Məhkəmə qərarları › İş №e-2(078)-996/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-996/2025

07.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-996/2025 07.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı törədilən hüquqdan sui-istifadə halının aradan qaldırılması; ünvan 1 ünvanında yerləşən əmlaka dair daşınmaz əmlakın Dövlət reyestrində **********82-10301 nömrə ilə aparılmış hüquqların Dövlət qeydiyyatı barədə çıxarış ləğv edilməklə həmin əmlaka dair tərəflərin (vərəsələrin) bərabər pay hüququnun müəyyən edilməsi, çıxarışın ləğvi və payların yenidən bölünməsi və 2014-cü ildə ölmüş X15 vəfatı ilə bağlı verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Həsənalı qızı tərəfindən İddiaçı qarşı törədilən hüquqdan sui-istifadə halının aradan qaldırılması, ünvan 1 ünvanında yerləşən əmlaka dair daşınmaz əmlakın Dövlət reyestrində **********82- 10301 nömrə ilə aparılmış hüquqların Dövlət qeydiyyatı barədə çıxarış ləğv edilməklə həmin əmlaka dair tərəflərin (vərəsələrin) bərabər pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı və digərlərinin valideynləri olmuş mərhum X31 ilə X32 ötən əsrin 40-cı illərində faktiki nikah bağlayaraq ailə qurmuş, onların bu nikahından - İddiaçı - Cavabdeh1 Həsənalı qızı – X16 - Cavabdeh2 Həsənalı qızı - Cavabdeh5 - X29 - X17 (vəfat edib) adında yeddi övladı dünyaya gəlmişdir. X31 1979-cu ildə, onun həyat yoldaşı X32 isə 2014-cü ildə vəfat etmiş, onlardan ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 162.9 kv.m olan bir mərtəbəli (4 otaq və 1 mətbəx) fərdi yaşayış evi miras qalmışdır. Hələ mərhum H.Rzayev vəfat etməmişdən öncə öz əmlakının bir hissəsini şifahi olaraq oğlu İddiaçı vəsiyyət etmiş, bu səbəbdən də İddiaçı sonrakı mərhələrdə valideyinlərinə məxsus torpaq sahəsində əvvəlcə 2 otaq, sonra isə əlavə olaraq üçüncü otağı inşa etməklə ailəsi ilə birgə uzun müddət orada yaşamışdır. Hazırda da qeyd edilən ev İddiaçı və onun uşaqları tərəfindən istifadə edilməkdədir. Sonradan isə ailənin digər üzvləri ailə qurmaqla təsərrüfatdan ayrılmış və tərəflərin anası olan X32 qeyd edilən ünvanda yaşamaqla 2014-cü ildə vəfat etmişdir. O vəfat etdikdən sonra miras əmlak olan ev vərəsələr tərəfindən idarə edilsə də, vərəsəlik qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmiş, cavabdehin hüquqdan sui-istifadəsi nəticəsində ədalətsiz bir pay bölgüsü aparılmışdır. Belə ki, 2023-cü ildə cavabdehin oğlu Heydər Seyidov Bakı şəhərində yaşayan vərəsələr Rübabə, Yasəmən və Abbasdan atası Mircəfər Seyidovun, cavabdehin özü isə digər vərəsələr Yaqut və Yəməndən əri Mircəfər Seyidovun adına sənəd toplamaq adı ilə etibarnamə almış və zəruri sənədlər toplandıqdan sonra miras əmlakın bütün vərəsələr arasında bərabər bölgüsünə dair çıxarış alınacağına vəd vermişlər. Həmin ərəfələrdə vərəsələr arasında müəyyən danışıqlar olmuş və hər bir vərəsə miras əmlakın onlar arasında bərabər şəkildə bölünməli olmasına öz razılıqlarını bildirmişlər. Qeyd edildiyi kimi 2023-cü ildə cavabdeh əri və oğlu vasitəsilə əldə etdiyi etibarnamələr əsasında valideyinlərindən qalmış miras əmlakın bölgüsünü aparmış və həmin əmlaka dair çıxarış da əldə etmişdir. Digər vərəsələr də valideyinlərindən qalmış mirasın aralarında bərabər şəkildə bölünəcəyinə əmin olmuş və bacısı Cavabdeh1 onları aldadacağını düşünməmişlər. Həmin hadisələrdən təqribən iki ilə yaxın vaxt keçdikdən sonra cavabdeh miras əmıakdakı payların naturada bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və bu zaman payların bərabər bölünmədiyi, cavabdehin digər vərəsələri aldadaraq onların etibarında sui istifadə edildiyi, miras əmlakın yarıdan çoxunu öz adına qeydə aldırdığı məlum olmuşdur. Eyni zamanda əldə edilən məlumata görə cavabdeh tərəfindən mərhum vərəsə olan Cavanşir Rzayevin uşaqlarına (vərəsələrinə) 15.000 (on beş min) manat məbləğində pul da ödənilmişdir (və ya vəd edilmişdir). Qeyd etdiyi kimi, cavabdeh tərəfin iddiaçılara qarşı payların naturada bölünməsi tələbinə dair artıq Naxçıvan şəhər məhkənməsinin icraatında e-2(078)-419/2025 saylı iş vardır. Hazırki vəziyyətdə iddiaçı tərəf olaraq miras əmlaka dair əsassız aparılmış pay bölgüsü ilə razı deyil. Bu səbəbdən də hesab edir ki, miras əmlaka dair paylar yenidən və bərabər şəkildə bölünməli, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində **********82-10301 nömrə ilə aparılmış hüquqların Dövlət qeydiyyatı ləğv edilməklə mübahisələndirilən əmlaka dair yeni çıxarış verilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iş üzrə nümayəndəsi və vəkili olduğu İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 Həsənalı qızı və digərlərinə qarşı hüquqdan sui-istifadə halının aradan qaldırılması və ünvan 1 ünvanında yerləşən əmlaka dair daşınmaz əmlakın Dövlət reyestrində **********82-10301 nömrə ilə aparılmış hüquqların Dövlət qeydiyyatı barədə çıxarış ləğv edilməklə həmin əmlaka dair tərəflərin (vərəsələrin) bərabər pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsi məhkəmə icraatına qəbul edilmiş və iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında irəli sürülmüş iddia tələbinin artırılması zərurəti yaranmışdır. Belə ki, mübahisələndirilən əmlak tərəflərin mərhum X6ndan miras qalmış və onun sağlığında bu əmlak onun iradəsi ilə razılaşdırılmış qaydada bölünmüşdür. Lakin H.Rzayevin vəfatından sonra miras əmlak onun mərhum arvadı X15 vəfat etdikdən sonrakı mərhələlərdə miras əmlakın qanun və ya vərəsəlik qaydasında bölünməsi şübhə doğurur və bu bölgü valideynlərin sağlığında olan razılaşmaya qətiyyən uyğun gəlmir. Bu səbəbdən də hesab edir ki, hazırki iş üzrə iddia tələbi artırlmalı və mübahisələndirilən əmlakın bölgüsü ilə bağlı ilkin olaraq tərtib edilmiş vərəsəlik şəhadətnaməsi də ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində deyilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, iddia ərizəsinin xahiş edirəm hissəsinə - İİİ bənd əlavə edilməklə 2014-cü ildə ölmüş X15 vəfat ilə bağlı verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edəsiniz- kimi oxunaraq iddia tələbinə artırılmış həcmdə baxılması və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmənin 09 oktyabr 2025-ci il tarixli qərardadı ilə iddia tələbinə artırılmış həcmdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı çıxarışın ləğvi və payların yenidən bölünməsi və 2014-cü ildə ölmüş X15 vəfatı ilə bağlı verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi çərçivəsində baxılmasına qərar verilmişdir. Cavabdeh Naxçıvan şəhər 3 saylı Notariat ofisi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh üzürlü səbəbdən 03 noyabr 2025-ci il tarixə saat 09:00 təyin məhkəmə baxış iclasında iştirak edə bilməyəcək. Bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh5 Həsənəli qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh1 məhkəmədə vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh5 Həsənəli qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında həyətin 6 metr enində 59 metr uzununda torpağı atasının ona verdiyini, yazılı olaraq yox sözdə verdiyini, özünün neçə illər əkib biçdiyini, sonra özünün gedib bərabər hissədə bölmələrini dediyini, böyük bacısının orada ev tikdirdiyini, sonra evin ikinci mərtəbəsini tikdiyini, sənədsiz olduğunu, torpağın qanuni olaraq natural qaydada 7 yerə bölünməsini istədiyini, vərəsəlik şəhadətnaməsinin etibarsız olmasını istədiyini, Cavanşirin onun qardaşı olduğunu, Cavanşirin vərəsələrinin Aytəkin, Polad və Dilbər olduğunu, 1989-cu ildəki şəhadətnamədə bərabər hissədə pay alınmasından xəbərinin olmadığını, anasının 9/16 payı kimə bağışladığını bilmədiyini, anasının payını Yazgül xanıma verilməsini mübahisələndirdiklərini, Yazgülə payın kimin verdiyini bilmədiyini, notariusun əsassız verdiyini, ortada heç bir sənədin olmadığını, anasının payından imtina etmədiyini, Yazgülün ərinə sənədləri toplamaq üçün etibarnamə verdiyini, imtina məqsədli etibarnamə vermədiyini, anasının 2014-cü ildə vəfat etdiyini, özünün Mircəfərə etibarnaməni sənədləri toplamaq üçün verdiyini, o zaman özünün xəstə olduğunu, gedə bilmədiyini, hansı sənədlər üçün istədiyini bilmədiyini, bəzi sənədləri daşınmaz əmlakdan götürmək üçün istədiklərini, artığını bilmədiyini, məlumatının olmadığını, Yazgülün onun atasının özünə verdiyi torpaqda ev tikdiyini, evin tikildiyini 2 il qabaq bildiyini, hasar çəkildiyini, özünün o hasarı üçurduğunu, sonradan yenə hasarın çəkildiyini, iki bacısı və Yazgülün yığışıb öz aralarında böldüklərini, Yazgülün evinin 207 kvadrat olmalı olduğunu, qardaşının payını götürdüyü üçün 444 olduğunu, toplayanda düz olmadığını, özündə 200 neçə kvadrat olduğunu, Yazgülün torpağı hasara alıb ev tikdiyini, o səbəbdən payının düz gəlmədiyini., oradakı çardağı özünün tikdiyini, 27/48 Yazgüldə olduğunu, 3/48 payın Yazgüllə böyük fərq olduğunu, problemin torpaq sahəsindəki bölgüdə olduğunu, anasının vəsiyyətnaməsinin olmadığını, hansı əsasla anasının payının Yazgülə keçdiyini bilmədiyini, şəhadətnamənin qeyd edildiyi kimi bölünmədiyini, özündə 200 neçə kvadratın qaldığını, digər bacılarının da eynilə bu qaydada olduğunu, bacısı oğluna inandığını, sənədləri toplamaq adı ilə ondan etibarnamə alıb imtina verdiyini, bunu bilmədiyini bu hadisədən məlumatının olmadığını, digər bacılarını və qardaşının qızını da aldatdığını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında şəhadətnamədə ananın payını Yazgülün tam mənimsədiyini, 30/48 payın Yazgül xanımda olduğunu, Yazgülə 30/48 pay verilməsini mübahisələndirdiklərini, Yazgülün ərinə sənədləri toplamaq adı ilə etibarnamə verdiyini, Mircəfərin Yazgülün yoldaşı olduğunu, sənəd hazırlamaq adı ilə etibarnamə alıb digər məqsədlər üçün istifadə etdiklərini, məhkəmənin bu halı nəzərə alınmasını istədiyini, iddia ərizəsində verilən qanun üzrə vərəsəlik haqqında çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X25 izahatında iddianı qəbul etmədiklərini, hər şeyin könüllü şəkildə icra olunduğunu, heç bir hüquq pozuntusunun olmadığını, anaya münasibətdə paydan iddiaçının imtina etdiyini, övladların bəziləri özləri gedib imtina etdiyini, bəzilərinin nümayəndə vasitəsilə imtina etdiklərini, tərəflərlə uzlaşmaq istədiklərini, bildirmişdir. Məhkəmə iclası zamanı Whatsapp vasitəsilə video görüntü ilə iclasa qoşulan cavabdeh X16 izahatında anasının 2014-cü ildə vəfat etdiyini, anasının payından imtina etmədiyini, özünün nümayəndəyə sənədləri hazırlamaq üçün etibarnamə verdiyini, paydan imtinadan məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, Cavabdeh1 nümayəndə və vəkil vasitəsilə təmsil olunmuş, X16 vatsapp vasitəsilə fikrini bildirmiş, digər cavabdehlər isə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclaslarının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə qarşı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələr məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Məhkəmə iclaslarının cavabdehlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın texniki pasportunun surətindən aydın olur ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə 3/48 mülkiyyət hüququ üzrə İddiaçı Həsənəli oğlunun, 3/48 hissə Cavabdeh4, 3/48 hissədə Cavabdeh2, 3/48 hissədə Cavabdeh5 Həsənəli qızının, 3/48 hissədə Cavabdeh3, 1/48 hissədə X18, 1/48 hissədə X3, 1/48 hissədə X4, 30/48 hissədə Cavabdeh1 adına 104013017-382-103a reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 162.91 kv.metr olan fərdi yaşayış evi və 0.1494 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə 3/48 mülkiyyət hüququ üzrə İddiaçı Həsənəli oğlunun, 3/48 hissə Cavabdeh4, 3/48 hissədə Cavabdeh2, 3/48 hissədə Cavabdeh5 Həsənəli qızının, 3/48 hissədə Cavabdeh3, 1/48 hissədə X18, 1/48 hissədə X3, 1/48 hissədə X4, 30/48 hissədə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli nömrəli 384052 nömrəli ölüm haqqında çıxarışdan aydın olur ki, X31 qızı 31 iyul 1976-cı il tarixdə beyin qansızması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 114 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 494769 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X33 26 yanvar 2014-cü il tarixdə durğunluq pnevmaniyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 98 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 250 nömrəli arayışdan aydın olur ki, mərhum X19 vərəsələri aşağıdakılardır:

1. X33 (həyat yoldaşı)- vəfat edib;

2. İddiaçı Həsənəli oğlu -oğlu-1945;

3. Cavabdeh1 -qızı-1952;

4. Cavabdeh4 -qızı-1954;

5. Cavabdeh2 -qızı-1956;

6. Cavabdeh5 Həsənəli qızı -qızı-1958;

7. Cavabdeh3 -qızı-1959;

8. X20-vəfat edib. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, 24 aprel 2021-ci ildə vəfat etmiş X5 əmlakına vərəsəsi qızı X11, X12, oğlu X34- onların hər biri miras əmlakın 1/3 (üçdə bir) hissəsinə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi olan daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən ünvan 2 ünvanındakı fərdi yaşayış evi mülkiyyətində olan 103.4kv.m torpaq sahəsində yerləşən 0.1494 ha fərdi yaşayış evi mərhum X7 məxsus olan 1/16 hissədən ibarətdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 103.4 kv.metr olan fərdi yaşayış evi və 0.1494 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə 9/16 mülkiyyət hüququ üzrə X33, 1/16 hissə İddiaçı, 1/16 hissədə X20, 1/16 hissədə Cavabdeh1, 1/16 hissədə Cavabdeh4, 1/16 hissədə Cavabdeh2, 1/16 hissədə Cavabdeh5 Həsənəli qızı, 1/16 hissədə Cavabdeh3, adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, 31 iyul 1976-cı ildə vəfat etmiş X21 əmlakına vərəsəsi ünvan 3 ünvanında yaşayan arvadı, X33, Naxçıvan Şəhər 2-ci mikrorayon ev3, mənzil 19 da yaşayan, oğlu İddiaçı, Bakı şəhər, Profseus küçəsi, 57 də yaşayan oğlu, X20, Naxçıvan şəhər, 3-cü mikrorayon, ev 8, mənzil 42 də yaşayan, qızı Cavabdeh1, Naxçıvan şəhər, 2-ci mikrorayon, ev 4, mənzil 45 də yaşayan, qızı X22, Naxçıvan Şəhər 2ci mikrorayon ev 4, mənzil 39 da yaşayan, qızı Cavabdeh2, Naxçıvan şəhər, 1 may küçəsi, ev 25 də yaşayan qızı Cavabdeh5 Həsənəli qızı, Naxçıvan şəhər Puşkin küçəsi, ev 32 də yaşayan qızı, Cavabdeh3 onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamədə verilən miras əmlak 1940-1950-ci illərədə tikilmiş, 96.0kv.m, yaşayış sahəsi, 7.8 kv metr, qeyri yaşayış sahəsi, ümumi yaşayış sahəsi 103.8 kv.metr olan, 6 otaqdan, 1 dəhlizdən, 2 açıq balkondan, 2 əl damından ibarət, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin 1/2 hissədən ibarətdir. İş materialların əlavə olunan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, xx.xx.2014-ci il tarixdə vəfat etmiş- X23 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2019 - Asan 2, FİN ıOTGQFDY, d/t: xx.xx.1952) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021 tarixdə X26 verilmiş **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında 0.1494-ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.4 kv/m olan fərdi yaşayış evinin və torpaq sahəsinin mərhum X27 məxsus olan 27/48 -hissəsindən ibarətdir. ünvan 6 nömrəli notariat işində yerləşən Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən çıxarışa əsasən X31 və X33 xx.xx.1976-cı ildə nikah bağlamışdırlar. ünvan 6 nömrəli notariat işində yerləşən doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı 2 aprel 1945-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 110 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X28r. ünvan 6 nömrəli notariat işində yerləşən doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh1 xx xxxx 1952-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 225 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X28r. ünvan 6 nömrəli notariat işində yerləşən doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh4 9 yanvar 1954-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 84 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X28r. ünvan 6 nömrəli notariat işində yerləşən doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh2 6 yanvar 1956-cı ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 75 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X28r. ünvan 6 nömrəli notariat işində yerləşən doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh3 xx xxxx 1959-cu ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 684 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X28r. ünvan 6 nömrəli notariat işində yerləşən doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh5 Həsənəli qızı 9 yanvar 1958-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 62 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X28r. ünvan 6 nömrəli notariat işində yerləşən nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X1 Əbülfəz Zeynalabdin oğlu ilə 04.111978-ci ildə Naxçıvan şəhərində nikah bağlamışdırlar, bu barədə 356 nömrəli akt qeydi aparılmışdır. ünvan 6 nömrəli notariat işində yerləşən Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1779 nömrəli arayışdan aydın olur ki, mərhum X23 vərəsələri aşağıdakılardır:

1. X19 (həyat yoldaşı)- vəfat edib;

2. İddiaçı Həsənəli oğlu -oğlu-1945;

3. Cavabdeh1 -qızı-1952;

4. Cavabdeh4 -qızı-1954;

5. Cavabdeh2 -qızı-1956;

6. Cavabdeh5 Həsənəli qızı -qızı-1958;

7. Cavabdeh3 -qızı-1959;

8. X20-vəfat edib. ünvan 6 nömrəli notariat işində yerləşən Azərbaycan Respublikası DİN tərəfindən 01 may 2023-cü il tarixdə verilmiş ******* nömrəli arayışından aydın olur ki, Rzayeva X14 şəhər Azərbaycan küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. ünvan 6 nömrəli notariat işində yerləşən 3 saylı Notariat Ofisinə nümayəndə vasitəsilə verilmiş 19 iyun 2023-cü il tarixli ərizədən aydın olur ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X23 ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatan hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. ünvan 6 nömrəli notariat işində yerləşən 3 saylı Notariat Ofisinə verilmiş 19 iyun 2023-cü il tarixli nümayəndə vasitəsilə verilən ərizədən aydın olur ki, ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X23 ölümündən sonra miras qalmış payı qəbul etməmişdir, etmək istəmir, etmək niyyətində deyildir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir, Gələcəkdə miras qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası heç bir iddiası və tələbi olmayacaqdır. ünvan 6 nömrəli notariat işində yerləşən 3 saylı Notariat Ofisinə verilmiş 19 iyun 2023-cü il tarixli nümayəndə vasitəsilə verilən ərizədən aydın olur ki, ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh4 bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X23 ölümündən sonra miras qalmış payı qəbul etməmişdir, etmək istəmir, etmək niyyətində deyildir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir, gələcəkdə miras qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası heç bir iddiası və tələbi olmayacaqdır. ünvan 6 nömrəli notariat işində yerləşən 3 saylı Notariat Ofisinə verilmiş 19 iyun 2023-cü il tarixli ərizədən aydın olur ki, ünvan 9 ünvanında qeydiyyatda olan Cavabdeh2bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X23 ölümündən sonra miras qalmış payı qəbul etməmişdir, etmək istəmir, etmək niyyətində deyildir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir, gələcəkdə miras qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası heç bir iddiası və tələbi olmayacaqdır. ünvan 6 nömrəli notariat işində yerləşən 3 saylı Notariat Ofisinə verilmiş 19 iyun 2023-cü il tarixli ərizədən aydın olur ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X23 ölümündən sonra miras qalmış payı qəbul etməmişdir, etmək istəmir, etmək niyyətində deyildir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir, gələcəkdə miras qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 162.91 kv.metr olan fərdi yaşayış evi və 0.1494 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə, 27/48 mülkiyyət hüququ üzrə X23, 3/48 mülkiyyət hüququ üzrə İddiaçı Həsənəli oğlunun, 3/48 hissə Cavabdeh4, 3/48 hissədə Cavabdeh2, 3/48 hissədə Cavabdeh5 Həsənəli qızının, 3/48 hissədə Cavabdeh3, 1/48 hissədə X18, 1/48 hissədə X3, 1/48 hissədə X4, 3/48 hissədə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi daşınmaz əmlakın çıxarışının ləğvi, vərəsələrin bərabər pay hüququnun müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi olduğundan ilk olaraq vərəsəlik hüququ üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi üçün əsas olub-olmamasının müəyyən edilməsidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1325.1. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 1325.2. Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir. 1325.3. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir. 1325.4. Hər bir miras şəriki bu Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər. 1325.5. Bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Maddə 1243.1-mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2-vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255-qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə görə vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. Təlimanın 96-cı bəndinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Təlimatın 99-cu bəndinə görə vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının və cavabdehlərin valideynləri X31 və X9 daşınmaz əmlak olaraq ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. X31 1976-cı ildə vəfat etmiş, onun vəfatından sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə mərhumun vərəsələrinin hər birinə bərabər mirasdan pay hüququ müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə bölgü aparılan zaman əmlakın ½ hissəsinin X13, qalan ½ hissəsinin isə hər bir vərəsənin bərabər pay hüququ müəyyən edilməsi göstərilmişdir. Bunun nəticəsində X15 adına verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan aydın olur ki, X15 payı 9/16 hissə, digər vərəsələrin hər birinin payı 1/16 hissə müəyyən edilmişdir. X32 2014-cü ildə vəfat etmişdir və onun vəfatından sonra hər hansı vəsiyyətnamənin olması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin X2 vəfatından sonra ondan qalan 9/16 hissə miras əmlakın formal qəbul edilməsi barədə vərəsələr tərəfindən notarial qaydada ərizələr iş materiallarına əlavə edilməmişdir, eləcə də iddiaçı bu barədə ərizə verməsi barədə məhkəmədə hər hansı məlumat qeyd etməmişdir. X2 vəfatından sonra ondan qalan 9/16 hissə miras əmlakın faktiki qaydada qəbul edilməsi barədə hər hansı məhkəmə aktının mövcud olmadığı işə baxılan zaman müəyyən edilmişdir. X15 vəfatından sonra ondan qalan 9/16 hissə miras əmlakın bölgüsünə dair vərəsəlik şəhadətnaməsi 19 iyun 2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilən zaman X2 miras payı 27/48 hissə olaraq qeyd edilmiş və mirası qəbul edən vərəsə Cavabdeh1 olmuşdur. Şəhadətnamə rəsmiləşdiriən zaman birinci növbəli vərəsələrdən hər biri etibarnamə əsasında ərizə təqdim edərək ananın vəfatından sonra qalmış miras payını qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığı, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası üçün heç bir iddiası və tələbi olmayacağını bildirmişlər. Vərəsələr tərəfindən bu məzmunlu ərizələr etibarnamə əsasında təqdim edilmiş, etibarnamələrə nəzər saldıqda müəyyən edilir ki, ərizə verilən zaman etibarnamə qüvvədə olmuş, verilən səlahiyyətlərdən isə bu məzmunlu ərizələrin verilməsi üçün tam səlahiyyət verildiyi aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)- 1792/2024 nömrəli xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu Qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə tərkibi işə Mülki Məcəllənin 1272-ci maddəsinin tətbiq edilməklə iddianın göstərilən qaydada həll edilməsini qanuni və əsaslı yanaşma hesab etmir. Həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırki işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Bu baxımdan iddiaçının mirası qəbul etdiyi nəticəsinə gəlindikdən sonra, iddianın mirasın açıldığı vaxtdan iki ay ərzində qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisə açılmamasına görə rədd edilməsi barədə mövqe özü-özlüyündə ziddiyyətli olduğu kimi, Konstitusiyası Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqelərə də uyğun olmamışdır. Belə ki, qəbul edilmiş miras onun açıldıı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərizəndə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. Kollegiya vurğulayır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması...vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Məhkəmə qeyd edilən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını müəyyən edən kollegiya qərarına uyğun olaraq hesab edir ki, İddiaçı mərhum anası X9 qalan miras əmlakı faktiki və ya formal olaraq qəbul etməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmiş, bu hal işə baxılan zaman tərəflərin izahatı ilə sübuta yetirilməmişdir. Əlavə olaraq İddiaçı digər birinci növbəli vərəsələrlə birlikdə miras əmlakın razılıq əsasında notarial qaydada bölüşdürlüməsi üçün etibarnamə vermiş, etibarnamədə olan səlahiyyətləri miras əmlakı qəbul etmək və ondan imtina etmək barədə olmuş və təmsilçilik əsasında hər bir vərəsə miras əmlakdan imtina etmişdir. Bu imtina nəticəsində mərhum X9 qalan miras əmlak Cavabdeh1 Həsənalı qızının adına sənədləşmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdiriləndən keçən müddət ərzində iddiaçı bununla bağlı iki il olar ki, məlumat əldə etdiyini bildirmişdir. Lakin bununla bağlı hər hansı mübahisə yaratmamış, sadəcə olaraq cavabdeh naturada bölgü ilə müraciət etdikdən sonra vərəsəlik şəhadətnaməsini mübahisələndirmişdir. Məhkəmə şəhadətnamənin ləğv edilməsi üçün hər hansı əsası işə baxarkən müəyyən etməmişdir. Buna görə də şəhadətnamənin ləğvi üçün əsas olmadığından, daşınmaz əmlakın çıxarışının ləğv edilməsi üçün əsas da yoxdur. Məhkəmə iddia tələbində Cavabdeh1 Həsənalı qızı tərəfindən iddiaçıya törədilən hüquqdan sui-istifadə halının aradan qaldırılmasına dair hissəsinin əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Belə ki, işə baxılarkən cavabdeh tərəfindən hər hansı hüquqdan sui-istifadə halı müəyyən edilməmişdir. Cavabdehın adına vərəsəlik hüququ haqqında şəhadətnamə hüquqdan istifadə edilməklə verilən etibarnamə əsasında rəsmiləşdirilmişdir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən hüquqdan sui-istifadə halının aradan qaldırılması, çıxarışın ləğvi və tərəflərin (vərəsələrin) bərabər pay hüququnun müəyyən edilməsi və 2014-cü ildə ölmüş X15 vəfatı ilə bağlı verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, iddia tələbi verilən zaman ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən hüquqdan sui-istifadə halının aradan qaldırılması, çıxarışın ləğvi və tərəflərin (vərəsələrin) bərabər pay hüququnun müəyyən edilməsi və 2014-cü ildə ölmüş X15 vəfatı ilə bağlı verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddia tələbi verilən zaman ödənilən dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar