Məhkəmə qərarları › İş №e-2(079)-175/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-175/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-175/2024 29.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, "Hyundai Santafe” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 915 manat məbləğində sığorta ödənişi, 30.00 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyri tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan "Peugeot 405" markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətməsi nəficəsində "Hyundai Santafe" markalı, ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. "Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, "Hyundai Santafe” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1090 (bir min doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qa subroqasiya hüququmuz yaranmışdır. Binəqədi rayon DYPŞ-nin inzibafi tənbeh vermə haqqında qərarında Cavabdeh təqsirli olması əksini tapmışdır. Qeyd etmək istərdik ki, Cavabdeh öz növbəsində 1090 manat məbləğindən 175 manat ödəniş həyata keçirmiş, 915 manat ödənilməmiş qalmışdır. Hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəficəsində "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 915 (doqquz yüz on beş) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuş, cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə dair məlumatdan belə məlum olur ki, xx.xx.2022-ci il tarixli PAT********** nömrəli İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı istehsal ili 1998 olan, 99RZ624 dövlət qeydiyyat nişanlı, PEUGEOT 405 model minik nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 5 000 (beş min) manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə: 1) bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği ilə, sığorta haqqının hesablanması: baza sığorta haqqı: 50 olmaqla, sığorta haqqı 50.0 manat olmaqla, sığorta haqqının ödənilməsi qaydası birdəfəlik və nağdsız qaydada müəyyən olunmaqla 1 il sığorta təminat müddəti ərzində xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4764497 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Binəqədi Novxanı-Pirsağı dəniz kənarı yol ərazisində PEUGEOT 405 minik markalı, 99RZ624 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Cavabdeh izahatında 99RZ624 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qarşısında qəflətən maşını saxladığını, ara məsafəsi kifayət qədər olsa da, əyləcdən istifadə etsə də, idarə etdiyi avtomobilin sürüşərək qarşısındakı avtomobilin arxa hissəsindən toqquşduğunu, qarşı tərəflə razılaşdıqlarını, buna görə də subroqasiyaya və polisə məlumat vermədiklərini, qarşı tərəfin sürücüsünün maşınına dəymiş maddi zərər üçün ondan vurduğu zərərdən artıq pul istədiyini, özünün isə bu miqdarı ödəməyə imkanının olmadığını bildirdiyini, ustada onun maşınını düzəltdirə biləcəyini bildirdiyini, qarşı tərəfin isə buna razı olmadığını, qayda pozuntusunu səmimi etiraf edərək bildirmişdir. X1 izahatında etibarnamə ilə idarə etdiyi Hyundai Santafe markalı 99LA909 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən qarşısındakı maşının qəflətən dayandığını, özünün araməsafəsi kifayət qədər olduğu üçün maşını saxladığını, onunla eyni istiqamətdə düzünə hərəkət edən PEUGEOT markalı, 99RZ624 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün düzgün ara məsafəsi saxlamadığından hərəkət edərək onun maşınının arxa hissəsi ilə toqquşduğunu, hadisədən sonra qarşı tərəflə razılaşdıqlarını, sığortaya və polisə məlumat vermədən hadisə yerini tərk etdiklərini, sonradan qarşı tərəfin maşına vurulan maddi zərəri ödəməyə imkanının olmadığını bildirdiyini, özünün isə xx.xx.2022-ci il tarixdə 102 xidmətinə zəng vuraraq məlumat verdiyini, hadisənin araşdırılaraq ona dəymiş zərərin ödənilməsində köməklik göstərilməsini xahiş edərək bildirmişdir. xx.xx.2022-ci il tarixli, 107822 nömrəli sığorta aktının ümumi məlumatlar bölməsində PAT********** nömrəli icbari sığorta müqaviləsi ilə PEUGEOT 405 markalı, 909RZ624 dövlət qeydiyyat nişanlı, istehsal ili 1993-cü il olan avtomobilin xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək müddətə, 55000.00 manat sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2022-ci il tarixdə Binəqədi şossesində baş verdiyi, sığortalanmış PEUGEOT 405 markalı, 99RZ624 dövlət qeydiyyat nişanlı avtomobilin HYUNDAİ markalı, 99LA909 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, hadisənin sığorta müaviləsi üzrə 1-ci hadisə olduğu, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq müəyyən edildiyi, zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin texniki ekspertiza əsasında 1090.00 AZN (bir min doxsan manat) olduğu, sığorta ödənişinin 1090.00 AZN olduğu, ödənişin köçürülmə üsulu ilə verildiyi, sığortaçının reqres hüququnun yarandığı qeyd edilir. 6697 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından 1090 manat dəymiş zərərin məbləğinin köçürmə yolu ilə İddiaçı Sığorta Şirkəti ASC-dən tərəfindən Azadəliyeva Firəngiz Fəxrəddin qızının AZ80RBTA******************** nömrəli hesab nömrəsinə ödənilməklə Azadəliyeva Firəngiz Fəxrəddin qızına sığorta ödənişinin təhvil verildiyi müəyyən olunur. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan HYUNDAİ markalı, 99LA909 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 1090.00 manat həcmində olması müəyyən edildiyi, zədələnmiş detallar, zədələrin xarakteri, dəyişdirilmə və ya təmir edilmə zərurəti, görüləcək işlər və onların miqdarı olaraq 1 ədəd sol duman qiyməti 200.00, 1 ədəd sol duman qiyməti 70.00, 1 ədəd sol duman qiyməti 40.00 manat, cəmi 310.00 manat olmaqla, işçilik üzrə 1 ədəd detal üzrə qiyməti 450.00 manat, rəng işçiliyi 1 ədəd detal üzrə 330.00 manat, cəmi 780.00 manat olmaqla, yekun 1090 manat olduğu müəyyən edilir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, O-AS-20240107 nömrəli cavabdehə ünvanlanmış pretenziyadan xx.xx.2022-ci il tarixdə idarə etdiyi "Peugeot 405" markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin "X5” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğu, baş vermiş yol nəqliyyat hadisəsində "X5" markalı, 99LA909 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyi, İddiaçı Sığorta Şirkəti ASC-nin öz növbəsində dəymiş zərəri aradan qaldırmaq üçün “X5” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1090 (bir min doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirdiyi, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınılması səbəbindən ona qarşı subroqasiya tələbi hüququnun yarandığı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı (subroqasiya hüququ) maddəsinə əsasən sığorta ödənişi almış şəxsin (zərərçəkən) ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı (zərərvuran) malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququnun olduğu, İddiaçı Sığorta Şirkəti ASC-nin zərərçəkənə sığorta ödənişi həyata keçirməklə subroqasiya hüququna nail olduğu və ödənilmiş zərər məbləğinin sığorta təşkilatına ödənilməsi tələb olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “PEUGEOT 405” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil Novxanı yolu ilə Pirşağı istiqamətində hərəkət edən zaman ara məsafəsi saxlama ilə bağlı qaydaları pozmuş, nəticədə “HYUNDAİ SANTAFE” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi Rayon DYPŞ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən “PEUGEOT 405” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “HYUNDAİ SANTAFE” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1090 (bir min doxsan) manat məbləğində maddi zərər dəymişdir. PAT********** saylı sığorta şəhadətnaməsi əsasında 6697 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1090 (bir min doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. PAT********** nömrəli İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Azadəliyeva Firəngiz Fəxrəddin qızı arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı 99RZ624 dövlət qeydiyyat nişanlı, PEUGEOT 405 model minik nəqliyyat vasitəsinin 1 il sığorta təminat müddəti ərzində xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. PEUGEOT 405 model minik markalı və modelli nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 1090 manat məbləğində zərər zərərçəkən Azadəliyeva Firəngiz Fəxrəddin qızının hesabına köçürülmüşdür. Müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və təqsirli olduğu hadisə yerindən yayınması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 915 (doqquz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 915 (doqquz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar