Məhkəmə qərarları › İş №e-2(078)-991/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-991/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-991/2024 09.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "Atəşgah” Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “Mercedes Benz E270 CDİ” markalı ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin məzmununa görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Elektron portaldan alınmış məlumatdan məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i m: İddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə icraata xitam verilsin. İddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar