Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-693/2025 20.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı çıxarışın ləğvi və payların yenidən bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı çıxarışın ləğvi və payların yenidən bölünməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Həsənalı qızı tərəfindən İddiaçı1 və digərlərinə qarşı törədilən hüquqdan sui-istifadə halının aradan qaldırılması və ünvan 1 ünvanında yerləşən əmlaka dair daşınmaz əmlakın Dövlət reyestrində **********82-10301 nömrə ilə aparılmış hüquqların Dövlət qeydiyyatı barədə çıxarış ləğv edilməklə həmin əmlaka dair tərəflərin (vərəsələrin) bərabər pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının vəkil və nümayəndəsi iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı1 və digərlərinin valideynləri olmuş mərhum X4 ilə X5 ötən əsrin 40-cı illərində faktiki nikah bağlayaraq ailə qurmuş, onların bu nikahından İddiaçı1, Cavabdeh Həsənalı qızı, X2, İddiaçı5 Həsənalı qızı, İddiaçı3, İddiaçı2 Həsənalı qızı, X3 (vəfat edib) adında yeddi övladı dünyaya gəlmişdir. X4 1979-cu ildə, onun həyat yoldaşı X5 isə 2014-cü ildə vəfat etmiş, onlardan ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 162.9 kv.m olan bir mərtəbəli (4 otaq və 1 mətbəx) fərdi yaşayış evi miras qalmışdır. Hələ mərhum H.Rzayev vəfat etməmişdən öncə öz əmlakının bir hissəsini şifahi olaraq oğlu İddiaçı1 vəsiyyət etmiş, bu səbəbdən də İddiaçı1 sonrakı mərhələrdə valideynlərinə məxsus torpaq sahəsində əvvəlcə 2 otaq, sonra isə əlavə olaraq üçüncü otağı inşa etməklə ailəsi ilə birgə uzun müddət orada yaşamışdır. Hazırda da qeyd edilən ev İddiaçı1 və onun uşaqları tərəfindən istifadə edilməkdədir. Sonradan isə ailənin digər üzvləri ailə qurmaqla təsərrüfatdan ayrılmış və tərəflərin anası olan X5 qeyd edilən ünvanda yaşamaqla 2014-cü ildə vəfat etmişdir. O vəfat etdikdən sonra miras əmlak olan ev vərəsələr tərəfindən idarə edilsə də, vərəsəlik qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmiş, cavabdehin hüquqdan sui-istifadəsi nəticəsində ədalətsiz bir pay bölgüsü aparılmışdır. Belə ki, 2023-cü ildə cavabdehin oğlu Heydər Seyidov Bakı şəhərində yaşayan vərəsələr Rübabə, Yasəmən və Abbasdan atası Mircəfər Seyidovun, cavabdehin özü isə digər vərəsələr Yaqut və Yəməndən əri Mircəfər Seyidovun adına sənəd toplamaq adı ilə etibarnamə almış və zəruri sənədlər toplandıqdan sonra miras əmlakın bütün vərəsələr arasında bərabər bölgüsünə dair çıxarış alınacağına vəd vermişlər. Həmin ərəfələrdə vərəsələr arasında müəyyən danışıqlar olmuş və hər bir vərəsə miras əmlakın onlar arasında bərabər şəkildə bölünməli olmasına öz razılıqlarını bildirmişlər. Qeyd edildiyi kimi 2023-cü ildə cavabdeh əri və oğlu vasitəsilə əldə etdiyi etibarnamələr əsasında valideynlərindən qalmış miras əmlakın bölgüsünü aparmış və həmin əmlaka dair çıxarış da əldə etmişdir. Digər vərəsələr də valideynlərindən qalmış mirasın aralarında bərabər şəkildə bölünəcəyinə əmin olmuş və bacısı Cavabdeh onları aldadacağını düşünməmişlər. Həmin hadisələrdən təqribən iki ilə yaxın vaxt keçdikdən sonra cavabdeh miras əmlakdakı payların naturada bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və bu zaman payların bərabər bölünmədiyi, cavabdehin digər vərəsələri aldadaraq onların etibarında sui-istifadə edildiyi, miras əmlakın yarıdan çoxunu öz adına qeydə aldırdığı məlum olmuşdur. Eyni zamanda əldə edilən məlumata görə cavabdeh tərəfindən mərhum vərəsə olan Cavanşir Rzayevin uşaqlarına (vərəsələrinə) 15.000 (on beş min) manat məbləğində pul da ödənilmişdir (və ya vəd edilmişdir). Qeyd etdiyi kimi, cavabdeh tərəfin iddiaçılara qarşı payların naturada bölünməsi tələbinə dair artıq Naxçıvan Şəhər Məhkəməsinin icraatında e-2(078)-419/2025 saylı iş vardır. Hazırki vəziyyətdə iddiaçı tərəf olaraq miras əmlaka dair əsassız aparılmış pay bölgüsü ilə razı deyillər. Bu səbəbdən də hesab edirlər ki, miras əmlak dair paylar yenidən və bərabər şəkildə bölünməli, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində **********82- 10301 nömrə ilə aparılmış hüquqların Dövlət qeydiyyatı ləğv edilməklə mübahisələndirilən əmlaka dair yeni çıxarış verilməlidir. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 20 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı2, iddiaçıların nümayəndəsi və İddiaçı1 vəkili Nümayəndə və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçıların, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 vəkili və nümayəndəsi qismində Nümayəndə elektron imza ilə imzalamaqla Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə çıxarışın ləğvi və payların yenidən bölünməsi tələbinə dair iddia ərizəsini məhkəməyə göndərmişdir. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, iddiaçıların iddia ərizəsini vəkil Nümayəndə elektron imza ilə imzalasa da, onun qeyd olunan iddia ərizəsində göstərilmiş iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 adından iddia ərizəsini imzalamağa səlahiyyətinin olmasını təsdiq edən etibarnamələr iddia ərizəsinə əlavə edilsə də, Nümayəndə İddiaçı1 vəkili olmasını təsdiq edən sənəd qismində vəkil orderi iddia ərizəsinə əlavə edilmiş, ancaq onun digər iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 vəkili olmasını təsdiq edən sənəd qismində vəkil orderləri iddia ərizəsinə əlavə edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı çıxarışın ləğvi və payların yenidən bölünməsini tələb etmələrinə dair hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.3-cü maddələrinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı çıxarışın ləğvi və payların yenidən bölünməsi tələbinə dair iddia ərizəsi iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı çıxarışın ləğvi və payların yenidən bölünməsini tələb etmələrinə dair hissədə baxılmamış saxlanılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-693/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-693/2025
20.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver