Məhkəmə qərarları › İş №e-2(078)-64/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-64/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-64/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus əmlak- 2 dəst yorğan-döşək dəstinin dəyəri olaraq 300 manat, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın dəyəri olaraq 500 manat, Vestel markalı paltaryuyan maşının (7 kq) dəyəri olaraq 1500 manat, Belarus markalı pianonun dəyəri olaraq 1500 manat, cəmi 3800 (üç min səkkiz yüz) manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edəsiniz barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 54/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona məxsus əmlak- 2 dəst yorğan-döşək dəsti, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalça, Vestel markalı paltaryuyan maşın (7 kq), Belarus markalı piano alınaraq ona verilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsinin icra olunması üçün xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmiş, icra vərəqəsi icrası üçün Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş və Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi tərəfindən icra vərəqəsi icraata qəbul edilmişdir. İcra vərəqəsinə əsasən icra hərəkətləri həyata keçirilmiş, cavabdehlərin mənzilinə baxış keçirilmiş, mənzildə icra sənədində göstərilən əmlakların olmadığı müəyyən edilmişdir. Bu barədə icra məmuru tərəfindən onun iştirakı ilə xx.xx.2023- cü tarixdə akt tərtib edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli akta əsaslanaraq, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixli qərarla icra olunmadan Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli «İcra sənədinin geri qaytarılması haqqında» qərarı ləğv edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Cavabdeh3 Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək yalan məlumat vermiş və göstərmişdir ki, 2019-cu il tarixdə İddiaçı yaşadığı ünvana gələrək səs-küy salmış, tərəfindən Naxçıvan şəhər Polis İdarəsinə müraciət olunmuş, polis əməkdaşlarının iştirakı ilə həmin əşyalar İddiaçı tərəfindən götürülmüşdür. xx.xx.2024-cü il tarixdə yenidən icra məmuru tərəfindən akt tərtib edilmiş və aktda mənzilə baxış keçirildiyi, icra sənədində göstərilən əşyaların qeyd olunan mənzildə olmadığının aşkar edildiyi, borclu Cavabdeh3 icra sənədində qeyd olunan əşyaların mənim tərəfimdən götürüldüyünü göstərməsi qeyd olunmuşdur. Lakin, Naxçıvan Şəhər Polis İdarəsitərəfindən verilmiş 3-13-43- 6/2-1951/24 saylı, 30 yanvar 2024-cü il tarixli məktubda Naxçıvan şəhəri, B.Kəngərli küçəsində yerləşən 23 nömrəli evdən adları göstərilən əşyaların götürülməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində heç bir müvafiq sənədin olmadığı qeyd edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 saylı, 23 aprel 2019-cu il tarixli icra sənədində qeyd olunan əmlaklar mövcud olmadıqda, həmin əmlakların dəyərinin ödənilməsi ilə bağlı hər hansı icra tədbirinin həyata keçirilməsinin mümkün olmasına dair hissədə izah edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-12/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsinin izah olunması barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizə üzrə qətnaməyə aşağıdakı məzmunda izah verilərək qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus əmlakın- 2dəst yorğan-döşək dəstinin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, Vestel markalı paltaryuyan maşının (7 kq), Belarus markalı pianonun alınaraq İddiaçı verilməsi nəzərdə tutulmuşdur. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla qeyd olunan icra sənədi Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 saylı, 23 aprel 2019-cu il tarixli icra sənədinin izah edilməsinə dair qərardadına əsasən icra sənədində qeyd olunan əmlaklar borclulardan alınaraq tələbkara verilməlidir, həmin əmlakların dəyəri barədə icra sənədində göstəriş olmadığından dəyərinin ödənilməsi ilə bağlı icra tədbiri həyata keçirilə bilməz. Göründüyü kimi o icra sənədində qeyd olunan əmlaklar mövcud olmadığından onların dəyərinin borclulardan tutularaq mənə ödənilməsini xahiş etmişdir. Lakin, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən əmlakların dəyəri barədə icra sənədində göstəriş olmadığı, dəyərinin ödənilməsi ilə bağlı icra tədbirinin həyata keçirilə bilməyəcəyi ona bildirilmişdir. Ona görə də ona məxsus əmlak-2 dəst yorğan-döşək dəsti, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalça, Vestel markalı paltaryuyan maşın (7 kq), Belarus markalı pianonun dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia ərizəsində hər şeyi bildirdiyini, tələbinin tam şəkildə aşkar olduğunu, icra vaxtı icra məmuru Nicat Bayramlı, icranın rəisi İntiqam Vəliyev evə gəlib şəxsən baxış keçirdiklərini, evdə bir əşyanın olmadığını, evdə nəinki onun əşyalarının, heç bir ev əşyanın olmadığını, öz əyin paltarları ilə evdən çıxdığını, bu qədər əmlakı kiminlə apardığını, özünün heç nəyi aparmadığını, heç pioninosu, paltaryuyan maşınının olmadığını, nə vaxt və harda götürdüyünü cavabdehin sübut etməsini xahiş etmişdir, bildirmişdir ki, çox yaxşı olardı ki, ekspert Şahmar Vəliyev gəlsin görək hansı əşyanı görüb qeyd edib, gəlsin burada cavab versin. Bu əşyaların 2019-cu ildən həmin evdə qaldığını, onun əşyalarını Babək rayonu Kültəpə sakininə satdığını, bunu sübut edəcəyini, lakin həmin şəxsin ölkə xaricində olduğunu, əvvəl əşyaları gündüz aparıb dediklərini, indi gecə apardığını dediklərini, polisdə akt tərtib edildiyini dediklərini, lakin icra şöbəsindən də məktub göndərildiyini, lakin heç bir akt olmadığının bildirdiklərini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh3 iddianı qəbul etməyərək verdiyi izahatında iddianı qəbul etmədiyini, 2019-cu ildən Sahilə bir neçə dəfə evdən çıxıb qayıtdığını, 1-ci ailədən olan övladına heç sahib çıxmadığını, uşağını özünün, anası və qardaşının saxlayıb və təhsil verdiyini, 4-5 fəhlə ilə gəlib əşyalarını yığıb hissə-hissə apardığını, gündə 1 polis nəfəri ilə evə gəldiyini, icra X2 müəllim və Həbib müəllim gəlib baxış keçirdiklərini, sonra icra məmuru Nicat və Vətən adlı şəxslərin gəlib padvala qədər baxdıqlarını, nəyi var apardığını, iddiaçının heç bir əşyasının onların evində olmadığını, icra sənədində onun tərəfindən yazılmış ərizədə yalnışlıq olduğu, onun elə yazmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, hər hansı rəsmi məlumat verməmişdir. Məhkəmə iclaslarının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə baxış iclası zamanı şahid X4 ifadəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru işlədiyini, icra sənədinin əvvəl Həbib müəllimin icraatında olduğunu, sonra ona verildiyini, iki dəfə icra sənədinin məhkəməyə qaytarıldığını, əşyaları iddiaçı Sahilə Məmmədovun istədiyini, Əliağa adlı şəxs ilə birgə tələb etdiklərini, evə baxış keçirdiklərini, Xeyrənsə xanımın 2019-cu ildə Sahilə xanıma verildiyini söylədiyini, həmin əşyaların götürülməsi ilə bağlı dəqiq məlumatın olmadığını, digər borcluların Bakıda yaşadığını, onlarla əlaqə saxladıqlarını, onların Sahilənin əşyalarını götürdüyünü söylədiklərini, özlərinin evə getdiklərini, akt tərtib etdiklərini, həmin əşyaların olmadığını, dəyərinə münasibətdə qətnamə olmadığından məhkəməyə izah verildiyini, məhkəmənin isə əşyaların dəyərinə dair qətnamənin nəticə hissəsində qeyd olmadığından izah vermədiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər, Bəhruz ünvan 2 ünvanında, ümumi sahəsi 0.0637 ha olan torpaq sahəsində yerləşən 134.32 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ¾ hissədə Cavabdeh2, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan isə aydın olur ki, İddiaçı Naxçıvan şəhər, Bəhruz ünvan 2 ünvanında, ümumi sahəsi 0.0637 ha olan torpaq sahəsində yerləşən 134.32 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ¾ hissədə ¼ hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********93- 10301 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus əmlak 2 dəst yorğan-döşək dəstinin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, Vestel markalı paltaryuyan maşının (7 kq), Belarus markalı pianonun alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. -Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası ilə bağlı bildiriş. -xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi İntiqam Vəliyevin, icra məmuru Həbib Quliyevin, tələbkar İddiaçı və borclu Cavabdeh3 iştirakları ilə tərtib edilmiş Akta əsasən borclu Cavabdeh3n icra sənədində göstərilən əmlakların tələbkar tərəfindən götürüldüyünü bildirmişdir. Lakin tələbkar İddiaçı etiraz edərək həmin əmlakların onun tərəfindən təhvil alınmadığını bildirmişdir. -xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərardan aydın olur ki, icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən icra sənədində göstərilən əmlakların mövcud olmadığı müəyyən edilmiş və həmin əmlakların dəyərinin alınması icra sənədində qeyd olunmadığından həmin əmlakların dəyərinin alınması mümkün olmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(078)-161/2023 nömrəli qərardadı ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli «İcra sənədinin geri qaytarılması haqqında» qərarının ləğv edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qaytarılması qərara alınmışdır. -İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-12/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında göstərilir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsinin izah olunması barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizə üzrə qətnaməyə aşağıdakı məzmunda izah verilsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus əmlakın 2 dəst yorğan-döşək dəstinin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, Vestel markalı paltaryuyan maşının (7 kq), Belarus markalı pianonun alınaraq İddiaçı verilməsi nəzərdə tutulur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərardan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-54/2019 saylı xx.xx.2019-cu il tarixli icrasənədi icra məmurunun qərarı ilə birlikdə icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Qərarda qeyd edilmişdir ki, əmlakların axtarılması ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin sorğusu əsasında icra işi tələb edilmişdir. -Cavabdeh3 tərəfindən Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilir ki, 2019-cu ildə İddiaçı yaşadıqları ünvana gələrək səs-küy salmış, tərəflərindən Naxçıvan Şəhər Polis İdarəsinə müraciət olunmuş, polis əməkdaşının iştirakı ilə həmin əşyalar İddiaçı tərəfindən götürülmüşdür. Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin Naxçıvan Şəhər Polis İdarəsinə göndərdiyi xx.xx.2024-cü il tarixli, 160591/2023 nömrəli məktubuna əsasən 2019-cu il tarixdə İddiaçı Naxçıvan şəhər, Bəhruz ünvan 2 ünvanında yerləşən əmlak 2 dəst yorğan-döşək dəstinin dəyəri, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, Vestel markalı paltaryuyan maşının (7 kq), Belarus markalı pianonu götürməsi ilə bağlı hər hansı müvafiq sənədin olubolmaması ilə bağlı məlumat verilməsi üçün müvafiq sorğu verilmişdir. -Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 160591/2023 nömrəli məktubuna cavab olaraq Naxçıvan Şəhər Polis İdarəsindən göndərilən məktubda bildirilir ki, Naxçıvan şəhəri B.Kəngərli küçəsində yerləşən 23 nömrəli evdən adları göstərilən əşyaların götürülməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində heç bir müvafiq sənəd yoxdur. -İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktda 2(078)-54/2019 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı əşyaların ünvan 5 ünvanında olmadığı, Cavabdeh3 dediyinə görə əşyaların İddiaçı tərəfindən 2019-cu ildə götürüldüyü göstərilir. - İş materiallarına əlavə olunmuş Cavabdeh3 Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizədən məlum olr ki, Cavabdeh3 ərizəsində bildirmişdir ki, icra sənədində göstərilən əmlakların hazırda onda mövcud olmadığını, lakin həmin əmlakların dəyərinin tələbkar İddiaçı qarşılıqlı razılaşma əsasında tərəflərindən ödənilməsi imkan xaricində deyil. -İş materiallarına əlavə olunmuş 10 dekabr 2024-cü il tarixli, 1384 saylı ekspert rəyində göstərilir ki, analoji malların markasına, modelinə, ölçüsünə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq ekspertiza tədqiqatına təqdim edilməyən əşyaların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1300,00 (bir min üç yüz) manat müəyyən olunur. 1.yorğan döşək dəsti (02 nəfərlik və içərisi yun olduğu halda) miqdarı 02 ədəd, bir ədədinin qiyməti dəst 100,00 dəyər cəmi 200,00 2 2003-cü ildə alınmış 3x4 metr ölçüdə olan xalçа miqdarı 01ədəd, bir ədədinin qiyməti 150,00 dəyər cəmi 150,00

3. "Vestel" markalı, 7 kq tutumu olan paltaryuyan maşın miqdarı 01 ədəd, miqdarı 400,00 dəyər cəmi 400,00

4. "Belarus" markalı piano (köklənmiş vəziyyətde) miqdarı 01 eded 550,00 bir ədədinin qiyməti 550,00 dəyər 550,00 Ümumu dəyər cəmi- 1300,00 -İş materiallarına əlavə olunmuş 30 may 2025-ci il tarixli, 457 saylı ekspert rəyində göstərilir ki, qiymətləndirmə obyektinin xarakteristikası və Qiymətləndirilən əmlak (qiymətləndirmə obyekti) əmlakların fotoşəkilləri və xarakteristikası aşağıdakı kimi göstərilmişdir. 1.Yorğan-döşək sayı- 2 dəst -məbləğ- 300 AZN

2. 2003- cü ildə alınmış xalça 1 ədəd 3x4 ölçüdə- məbləğ 450 AZN

3. "Vestel" narkalı paltaryuyan maşını 7 kq 1 ədəd-məbləğ 950 AZN

4. "Belarus" markalı piano 1 ədəd məbləğ- 1300 AZN Cəmi məbləğ 3000 AZN. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından olan sənədlərdən tərəflərin izahatlarından aydın olur ki, mübahisəli əmlakların tələbkar İddiaçı tərəfindən icra hərəkətlərindən kənar qaydada götürülməsi təsdiqini tapmır. İstər icra işinin materiallarından, istərsə də icra məmurunun şahid qismində ifadəsindən müəyyən edilir ki, tələbkar icra sənədinin icrasını tələb etmiş, icra hərəkəti olaraq əmlakların yerləşdiyi ünvana baxış keçirilmiş, əmlaklar yerində olmadığından götürülməsi mümkün olmamışdır. Nəticədə iki dəfə icra sənədi məhkəməyə icra olunmadan geri qaytarılmışdır. Məhkəmə qətnaməsində yalnız əmlakların özünün alınıb verilməsi müəyyən edildiyindən həmin əmlakların dəyərinin icra hərəkəti olaraq cavabdehlərdən-borclulardan alınıb iddiaçıya-tələbkara verilməsi mümkün olmamışdır. Cavabdeh3 əmlakların iddiaçının özü tərəfindən aparıldığını bildirsə də bunun təsdiq edən sübutlarını təqdim etmir. İddiaçı isə əmlakların onun tərəfindən aparılmadığını icra sənədləri ilə sübuta yetirir. İcra işinin materiallarında Cavabdeh3 ərizəsində borclu qeyd edir ki, göstərilən əmlaklar hazırda mövcud deyil, lakin həmin əmlakların dəyərinin tələbkar İddiaçı ilə qarşılıqlı razılaşma əsasında tərəflərindən ödənilməsi imkan xaricində deyil. Bu ərizədən də aydın olur ki. əmlaklar iddiaç-tələbkar İddiaçı tərəfindən götürülməmişdir. Bu halda həmin əmlakların dəyəri cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə sözügedən əmlakların dəyərinə münasibətdə qeyd edir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası və əmlakların qiymətləndirilməsi təşkil edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə sözügedən əmlakların dəyərinin 1300 manat məbləğində, qiymətləndirmə rəyində isə 3000 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə qiymətləndirmə rəyini əsas hesab edir. Belə ki, qiymətləndirilən evə və məişət əşyalarının qiymətləndirilməsi zamanı məhsulların orta bazar məlumatlarından da kifayət qədər istifadə olunması qeyd edilmiş, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində əmlakların orta bazar dəyəri müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə yekunda belə nəticəyə gəlir ki, əmlakların qiymətləndirilməsi zamanı aparılmış qiymətləndirməyə uyğun olaraq yorğan-döşək sayı- 2 dəst -məbləğ- 300 AZN, 2003- cü ildə alınmış xalça 1 ədəd 3x4 ölçüdə- məbləğ 450 AZN, "Vestel" markalı paltaryuyan maşını 7 kq 1 ədəd-məbləğ 950 AZN, "Belarus" markalı piano 1 ədəd məbləğ- 1300 AZN olmaqla cəmi məbləğ 3000 (üç min) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbini qalan hissədə sübut olunmadığından rədd edilməsi nəticəsinə gəlir. Belə ki, İddiaçı sözügedən əmlakların məhz tələbində qeyd etdiyi 3800 (üç min səkkiz yüz) manat məbləğində olmasını sübuta yetirə bilməmişdir. Tələb əmlakın dəyərinə münasibətdə qalan hissədə rədd edilməlidir. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 40 (qırx) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq X5 MR İdarəsinə ödənilsin. (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, İddiaçı tərəfindən Hökümət Ödəniş portalında və ya Asan Pay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 (əlli) manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin olunsun. İddiaçı məxsus olan yorğan-döşək 2 dəstin dəyəri olan 300 (üç yüz) manat, 2003- cü ildə alınmış xalçanın dəyəri olan 450 (dörd yüz əlli) manat, "Vestel" markalı paltaryuyan maşını 7 kq 1 ədədin dəyəri olan 950 (doqquz yüz əlli) manat, "Belarus" markalı piano 1 ədəd dəyəri olan 1300 (bir min üç yüz) manat, cəmi 3000 (üç min) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 40 (qırx) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq X5 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). İddiaçı tərəfindən Hökümət Ödəniş portalında və ya Asan Pay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq (50 (əlli) manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar