Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-654/2024 07.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 02 oktyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1801.09 AZN məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39 AZN dövlət rüsumu məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane debet karta dair “Əsas şərtlər”razılaşmaya əsasən **********6944-578452 saylı kart hesabı açılmış və ona kart verilmişdir. Müştərinin kartına xx.xx.2022 tarixində texniki səhv nəticəsində 1779.93 AZN mədaxil olunmuşdur. Mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulu xx.xx.2022-ci il tarixində xərcləmişdir. Nəticədə həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 1799.95 AZN overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 1739.45 AZN overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 61.64 AZN faiz borcu olmaqla, cəmi 1801.09 AZN borcu vardır. Tərəfimizdən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli , RB-02/PK-4224 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh bugünədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla bankımıza maddi zərər vurur. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Sözügedən müddət ərzində cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında əsassız varlanma ilə bağlı hüquq münasibətlərindən irəli gələn münasibətləri mövcud olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında 11 mart 2022-ci ildə “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə kartmane debet karta dair əsas şərtlər " razılaşma imzalanmış və cavabdeh iddiaçının xidmətlərindən istifadə etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair ərizəyə əsasən 11 mart 2022-ci il tarixində Cavabdeh “plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə ilə razılaşması və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehin adına kart hesabının açılması və ona ödəniş kartının verilməsi aydın olur. Tərəflər arasında bağlanmış müqavilənin: - 2.2-ci bəndinə görə bu razılaşma razılaşmanın 1.6-cı bəndində göstərilən tarixədək qüvvədə qalır. Müddət dedikdə əgər Ümumi şərtlərdə ayrı qayda nəzərdə tutulmayıbsa, müştərinin bu razılaşma üzrə bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalarsa, Kartmane kartının müddətinin bitib-bitməməsindən asılı olmayaraq bu razılaşma müştərinin bütün öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə qalır; - 2.3-cü bəndinə görə bank tərəfindən müqavilənin Ümumi şərtlərinə və Əsas şərtlərinə Ümumi şərtlərdə göstərilmiş qaydada birtərəfli olaraq əlavə və dəyişikliklər edilə bilər. Müqavilənin Ümumi şərtlərinə edilən hər hansı bir əlavə və dəyişiklik Bank tərəfindən www.rabitəbank.com ünvanında olan bankın rəsmi internet səhifəsinin “fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müqavilənin ümumi şərtləri” bölməsində yerləşdirilir. - 3.1.1-ci bəndinə görə müştərinin Kartmane hesabı üzrə faizlər yalnız hesab qalığı minimum 100 AZN/USD olduqda və maksimum 10000 AZN-dək/10000USD-dək olan hissəyə hesablanır. xx.xx.2022-ci il tarixində təsdiq edilmiş fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtlərinin: -1.1.41. Overdraft - Cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanıdır. -1.1.42. Texniki (icazə verilməmiş) Overdraft - Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankın və Müştərinin iradəsi xaricində Kart Hesabında yaranan mənfi qalıq, borc və öhdəliklərdir. -4.5. Aparılmış səhv əməliyyatlar nəticəsində Müştərinin Bankda olan istənilən hesabına səhvən hesablanmış, köçürülmüş (verilmiş), Texniki Overdraft nəticəsində Bankın və ya Müştərinin iradəsi xaricində daxil olmuş vəsaiti, habelə Overdraft nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcu Bankın bu Müqaviləyə aid olub-olmamasından asılı olmayaraq Müştərinin Bankda olan kart, depozit və ya bütün digər növ hesablarından onun razılığı olmadan akseptsiz qaydada silmək, habelə Müştərinin Bankda olan istənilən əmlakını qanunvericilikdə nəzərdə tutulmuş qaydada özündə saxlamaqla Müştəriyə verməmək və məhkəmə vasitəsilə borcunun ödənilməsinə yönəltmək hüququ vardır. Overdraft və Texniki Overdraft yarandığı gün müştərinin bank qarşısında digər borcları ilə yanaşı borcu hesab edilir. - 7.21. Müştəri bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla Bank qarşısında bu Müqavilə üzrə yaranmış istənilən borcu Banka ödəməlidir. X1 valyutasına müvafiq olaraq qəbul edilir. Borcların Banka ödənilməsi zamanı Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. X3 Texniki Overdraft yaranacağı təqdirdə Kartın bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün boıc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür. - 7.22. Müştəri Bank tərəfindən əsassız olaraq və >a səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti Banka Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə Bankın həmin məbləği Müştərinin Bankda olan istənilən hesabından (cari, əmanət və s.) akseptsiz qaydada silmək hüququ yaranır. - 7.23. Müştəri Kart hesabı üzrə yaranan Overdraft və ya Texniki Overdraft borcunu, bu haqda Bankdan məlumat alan tarixdən etibarən Bank tərəfindən daha qısa müddət müəyyən edilməmişdirsə, 30 təqvim günü müddətində Banka ödəməyi öz öhdəsinə götürür. - 7.24. Kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, e- mail və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablanan kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür. -7.37.3. Kart hesabında Texniki Overdraft yarandığı halda; -11.4.2. Tərəflər təsdiq edirlər ki, X2rşısında bu Razılaşma əsasında yaranmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu. Texniki Overdraft nəticəsində və ya səhvən Müştərinin hesabına köçürülən vəsaitlər, xidmət haqqı/komissiya və s.) Müştərinin razılığı tələb olunmadan onun Bankdakı istənilən hesabından və vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir). Məhkəmə qeyd edir ki, müştəriyə overdraft təqdim edilməsinin mahiyyəti odur ki, kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bu, yalnız o halda mümkündür ki, overdraft xidməti aktiv edilsin, müştəriyə overdraft təqdim edilsin. Lakin iş üzrə tərəflər arasında bağlanmış müqavilədən belə məlum olur ki, müştəriyə overdraft təqdim edilməmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş 11 sentyabr 2024-cü il tarixli arayışda Cavabdeh məxsus debet karta xx.xx.2022-ci il tarixdə texniki səhv nəticəsində 1779.93 AZN mədaxil olunmuşdur. Mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulu xx.xx.2022-ci il tarixində xərcləmişdir. Nəticədə həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 1799.95 AZN overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 1739.45 AZN overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 61.64 ZN faiz borcu olmaqla, cəmi 1801.09 AZN borcu vardır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-xx.xx.2024-cü illəri əhatə edən Cavabdeh məxsus hesabdan çıxarış isə sözügedən halı təsdiq edir. Bununla bağlı olaraq xx.xx.2024-cü il tarixdə cavabdehə iddiaçı tərəfindən bildiriş göndərilərək bildirilmişdir ki, sizin xx.xx.2022-ci il tarixində açılan **********6944-578452 saylı kart hesabınız üzrə overdraft borcu yaranmışdır. Kartınıza xx.xx.2022 -ci il tarixində texniki səhv nəticəsində 1779.93 AZN mədaxil olunmuşdur. Mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından sizə aid olmayan pulu xx.xx.2022-ci il tarixində xərcləmisiniz. Nəticədə həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabınızda 1799.95 AZN overdraft borcu yaranmışdır. Hal-hazırda sizin xx.xx.2024-cü il tarixinə 1739.45 AZN overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 61.64 ZN faiz borcu olmaqla, cəmi 1801.09 AZN borcunuz vardır. Dəfələrlə sizə məlumat verilməsinə baxmayaraq, qeyd olunan məbləği ödəməmisiniz. Xahiş edirik 3 iş günü müddətindəbanka yuxarıda göstərilən məbləği ödəyəsiniz. Əks təqdirdə həmin borcun tərəfinizdən ödənilməsi üçün qanuna müvafiq tədbirlər görüləcək. Cavabdehin isə yaranmış borc məbləğinin hamısını iddiaçıya geri ödəməsi məhkəməyə təqdim olunmuş iş materialları ilə öz təsdiqini tapmır. Beə ki, cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyini lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalananlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin kart hesabındakı qalıq məbləğdən artıq miqdarda istifadə etdiyi 1801.09 manat (bir min səkkiz yüz bir manat, doqquz qəpik) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan ödənilmiş 39 (otuz doqquz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx"» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1801.09 (bir min səkkiz yüz bir manat, doqquz qəpik) məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 39 manat (otuz doqquz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-654/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-654/2024
07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver