Məhkəmə qərarları › İş №e-2(078)-1414/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1414/2021

08.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1414/2021 08.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə mülkiyyət hesab olunması, birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək

1. 01.04.2010-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-nın 22.06.2006-cı il tarixli 4/Ə- 1- 298 nömrəli alqı-satqı müqaviləsi əsasında, ünvan 1 ünvanında Cavabdeh adma qeydə alınmış ümumi sahəsi 32 kv.m olan daşınmaz əmlak (qeyri yaşayış sahəsi) İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyəti sayılmaqla paylarının bərabər qaydada müəyyən olunması və 1/2 hissədə iddiaçı X2 mülkiyyət hüququnun müəyyən olunması;

2. 31 iyul 2021-ci il tarixli Tikinti haqqında fərdi müqaviləyə və Maliyyə arayışına əsasən Abşeron rayon, Masazır qəsəbəsi, Novxanı şossesinin solunda yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksində Cavabdehn adına olan 33.5 kv.m daşınmaz əmlak (qeyri yaşayış sahəsi) İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyəti sayılmaqla paylarının bərabər qaydada müəyyən olunması və 1/2 hissənin iddiaçı X1 mülkiyyət hüququnun müəyyən olunması;

3. 25.12.2007-ci il tarixli 06/008 nömrəli Tikinti haqqında fərdi müqaviləyə və Maliyyə arayışına əsasən Abşeron rayon, Masazır qəsəbəsi, Novxanı şossesinin solunda yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksində bina-6, blok-1, mərtəbə-2, mənzil-8 ünvanında yerləşən Cavabdehn adına olan sahəsi 66.6 kv.m olan daşınmaz əmlak (mənzil) İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyəti sayılmaqla paylarının bərabər qaydada müəyyən olunması və 1/2 hissənin iddiaçı X1 mülkiyyət hüququnun müəyyən olumnası barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 150-ci maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə utulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-cü maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1.2-ci maddəsinə görə ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarını araşdırarkən məlum olur ki, iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, mediasiya məhkəməyə qədər olan prosesdir. Lakin mediasiyaya qədər olan prosedur qaydalarına da əməl edilməlidir. Belə ki, iddiaçı ilk öncə cavabdehə mübahisənin həlli üçün müraciət etməli və bunu təsdiq edən sənədi ərizəsinə əlavə etməklə mediasiyaya müraciət etməlidir. Mediasiya prosesindən keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən 06.12.2021-ci il tarixdə X4 və ya AsanPay vasiyəsilə ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq

qərara aldım:

İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə mülkiyyət hesab olunması, birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən 06.12.2021-ci il tarixdə X4 və ya AsanPay vasiyəsilə ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər.

Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar