Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-205/2022 04.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakda 1/2 payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına 16.06.2021-ci il tarixində qeydə alınmış “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobildən İddiaçı çatan 1/2 payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh 22 oktyabr 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından iki övladları -16 oktyabr 2010-cu il təvəllüdlü X6 və 28 fevral 2015-ci il təvəllüdlü X8 dünyaya gəlmişlər. Hüquqlarını müdafiə etdiyi İddiaçı dediklərinə əsasən xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh nikahın pozulması tələbi ilə əlaqədar Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmış, barışıq üçün üç ay vaxt verilmişdir. Hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh birgə nikahda olarkən alqı-satqı müqaviləsi əsasında 16.06.2021ci il tarixində “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, bu əmlak İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları tarixə düşür. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh 22 oktyabr 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirdiklərini, onların birgə nikahlarından iki övladları -16 oktyabr 2010-cu il təvəllüdlü X4 və 28 fevral 2015-ci il təvəllüdlü X5 dünyaya gəldiklərini, hüquqlarını müdafiə etdiyi İddiaçı dediklərinə əsasən xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh nikahın pozulması tələbi ilə əlaqədar Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, barışıq üçün üç ay vaxt verildiyini, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh birgə nikahda olarkən alqı-satqı müqaviləsi əsasında 16.06.2021ci il tarixində “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alındığını, bu əmlakın İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları tarixə düşdüyünü, ona görə də onların birgə mülkiyyəti sayıldığını, iddiaçının həmin avtomobildə 1/2 payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında İddiaçı ilə 22 oktyabr 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından iki övladları -16 oktyabr 2010-cu il təvəllüdlü X4 və 28 fevral 2015-ci il təvəllüdlü X5 dünyaya gəldiklərini, İddiaçı ilə uzun müddətdir ki, ayrı yaşadıqlarını, hazırda məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırdığını, onlara barışmaq üçün 3 ay vaxt verildiyini, qeyd olunan avtomobilin alınmasında iddiaçının heç bir əməyi olmadığını, avtomobilin öz gəliri hesabına əldə olunduğunu, buna baxmayaraq iddiaçı ilə aralarında razılıq əldə olunması üçün ona həmin avtomobilin onun payına aid olan hissəsinin dəyərini ödəməyi təklif etdiyini, lakin iddiaçının onun təklif etdiyi məbləğlə razılaşmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında 22 oktyabr 2009-cu il tarixdə nikah bağlanmış, həmin nikahın məhkəmə qaydasında pozulması üçün cavabdeh məhkəməyə müraciət etmiş, Cavabdeh adına 16.06.2021-ci il tarixində “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Qeyd edilən faktlar mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş çıxarışın surətindən İddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhər Nikah evində nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 420 nömrə ilə qeydə alınması; -iş materiallarında olan 16.06.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən həmin tarixdə Naxçıvan şəhər, Cəlil Məmmədquluzadə küçəsi, Regional Mərkəzdə qeydiyyatda olan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan X1 16 iyun 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X2 mülkiyyətində olan “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etməsi; -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR DİN X12 İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli, 1\966 nömrəli məktubdan Naxçıvan şəhər, Cəlil Məmmədquluzadə küçəsi, regional mərkəzdə qeydiyyatda olan Cavabdeh adına 14.10.2019-cu il tarixdə alqısatqı müqaviləsi əsasında “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alındığı, 16.06.2021-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alındığı, halhazırda Cavabdeh adında “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatda durması aydın olur. Məhkəmə iddiaçının birgə nikah dövründə qazanılmış əmlakdan payın müəyyən olunması tələbinin əsaslı olub-olmamasının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Mülki iş materiallarında olan 16 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən də göründüyü kimi qeyd olunan avtomobil əvəzində pul ödənilməklə cavabdeh tərəfindən alınmışdır. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak tərəflərin birgə nikah müddətində əvəzli şəkildə əldə edildiyindən, birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, onların aralarında nikah sazişi olmadığından, bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, iddiaçının nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğuna görə müstəqil qazancı olmaması nəzərə alındığından Cavabdeh adına 16.06.2021-ci il tarixində qeydə alınmış “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; - Cavabdeh adına 16.06.2021-ci il tarixdə qeydə alınmış “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilməli; -Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh adına 16.06.2021-ci il tarixdə qeydə alınmış “Naz Lifan LF 7162 C 620” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-205/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-205/2022
04.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver