Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-250/2024 13.08.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 208,33 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Tərtər rayonu Qarağacı kəndi ərazisində su arxının yaxınlığında qazıntı işləri aparılan zaman İddiaçı MMC-nin Mərkəzi Aran regional filialının Tərtər şöbəsinə məxsus “FO 8” markalı optik rabitə kabeli yararsız hala salınmışdır. Hadisə nəticədə İddiaçı MMC-yə 208,33 manat məbləğində ziyan dəymişdir. Cavabdehdin ünvanına zərərin könüllü ödənilməsi barədə xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və vurulmuş zərərin ödənilməsi xahiş edilmişdir, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, işin faktiki hallarını və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin Mərkəzi Aran regional filialının Tərtər şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli “rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə” aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Qarağacı kənd EATS ərazisində Cavabdeh bel ilə su arxının kənarında qazıntı edərkən istismarda olan birləşdirici “FO 8” markalı kabel xətti sıradan çıxmışdır. Akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı MMC-nin Mərkəzi Aran regional filialının xx.xx.2024-cü il tarixli smetasının surətindən görünür ki, sıradan çıxarılmış rabitə xəttinin bərpası üçün 208,33 manat məbləğində pul vəsaiti tələb olunur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə 5 iş günü ərzində dəymiş zərərin ödənilməsi təklif olunmuş, əks təqdirdə zərərin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6-cı bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Həmin Qanunun 35.3-cü maddəsinə görə telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Tərtər rayonu Qarağacı kəndi ərazisində su arxının kənarında bel ilə qazıntı işləri aparan zaman İddiaçı MMC-nin Mərkəzi Aran regional filialının Tərtər şöbəsinə məxsus “FO 8” markalı kabel xəttini sıradan çıxarması nəticəsində iddiaçıya 208,33 manat məbləğində maddi ziyan yetirməsi sübuta yetirimişdir. Ona görə də, iddia tələbi təmin edilərək həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 208,33 (iki yüz səkkiz manat 33 qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-250/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-250/2024
13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver