- qara və ağlı; şalvar-kofta yay paltarı – krem rəngli- 25 manat; şalvar-kofta yay paltarı – ağ rəngli – 25 manat şalvar-kofta yay paltarı – mavi rəngli – 25 manat; şalvar-kofta yay paltarı – göy rəngli–25 manat; şalvar-kofta yay paltarı – qırmızı rərngli- 25 manat; şalvar-kofta yay paltarı- sarı rəngli- 25 manat; şalvar-kofta yay paltarı – yaşıl rəngli – 25 manat; rəngli qolu uzun kofta – qolu və ətəyi büzməli, krem rəngli – 40 manat; rəngli qolu uzun kofta- qara rəngli – 20 manat; rəngli qolu uzun kofta- ağlı-qaralı-20 manat; rəngli qolu uzun kofta – kül rəngli jiletlə birlikdə - 30 manat; rəngli qolu uzun kofta – tünd göy rəngli, qolu və sinəsi güpürlü- 30 manat; rəngli qolu uzun kofta - mor rəngli – 20 manat; rəngli qolu uzun kofta –ağ rəngli – 20 manat; nazik vilvet cins şalvar, tünd göy rəngli – 25 manat; nazik cins şalvar, şabalıd rəngli, ayaq hissəsi yazılı- 25 manat; nazik cins şalvar, açıq mavi rəngli, muncuqlu- 25 manat; cins şalvar, şabalıd rəngli, sadə - 25 manat; qara rəngli, ayağı büzməli şalvar – 40 manat; bir ədəd havalı fen-50 manat; bir ədəd ütü fen, Braun firmadan- 40 manat; qalın idman dəst, yaşıl rəngli, papaqlı- 50 manat; qalın idman dəst, qarışıq rəngli, papaqlı- 50 manat; qalın idman dəsti, qara və şabalıd rəngli, sinəsi sepli- 50 manat; qalın idman dəsti, kül rəngli, papaqsız, sinəsi sepli -40 manat; qalın idman dəsti, qolları qara rəngli, papaqlı – 50 manat; qalın idman dəsti, krem rəngli, sinəsi və ayaqları yazılı -50 manat; bir ədəd uzun çəkmə, qara rəngli – dəri – 70 manat; qısa çəkmə, şabalıd rəngli-40 manat; qısa çəkmə, qara rəngli-20 manat; bir ədəd havalı fen, daraqlı-40 manat; bir ədəd fen, burmaq üçün-50 manat; krasofka, ağ rəngli, kəndirli-30 manat; krasofka, yay üçün, sadə, ağ-20 manat; krasofka, krem rəngli-20 manat; toy ayaqqabısı, ağ rəngli, üstlü qaşlı- 50 manat; toy ayaqqabısı, açıq çəhrayı rəngli, dikdaban-35 manat; toy ayaqqabısı, qara rəngli, zamuş parçadan-40 manat; toy ayaqqabısı, qara rəngli, laklı, dikdaban-40 manat; toy ayaqqabısı, şabalıd rəngli, ipli, dikdaban-40 manat; toy ayaqqabısı, krem rəngli, üstlü qaşlı-30 manat; bir ədəd fen ukladka üçün-40 manat; bir dəst yubka-kofta, krem rəngli-50 manat; pasanoşka, qara və çəhrayı rəngli-25 manat; pasanoşka, krem rəngli, alçaq daban- 25 manat; pasanoşka, qarışıq rəngli, dik daban-25 manat; qafri yubka, qara rəngli-30 manat; qafri yubka, küll rəngli-25 manat; bir ədəd vitrovka, qara rəngli-50 manat; bir ədəd palto, qara rəngli, uzun, varatnikli, mexli-100 manat; bir ədəd jaket şabalıd rəngli, düyməli, uzun-60 manat; bir ədəd jelet qara rəngli, uzun – 30 manat; bir ədəd jelet, şabalıd rəngli, uzun – 30 manat; bir ədəd pencək, qara rəngli, papaqlı –40 manat ibarət geyim əşyalarının natura şəklində, natura mövcud olmazsa əşyaların cəmi dəyəri 2405 manat və dörd bölməli kül rəngli qorka-1000 manat; dörd bölməli mavi rəngli künc divan mebeli -1000 manat; bir ədəd güzgülü iki tumbuçkalı kamot-500 manat; bir ədəd stol 6 ədəd stul üstü döşəkçəli-500 manat; yataq mebel dəsti-çarpayı iki nəfərlik bir ədəd sandıq, iki tumbuçka, bir ədəd termo bir ədəd şkaf, altı qapılı iki güzgülü bir ədəd termo stolu 3000 manat; on altı dəst müxtəlif ölçülü, müxtəlif formalı pastel dəsti-500 manat; bir ədəd xrustal meyvə qabı, böyük, TOMfirmadan-500 manat; bir ədəd güldan, xrustal, böyük, TOM firmadan-300 manat; iki ədəd ləpə qabı, xrustal, sadə-cəmi 70 manat; on iki ədəd (böyük-kiçik) TOMfirmadan rumka, xrustal-200 manat; əlli dörd ədəd müxtəlif ölçülü, müxtəlif bəzəkli rumka-300 manat; bir ədəd kampot qabı, gümüşü rəngli, BAGEMA firmadan-300 manat; on iki ədəd naxışlı stəkanlar, üstü ceyran şəkilli-60 manat; bir ədəd yaşıl nahar servisi-500 manat; bir ədəd madonna çay servisi-500 manat; dörd dəst çay servisi altı nəfərlik-200 manat; dörd ədəd xrustal meyvə qabı-cəmi 100 manat; dörd ədəd xrustal konfet qabı-cəmi 100 manat; dörd ədəd xrustal tort qabı-cəmi 100 manat; iki ədəd xrustal dairəvi tort qabı-cəmi 60 manat; yeddi ədəd sadə tort boşqab dəsti-100 manat; müxtəlif ölçülü, müxtəlif naxışlı meyvə qabları 8 ədəd xrustal-cəmi 160 manat; müxtəlif ölçülü , müxtəlif naxışlı konfet qabları, 8 ədəd xrustal- cəmi 160 manat; dörd ədəd ləpə qabı, xrustal-cəmi 60 manat; bir ədəd xrustal ləpə qabı, TOMfirmadan-200 manat; on iki ədəd duz qabı, xrustal-40 manat; on iki ədəd rozetka, mürəbbə üçün-40 manat; on iki ədəd limon qabı, xrustal-40 manat; altı ədəd şəkər qabları-cəmi 20 manat; mətbəx dəstləri (çay,şəkər,qənd,düyü qabları)-cəmi 60 manat; on iki ədəd ədviyyat qabları-cəmi dəyəri 100 manat; üç ədəd bıçaq dəsti, müxtəlif formalı, müxtəlif ölçülü-cəmi 80 manat; mətbəx dəsti (balta var)-80 manat; iki ədəd orta Rusiya qazanları, nikel-cəmi 170 manat; iki ədəd balaca tuj tava-cəmi 20 manat; üç ədəd (böyük-kiçik) tava-cəmi 60 manat; bir ədəd böyük aliminium qazan-40 manat; dörd ədəd (böyük-kiçik) vanna-cəmi 40 manat; paltar setkası-10 manat; iki ədəd şirəli vedrə, mavi rəngli-cəmi 40 manat; iki ədəd şirəli qufluca, mavi rəngli-cəmi 20 manat; aşsüzən, aliminium-10 manat; əlavə (böyük-kiçik) ləyənlər, altı ədəd, şirəli-cəmi 150 manat; altı ədəd aliminium ləyən-cəmi 100 manat; üç ədəd dəmir (böyük-kiçik) vedrələr-cəmi 50 manat; üç ədəd bahalı nikkel padnus-50 manat; dairəvi nikel padnus, üç ədəd-cəmi dəyəri 60 manat; dörd ədəd salfetka qabı, şüşə, sadə-cəmi dəyəri 40 manat; iki ədəd TOMfirmadan, xrustal, konfet qabı-cəmi 400 manat; iki ədəd böyük xrustal gülqabı, sadə-cəmi 160 manat; üç ədəd eyni ölçülü yaşıl bagema gülqabı-cəmi 300 manat; iki ədəd yaşıl meyvə qabı, BAGEMA firmadan-cəmi dəyəri 200 manat; bir ədəd qırmızı böyük gülqabı, BAGEMA firmadan-100 manat; bir ədəd göy bagema meyvə qabı, tünd göy rəngli-100 manat; altı ədəd meyvə qabı, xrustal-140 manat; iki ədəd balaca ləpə qabı, xrustal, üçkünc formalıcəmi dəyəri 30 manat; iki ədəd su krafinkası, xrustal-cəmi dəyəri 60 manat; on iki ədəd güllü (böyük-kiçik) bulud-cəmi 100 manat; iki ədəd su krafinkası, xrustal-cəmi 100 manat; iyirmi dörd ədəd dovğa kasası və çömçəsi-cəmi 60 manat; qırmızı güllü boşqab dəsti, on iki nəfərlik-cəmi 60 manat; on iki ədəd qırmızı dovğa kasası-cəmi 30 manat; iyirmi dörd ədəd stalişni kasası-cəmi 30 manat; on iki ədəd yaşıl rəngli kasa, sadə-cəmi 30 manat; iyirmi dörd ədəd bahalı xrustal çay stəkanı-250 manat; iyirmi dörd ədəd bahalı ağ və gümüşü rəngli nəlbəki-cəmi 100 manat; bir ədəd xrustal külqabı, sadə-20 manat; on iki ədəd kompot üçün rumka, sadə, şüşə, ağ rəngli-50 manat; dörd cür (otuz ədəd) gümüşü bəzəkli ağ boşqab dəsti, ona uyğun iyirmi dörd ədəd ağ rumkalar-cəmi 240 manat; iyirmi dörd ədəd xörək qaşığı, qırx səkkiz ədəd çəngəl, qırx səkkiz ədəd çay qaşığı, qırx səkkiz ədəd bıçaq-cəmi qiyməti - 50 manat; çamadan formalı qabda olan çəngəl, qaşıq, bıçaq dəsti iyirmi dörd nəfərlik-cəmi dəyəri 150 manat; altı ədəd balaca dəm çayniki, bir ədəd balaca şirəli çaynik-cəmi dəyəri 60 manat; tefal samovar və çaynik dəsti-60 manat; iyirmi dörd ədəd sadə çay stəkanı, iyirmi dörd ədəd yaşıl rəngdə nəlbəki ilə-cəmi dəyəri 30 manat; keramika qazan dəsti, krem rəngli, şüşə qapaqlı, beş ədəd müxtəlif ölçülü-450 manat; rusiya istehsalı qazan dəsti, nikel, müxtəlif ölçülü beş ədəd-200 manat; güllü qazan və çaynik dəsti, şirəli-140 manat; bir dəst göy rəngli, şirəli, qazan dəsti, müxtəlif ölçülü-30 manat; bir dəst qırmızı rəngli qazan dəsti şirəli, müxtəlif ölçülü-30 manat; nikkel qazan dəsti, müxtəlif ölçülü dörd ədəd-30 manat; iki ədəd şamdan şüşə-cəmi qiyməti 10 manat; qırmızı rəngli ağzı qapaqlı şəkər qabları-cəmi qiyməti 10 manat; iki ədəd böyük xrustal lotqa konfet qabı-cəmi dəyəri 60 manat; bir ədəd qapalı su qabı,sadə-5 manat; iki ədəd tort bıçaqları və enli çəngəllər-cəmi qiyməti 10 manat; iki ədəd xrustal meyvə qabı ayaqlı-cəmi qiyməti 60 manat; bir ədəd divar saatı oval formalı-60 manat; bir ədəd ütü stolu böyük-30 manat; bir ədəd televizor Samsung markalı plazma ekran-dəyəri 800 manat; bir ədəd paltaryuyan maşını Samsung markalı avtomat 6 kq- dəyəri 600 manat; bir ədəd sok çəkən maşın-dəyəri 40 manat; bir ədəd ət çəkən elektrikli maşın-qiymət 120 manat; bir ədəd kofemolka-30 manat; bir ədəd blender-20 manat; bir ədəd ləpə çəkən-30 manat; bir ədəd soğan doğrayan-10 manat; bir ədəd mikser-30 manat; iki ədəd gecə lampası oval formadacəmi qiyməti 50 manat; iki ədəd xalça, mavi rəngli 3X5 ölçülü-cəmi qiyməti 800 manat; bir ədəd xalça 2X3 ölçülü iki ədəd balaca xalça ilə yataq otağı üçün cəmi dəyəri 300 manat; bir ədəd belgiya istehsalı qırmızı rəngdə xalça 2X3 ölçülü-300 manat; bir ədəd tozsoran qırmızı rəngli-70 manat; iki cüt xrustal, səkkiz şamlı çılçıraq-cəmi dəyəri 300 manat; bir ədəd beş şamlı çılçıraq-150 manat; bir ədəd pələng rəmgli pakrıval-40 manat; bir dəst villur pakrıval-60 manat; bir ədəd pakrıval, gəlincik formalı-300 manat; iki ədəd yun pakrıvalcəmi dəyəri 80 manat; bir ədəd süfrə bəzəkli-70 manat; bir süfrə villur jurnal stolu üçün-70 manat; bir dəst iki nəfərlik krem rəngli postel üzü-130 manat; iyirmi dörd ədəd müxtəlif ölçülü, müxtəlif rəngli əl-üz məhrəbası- cəmi qiyməti 100 manat; on iki ədəd müxtəlif rəngli, müxtəlif ölçülü hamam dəsmalı - cəmi qiyməti 100 manat; iyirmi dörd ədəd müxtüəlif ölçülü, müxtəlif rəngli çay dəsmalı - cəmi qiyməti 100 manat; iki ədəd iyirmi dörd nəfərlik süfrə müxtəlif rəngli, müxtəlif bəzəkli - 50 manat; on ədəd müxtəlif rəngli, müxtəlif ölçülü süfrəcəmi dəyəri 100 manat; bir ədəd iki nəfərlik yun yorğan-150 manat; dörd ədəd tək nəfərlik yun yoğan-200 manat; altı ədəd balınc böyük-180 manat; iki ədəd balınc balaca-20 manat; bir ədəd iki nəfərlik yun döşək-160 manat; iki ədəd tək nəfərlik yun döşək-200 manat; bir ədəd künc divanı üçün örtük-30 manat; iki ədəd tək divan-cəmi dəyəri 300 manat; bir ədəd kreslo üstü-30 manat; iki ədəd qırmızı çomadan-40 manat; bir ədəd təkərlikli çamodan-30 manat; bir ədəd mətbəx naboru (çömçə,qaşıq,bıçaq və s.)-60 manat; bir ədəd mətbəx taxtası, tyorka-cəmi 10 manat; üç ədəd qulplu aşsüzən-15 manat; sarımsaq əzən, banka ağzı açan, qozqıran-cəmi dəyəri 10 manat; bir ədəd vedrə pas pas-20 manat; bir ədəd dəsmal şotku-10 manat; bir dəst pol ağacı-10 manat; bir ədəd yayqı və oxlov-10 manat; bir ədəd şotku süpürgə, bir ədəd zibil qabı-cəmi 20 manat; bir ədəd elektrikli qırmızı rəngli isitici-20 manat; bir ədəd elektrikli ventelyator-20 manat ibarət cehiz əşyalarının natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 22765 (iyirmi iki min yeddi yüz altmış beş) manat alınaraq İddiaçı verilsin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 350 (üç yüz əlli) manat pul alınıb İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 174 (bir yüz yetmiş dörd) manat və mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-78/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-78/2025
17.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver