Məhkəmə qərarları › İş №e-2(088)-14/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-14/2022

24.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-14/2022 24.01.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Məhkəmələrlə İş şöbəsinin rəisi X9 oğlu elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan MR, Sədərək rayon, Qaraağac kəndində 0,2001 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.04 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 23 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Naxçıvan MR, Sədərək rayon, Qaraağac kəndində mülkiyyətində olan 0.2001 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.04 kv.m olan fərdi yaşayış evini alaraq, tam mülkiyyətinə əldə etmişdir (Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 27.11.2017-cı il tarixli, MH seriyalı, ******* saylı Çıxarış). Hal-hazırda cavabdehin İddiaçı ASC-nə məxsus fərdi yaşayış evində yaşaması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab etmişdir ki, cavabdehin bankın mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaqla fərdi yaşayış evi tamamilə boşaldılmalıdır. Məhkəmədə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iclasında iştirak edən Cavabdeh iddianı tam qəbul etdiyini, 2013-cü ildə İddiaçı ASC-nin Sədərək rayon filalından bərk pendir istehsalı sahəsini yaradılması məqsədi ilə kredit götürdüyünü, işlərin yolunda getmədiyini və həmin krediti qaytara bilmədiyini, uzun illərdi Kapital Bankın onu ötüşdürdüyünü, haliyyədə İddiaçıa qoyduğu evdə yaşadığını, iddiaçı ilə aralarında şifahi razılaşdıqlarını, iş tapdığını və işləyərək qalan borcunu hissə-hissə ödəyəcəyini bildirdi . Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan MR, Sədərək rayon, Qaraağac kəndində 0.2001 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.04 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 27.11.2017-ci il tarixdə qeydiyyat alınmışdır; Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə Azərbaycan Respublikası 23 oktyabr 2017-ci tarixli Protokolun surətindən görünür ki, "xxxx" ASC Sədərək Rayon İcra Bölməsinin 172 saylı 11 may 2017-ci il tarixli, sifariş məktubuna və Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-31/2016 nömrəli 14 sentyabr 2016-cı il tarixli, icra vərəqəsinə və "xxxx" ASC-nin Sədərək rayon filialının 03 oktyabr 2017-ci il tarixli 69 nömrəli məktubuna əsasən, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçirilmiş hərracı udmuş, Sədərək rayon Sədərək kəndində 1942.4 kvadratmetr torpaq sahəsində yerləsən 2 mərtəbəli, 6 otaqlı, 210 kvadratmetr yaşayış, 139.5 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Sədərək rayon Qarağac kəndində 2001 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.04 kvadratmetr olan fərdi yaşayış evi, Sədərək rayon Qarağac kəndində 1217 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.15 kvadratmetr yaşayış, 44.29 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini 42308.25 manata əldə etmişdir; Satıcı - Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi ilə alıcı - İddiaçı ASC-nin Sədərək Filalının nümayəndəsi X7 arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Sədərək rayon Sədərək kəndində 1942.4 kvadratmetr torpaq sahəsində yerləsən 2 mərtəbəli, 6 otaqlı, 210 kvadratmetr yaşayış, 139.5 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Sədərək rayon Qarağac kəndində 2001 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.04 kvadratmetr olan fərdi yaşayış evi, Sədərək rayon Qarağac kəndində 1217 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.15 kvadratmetr yaşayış, 44.29 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini 42308.25 manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2-2(087)-31/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh oğlundan 33500 manat əsas və 2886.69 manat faiz borcunun, cəmi 36386.69 manat məbləğində kredit borcu, bu borcun tam ödənildiyi günədək əsas borca illik 6% dərəcəsi ilə hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq "Kapital Bank” ASC Sədərək rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə, tutma ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Daşınmaz Əmlakın Texniki İnvertarlaşdırmasına və X2 tərəfindən 16460.78 manat dəyərində qiymətləndirilən mülkiyyət hüququ Cavabdeh məxsus olan Sədərək rayon Qarağac kəndində 1217 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.15 kvadratmetr yaşayış, 44.29 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, mülkiyyət hüququ Cavabdeh məxsus olan Sədərək rayon Qarağac kəndində 2001 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.04 kvadratmetr olan fərdi yaşayış sahəsindən ibarət müstəqil qiymətləndirici tərəfindən 27500 manat məbləğində qiymətləndirilən fərdi yaşayış evinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Daşınmaz Əmlakın Texniki İnvertarlaşdırmasına və X2 tərəfindən 22404.20 manat dəyərində qiymətləndirilən mülkiyyət hüququ X5 məxsus olan Sədərək rayon Sədərək kəndində 1942.4 kvadratmetr torpaq sahəsində yerləsən 2 mərtəbəli, 6 otaqlı, 210 kvadratmetr yaşayış, 139.5 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin və həmin əmlaklar açıq hərracda satılaraq kredit borcunun ödənilməsi qət edilmişdir. Sədərək rayon İcra Hakimiyyətinin Qaraağac kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli, 21/267 nömrəli arayışdan görünür ki, Sədərək rayon Qaraağac kəndində yerləşən "Kapital Bank” ASC-yə məxsus olan fərdi yaşayış evində (reyestr № **********36-10301) pasport qeydiyyatında heç kim yoxdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki işin araşdırılmış hallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2-2(087)-31/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh oğlundan 33500 manat əsas və 2886.69 manat faiz borcunun, cəmi 36386.69 manat məbləğində kredit borcu, bu borcun tam ödənildiyi günədək əsas borca illik 6% dərəcəsi ilə hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq "Kapital Bank” ASC Sədərək rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə, tutma ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Daşınmaz Əmlakın Texniki İnvertarlaşdırmasına və X2 tərəfindən 16460.78 manat dəyərində qiymətləndirilən mülkiyyət hüququ Cavabdeh məxsus olan Sədərək rayon Qarağac kəndində 1217 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.15 kvadratmetr yaşayış, 44.29 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, mülkiyyət hüququ Cavabdeh məxsus olan Sədərək rayon Qarağac kəndində 2001 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.04 kvadratmetr olan fərdi yaşayış sahəsindən ibarət müstəqil qiymətləndirici tərəfindən 27500 manat məbləğində qiymətləndirilən fərdi yaşayış evinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Daşınmaz Əmlakın Texniki İnvertarlaşdırmasına və X1 tərəfindən 22404.20 manat dəyərində qiymətləndirilən mülkiyyət hüququ X5 məxsus olan Sədərək rayon Sədərək kəndində 1942.4 kvadratmetr torpaq sahəsində yerləsən 2 mərtəbəli, 6 otaqlı, 210 kvadratmetr yaşayış, 139.5 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılaraq kredit borcunun ödənilməsi qət edilmişdir. Əmlaka dair İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları ********** nömrə ilə 27.11.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Cavabdeh qeyd edilən fərdi yaşayış evində yaşayır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxs fərdi yaşayış evindən çıxmamış və haliyədə də orada yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan hüquqları Məhkəməsi Marck Belçikaya qarşı 13 iyul 1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Naxçıvan MR, Sədərək rayon, Qaraağac kəndində 0.2001 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.04 kv.m olan fərdi yaşayış evi 27.11.2017-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Lakin haliyyədə Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh həmin fərdi yaşayış evində qalması, mülkiyyətçinin fərdi yaşayış evinə dair hüquqlarını həyata keçirilməsinə mane olur, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh Əliyev X4 MR, Sədərək rayon, Qaraağac kəndində 0,2001 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.04 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı, mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Əliyev X4 Muxtar Respublikası, Sədərək rayon, Qaraağac kəndində 0.2001 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.04 kv.m olan fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi tamamilə boşaldılsın və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar