Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-290/2022 23.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələblərə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “20” may 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.09.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə 33244,39 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 10809,91 manat məbləğində faiz borcu və 161,88 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 44216,18 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 223 manat məbləğində, cəmi 263 manat pulun tutulması, tələbin paylı mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 10.09.2019 il tarixli, nzaz12309saylı kredit müqaviləsi üzrə cəmi 44216,18 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 263 manat məbləğində pulun İddiaçı ASCnə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzildən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı MPM-də nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddia ərizəsinə əlavə olunmuş kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından çıxarışdan məlum olur ki, təşkilati hüquqi forması açıq səhmdar cəmiyyəti olan İddiaçı 30.06.1993-cü ildən dövlət qeydiyyatına alınmış (VÖEN **********) kommersiya hüquqi şəxsdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarından çıxarışdan belə məlum olur ki, Cavabdeh VÖEN nömrəsi ********** olan vergi ödəyicisi, fərdi sahibkardır. Həmçinin Cavabdeh barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, Cavabdeh (VÖEN nömrəsi **********) 23.07.2011-ci il tarixdən əsas fəaliyyət növü “Televiziya, radio və telefonun köməyi ilə bilavasitə satış” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana ticarət və xidmət (dövriyyə vəsaitinin artırılması) məqsədilə 45000 AZN (qırx beş min manat) məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən tələb hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəlir, kredit isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi - ticarət və xidmət (dövriyyə vəsaitinin artırılması) məqsədilə verilmişdir. Müqavilənin hər iki tərəfi sahibkarlıq subyektidir. Beləliklə, mübahisənin subyekt dairəsi kommersiya hüquqi şəxsi və fərdi sahibkardan ibarətdir. Mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir. Mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. MPM-in 30.1-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələblərinə dair iddia ərizəsi məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). İddiaçıya izah olunmalıdır ki, MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsilə 28 yanvar 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 223 (iki yüz iyirmi üç) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsilə 28 yanvar 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 223 (iki yüz iyirmi üç) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-290/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-290/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver