Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-3/2021 26.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı «xxxx» BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq,cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 10 963,57 (on min doqquz yüz altmış üç) manat məbləğində əsas borc,1505,07 (min beş yüz beş) manat məbləğində faiz borcu, 4125 (dörd min yüz iyirmi beş) manat məbləğində cərimə borcu, 623,43 (altı yüz iyirmi üç) manat müqavilənin 3.4-cü bəndinə əsasən Borcverən borcun tutulması üçün borcalana qarşı səlahiyyətli dövlət orqanına müraciət etdikdə borc məbləğinin 5% miqdarında hesablanan cərimə borcu olmaqla, cəmi 17217,07 (on yeddi min iki yüz on yeddi) manat borc,iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi,131 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 «xxxx» BOKT MMC-yə olan 17217,07 manat kredit borcunun ödənilməsi,ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı 02.09.2020-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək, cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 10383,28 (on min üç yüz səksən üç) manat məbləğində əsas borc, 2579,53 (iki min beş yüz yetmiş doqquz) manat məbləğində faiz borcu, 3125 (üç min yüz iyirmi beş) manat məbləğində cərimə borcu, 804,39 (səkkiz yüz dörd manat otuz doqquz qəpik) manat müqavilənin 3.4-cü bəndinə əsasən Borcverən borcun tutulması üçün borcalana qarşı səlahiyyətli dövlət orqanına müraciət etdikdə borc məbləğinin 5% miqdarında hesablanan cərimə borcu olmaqla,16892,20 (on altı min səkkiz yüz doxsan iki) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivi,131 nömrəli fərdi yaşayış evinə yönəldilməsi,həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 «xxxx» BOKT MMC-yə olan 16892,20 manat kredit borcunun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra «xxxx» BOKT MMC-nin nümayəndəsi 22.02.2021-ci il tarixli maliyyə arayışı təqdim edərək,13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 10383,28 manat əsas borc, 2991,87 manat faiz borcu və 2573,54 manat cərimə borcu olmaqla, cəmi 15922,73 manat məbləğində borcu hesablandığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 30% müəyyən edilməklə, hər ay 838,69 manat ödəmək şərti ilə 15000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh1 arasında 13 iyun 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH №0005722,110621190 qeydiyyat nömrəli, 06.07.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivində yerləşən 131 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur.Qeyd edilən ipoteka müqaviləsi 21.06.2018-ci il tarixində qeydə alınmış və daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə dair çıxarış verilmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetinin müstəqil qiymətləndirici “xxxx” tərəfindən 12.06.2018-ci il tarixində likvid dəyəri 42000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcundan 01.09.2020-ci il tarixinə kimi əsas borc üzrə 4616,72 manat, faiz borcu üzrə 6581,30 manat və ödənişlərdə gecikmələr olduğundan cərimə borcu üzrə 1565,98 manat olmaqla, ümumilikdə 12764 manat məbləğində ödəniş etmişdir. Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 22.02.2021ci il tarixinə kredit müqaviləsi üzrə əsas borc 10383,28 manat, kredit faizi 2991,87 manat və cərimə borcu 2573,54 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaqla 15000 manat məbləğində borc pul verilmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 15000 manat məbləğində almış olduğu krediti 13.07.2018-ci ildən başlayaraq hər ay 838,69 manat ödəniş etməklə 13.06.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında imzalanmış 13 iyun 2018-ci il tarixli 2018/00407İ saylı ipoteka müqaviləsindən görünür ki, əmlak dəyəri 42000 manat razılaşdırılmış və DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH №0005722,110621190 qeydiyyat nömrəli,06.07.2006-cı il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivində yerləşən 131 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********00-10301 reyestr nömrəsi,110621190 qeydiyyat nömrəsi,06.07.2006-cı il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,3 otaqlı,46,36 kv.m yaşayış,10,24 kv.m köməkçi sahədən ibarət 131 nömrəli yaşayış fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21.06.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivində yerləşən 87,62 kv.m sahədən ibarət 131 nömrəli fərdi yaşayış evi birlikdə ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1342 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “Asan ödəniş” sisteminə ödənilmiş 19.09.2019-cu il tarixli **********75 saylı ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - “xxxx” MMC-nin 12.06.2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, 56.6 kv.m ümumi,46.36 kv.m yaşayış və 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli,3 otaqlı,131 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 50000 manat,likvid dəyəri 42000 manat məbləğində müəyyən edilmişdir. - X3 17.12.2019-cu il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - «xxxx» BOKT MMC-nin 22.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi üzrə 22.02.2021-ci il tarixinə olan borcu 10383,28 manat əsas borc, 2991,87 manat faiz borcu və 2573,54 manat cərimə borcu olmaqla,cəmi 15922,73 manat təşkil edir. - “xxxx” MMC-nin 03.07.2020-ci il tarixli 0931/20/KBOKT saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki,Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivində istifadə olan 0,12 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli,3 otaqlı,56,63 m2 ümumi,46,36 m2 yaşayış və 10,24 m2 yardımçı sahədən ibarət 131 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiyməti 65000 manat təşkil edir. İddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,«xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi bağlanmış,həmin kredit müqaviləsinin təminatı kimi «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada 13 iyun 2018-ci il tarixli 2018/00407İ saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivində istifadə olan 131 nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşdur.Qeyd edilən kredit müqaviləsinə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı hesablanmış faiz məbləği kredit müqaviləsinə və ona əlavə edilmiş ödəniş qrafikinə uyğun gəlmədiyindən məhkəmənin 12.11.2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2019-cu il tarixli 29623 saylı rəyinə əsasən «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi üzrə 07.11.2019-cu il tarixinə 10705,26 manat əsas borc və 52,26 manat faiz borcu hesablanmışdır. Daha sonra iddiaçı «xxxx» BOKT MMC-nin nümayəndəsi iddia ərizəsinə əlavə verərək, Cavabdeh2 02.09.2020-ci il tarixinə 10383,28 manat əsas borcu, 2579,53 manat faiz borcu, 3125 manat dəbbə pulu və 804,39 manat müqavilənin 3.4-cü bəndinə əsasən Borcverən borcun tutulması üçün borcalana qarşı səlahiyyətli dövlət orqanına müraciət etdikdə borc məbləğinin 5% miqdarında hesablanan cərimə borcu olmaqla, cəmi 16892,20 manat borcu hesablanmışdır. Məhkəmənin 09.09.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə əlavə verdildiyindən yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2020-ci il tarixli 9/3859 saylı rəyinə əsasən «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə,yəni 13.06.2020-ci il tarixinə olan borcu 10705,26 manat əsas və 2246,84 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən iddia verilən tarixə,yəni 13.06.2020-ci il tarixinə qədər faiz borcu 2683,97 manat müəyyən edilmişdir. Daha sonra iddiaçı «xxxx» BOKT MMC-nin nümayəndəsi 22.02.2021-ci il tarixli maliyyə arayışı təqdim edərək Cavabdeh2 22.02.2021-ci il tarixinə 10383,28 manat əsas borcu, 2991,87 manat faiz borcu və 2573,54 manat cərimə borcu hesablandığını bildirmişdir. Məhkəmənin 22.02.2021-ci il tarixli qərardadı ilə 2991,87 manat faiz borcunun kredit müqaviləsinə və ona əlavə edilmiş ödəniş qrafikinə uyğun hesablandığını araşdırmaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021-ci il tarixli 09/1316 saylı rəyinə əsasən «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə,yəni 13.06.2020-ci il tarixinə olan borcu 10705,26 manat əsas və 1979,21 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən 18.12.2020-ci il tarixinə qədər faiz borcu 2333,60 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə,ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34-cü maddəsinin tələbinə görə əsas öhdəliyin,yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab olunur; Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı «xxxx» BOKT MMC ilə cavabdeh ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də, «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, müqaviləyə əsasən cavabdehdən 10383,28 manat əsas borc kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» BOKT MMC-yə ödənilməlidir. Məhkəmə kredit müqaviləsinə əsasən hesablanan 2991,87 manat məbləğində faiz borcu hissəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə Məhkəmə Ekpertizası Mərkəzinin 14.10.2020-ci il tarixli 9/3859 saylı rəyinə əsasən 2333,60 manat məbləğində təmin edilməlidir. Həmçinin iddiaçı «xxxx» BOKT MMC ilə cavabdeh ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407İ saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivi,131 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Müqavilə bağlanarkən ipoteka predmetinin qiyməti 42000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmadığından həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməli və ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivi,131 nömrəli fərdi yaşayış evinə yönəldilməli, əmlak açıq hərrac vasitəsilə satılmalı, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh2 «xxxx» BOKT MMC-yə olan borcu və dövlət rüsumu ödənilməli,ipoteka predmetinə tutma yönəldildikdən sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti “xxxx” MMC-nin 03.07.2020-ci il tarixli 0931/20/KBOKT saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş likvid dəyəri ilə, yəni 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır. Odur ki, iddiaçının 22.02.2021-ci il tarixə hesablanmış tələb edilən 2573,54 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 173 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci 320 manat təşkil ediir.Həmin məbləğin 160 manatı iddiaçıdan, 160 manat isə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki,«xxxx» BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsinə xitam verilməli,Cavabdeh2 10383,28 manat məbləğində əsas borc, 2333,60 manat məbləğində faiz borcu,173 manat məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq «xxxx» BOKT MMC-yə ödənilməli, tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 131 nömrəli fərdi yaşayış evinə yönəldilməli, əmlak açıq hərrac vasitəsilə satılmalı, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh2 «xxxx» BOKT MMC-yə olan borcu və dövlət rüsumu ödənilməli,ipoteka predmetinə tutma yönəldildikdən sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» BOKT MMC ilə Cavabdeh2 arasındabağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 10383,28 (on min üç yüz səksən üç) manat əsas borc, 2333,60 (iki min üç yüz otuz üç) manat faiz borcu, 173 (yüz yetmiş üç) manat cərimə borcu olmaqla, cəmi 12 889,88 (on iki min səkkiz yüz səksən doqquz) manat məbləğində borc və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» BOKT MMC-nin xeyrinə ödənilsin. Tələb ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 87,62 kv.m sahədən ibarət 131 nömrəli fərdi yaşayış evinə yönəldilsin, satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilsin, yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavavdeh Cavabdeh2 «xxxx» BOKT MMC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər,cərimə və dövlət rüsumu ödənilsin. Cavabdeh1 məxsus Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,Yeni yaşayış massivində yerləşən 87,62 kv.m sahədən ibarət 131 nömrəli fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. «xxxx» BOKT MMC-dən 160 (bir yüz altmış) manat və Cavabdeh2 160 (bir yüz altmış) manat məhkəmə mühasibatlıq ekspertiza xərcləri X1, kod 210005,VÖEN **********,müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi – VÖEN **********, Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319,büdcə səviyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-3/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-3/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver