Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-135/2024 09.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X4 və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinə qarşı əşyaların qanunsuz sahiblikdən alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinə qarşı əşyaların qanunsuz sahiblikdən alınması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onun tərəfindən 2007-ci ildə alınaraq Naxçıvan Muxtar Respublikasına gətirilmiş, Ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı və Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R210LC-7” markalı ekskavatorların cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o tikinti və qazma işlərinin görülməsi, qaz xətlərinin çəkilməsində istifadə edilməsi məqsədilə 2007-ci ilin sentyabr ayında Cənubi Koreya Respublikasından Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan “Hyundai R210LC-7” markalı, 2007-ci il buraxılışlı tırtırlı ekskavator və 2007-ci ilin oktyabr ayında Türkiyə Respublikasından Ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan “Hidromek 102S” markalı, 2007-ci il buraxılışlı təkərli ekskavator alaraq Naxçıvan Muxtar Respublikasına gətirmişdir. Belə ki, “Hidromek 102S” markalı ekskavator tərəfindən 01100/7110007 sorğu nömrəli, xx.xx.2007-ci il tarixli X12 ilə gömrük orqanına bəyan edilmiş, elə həmin tarixdə də gömrük ödənişləri tərəfindən ödənildikdən sonra gətirdiyi texnika Sədərək Gömrük İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasına buraxılmışdır. “Hyundai R210LC-7” markalı ekskavator isə tərəfindən 01800/7120002 sorğu nömrəli, xx.xx.2007-ci il tarixli X12 ilə gömrük orqanına bəyan edilmiş, elə həmin tarixdə də gömrük ödənişləri tərəfindən ödənildikdən sonra gətirdiyi texnika Naxçıvan şəhər Gömrük İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasına buraxılmışdır. Həmçinin “Hyundai R210LC-7” markalı ekskavator ilə bağlı Naxçıvan şəhər Gömrük İdarəsi tərəfindən onun adına “Azərbaycan Respublikasına Gətirilən Nəqliyyat Vasitəsi üçün”139735 nömrəli, xx.xx.2007-ci il tarixli vəsiqə də verilmişdir. O qeyd olunan texnikaları daşınar əşyaların dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyatdan keçirənə qədər həmin texnikalar təxminən 2008-ci ilin əvvəllərində qeyri-rəsmi formada məcburi şəkildə onun əlindən alınmış və Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinə verilmişdir. Daha sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xx.xx.2013-cü il fərmanına əsasən Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkəti ləğv edilmiş və onun bazası əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri yaradılmışdır. Ona məxsus, Ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan “Hidromek 102S” markalı ekskavator hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin, Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan “Hyundai R210LC-7” markalı ekskavator isə Komitənin Naxçıvan Şəhər İdarəsinin qanunsuz istifadəsindədir və həmin İdarələrin həyətində saxlanılır. Qeyd olunan hər iki texnika bu günədək daşınar əşyaların dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçməmişdir və cavabdeh qurum tərəfindən digər texnikaların dövlət nömrə nişanları həmin ekskavatorların üzərinə bağlanılaraq qanunsuz şəkildə istifadə edilir. Qeyd olunan texnikaların ona qaytarılması ilə bağlı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eyni zamanda da həmin texnikaların cavabdeh qurumun qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər etməyinə baxmayaraq bu günədək bir nəticə əldə etmək mümkün olmamış, müraciətlərinə cavab olaraq məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərdən və istinad etdiyi sənədlərdən də məlum olduğu kimi Ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan “Hidromek 102S” markalı və Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan “Hyundai R210LC-7” markalı ekskavatorlar ona məxsus olmuş, həmin ekskavatorları Azərbaycan Respublikasına, daha dəqiq deyilsə Naxçıvan Muxtar Respublikasına o öz vəsaiti hesabına alıb gətirmişdir. Lakin qeyd olunan texnikalar Muxtar Respublikası ərazisinə gətirildikdən sonra 2008-ci ilin əvvəllərində qeyri-rəsmi formada məcburi şəkildə onun əlindən alındığı üçün daşınar əşyaların dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə öz adına qeydiyyatdan keçirə bilməmişdir. Bu səbəbdən də hesab edir ki, Ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan “Hidromek 102S” markalı və Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan “Hyundai R210LC-7” markalı ekskavatorların cavabdehin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsinə dair qətnamə qəbul edilməlidir. 12 dekabr 2023-cü il tarixdə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X6 iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, iddiaçı, İddiaçı iddia ərizəsində bildirir ki, adı çəkilən maşınmexanizmlərin şəxsin mülkiyyətinə aid olmasını təsdiq edən sənədlər yoxdur. Məlum olduğu kimi mövcud qanunvericiliyə əsasən mülkiyyət hüququ əşyanın mülkiyyətə aid olmasını müəyyən edən sənədlərin notarial qaydada təsdiq edilməsi əsasında, sərəncam vermək hüququ isə dövlət reyestrindən keçdikdən sonra yarana bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi mülkiyyət hüququna malik olduqda əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Hazırkı vəziyyətdə isə iddiaçının təqdim etdiyi sənədlərdə adı çəkilən maşın-mexanizmlərin onun mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı hüquqi sənəd yoxdur. İddiaçı tərəfindən adı çəkilən maşın-mexanizmlər Komitənin tabeli idarələrinin mülkiyyətinə, sahibliyinə Mülki Məcəllənin 181.6-cı maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxsin yenidən təşkil edilməsi və ona məxsus əmlaka mülkiyyət hüququnun əldə edilməsi, hüquqi varisliyi ilə qəbul edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası X14 06 fevral 2013-cü il tarixli Fərmanına əsasən ləğv edilmiş Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin əmlakı və şəhər (rayon) idarələri özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin ləğv edilməsi ilə əlaqədar Şirkətin Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin balansında olan maşın-mexanizmlər balansdan-balansa, Komitənin tabeli idarələrinin balansına keçirilmişdir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir. Qeyd edilənlərə əsasən ötən müddət ərzində iddiaçının öz hüquqlarını qorumaq üçün qanunvericilik çərçivəsində hər hansı hərəkət (və ya hərəkətsizliyi) etməməsi, mülkiyyət hüququ təsdiq edilməyən əsaslarla daşınar əşyaya mülkiyyət hüququnun bərpa olunmasını tələb edilməsinin mövcud qanunvericilik çərçivəsində hüquqi əsasının olmadığını əsas gətirərək iddia ərizəsinə etirazlarını bildirirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan rayon (şəhər) idarələri, o cümlədən Naxçıvan Şəhər İdarəsi və Ordubad Rayon İdarəsi Naxçıvan Muxtar Respublikası X14 birinci müavininin 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fərmanına əsasən Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirməyə açıq elan edilmiş, təhvil-təslim aktı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Hazırda iddia ərizəsində cavabdeh qismində adı çəkilən Naxçıvan Şəhər İdarəsi və Ordubad Rayon İdarəsi Komitənin tabeliyində fəaliyyət göstərmir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsi məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasları zamanı İddiaçı izahatında iddia ərizəsində bütün halların ətraflı qeyd olunduğunu, iddia ərizəsinə əlavə olaraq 2006-cı ildə qardaşı Abbasov Səfəri çağıraraq qaz xətlərini çəkməyini istədiklərini, qardaşının mühəndis olduğunu, özünün 1993-cü ildən Bakı şəhərində yaşadığını, orada bizneslə məşğul olduğunu, qardaşının həmin vaxt yəni, 2006-cı ildə onunla əlaqə saxlayaraq “burada ekskavator kimi texnikalar yoxdur, gətir icarəyə verərək işlədək” dediyini, onun da gətirdiyini, sonra Naxçıvan MR Nazirlər Kabinetinin Baş nazirinin müavininin onlarla əlaqə saxladığını və “rəhbərlikdən texnikaları verin bizə biz işlədək, bizə bağışlayın deyirlər” dediyini, sonra da texnikaları götürdüklərini, Daxili İşlər Nazirliyinə müraciət etdiyini, orada etibarnamə istədiklərini, onun da texniki pasport ala bilmədiyi üçün etibarnamə təqdim edə bilmədiyini, 2008-ci ildən 2018ci ilədək istifadə etdiklərini, qazanc əldə etdiklərini, həmin vaxtlar rəhbərliyə görə məhkəməyə müraciət edə bilmədiyini, özü Bakı şəhərində yaşasa da qardaşı Naxçıvan şəhərində yaşadığı üçün ona problem yaradacaqlarını bildiyi üçün heç nə etmədiyini, o Ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı və Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R210LC-7” markalı ekskavatorları bağışlamadığını, ondan həmin texnikaların zorla alındığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X6 izahatında məhkəməyə göndərdikləri etiraz ərizəsində bütün halların öz əksini tapdığını, qeyd olunan texnikaların qanuni və ya qanunsuz yolla alınmasını bilmədiyini, onlara sənədlərlə təhvil verildiyini, hal-hazırda onların balansında olmadığını, təhvil-təslim aktı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verildiyini, hal-hazırda da nazirliyin balansında olduğunu, həmin texnikaların dövlət mülkiyyətinə aid olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin nümayəndəsi X13 izahatında mübahisə predmeti olan texnikaların müəssisə ləğv olunduqdan sonra təhvil-təslim aktı ilə onların balansına keçdiyini, hesabat verdiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 13 noyabr 2007-ci il tarixli, 066159 nömrəli X12nə əsasən 13 noyabr 2007-ci il tarixdə "xxxx" Şirkəti tərəfindən İddiaçı “Hidromek 102S” markalı və ban nömrəsi 60716720 olan ekskavator göndərilmişdir. İş materiallarında olan 04 dekabr 2007-ci il tarixli, 066226 nömrəli X12nə əsasən 04 dekabr 2007-ci il tarixdə "xxxx" Şirkəti tərəfindən İddiaçı “Hyundai R210LC-7” markalı və mühərrik nömrəsi 26416533 olan ekskavator göndərilmişdir. İş materiallarında olan 13 noyabr 2007-ci il tarixli, 090754 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 449.81 (dörd yüz qırx doqquz manat səksən bir qəpik) manat gömrük ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 03 dekabr 2007-ci il tarixli, 161925 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 720.73 (yeddi yüz iyirmi manat yetmiş üç qəpik) manat gömrük ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Gömrük İdarəsi tərəfindən verilmiş 05 dekabr 2007-ci il tarixli, 139735 nömrəli vəsiqədən görünür ki, “Hyundai R210LC-7” markalı ekskavator İddiaçı tərəfindən Koreya Respublikasından Azərbaycan Respublikasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən İddiaçı ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan şəhər və rayon idarələri tərəfindən aparılar araşdırmalar və onların nəticələri barədə təqdim etdikləri sənədlərdə onun müraciətində qeyd etdiyi maşın və mexanizmlərdən hər hansı birinin balanslarında olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikasının Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2007-2008-ci illərdə Naxçıvan Muxtar Respublikasında qaz çəkilişi və Arpaçay su anbarının təmir-bərpa işləri zamanı istifadə etdiyi ona məxsus maşınmexanizmlərinin əlindən alınaraq tikinti şirkətlərinə verildiyini göstərmişdir. Qeyd olunan maşın-mexanizmlərin ona məxsus olduğunu təsdiq edən zəruri sənədlərlə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, Komitənin tabeli rayon (şəhər) idarələri, o cümlədən Naxçıvan Şəhər idarəsi və Ordubad Rayon İdarəsi Naxçıvan Muxtar Respublikası X14 06 fevral 2013-cü il tarixli Fərmanına əsasən ləğv edilmiş Naxçıvan Dövlət Tikinti- Quraşdırma Şirkətinin bazası əsasında yaradılmışdır. Ləğv edilmiş şirkətin Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin balansında olan maşın və mexanizmlər isə əvəzsiz olaraq Komitənin tabeli rayon (şəhər) idarələrinin balansına verilmiş və hazırda qeydiyyatdadırlar. Bununla əlaqədar Komitənin tabeliyində olan Naxçıvan Şəhər və Ordubad Rayon idarəsinin qanuni balansında olan maşın və mexanizmlərin ona qaytarılması barədə tələbinin hüquqi əsası yoxdur. İş materiallarında olan Azərbycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 12 dekabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı “Hidromek” 102 S markalı 185 FX - 156 Dövlət nömrə nişanlı ekskavator idarəyə məxsusdur və idarənin balansında durur. Həmin ekskavator Naxçıvan Muxtar Respublikası X14 06 fevral 2013-cü il tarixli 84 İV FR saylı fərmanına əsasən ləğv edilmiş Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin balansından əvəzsiz olaraq balansdan - balansa Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Fövqəlada Hallar Nazirliyi tərəfindən TDN 000850 nömrəli Texnoloji nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir və həmin şəhadətnaməyə uyğun olaraq hər il texniki baxış pulu və sığorta pulu ödənilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş, 09 iyul 2009-cu il tarixli, 000850 nömrəli texnoloji nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, AZ 1** FX *** qeydiyyat nişanlı, buraxılış ili 2007ci il olan, “Hidromex HNK 102S” markalı nəqliyyat vasitəsinin sahibi Naxçıvan TQDŞ-nin Mexanizasiya və Avtonəqliyyat Müəssisəsidir. İş materiallarında olan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsi tərəfindən məhkəməyə göndərilmiş 12 dekabr 2023-cü il tarixli, 67 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Naxçıvan MR Ali Məclisinin 22 iyun 2023-cü il tarixli 180-Vİ FR saylı Fərmanına və Naxçıvan MR İqtisadiyyat Nazirliyinin 12 iyul 2023-cü il tarixli 477 saylı əmrinə əsasən yaradılmış komissiyanın aktı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsinə aid olan bütün əsas vəsaitlər, o cümlədən maşın və mexanizmlər Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına təhvil verilmişdir. İş materiallarında olan Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv olunması və “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X14 2007-ci il 20 noyabr tarixli 93-İİİ FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası X14 06 fevral 2013-cü il tarixli 84-İV FR saylı fərmanından görünür ki, Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi, onun əmlakı və şəhər (rayon) idarələri özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2013-cü il tarixli, 81 nömrəli əmrindən görünür ki, Naxçıvan Muxtar Respublikası X14 06 fevral 2013-cü il tarixli 84 İV FR saylı fərmanına əsasən Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin ləğv edilməsi ilə əlaqədar olaraq Şirkətin Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin balansında olan 2007-ci il buraxılışlı, “Hidromex HNK 102S” markalı və 2007-ci il buraxılışlı, “Hyundai 210LC-7” markalı ekskavatorların əvəzsiz olaraq balansdan-balansa Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə verilməsi əmr edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 05 dekabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində 2007-ci il buraxılışlı, ban nömrəsi 60716720, mühərrik nömrəsi 26416533 olan “Hyundai R210LC-7” markalı tırtıllı ekskovator və 2007-ci il buraxılışlı, ban nömrəsi 35S122179, mühərrik nömrəsi RG38101U414799P olan “Hidromek 102S” markalı təkərli ekskovator qeydiyyata alınmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi rəisinin müavini X1 12 fevral 2024-cü il tarixli məsləhətindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon və Naxçıvan şəhər idarələrinə qarşı qanunsuz sahibkarlıq barədə iş üzrə 16 yanvar 2024-cü il tarixində 2007-ci il istehsal tarixli “HİDROMEK 102S” və HYUNDAİ R210LC-7” markalı ekskovatorlara baxış keçirilmiş və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsində olan “Hyundai R210LC-7” markalı ekskovatora baxışın nəticələri “ekskovatorun üzərində olan seriya (şassi) nömrəsi-607167020, İddiaçı aid olan 066226 saylı xx.xx.2007-ci il tarixli X12 üzrə seriya (şassi) nömrəsi -607167020, İddiaçı aid olan xx.xx.2007-ci il tarixli TR-N-09993 saylı qaimə fakturası üzrə seriya (şassi) nömrəsi -607167020” və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində olan “Hidromek-102S” markalı ekskovatora baxışın nəticələri isə “ekskovatorun üzərində olan seriya (şassi) nömrəsi- 35S122179, İddiaçı aid olan 066159 saylı xx.xx.2007-cı il tarixli X12 üzrə seriya (şassi) nömrəsi-35S122179, İddiaçı aid olan xx.xx.2007-ci il tarixli TR-N-091025 saylı qaimə fakturası üzrə seriya (şassi) nömrəsi-35S122179 olduğu müəyyən edilmişdir. Həmçinin ekskovatorların üzərində olan seriya (şassi) nömrələri ilə İddiaçı adına olan gömrük bəyannaməsi və qaimə fakturada göstərilən seriya (şassı) nömrələrinin uyğun olduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin 09 fevral 2024-cü il tarixli, 3-18-87/2-11/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş 16 yanvar 2024-cü il tarixli baxış aktından görünür ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi rəisinin müavini X2 16 yanvar 2024-cü ıl tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsində olan “Hyundai R210LC-7” markalı və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsidə olan “Hidromek 102S” markalı ekskovatorlarına baxış keçirərkən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsində olan “Hyundai R210LC-7” markalı ekskovatora baxışın nəticələri “ekskovatorun üzərində olan seriya (şassi) nömrəsi-607167020, İddiaçı aid olan 066226 saylı xx.xx.2007-ci il tarixli X12 üzrə seriya (şassi) nömrəsi -607167020, İddiaçı aid olan xx.xx.2007-ci il tarixli TR-N-09993 saylı qaimə fakturası üzrə seriya (şassi) nömrəsi -607167020” və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində olan “Hidromek-102S” markalı ekskovatora baxışın nəticələri isə “ekskovatorun üzərində olan seriya (şassi) nömrəsi- 35S122179, İddiaçı aid olan 066159 saylı xx.xx.2007-cı il tarixli X12 üzrə seriya (şassi) nömrəsi-35S122179, İddiaçı aid olan xx.xx.2007-ci il tarixli TR-N-091025 saylı qaimə fakturası üzrə seriya (şassi) nömrəsi-35S122179 olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 12 mart 2024-cü il tarixli, 427/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası X14 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri və “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirməyə açıq elan edilmişdir. Fərmanın ikinci hissəsində özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin Naxçıvan Muxtar Respublikası X14 2000-ci il 23 avqust tarixli, 104-1 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı''na uyğun olaraq özəlləşdirilməsinin həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə təhviltəslim işlərini başa çatdırdıqdan sonra özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin idarə edilməsi və əmlakının qorunub saxlanması Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Bildirilir ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin özəlləşdirilməsi həyata keçirilməmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsinin isə əmlakının 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli satışı həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi tərəfindən təqdim olunmuş 12 yanvar 2024-cü il tarixli 04 nömrəli protokola əsasən əmək kollektivinin vəkil edilmiş şəxsi X9 qalıb oimuşdur. Müəssisənin 85 faizinin özəlləşdirilməsi istiqamətində isə müvafiq işlər aparılmaqdadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X14 2007-ci il 20 noyabr tarixli 93-111 FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası X14 22 iyun 2023-cü il tarixli, 180-Vİ FR nömrəli fərmanın birinci hissəsindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri və “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X14 2007-ci il 20 noyabr tarixli 93-111 FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası X14 22 iyun 2023-cü il tarixli, 180-Vİ FR nömrəli fərmanın ikinci hissəsindən görünür ki, özəlləşdirilməyə açıq elan edilmiş müəssisələrin özəlləşdirilməsini Naxçıvan Muxtar Respublikası X14 2000-ci il 23 avqust tarixli 104-1 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na olaraq həyata keçirməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə təhvil-təslim işlərini başa çatdırdıqdan sonra özəlləşdirilməyə açıq elan edilmiş müəssisələrin idarə edilməsini və əmlakının qorunub saxlanılmasının təmin edilməsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 03 nömrəli aktdan görünür ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 14 dekabr 2023-cü il tarixli, 148 nömrəli Sərəncamına və 15 dekabr 2023-cü il tarixli, 2910/2023 nömrəli məktubu əsasında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin 18 dekabr 2023cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək 15 % əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satış qiyməti 30815.55 (otuz min səkkiz yüz on beş manat əlli beş qəpik) manat müəyyən olunaraq özəlləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzinə göndərilmişdir. 10 yanvar 2024cü il tarixdə əmək kollektivinin üzvü X9 № 8005 qəbzlə 9244.66 (doqquz min iki yüz qırx dörd manat altmış altı qəpik) manat 15 % güzəştli satış qiymətini ödəməklə hərracda iştirak hüququ əldə etmişdir. Əmək kollektivinin üzvü ünvan 3i ünvanında qeydiyyatda olan X9 12 yanvar 2024-cü il tarixdə saat 11:00-da keçirilən hərracda alıcı qismində iştirak etmiş və hərrac qalibi olmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur, Kəngərli, Ordubad və Babək Rayon İdarələri üzrə güzəştli satışın keçirilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli, 146 nömrəli sərəncamdan görünür ki, Naxçivan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələrinin qiymətləndirilməsi istiqamətində keçirilmiş “Ekspert xidmətlərinin satınalınması” müsabiqəsinin qalibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan 29 sentyabr 2023-cü il tarixli, UNİ/S 306-572/2023 nömrəli rəyə əsasən Şərur Rayon İdarəsi 154422,0 manat, 27 sentyabr 2023-cü il tarixli, UNİ/S 282-548/2023 nömrəli reys əsasən Kəngərli Rayon İdarəsi 30800,0 manat, 22 sentyabr 2023-cü il tarixli, UNİ/S 249-515/2023 nömrəli rəyə əsasən Ordubad Rayon İdarəsi 205437,0 manat və 20 sentyabr 2023-cü il tarixli, UNİ/S 233-499/2023 nömrəli rəyə əsasən Babək Rayon İdarəsi 297592,0 manat dəyərində qiymətləndirilərək 18 dekabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı keçirilməsi qərara alınmışdır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Qeyd olunanlardan da göründüyü kimi iddiaçı hazırki mübahisə predmeti olan ekskavatorlara gömrük bəyannamələri əsasında mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malikdir və ona görə də onun hazırki iddianı irəli sürməyə subyektiv hüququ vardır. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarını qeyd edilən maddi hüquq normalarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı ona məxsus ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı və Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R210LC-7” markalı ekskavatorları qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdehlər tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Belə olan halda iddiaçı qeyd olunan texnikalar olan ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı və Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R210LC-7” markalı ekskavatorların istifadələrində olan cavabdehlərdən geri qaytarılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi həmin hissədə təmin edilməlidir. İddiaçının tələbinin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası X14 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirməyə açıq elan edilmişdir. Göründüyü kimi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri Komitənin tabeliyindən çıxarıldığından iddiaçının əşyaların qanunsuz sahiblikdən alınmasına dair tələbinə cavab verməli olan şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi deyildir, digər cavabdehlərdir. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi əşyaların Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz sahibliyindən alınmasına dair hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Ban nömrəsi 60716720, mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R210LC-7” markalı ekskavator cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinin və ban nömrəsi 35S122179, mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı ekskavator Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməli; -iddia cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə münasibətdə rədd edilməli; - Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ban nömrəsi 60716720, mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R210LC-7” markalı ekskavator cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinin və ban nömrəsi 35S122179, mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı ekskavator Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin qanunsuz sahibliyindən alınaraq İddiaçı verilsin. İddia cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-135/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-135/2024
09.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver