Məhkəmə qərarları › İş №e-2(090)-251/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-251/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-251/2023 01.09.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı elektron iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 160 manat, Cavabdeh1 432 manat məbləğində pul vəsaitlərinin və ödənilmiş 30.40 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC cavabdehlərə qarşı yönəldiyi tələblər bir-biri ilə əlaqədar deyildir. İddiaçı MMC-nin cavabdehlərə qarşı iddia tələbləri ayrı-ayrı əsaslar əsasında yaranmış tələblərdir. Belə ki, iddia ərizəsindən görünür ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3971 saylı daxili lizinq müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 müvəqqəti istifadə və sahibliyinə verilmiş, Cavabdeh1 isə lizinq obyekti olan “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair İddiaçı MMC tərəfindən etibarnamə verilmişdir. Göründüyü kimi lizinq obyekti olan “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar yaranan öhdəliklərə görə Cavabdeh2 və Cavabdeh1 birgə borclu kimi cavabdeh olmaları üçün əsaslar mövcud deyildir, yəni cavabdehlərə qarşı yönələn tələbin əsaslandığı faktlar və hallar fərqlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizənin və ya iddia ərizəsinin verilməsinin MPM-lə müəyyən edilmiş qaydasına, formasına və məzmununa, həmin sənədlərə aid müəyyən edilmiş tələblərə əməl etməlidir. Bunlara əməl edilməklə məhkəməyə müraciət edildiyi hallarda məhkəmədə iş başlanılır. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçınə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsi ilə 31 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsi ilə 31 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçınə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar