Məhkəmə qərarları › İş №e-2(078)-938/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-938/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-938/2024 05.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin qəbul olunmasından imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə idia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “Mercedes Benz E270 CDİ” markalı ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. İddiaçı Sığorta Şirkəti ASC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsini elektron imza ilə imzayalan şəxs kimi hüquqi şəxsin özü yəni İddiaçı Sığorta Şirkəti ASC olaraq göstərilmişdir. Halbuki ərizənin elektron nüsxəsini və həmin ərizənin əl imzasını təşkilatın səlahiyyətli nümayəndəsi imzalamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X1 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X1 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar