Məhkəmə qərarları › İş №e-2(102)-1569/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-1569/2023

15.03.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1569/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, e-2(005)305/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh1 və vəkili Vəkil2 şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər olmaqla) qarşı Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105,40 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 034 saylı müqavi lənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmiş və vəsatət onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş sahibkardır və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Bundan əlavə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş hüquqi şəxsdir və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Hazırki həm il kin iddia üzrə, həm də qarşılıqlı iddia üzrə mübahisənin predmetini Cavabdeh2 MMC-nin sahibkarlıq fəaliyyətindən irəli gələn hallar təşkil edir. Belə olan halda isə mübahisənin predmetini və subyektiv tərkibini nəzərə alaraq hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)305/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin ümumi məhkəməyə aid olduğu müəyyənləşdirilir. Belə ki, ilkin iddia üzrə tələb alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsindən ibarətdir. Qeyd olunan tələbin predmeti olan alqı-satqı müqaviləsi ilkin iddia üzrə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar olaraq qaldırılmışdır. Bundan başqa vəsatətdə göstərilmiş ilkin iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş subyektlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin ayrı-ayrılıqda olan sahibkarlıq fəaliyyətlərinin hazırki mübahisə predmetinin və bu predmet üzrə yaranmış hüquq münasibətlərinin xarakteri ilə qarşılıqlı bağlılığı müəyyən edilmir. Mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından şikayət təmin edilməməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-305/2023 saylı qərardadından şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e2(005)305/2023 saylı qərardadının ləğv olunması, Cavabdeh1 tərəfindən məhkəmə aidiyyəti ilə bağlı verilmiş vəsatətin təmin olunması və e-2(005)-305/2023 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi və yaxud Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e2(005)-305/2023 saylı qərardadının ləğv olunması və Cavabdeh1 tərəfindən məhkəmə aidiyyəti ilə bağlı verilmiş vəsatətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vəsatət lə eyni məzmunda əsaslandırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)305/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 30-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. - 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edə n şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətin dən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır” Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməl idir. Məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflərdən iddiaçı fərdi sahibkar deyildir, onun iki sahibkar arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddiası sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar deyil, iddiaçıya münasibətdə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisənin həlli məqsədini daşıyan tələbdir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə də eyni vəziyyətdir. Buna görə də, hüquq münasibətinin xarakteri, habelə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından mübahisə ümumi məhkəməyə aiddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də k assasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, e-2(005)305/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar