Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-79/2025 17.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan 6150 (altı min bir yüz əlli) manat dəyərində, 6 adda qızıl-zinət əşyalarının, 980 (doqquz yüz səksən) manat dəyərində cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 41 manat dövlət rüsumunun, 51 manat mediasiya xərcinin, cəmi 7222 (yeddi min iki yüz iyirmi iki) manat pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 onun əri, Cavabdeh1 isə qaynanasıdır. Cavabdeh2 ilə öz istəyi ilə ailə qurmuşdur. Toyu olan gün cavabdeh qayınanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar qızıl-ziynət əşyaları hədiyyə etmişlər. Cavabdehlər qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edirlər. Buna görə də məcbur olub, hazırkı iddianı qaldırmışdır. Cavabdehlərdə qalan qızıl-zinət əşyaları bir ədəd qızıl üzük, brilyant qaşlı, fantaziya formalı, 583 əyarlı, 8 qramlıq- 1500 manat; bir ədəd qızıl sep, 16 qramlıq, 583 əyarlı-1500 manat; bir dəst sırğa-üzük dəst, qızıl, yumru formalı, qaşsız, qayınatası hədiyyə vermişdir- 800 manat; bir ədəd sep, qızıl, klonla birlikdə, 12 qramlıq, 583 əyarlı – 1000 manat; bir ədəd sep, qızıl, klonlu, üstündə baş həriflər yazılan, 4 qramlıq, 583 əyarlı anası hədiyyə etmişdir -450 manat; bir ədəd bilərzik, qızıl, kəpənəkli, 4 qramlıq, 583 əyarlı, zəncir formasında, həyat yoldaşı ad günündə hədiyyə vermişdir - 300 manat; bir ədəd üzük, qızıl, gül formasında, qaşsız, 4 qramlıq, 583 əyarlı - toyda baldızı Hüsnücahan hədiyyə etmişdir- 300 manat; bir ədəd üzük, qızıl, sadə, qaşsız, dördkünc formalı, 4 qramlıq, 583 əyarlı - 300 manat, cəmi 6150 (altı min bir yüz əlli) manat ibarətdir. Cehiz əşyaları bir ədəd saç buran fen, çəhrayı rəngli, sadə-50 manat; bir ədəd uklatka fen, qara rəngli, BRAUN markalı-50 manat; bir ədəd saç qurutma feni, qara rəngli,sadə-50 manat; iki ədəd tort qabı, HEVSAN firması, qızılı rəngli, bəzəkli, dairəvi cəmi 180 manat; bir dəst kamot qabı, qızılı rəngli,naxışlı, böyük, 5 dənəlik-650 manat, cəmi 980 (doqquz yüz səksən) manat dəyərində əmlakdır. Qeyd edilənlərə əsasən ona məxsus olan, yuxarıda qeyd olunan 6150 (altı min bir yüz əlli) manat dəyərində, 6 adda qızıl-zinət əşyalarının, 980 (doqquz yüz səksən) manat dəyərində cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 41 manat dövlət rüsumunun, 51 manat mediasiya xərcinin, cəmi 7222 (yeddi min iki yüz iyirmi iki) manat pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahadat verib əlavə olarq bildirdi ki, 2020-ci ildə Cavabdeh2 ilə faktiki olaraq ailə həyatı quraraq nikahlarını 2021-ci ildə rəsmiləşdirmişlər. Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Bir ildən çoxdur ki ata evində yaşayır. Toyları olan vaxt ona hədiyyə olunan qızılları cavabdehlərə məxsus evdə ailə kimi birlikdə yaşayan vaxtı əri Cavabdeh2 pul qarşılığında girov qoymuşdur. Ayrılmamışdan əvvəl ödənişlər edilmədiyi üçün qızıllar satılmışdır. Bundan başqa özünə məxsus bütün cehiz əşyalarını cavabdehlərin yaşadığı evdən götürmüş olsa da iddia ərizəsində qeyd etdiyi əşyaları götürə bilməmişdir. Qeyd edilənlərə əsasən ona məxsus olan, yuxarıda qeyd olunan 6150 (altı min bir yüz əlli) manat dəyərində, 6 adda qızıl-zinət əşyalarının, 980 (doqquz yüz səksən) manat dəyərində cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 41 manat dövlət rüsumunun, 51 manat mediasiya xərcinin, cəmi 7222 (yeddi min iki yüz iyirmi iki) manat pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, 2020-ci ildə İddiaçı ilə oğlu Cavabdeh2 faktiki evlənmiş, lakin 2021-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Hal-hazırda ayrılmışlar. İddiaçı bir neçə dəfə cehiz və geyim əşyalarını aparmaq üçün gəlmişdir. Hazırda iddia ərizəsində qeyd etdiyi qızıllar və cehiz əşyaları onda və oğlunda deyil. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili X5 cavabdehin izahatının məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 ifadəsində bildirmişdir ki, İddiaçı onun qızıdır. İddiaçı ilə Cavabdeh2 2020-ci ildə el adəti ilə toyları olmuş, nikahı 2021-ci ildə rəsmiəşdirmişlər. Toyda qızı Mehribana qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Hal-hazırda onlar ayrılmışlar. Qızına məxsus qızıl-zinət əşyalarını cavabdehlər qaytarmaqdan imtina edirlər. Evli olan zaman onlar qızılları girov qoyaraq kreditə pul götürmüşlər. Kreditin ödənişlərini gecikdirildiyi üçün qızıllar satılmışdır. Cehiz əşyalarının götürərkən qızılları və digər cehiz əşyalarını istədikdə cavabdeh qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısı qızıdır. İddiaçı touyunda iştirak etmişdir. Toy hədiyyə olaraq ona qızıllar hədiyyə olunmuşdur. İddiaçı hal-hazırda cavabdehdən ayrılmış, valideynlərinin yanında yaşayır. Mehribana məxsus qızıl-zinət əşyalarını cavabdehlər qaytarmır. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirmişdir ki, İddiaçı əmisi arvadıdır. İddiaçı Cavabdeh2 ilə 2020-ci ildə ailə qurmuşlar. Mehriban ayrıldıqdan sonra cehiz əşyalarını yığan zaman qayınanasından qızılları istədikdə qızılların onda olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2024-cü il tarixli 29 nömrəli arayışdan görünür ki, Cavabdeh2 və X1 nikahı Şəmkir rayon qeydiyyat şöbəsində 22 iyun 2021-ci il tarixdə 137 nömrəli aktı ilə qeydə alınmışdır. Nikahdan sonra ərə “Hadıyev” və arvada “Hadıyeva” soyadı verilmişdir. İş materiallarında olan 31 avqust 2021-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, X16 31 dekabr 2021-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında Cavabdeh2, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli aktın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 16(076)-8/2025-ci saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X7, icra məmuru X4, borclu Cavabdeh1 və borclunun valideyinləri X3, X8 iştirakları ilə icra sənədində qeyd edilən ünvan 1 ünvanda baxış keçirilmiş və qızıl-ziynət və digər cehiz əşyaları aşkar edilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 ilə 2020-ci ildə el adəti ilə ailə qurmuş, 2021-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Onların birgə ailə həyatından xx.xx.2021-ci il təvəllüdlü Emin adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında baş vermiş narazılıqlara görə 2023-cü ildə faktiki olaraq ayrılmışlar. İddiaçının tələbinə görə, ona hədiyyə edilən qızıl-zinət və cehiz əşyaları hazırda cavabdehlərdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş, tələb etdiyi əşyaların cavabdehdə olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının cavabdehlə faktiki ayrıdıqları və özünə məxsus əşyaları cavabdehlərin yaşadığı evdən apardığı vaxtdan 1 ildən çox müddət keçdikdən sonra ona məxsus əşyalarının cavabdehlərdə qalmasını iddia etməsini cavabdehin izahatı və məhkəməyə təqdim edilmiş sübutlar fonunda inandırıcı hesab etmir və qiymətləndirib nəzərə alır. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin aktından da müəyyən olunur ki, iddia ərizəsində qeyd edilən əşyalar cavabdehlərin yaşadığı, iddiaçının gəlin köçdüyü evdə aşkar edilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında qızıl-zinət əşyalarının birgə nikahda olan zaman cavabdeh tərəfindən girov qoyularaq pul götürülməsini və pulu ödəmədiyindən qızılların satılmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, qızıl zinət əşyalarının tərəflərin birgə təsərrüfat aparması dövründə girov qoyularaq satılmasını qeyd etdiyindən iddia rədd edilməlidir. Məhkəmə, məhkəmə baxışı iclasında iddiaçıların vəsatəti əsasında dindirilmiş şahid ifadələrini isə mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər iddia tələbində göstərilən hallarla bağlı yalnız ümumi ifadə verməklə iddiaçıların qeyd etdikləri halları təsdiq edə bilməmişlər. Eyni zamanda şahid X9 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahid iddiaçılarla yaxın qohumluq münasibətindədir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-79/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-79/2025
17.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver