Məhkəmə qərarları › İş №e-2(080)-151/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-151/2021

05.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-151/2021 05.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlu, İddiaçı cavabdeh X2 qarşı "məhrum atası X1 30 % güzəştli payı üzrə mağazanın ayrılıb verilməsi" tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdim : İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək, Ordubad Rayon Kooperativ Cəmiyyətindən "məhrum atası X1 30 % güzəştli payı üzrə mağazanın ayrılıb verilməsi" tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 01.07.2021-ci il tarixli, e-2-2(123)- 45/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı "məhrum atası X1 30 % güzəştli payı üzrə mağazanın ayrılıb verilməsi" tələbinə dair mülki iş aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş üzrə iddia tələbini və materialları nəzərdən keçirib belə hesab edirəm ki, İddiaçı cavabdeh X2 qarşı "məhrum atası X1 30 % güzəştli payı üzrə mağazanın ayrılıb verilməsi" tələbinə dair mülki işdə iştirak edən şəxslərin subyekt tərkibi mübahisənin predmeti və mübahisə olunan hüquq münasibətinin xarekteri nəzərə alındıqda sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar olan mübahisə və bu mübahisəyə baxılması Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 25.1-01 maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (Kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında Kommersiya Məhkəmələri baxır. 32.7-ci maddəsinə əsasən , bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir.Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda Kassasiya İnstansiya Məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Belə olan halda mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün Kassasiya İnstansiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki –Prosessual Məcəlləsinin 32.7, 236 və 264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh X2 qarşı "məhrum atası X1 30 % güzəştli payı üzrə mağazanın ayrılıb verilməsi" tələbinə dair mülki iş aid məsələsinin həll edilməsi üçün Kassasiya İnstansiya Məhkəməsinə göndərilsin. Sədrlik edən:Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar