Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-217/2025 17.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Nazi qızının, Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka ½ pay hüququnun müəyyən olunması” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nazi qızının, Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka ½ pay hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi üzərində İddiaçı ½ payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 29 avqust 2014-cüil tarixdə Ordubad rayon Azadkənd İcra Nümayəndəliyində nikahlarını rəsmiləşdirmişlər. Həmin nikahdan11 dekabr 2015-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Ordubad rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(080)-141/2022 saylı qətnaməsi ilə nikahı pozulmuş qızı Məryəm anasının himayəsində qalmışdır. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında əmlak Məsələləri dövlət xidmətinin vəkil sorğusuna 11 aprel 2025 tarixli 04/557 saylı cavabında cavabdehin adına xx.xx.2021tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 1000 kv.m torpaq sahəsinin olması bildirilmişdir. İddiaçı birgə nikah dövründə əldə olunmuş həmin əmlak üzərin də 1/2 pay hüququnun tanınmasını istəyir. Mübahisənin məhkəmədən kənar həlli üçün Naxçıvan Şəhər Mediasiya Təşkilatına müraciət edilmişdir. Lakin cavabdeh mediyasiya prosesində iştirak etmədiyi üçün müvafiq arayış verilmişdir. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi üzərində İddiaçı ½ payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı anadan olmuşdur. Sonradan münasibətləri pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuş, uşaq ananın himayəsinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, həqiqətən də mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi birgə nikah müddətində əldə edilmişdir. O iddia tələbinə etiraz etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materillarında olan Ordubad rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(080)-141/2022 saylı qətnaməsindən görünür ki, X6 və Cavabdeh arasında Ordubad rayon Azadkənd İƏD üzrə nümayəndəliyində 29 avqust 2014-cü il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Nikahın pozulmasından sonra 11 dekabr 2015-ci il tarixdə doğulmuş X11, X2 yanında saxlanılması, 11 dekabr 2015-ci il tarixdə doğulmuş X7, yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb X3 verilməsi, Ordubad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(080)-141/2022 nömrəli qərardadı ilə müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla, alimentin tutulması 20 dekabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan AZ-İN 433861 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Nazi qızı ilə Cavabdeh nikahına Ordubad rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(080)-141/2022 saylı qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabına xx.xx.2023-cü il tarixdə 07 sayla qeyd edilmişdir. 01 iyul 2021-ci il tarixli X14 ( satıcının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə) oğlu və Cavabdeh arasında bağlanmış Alqı-satqı müqaviləsindən görünür ki, Babayev X10 şəhəri M,F, Axundov küçəsi 9/5 ünvanında yerləşən 0.1 kv.m torpaq sahəsini 1500 manata satıcı X4 almışdır. torpağın dəyərinin 1500 manat olan hissədi alıcı tərəfindən ödənmişdir İş materilallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********89 nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1 kv.m torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar, tərəflərin birgə nikalarından 11 dekabr 2015-ci il tarixdə X11 adlı övladları doğulmuş. Sonradan Ordubad rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(080)-141/2022 saylı qətnaməsi ilə nikahı pozulmuş qızı Məryəm anasının himayəsində qalmışdır. İş materialında olan 01 iyul 2021ci il tarixli X9 və Cavabdeh arasında bağlanmış Alqı-satqı müqaviləsindən görünür ki ünvan 1 ünvanında yerləşən 0.1 kv.m torpaq sahəsi 01 iyul 2021-ci il tarixdən Cavabdeh mülkiyyətinə iddiaçı ilə birgə nikahda olduğları dövürdə alqı-satqı müqaviləsi əsasında keçmişdir. Məhkəmə iclasında iştirak edın Cavabdeh da iddianı qəbul etmiş və heç bir etiraz bildirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki mübahisə predmenti olan əmlak birgə nikah dövründə cavabdehin mülkiyyətinə alqı-satqı müqaviləsi əsasında keçmişdir, həmin əmlak birgə mülkiyyət hesab edilməli və iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tam pay hüququ ilə xüsusi mülkiyyətində olan, birgə nikah dövründə əldə edilmiş Ordubad şəhəri, X16 küçəsi,9/5 ünvanında yerləşən (reyestr nömrəsi- **********89, Qeydiyyat nömrəsi-**********, Qeydiyyat tarixi-xx.xx.2022-ci il ) 0.1-ha torpaq sahəsi üzərində 1/2 nisbətində İddiaçı, 1/2 nisbətində Cavabdeh payları müəyyən olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-217/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-217/2025
17.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver