Məhkəmə qərarları › İş №e-2(078)-978/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-978/2022

02.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-978/2022 02.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22 və X26 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mirasın onun tərəfindən faktiki olaraq qəbulu faktının tanınması tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mirasın onun tərəfindən faktiki olaraq qəbulu faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, X6 30 may 1993-cü ildə, anası X53 14 may 2009-cu il tarixlərdə vəfat edib. Onların nikahından onunla bərabər 7 nəfər uşaqları doğulub. Vərəsələrdən qardaşları X28 22 yanvar 2016-cı il tarixdə, X29 01 may 2017-ci il tarixdə, X30 02 sentyabr 2016-cı il tarixdə vəfat edib. Sağ vərəsələr Cavabdeh3, X17, Cavabdeh2 və özüdür. X2 adına xx.xx.2021-ci tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydə alınmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6 ev 11 tam mülkiyyət hüququ üzrə miras qalmışdır. Həmin evdə o ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda orada oğlu yaşayır, özü isə 2017-ci ilə qədər daimi burada yaşamış, sonra Bakıya köçmüşdür, evi oğluna vermişdir. Özü ildə 3-4 dəfə gəlib bir müddət qalıb gedir. Bakı şəhərində işləyib orada kirayə yaşayır. Evin bütün kommunal xərcləri və illik sığortasını özü ödəyir. Qardaş-bacıları valideynlərinin sağlığında ailə qurub, ayrılaraq öz evlərində yaşayıblar. X67 Rusiyada vəfat edib. X71 rayonu, Şıxmahrnud kəndində vəfat edib. Tağıyev Rafiq isə Naxçıvan şəhərində öz evində yaşadığı müddətdə vəfat edibdir. Mərhum Rafiq qardaşı həmin həyətdə hasar çəkmişdi. O da heç bir etiraz etməmişdir. Sonra da ailəsi ilə birlikdə Naxçıvan şəhəri 57-ci məhəllədə öz evində ailəsi ilə birgə yaşamışdır. Anasının ölümündən sonra Rafiq həmin evdə yaşamayıb. Bacıları Validə ilə Həcər həmin evdən ailə qurub çıxıblar. Qardaşları Tofiq, Ramiz və Vaqif də həmçinin evlənib həmin evdən çıxıb gediblər. Ramiz Şıxmahmud kəndində ailəsi ilə birlikdə yaşayıb. Tofiq isə Rusiyada yaşayıb elə orada da rəhmətə gedib. Onun ailəsi hazırda Rusiyada yaşayır. Hazırda bacı-qardaşları ilə danışmır. Çünki bu məsələni öz aralarında həll etmək üçün hər biri ilə danışmağa çalışmış ancaq heç biri onunla razılaşmamışdır. Ona görə də mübahisə olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddiaçı ilə eyni məzmunlu izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin sözügedən ev anasına məxsus olub. Atası 1990-cı ildə rəhmətə gedib. Anası isə 2009-cu ildə rəhmətə gedib. Bacı-qardaşlardan yalnız Yasinlə Rafiq anasına məxsus evdə qalıblar. Qalan digərlərinin ayrı evi olub. Onlar ailə qurub həmin həyətdən çıxıblar. X63 arvadları bir evdə yola getməyiblər. Onların arvadları bacı olub. O bir bacı olaraq öz evini Rafiqin arvadına hədiyyə edibdir. Rafiq ailəsi ilə birlikdə həmin həyətdən çıxıb. Son vaxtlara qədər də Yasin ailəsi ilə anasına məxsus evdə yaşayıb. Təxminən 7 il olar ki, Yasin Bakı şəhərinə köçüb. Orada yaşayır. Hazırda anasına məxsus evdə Yasinin oğlu qalır. Anasından qalan bütün qızılı Yasin götürüb, pulu Yasin alınıb, övlad kimi anasının evində onarın da haqqı var. Onlar anasının evinə gedib orada yaşaya bilməzdilər, çünki Yasin evi bağlamışdı. Anası öldükdən sonra həmin evdə Yasin ailəsi ilə birlikdə yaşayıb. Anası öldükdən sonra həmin evə gəlməmişdir. Çünki Yasin imkan verməyib ki, onlar həmin həyətə gəlsinlər. Onun evi yoxdur. Ev anasının evidir, onun da haqqı var. Özünə çatan payı tələb edir. Qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Həmin sözügedən ev anasına məxsus olub. Atası 1990-cı ildə rəhmətə gedib. Anası isə 2009-cu ildə rəhmətə gedib. Bacıqardaşlardan yalnız Yasinlə Rafiq anasına məxsus evdə qalıblar. Qalan digərlərinin ayrı evi olub. Onlar ailə qurub həmin həyətdən çıxıb. Hazırda Yasin anasına məxsus evdə yaşamır, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və orada da işləyir. 5-6 ildir ki, Yasin Bakı şəhərinə köçüb. Anası öldükdən sonra həmin evdə Rafiq və Yasin ailəsi ilə birlikdə yaşayıb. 2009-cu ildə anası vəfat edəndən sonra Bankda pulu qalmışdı. Bacı-qardaşlar gedib notariusda ərizə verib və həmin pulu Yasin götürmüşdür. İndi də evi istəyir. Anası öldükdən sonra həmin evdə Yasin ailəsi ilə birlikdə yaşayıb. Anası öldükdən sonra o həmin evə gəlməmişdir. Çünki Yasin imkan verməyib ki, onlar həmin həyətə gəlsinlər. Onlar da ananın övladlarıdır və onara da pay çatmalıdır, o öz payını tələb edir. Qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı Cavabdeh3 iddianı qəbul etməyərək izahatından bildirmişdir ki, hazırda Yasin anasının evində yaşamır, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və orada da işləyir. 5-6 ildir ki, Yasin Bakı şəhərinə köçüb. Onlar da övladdırlar. Necə olur bir övad bütün mirasa sahib çıxır. Qalanları kənarda qalır? Anası öldükdən sonra həmin evdə Yasin və Rafiq ailəsi ilə birlikdə yaşayıb. Anası öldükdən sonra həmin evdə Yasin ailəsi ilə birlikdə yaşayıb. Anası öldükdən sonra o həmin evə gəlməmişdir. Onun da həmin həyətdə tikilisi vardır. Qeyd etdiklərinin nəzərə alınmasını, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X48 izahatında bidirmişdir ki, iddianı qəbul etmir, o, mərhum Rafiq Tağıyevin oğludur. Atası 2017-ci il tarixdə rəhmətə gedib. Onların ayrı bir evi olub. Atası öz evində rəhmətə gedib. Atası 2000-ci ildən həmin ata həyətindən çıxıb. İlk vaxt Bakıya köçüb orada yaşayıb Sonra da gəlib Naxçıvan şəhərində başqa bir evdə yaşamışdır. Həmin həyətdə atasının ayrı tikilisi var. Sonra o həyətdə hasar çəkib, bir mətbəx və tövlə tikmişdir. Yasin əmisi həmin torpağı ona vermişdi və bu tikilidən onun xəbəri var. Sonra tikilini yarımçıq saxlayıb həmin həyətdən çıxmışdır. Onun, anası Məlahət xanımın, qardaşı Xaliqin və bacıları Nurlana ilə Şövkətin mərhum atasına münasibətdə həmin həyətdə vərəsə kimi payı var. Onların orada ata mülkü var. O həmin tikililəri 2013-2014-cü illərdə tikmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onun həyat yoldaşım X28 əvvəl ata evində yaşayıb. 1977-ci ildə Ramizlə ailə qurduqdan sonra atası həyətdən ev tikmək üçün ona torpaq vermədiyindən o köçüb Babək rayonu Şıxmahmud kəndində yaşayıb. Orada da vəfat edib. Ramizin də ata həyətində haqqı vardır. O torpağını kiməsə vermir və hesab edir ki, onların da payı vardır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X18, X31, X39, X5 və X40 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. X49 xx.xx.2022-ci il tarixdə ərizə göndərərək hərbçi olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ona düşən payı tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X12, X23, X32, X4 və X33 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X50 ifadəsində bildirmişdir ki, İddiaçı, onun qardaşı mərhum Rafiq Tağıyevi və bacısı Həcər xanımı tanıyır. Ancaq digər bacı-qardaşların heç üzünü belə görməmişdir. Yasini lap yaxından tanıyır. Həmin evdə yalnız Yasin ailəsi ilə birgə yaşayır. Hazırda da oğlu Adıgözəl həmin evdə yaşayır. O Yasindən başqa həmin evdə başqa heç kimi yaşayan görməmişdir. Məhkəmə baxışı iclasında şahid X34 ifadəsində bildirmişdir ki, o, İddiaçı onun qardaşbacılarını tanıyır. Hamısı ilə salam-sabahı var. Ancaq həmin evdə ən çıx Yasinin və onun ailə üzvlərinin yaşadığını bilir. Yasindən başqa heç bir bacı-qardaşlarının həmin evdə yaşadıqlarını görməmişdir. Anaları öldükdən sonra da həmin evdə ancaq Yasin yaşayıb, hazırda da oğlu yaşayır. Məhkəmə iclasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilərək mütəxəssis dəvət edilmiş və mütəxəssis tərəfindən yerində müayinə aparılaraq torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 592219 nömrəli Çıxarışdan aydın olur ki, X27 ilə X13 arasında xx.xx.1948-ci il tarixdə bağlamış və bu barədə 143 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan 04 avqust 2022-ci tarixdə verilmiş Çıxarışdan aydın olur ki, X17 xx.xx.1967-ci ildə Naxçıvan rayonu Sovetabad kəndində doğulmuşdur, bu barədə xx.xx.1967-ci ildə 10 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X10r. İş materiallarında olan 09 avqust 2022-ci il tarixdə verilmiş Çıxarışdan aydın olur ki, Cavabdeh2 xx.xx.1953-cü ildə Naxçıvan rayonu Sovetabad kəndində doğulmuşdur, bu barədə xx.xx.1953-cü ildə 36 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X10r. İş materiallarında olan 074370 nömrəli Çıxarışdan aydın olur ki, Cavabdeh3 xx xxxx 1961-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, bu barədə xx.xx.1961-ci il tarixdə 681 nömrəli qeyd aparılmışdır. X6, anası X14r. İş materiallarında olan 592219 nömrəli Çıxarışdan aydın olur ki, İddiaçı xx xxx 1964-cü il tarixdə Sovetabad kəndində anadan olmuş, bu barədə xx.xx.1964-cü il tarixdə 48 nömrəli qeyd aparılmışdır. X6, anası X14r. İş materiallarında olan 711055 nömrəli Çıxarışdan aydın olur ki, X30 17 aprel 1959-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, bu barədə xx.xx.1959-cu il tarixdə 418 nömrəli qeyd aparılmışdır. X6, anası X14r. İş materiallarında olan 423129 nömrəli Çıxarışdan aydın olur ki, X28 01 oktyabr 1950-ci il tarixdə Naxçıvan rayon Sovetabad kəndində anadan olmuş, bu barədə xx.xx.1955-ci il tarixdə 12 nömrəli qeyd aparılmışdır. X6, anası X14r. İş materiallarına əlavə edilmiş 03 avqust 2022-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, X27 xx.xx.1990-cı il tarixdə heroskleroz karioskleroz diaqnozu ilə Babək rayonu Sovetabad kəndində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 16 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş 03 avqust 2022-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, X35 xx.xx.2009-cu il tarixdə miokard infarkt diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 165 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli 1123 nömrəli arayışdan aydın olur ki, X2 vərəsələri aşağıdakılardır:

1. X27 (həyat yoldaşı)-vəfat edib;

2. X28-oğlu-vəfat edib;

3. X29-oğlu-vəfat edib; 4.X30-oğlu-vəfat edib;

5. Cavabdeh3-oğlu-1961;

6. X41-oğlu-1964;

7. Cavabdeh2-qızı-1953

8. X17-qızı-1967 İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 29 iyul 2022-ci il tarixli Çıxarışdan aydın olur ki, X28 ilə X45 xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə 21 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 29.07. 2022-ci il tarixli Çıxarışdan aydın olur ki, X28 xx.xx.2016-cı il tarixdə Naxçıvan şəhərində miokart infarktı diaqnozu ilə vəfat etmiş, bu barədə 02 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli 12 nömrəli arayışdan aydın olur ki, mərhum X15 vərəsələri aşağıdaklardır: -X44-1952-arvadı -X49-1978-oğlu İş materiallarında olan Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli Çıxarışdan aydın olur ki, X29 ilə X7 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmış və bu barədə 15 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilən xx.xx.2022-ci il tarixli Çıxarışdan aydın olur ki, X29 xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhərində xroniki böyrək çatışmazlığı diaqnozu ilə vəfat etmiş, bu barədə 209 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzi İstismar İdarəsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli 426 nömrəli arayışdan aydın olur ki, ünvan 2 ünvanında 2017-ci ildə vəfat etmiş X16 vərəsələri aşağıdakılardır: -X11-1956-arvadı -X51-1986-oğlu -X52-1989-oğlu -X42-1984-qızı -X36-1981-qızı İş materiallarında olan ölüm haqqında şəhadətnamənin rus dilindən tərcümə edilmiş surətindən aydın olur ki, 17 aprel 1959-cu il tarixdə Naxçıvan şəhərində anadan olan Rusiya vətəndaşı X30 02 sentyabr 2016-cı ildə Rusiya Federasiyası Primorsk diyarı, Partizansk rayonu Volçanets qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akkt qeydləri kitabında 2016-cı il sentyabr ayının 09 günündə 219 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 3 ünvanında yerəşən ümumi sahəsi 167.84 kv.metr olan fərdi yaşayış evi və 0.1699 ha ölçüdə olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X24 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən 28 iyul 2022-ci il tarixdə verilmiş 422 nömrəli arayışından aydın olur ki, Tağıyeva X19 şəhəri Qoçüstü bina 2, ev 67 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 27 iyul 2022-ci il tarixdə verilmiş 1124 nömrəli arayışından aydın olur ki, Tağıyev X20 şəhəri Xətai məhəlləsi döngə 6 ev 11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 27 iyul 2022-ci il tarixdə verilmiş 1125 nömrəli arayışından aydın olur ki, Tağıyev X21 şəhəri Xətai məhəlləsi döngə 9 ev 15 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 29 iyul 2022-ci il tarixdə verilmiş 03/78 nömrəli arayışından aydın olur ki, X3 məhəlləsi döngə 4 ev 47 ünvanında qeydiyyatdadır. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpası məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, 07 dekabr 2012-ci il tarixdə Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunda şəhadətnamə rəsmiləşdirilmiş, 14 may 2009-cu ildə vəfat etmiş X9 əmanət kitabçası kassa nömrəli 3359 hesab nömrəsi 48608 nömrəli Kapital Bankda olan pul depozitinə vərəsə ünvan 3 ünvanında yaşayan oğlu İddiaçı barədə bütün vərəsələrin həmin miras qalan pul əmanətindən imtina ərizəsi alınmaqla rəsmiləşdirmə aparılmışdır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X2 vəfatından sonra ondan qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak İddiaçı tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı İddiaçı faktiki qəbul edərək yaşamış və hazırda həmin ünvanda övladı yaşayır. Belə ki, iş üzrə tərəflərin və şahidlərin izahatından aydın olur ki, iddiaçı miras əmlakda yaşamışdır. Bu hal iş tərəflərin izahatları, şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı anasının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, evin bütün kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Bu hallar mülki işin materiallarında olan elektrik hesablaşma sayğacında istifadəyə dair öhdəlik, elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsi, su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə öz təsdiqini tapmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə miras əmlakda onlara da pay verilməsinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X48 və X22 öz izahatlarında bildirdiyi hallarla əlaqədar qeyd edir ki, cavabdehlər hazırki iddia ərizəsinə baxılan zaman qarşılıqlı şəkildə iddia qaldırmamış, müstəqil tələb irəli sürməyən şəxslər müstəqil tələb irəli sürməmiş, miras əmlakın faktiki olaraq onlar tərəfindən də qəbul edilməsini tələb etməmişlər. Ona görə də qeyd edilən hallar hazırki iddianın predmetini təşkil etmədiyindən onlara məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz. Eyni zamanda hazırki iddia tələbi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi olduğundan və iddia tələbində payın müəyyən edilməsi tələb olaraq göstərilmədiyindən məhkəmə vərəsələr olaraq cavabdehlərin və üçüncü şəxslərin mirası qəbul edib-etməmələri məsələsini araşdıra bilməz. Bu tələbdə məhkəmə yalnız iddiaçıya münasibətdə miras əmlakın faktiki olaraq qəbul edilməsi məsələsini araşdırmalıdır. Məhkəmə cavabdehlərə və üçüncü şəxslərə izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən 17 avqust 2022-ci il tarixdə 6384 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. X1 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı tərəfindən 17 avqust 2022-ci il tarixdə 6384 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar